Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,77 Mb.

səhifə112/230
tarix14.09.2018
ölçüsü4,77 Mb.
1   ...   108   109   110   111   112   113   114   115   ...   230

 

 

234



Spot xarici valyuta əməliyyatları baş verdiyi halda, bu riskin saat qurşağındakı 

fərqlər,  valyutanın  ödənilməsi  və  onun  benefisiarının  hesabına  göndərilməsi 

zamanı yaranan vaxt fərqlərinə görə meydana çıxması ehtimal edilir. 

Likvidlik riski, bankın aktivlərində olan artımı maliyyələşdirə bilməməsi 

və  öz  öhdəliklərini  vaxtlı-vaxtında  yerinə  yetirə  bilməməsi  riskidir.Banklara 

təsir göstərə biləcək üç növ likvidlik riski vardır: 

1. Qısamüddətli  nağd  vəsaitlərə  olan  tələbləri  yerinə  yetirmək  üçün 

kifayət qədər pul və qiymətli kağızları saxlaya bilməməsi; 

2. Əlavə maliyyələşdirmənin əldə edə bilməməsi; 

3. Bazar mövqeyini bağlaya və ya ləğv edə bilməməsi. 

Gələcək  maliyyələşdirmə  tələblərini  müəyyənləşdirmək  məqsədi  ilə 

Risklərin  darə  Edilməsi  Departamenti  hər  bir  valyuta  üzrə  proqnozlaşdırılan 

nağd vəsaitlərin axınını qiymətləndirməli və nəzarət altında saxlamalıdır. Bazar 

və ya bazar likvidliyinin itirilməsindən yaranan likvidlik ehtiyaclarını ödəmək 

üçün  yaradılan  alternativ  strategiyalar  bankın  gözlənilməyən  hallar  üzrə 

likvidliyin planlaşdırılması prosesinə daxil edilməlidir. 

Bankın fəaliyyət göstərdiyi bazarlardakı likvidlik riskləri müntəzəm ola-

raq  qiymətləndirlməlidir.  Müvafiq  hallarda,  bazar  likvidliyi  riski,  bazar 

mövqeyinin bağlanması üçün təxmin olunan vaxtı əks etdirməklə riskə məruz 

dəyər modelinə daxil edilməlidir. 

Likvidlik  Boşluğu  riski  (müxtəlif  zaman  “dilimləri”  və  valyuta  növləri 

üzrə proqnozlaşdırılan nağd vəsaitlərin mədaxili ilə məxarici arasındakı fərq), 

gələcəkdə  likvidlik  boşluğunun  yarandığı  vaxtlardakı  nağd  vəsait  axınının 

diskont edilmiş dəyərinə nəzarət etməklə və müvafiq faiz dərəcələrindəki dəyi-

ş

iklikləri nəzərə almaqla ayrıca nəzərə alınmalıdır. 



Bank tərəfindən onun fəaliyyətinin müxtəlif sahələrinin idarə edilməsi və 

nəzarəti üzrə ən azı aşağıdakıları əhatə edən likvidliyin idarə olunması prosesi 

formalaşdırılmalıdır: 

Aktivlərin idarə olunması üzrə: 

1.  müxbir hesablardakı qalıqların monitorinqi; 

2.  kreditləşmə həcminin monitorinqi; 

3.  kredit portfelinin keyfiyyətinin monitorinqi; 

4.  kreditlər üzrə faiz dərəcəsinin monitorinqi; 

5.  bankın qiymətli kağızlar portfelinin monitorinqi; 

6.  repo əməliyyatları üzrə alınmış qiymətli kağızların monitorinqi; 

7.  təminat qismində istifadə oluna bilən aktivlərin monitorinqi; 

8.  likvidliyin  adekvat  səviyyədə  saxlanması  məqsədilə  satıla  bilən  əsas 

və digər qeyri-likvid vəsaitlərin monitorinqi.  

Öhdəliklərin idarə olunması üzrə

1.  son  illərin  tendensiyaları,  mövsümi  amillər,  faiz  dərəcəsinin 

dəyişdirilməsinə  həssaslıq  və  digər  makroiqtisadi  amillər  nəzərə  alınmaqla, 

bank tərəfindən cəlb edilmiş vəsaitlərin həcminin monitorinqi; 




 

 

235



2.  depozitlərin  həcminin  monitorinqi  (o  cümlədən,  bankların  və  digər 

hüquqi şəxslərin depozitləri, “overnayt” əməliyyatları); 

3.  depozit və digər öhdəliklər üzrə ödəmə müddətlərinin monitorinqi; 

4.  bankın  əsas  öhdəliklərinin  kreditorları  üzrə  daimi  monitorinqin 

aparılması və onlarla əlaqələrin dəstəklənməsi; 

5.  öhdəliyin növü, öhdəlik üzrə kreditor və onun yerləşdiyi ərazi nəzərə 

alınaraq öhdəliyin mənbələri üzrə cəmləşmənin monitorinqi; 

6.  balansarxası öhdəliklərin monitorinqi.  

Ə

məliyyat  riski,  qeyri-adekvat  və  ya  uğursuzluqla  nəticələnmiş  daxili 



proseslərdən, insanlardan və ya sistemlərdən, yaxud kənar hadisələrin baş ver-

məsindən  yaranan  zərər  riskidir.  Əməliyyat  riskinin  aşağıdakı  kateqoriyaları 

mövcuddur: 

1. insan resursu riski – bankın əməkdaşları tərəfindən bank fəaliyyəti ilə 

bağlı  normativ  hüquqi  sənədlərdə  müəyyən  edilmiş  tələblərin,  habelə  bank-

daxili qaydaların pozulması ilə əlaqədar xərclərin (zərərin) yaranması riskidir;  

2. sistem riski – bankda mövcud sistem və ya texnologiyalarda hər hansı 

təqsir  olmadan  baş  verən  problemlərlə  əlaqədar  xərclərin  (zərərin)  yaranması 

riskidir. Hər hansı bir niyyətlə sistem və ya texnologiyalarda baş verən itkilər 

insan resursu riski və ya kənar risk kimi təsnifləşdirilməlidir.  

3. proses  riski  -  qayda  və  prosedurlarda  olan  boşluqlar  və  ya  müxtəlif 

ə

məliyyat  və  fəaliyyət  növlərini  əhatə  edən  qaydaların  olmaması  ilə  əlaqədar 



yaranan riskdir.  

4. kənar  risklər  -  üçüncü  tərəf  və  ya  təbiətin  vurduğu  ziyan  nəticəsində 

xərclərin (zərərin) yaranması riskidir.  

Bundan  başqa,  bank  fəaliyyətində  Nüfuz  riski  və  Strateji  risk  kimi 

risklərin idarə edilməsi də vacibdir. Nüfuz riski – banka qarşı etimadın azalması 

və mənfi ictimai rəy nəticəsində xərclərin (zərərin) yaranması riskidir.  

Strateji risk isə strateji hədəflərin düzgün seçilməməsi nəticəsində bankın 

üzləşdiyi riskdir. 

Beləliklə,  hər  bir  bankda  onun  əməliyyatlarının  növünə,  həcminə,  fəa-

liyyətinin  xüsusiyyətlərinə  və  mühitinə,  mürəkkəbliyinə  və  üzləşdiyi  risklərə 

adekvat risklərin idarə edilməsi sistemi yaradılmalıdır.  

Risklərin  idarə  edilməsi  sistemi  qurularkən  aşağıdakılar  nəzərə  alın-

malıdır: 

1.  bankın missiyası, strateji və taktiki hədəfləri; 

2.  bankın əməliyyat və fəaliyyət növləri; 

3.  bankın menecment və əməliyyat prosesləri; 

4.  bankdaxili təşkilati struktur; 

5.  daxili, xarici və tənzimləyici mühit; 

6.  risklərarası əlaqə və onların biri-birinə təsiri; 

7.  böhran vəziyyətində bankın dəstəklənməsi tədbirləri. 






Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   230


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə