Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə113/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   109   110   111   112   113   114   115   116   ...   230

 

 

236



Risklərin idarə edilməsi sistemi mütəmadi olaraq bankın daxili audit böl-

məsi  tərəfindən  qiymətləndirilməli  və  nəticələr  barədə  bankın  Audit  Komi-

təsinə hesabat verilməlidir.  

Bank fəaliyyətində mövcud olan risklərin idarə edilməsi məqsədilə bank-

da kredit riskinin səmərəli idarə edilməsi ilə bağlı Kredit komitəsi, likvidlik və 

bazar  risklərinin  idarə  edilməsi  üzrə  Aktiv  və  Passivləri  darəetmə  Komitəsi 

yaradılır.  

Zəruri hallarda bankın informasiya texnologiyaları sistemlərinin səmərəli 

və təhlükəsiz işini təmin etmək, habelə bankın qarşılaşdığı diğər risklərin idarə 

olunması məqsədi ilə  nformasiya texnologiyaları komitəsi və digər komitələr 

yaradıla bilər. Bankdaxili komitərlərin səlahiyyətləri Azərbaycan Respublikası 

Mərkəzi Bankının normativ xarakterli aktları, korporativ idarəetmə standartları 

və bankın daxili sənədləri ilə tənzimlənir. 

Banklarda  risklərin  idarə  edilməsi  funksiyasını  həyata  keçirən  təşkilati 

struktur yaradılarkən aşağıdakılar təmin edilməlidir: 

1. təşkilati  strukturun  bütün  səviyyələri  arasında  effektiv  əlaqə  və 

informasiya axını; 

2. maraqlar münaqişəsinin yaranmaması; 

3. məsuliyyət və səlahiyyətlərin dəqiq müəyyənləşdirilməsi; 

4. müstəqil və şəffaf qərar qəbuletmə prosesi; 

5. bankın məruz qala biləcəyi risklər barədə daimi olaraq bank rəhbərliyi 

və struktur bölmələrinin məlumatlandırılması; 

6. bankdaxili risk mədəniyyətinin formalaşdırılması. 

Risklərin idarə edilməsi strukturu aşağıdakılardan ibarətdir: 

Müşahidə  Şurası.  Müşahidə  Şurası  bankın  fəaliyyəti  nəticəsində  məruz 

qala  biləcəyi  bütün  riskləri  anlamalı,  onlar  barədə  tam  məlumat  əldə  etməli, 

bütün  risklərin  adekvat  səviyyələrini,  onları  idarəetmə  imkanlarını  müəyyən 

etməli və riskləri düzgün müəyyənləşdirən, qiymətləndirən, onlara nəzarət edən 

səmərəli risklərin idarə edilməsi sisteminin yaradılmasını təmin etməlidir. 

Risklərin idarə edilməsi prosesində bankın Müşahidə Şurasının vəzifə və 

səlahiyyətləri aşağıdaklılardan ibarətdir: bankın risklərinin idarə edilməsi siya-

sətini, risklərin idarə edilməsi üzrə təşkilati strukturunu, səlahiyyət və məsuliy-

yətlərini,  müxtəlif  əməliyyat  və  fəaliyyət  istiqamətləri  üzrə  daxili  qayda  və 

prosedurları,  risklərin  idarə  edilməsi  işində  istifadə  edilən  müxtəlif  metodo-

logiyaları, limitləri təsdiq etmək; risklərin idarə edilməsi sisteminin effektivliyi 

və səmərəliliyinin təmin edilməsinin yoxlanılmasına dair daxili audit bölməsinə 

tapşırıqlar vermək; bankın qəbul edəcəyi riskin səviyyəsini müəyyənləşdirmək; 

adekvat  risklərin  idarə  edilməsi  qaydalarının  hazırlanmasını  təmin  etmək; 

Mərkəzi  Bankın  tələbləri  nəzərə  alınmaqla  bankın  kapitalı  üzrə  kəmiyyət  və 

keyfiyyət tələblərini müəyyən etmək; bankın idarə heyətinə risklərin idarə edil-

məsi ilə bağlı tövsiyələr vermək; Risklərin idarə edilməsi komitəsindən (R K) 

mütəmadi hesabatlar tələb etmək; R K-ə rəhbər təyin etmək. 




 

 

237



darə Heyəti.  darə Heyəti Müşahidə Şurası tərəfindən təsdiq edilən və 

risklərin idarə edilməsini həyata keçirən təskilati strukturu yaradır və risklərin 

idarə  edilməsi  üzrə  bütün  qayda  və  prosedurların  hazırlanmasını  təmin  edir. 

darə Heyəti öz fəaliyyəti ilə əlaqədar olan riskləri anlamalı, bankın effektiv və 

qanunvericiliyə  uyğun  qaydada  fəaliyyət  göstərməsi  üçün  mükəmməl  və 

etibarlı  nəzarət  mühitinin  yaradılmasını,  bu  mühitin  qorunub  saxlanılmasını, 

səlahiyyətlər iyerarxiyasını, vəzifə və məsuliyyətlə , o cümlədən səlahiyyətlərin 

müəyyənləşdirilməsi  və  qərarların  qəbul  edilməsi  prosedurlarını,  professional 

bilik  və  təcrübəyə  malik  risklərin  idarə  edilməsi  heyətini  və  onların  davamlı 

olaraq  bilik  və  peşəkarlıq  səviyyələrinin  artırılmasını  təmin  etməlidir.  darə 

Heyəti  risklərin  idarə  edilməsi  bölməsinə  cavabdeh  olan  darə  Heyətinin  üz-

vünü  təyin  etməlidir.  Risklərin  idarə  edilməsi  prosesində  bankın  darə  He-

yətinin səlahiyyət və vəzifələri ən azı aşağıdakılardan ibarətdir: 

1. risklərin idarə edilməsi funksiyasının vəzifə və səlahiyyətlər bölgüsünü 

müəyyən etmək; 

2. risklərin  idarə  edilməsi  sisteminə  yetərli  sayda  təcrübəli  və  peşəkar 

ə

məkdaşları cəlb etmək; 



3. risklərin idarə edilməsi siyasətini tətbiq etmək və mütəmadi olaraq ona 

yenidən baxmaq; 

4. risklərin idarə edilməsi bölməsinin işini qiymətləndirmək; 

5. risklərin idarə edilməsi bölməsinə tapşırıqlar vermək. 



Risklərin  idarə  edilməsi  komitəsi.  Bankda  onun  əməliyyatlarının 

növünə,  həcminə,  fəaliyyətinin  xüsusiyyətlərinə  və  mühitinə,  mürəkkəbliyinə 

və  üzləşdiyi  risklərə  adekvat  risklərin  idarə  edilməsi  sistemi  yaradılmalıdır. 

Risklərin idarə edilməsi sistemi bankın fəaliyyətinə xas olan risklərin müəyyən 

edilməsi,  qiymətləndirməsi,  onlar  barədə  hesabatların  hazırlanması,  məqbul 

risk limitlərinin müəyyən edilməsi və onlara nəzarət edilməsi və risklərin azal-

dılmasını təmin etməlidir. Bankda risklərin idarə olunması üzrə daxili siyasət, 

qaydalar, təşkilati struktur və hesabatlıq sistemlərini, habelə risklərin müəyyən-

ləşdirilməsi, qiymətləndirilməsi, idarə edilməsi, monitorinqi və hesabatlığa dair 

minimum  tələblər  Mərkəzi  Bankın  müvafiq  normativ  xarakterli  aktları  ilə 

tənzimlənir. 

şahidə  Şurası,  darə  Heyətindən  asılı  olmayan  və  risklərin  idarə 

edilməsi  üzrə  müstəqil  qərarlar  qəbul  edə  bilən  risklərin  idarə  edilməsi  ko-

mitəsini  (R K)  yaratmalıdır.  Bu  komitə  bankda  risklərin  idarə  edilməsi  üzrə 

məsuliyyətə  malik  olan  darə  Heyətinin  bir  neçə  üzvündən,  eləcə  də  bankın 

struktur  bölmələrinin  rəhbər  işçilərininin  iştirakı  ilə  yaradılmalıdır.  R K-in 

iclasları ayda bir dəfədən az olmayaraq keçirilməli və nəticələri barədə bankın 

Müşahidə Şurasına hesabat verilməlidir. R K-in sədri bankın Müşahidə Şurası 

tərəfindən təyin edilir. R K-in sədri digər bankdaxili komitələrin üzvü olmalı və 

veto hüququna malik olmaqla bu komitələrdə məbləği məcmu kapitalının 1%-

dən  çox  olan  bütün  əməliyyatlara  dair  qərarların  qəbul  edilməsində  iştirak 

etməlidir.  



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə