Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə114/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   110   111   112   113   114   115   116   117   ...   230

 

 

238



R K-in vəzifə və səlahiyyətləri Müşahidə Şurası tərəfindən təsdiq edilmiş 

müvafiq əsasnamədə müəyyən edilir. R K-in vəzifə və səlahiyyətləri aşağıda-

kılardan ibarətdir: 

1.  risklərin  idarə  edilməsi  prosesinin  hər  bir  mərhələsinə  dair  minimal 

tələbləri müəyyən etmək; 

2.  risklərin idarə edilməsi bölməsinə tapşırıqlar vermək və ondan mütə-

madi hesabatları tələb etmək; 

3.  müxtəlif  risklər  üzrə  limitləri  müəyyənləşdirmək  və  təsdiq  edilməsi 

üçün Müşahidə Şurasına təqdim etmək; 

4.  mütəmadi olaraq bankdakı risklərin vəziyyəti, risklərin idarə edilməsi 

sisteminin adekvatlığı və risklərin idarə edilməsi prosesinin effektivliyi haqda 

Müşahidə Şurasına hesabat vermək; 

5.  risklərin  idarə  edilməsi  siyasəti,  bankdaxili  risklərin  idarə  edilməsi 

funksiyası  üzrə  vəzifə  və  səlahiyyətləri,  müxtəlif  əməliyyat  və  fəaliyyət 

istiqamətləri üzrə qayda və prosedurları, risklərin idarə edilməsi işində istifadə 

edilən  müxtəlif  metodologiyaları  müəyyənləşdirmək  və  yenidən  baxmaq, 

təklifləri Müşahidə Şurasına təqdim etmək. 

Risklərin  idarə  edilməsi  bölməsi.  Risklərin  idarə  edilməsi  bölməsinin 

məqsədi  gündəlik  olaraq  R K-in  fəaliyyətinə  əməliyyat  dəstəyinin  təmin 

edilməsidir. Risklərin idarə edilməsi bölməsinə R K tərəfindən mütəmadi tapşı-

rıqlar  verilir.  Risklərin  idarə  edilməsi  bölməsinin  rəhbəri  ən  azı  3  il  bank  işi 

təcrübəsinə malik olmalıdır. Risklərin idarə edilməsi bölməsinin rəhbəri bankın 

darə Heyəti tərəfindən təyin edilir və Müşahidə Şurası tərəfindən təsdiq edilir. 

Risklərin  idarə  edilməsi  bölməsinin  istənilən  məlumat  bazasına  çıxışı  təmin 

edilməlidir.  

Risklərin  idarə  edilməsi  bölməsinin  vəzifə  və  səlahiyyətlərinə  aşa-

ğ

ıdakılar aid edilir: 



1.  bankın  hər  bir  əməliyyat  növü  və  fəaliyyət  istiqaməti  ilə  bağlı  bütün 

prosedur və qaydalarında risklərin müəyyənləşdirilməsi və minimallaşdırılması; 

2.  bankın  fəaliyyətinin  Müşahidə  Şurası  tərəfindən  təsdiq  edilmiş  risk 

limitləri  çərçivəsində  və  daxili  qaydalara  uyğun  həyata  keçirilməsinə  nəzarət 

edilməsi; 

3.  hər bir əməliyyat bölməsinin üzləşdiyi bütün spesifik risklərin müəy-

yən edilməsi, qayda və prosedurlarının yoxlanılması və onlarda risklərin müəy-

yənləşdirilməsi; 

4.  ayrı-ayrı  risk  kateqoriyalarının  müəyyənləşdirilməsi,  ölçülməsi,  idarə 

edilməsi,  nəzarətin  həyata  keçirilməsi  və  bu  risklər  barədə  R K-ə  və  bankın 

darə Heyətinə mütəmadi olaraq hesabatların təqdim edilməsi; 

5.  Bankın  kapitalının  kəmiyyət  və  keyfiyyət  göstəricilərinə,  kapitalın 

adekvatlığına dair tələblərə riayət edilməsinə nəzarət. 



 

 

239



VI FƏS L. BANKLARIN ÖHDƏL KLƏR  VƏ KAP TALI 

 

 



6.1. Bankların öhdəlikləri 

 

Bankların  öhdəlikləri  -  banklar  tərəfindən  vəsaitlərin  cəlb  olunması  və 

onun  resurslarının  formalaşması  üzrə  əməliyyatlardır.  Bu  əməliyyatların  kö-

məyi  ilə banklar mənfəət əldə  etmək  məqsədilə kredit  verilməsi, qiymətli  ka-

ğ

ızlara sərmayə qoyuluşu və s. üçün vəsaitlər toplayırlar. Bazar iqtisadiyyatına 



keçid  şəraitində  bank  passivlərinin  formalaşması  və  onlann  strukturunun 

optimallaşdırılması, öhdəliklərin mənbələrinin keyfıyyətcə səmərəli idarə olun-

ması xüsusi əhəmiyyət kəsb edir. 

Bank  öhdəlikləri  likvidlik  səviyyəsini  əks  etdirən  ardıcıllıqla  və  onların 

xarakteri üzrə qruplaşdıraraq mühasibat balansında əks olunur. Mühasibat ba-

lansına öhdəliklər və kapital üzrə maddələr aşağıdakı kimi əks olunur: 

Öhdəliklər 

1.  Mərkəzi Bank qarşısında öhdəliklər; 

2.  maliyyə sektoru qarşısında öhdəliklər; 

3.  müştərilər qarşısında öhdəliklər; 

4.  borc götürülmüş digər vəsaitlər; 

5.  digər öhdəliklər. 

Kapital  

1.  nizamnamə kapitalı; 

2.  ehtiyatlar; 

3.  bölüşdürülməmiş mənfəət. 

Öhdəliyin əsas xüsusiyyəti bankın borcunun olmasıdır. Öhdəlik - borcdur 

və ya müəyyən bir işi müəyyən şəkildə yerinə yetirmək və ya müəyyən şəkildə 

hərəkət  etmək  barədə  verilmiş  təminatdır.  Öhdəliyin  yerinə  yetirilməsi  aşa-

ğ

ıdakı üsullarla həyata keçirilə bilər:  



1. pul vəsaitlərinin ödənilməsi vasitəsi ilə; 

2. digər aktivlərin verilməsi ilə; 

3. xidmətlər göstərməklə; 

4. bir öhdəliyin digəri ilə əvəz olunması vasitəsilə;  

5. öhdəliyin kapitala keçirilməsi vasitəsilə. 

Öhdəliklər həmçinin kreditorun hər hansı vəsait və ya əmlak üzərində öz 

hüquqlarının itirilməsi və ondan imtina etməsi kimi digər vasitələrlə də ödənilə 

bilər. Öhdəliklər keçmiş dövrlərin əməliyyatları (hadisələri) nəticəsində yaranır.  

Bankların  öhdəliklərinin  tərkibi  aşağıdakı  kimidir:  Azərbaycan  Mərkəzi 

Bankının  tələbləri;  kredit  təşkilatların  tələbləri;  tələb  olunanadək  depozitlər; 

müddətli  depozitlər;  digər  borc  götürülmüş  vəsaitlər;  hesablanmış  ödəniləcək 

faizlər; subordinasiya olunmuş borclar və digər öhdəliklər . 

Öhdəliklər aşağıdakı hallarda qısamüddətli öhdəliklər kimi təsnifləşdirilr: 



 

 

240



1) öhdəliyin  bankın  əməliyyat  prosesinin  normal  şəraitində  ödənilməsi 

nəzərdə tutulduqda; 

2) öhdəlik  hesabat  tarixindən  etibarən  on  iki  ay  ərzində  ödənilməli  ol-

duqda. 


Bütün digər öhdəliklər uzunmüddətli öhdəliklər kimi təsnifləşdirilir.  

Bank, faizlərin ödənilməsi də daxil olmaqla uzunmüddətli öhdəliklərini, 

hətta  onlar  hesabat  tarixindən  etibarən  on  iki  ay  ərzində  ödənilməli  olduqda 

belə, aşağıdakı şərtlərdə, uzunmüddətli öhdəliklər kimi təsnifləşdirir: 

1)  öhdəliyin ilkin müddəti on iki aydan artıq dövr təşkil etmişdirsə; 

2)  öhdəliyin  uzunmüddətli  əsasda  yenidən  maliyyələşdirilməsi  nəzərdə 

tutulduqda; 

3)  bu  niyyətlər  yenidən  maliyyələşdirmə  müqaviləsi  ilə  və  ya  maliyyə 

hesabatlarının təsdiq olunmasına qədər ödəniş cədvəlinin dəyişilməsi haqqında 

müqavilə ilə təsdiq olunduqda. 

Maliyyə hesabatlarında öhdəliklər aşağıdakı qaydada təsnifləşdirilir:  

1. tələb olunanadək və 1 ayadək; 

2. 1 aydan 3 ayadək; 

3. 3 aydan 6 ayadək; 

4. 6 aydan 1 ilədək; 

5. 1 ildən yuxarı. 

Bankın öhdəliklərində depozitlərlə (Depozit – müvafiq müqavilə şərtləri 

ilə faizlər və ya komisyon haqlar ödənilməklə və ya ödənilmədən müştərilərin 

(əmanətçilərin)  tələbi  ilə  qaytarılmasını  və  ya  başqa  hesaba  köçürülməsini 

nəzərdə  tutan  bankın  balansında  aparılan  cari  əmanət  (depozit)  və  ya  digər 

hesaba qoyulmuş və  ya köçürülmüş pul vəsaitidir)  bağlı əməliyyatlar mühüm 

rol  oynayır.  qtisadi  məzmununa  və  istifadə  müddətlərinə  depozitlərin  tərkibi 

iki  hissədən  ibarətdir:  tələb  olunanadək  depozitlər  və  müddətli  depozitlər. 

Tələbolunanadək depozıt onun sahibi tərəfındən bank hesablarına köçürülən və 

onun sahibinin ehtiyac yarandıqda tələb etdiyi depozit formasıdır. Bu vəsaitlər 

cari depozit hesablarında saxlanılır. Müddətli depozitlər hesablara köçürülərkən 

müəyyən edilmiş müddət ərzində bank hesablarında saxlanılan vəsaitlərdir.  

Müddətli depozitlər üzrə hesablara sertifikatlar, veksellər, əhalinin məq-

sədli  və  müddətli  əmanət  hesabları,  həmçinin  əvvəlcədən  müddəti  müəyyən 

edilməyən,  lakin  asanlıqla  təyin  edilə  bilən  hesablar  aiddir.  Belə  hesablara 

büdcə vəsaitlərinin saxlandığı və kapital qoyuluşlarımn maliyyələşdirildiyi və s. 

hesablar aid edilə bilər. Başqa banklardan alınmış depozitlər də müddətli adla-

nır, çünki belə vəsaitlər həmişə, bir qayda olaraq əvvəlcədən müəyyən edilmiş 

müddətə alınır. 

Müddətli depozitlərin bir çox parametrləri, o cümlədən subyektləri, məb-

ləğləri, müddətləri, qəbulu və qaytarılması qaydaları, istifadə üsulları kommer-

siya banklarının vəziyyətindən asılı olaraq çox fərqli və müxtəlif ola bilər. Bu, 

 

 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə