Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,77 Mb.

səhifə115/230
tarix14.09.2018
ölçüsü4,77 Mb.
1   ...   111   112   113   114   115   116   117   118   ...   230

 

 

241



bankların öz fəaliyyətlərində seçmiş olduqları istiqamətlərdən, onların maliyyə 

vəziyyətindən və malik olduqları imicdən asılı olur. 

Ə

manət sahibləri verdikləri pul qədər banklardan alacaqlı olurlar. Başqa 



sözlə, pulunu banka qoyan bir şəxs banka kredit vermiş olur. Bir sıra ölkələrdə 

ödəmələrin  böyük  bir  hissəsi  (təxminən  90%)  banklar  vasitəsilə  olur.  Pulun 

banknot  yerinə  əmanət  şəklində  bankda  tutulması  əmanətçiyə  gəlir  gətirir. 

Müddətləri  baxımından  əmanətləri  aşağıdakı  şəkildə  sıralamaq  mümkündür: 

müddətsiz əmanət; müddətli əmanət.  

Banklardan istənilən  an  çıxarılmaq üzrə  qoyulan  əmanətlərə müddətsiz, 

müəyyən  bir  müddət  sonunda  götürülmə  ilə  qoyulan  əmanətlərə  isə  müddətli 

ə

manət  deyilir.  Tələb  olunanadək  depozitlər  müxtəlif  bank  hesablarındakı 



vəsaitlərin  sahibinin  pul  və  hesablaşma  sənədlərini  yazmaqla  birinci  tələbdən 

ə

ldə  edə  bilməsidir.  Bunlara  hüquqi  şəxslərin  cari  və  hesablaşma  hesabında 



saxlanılan  vəsaitlər,  müxtəlif  təyinatlı  fondların  vəsaitləri,  hesablaşmalardakı 

vəsaitlər,  digər  kreditorların  vəsaitləri,  digər  bankların  müxbir  hesablarındakı 

vəsaitlərin qalığı, fiziki şəxslərin tələb edilənədək əmanətlərdəki vəsaitləri və s. 

aiddir.  Depozit  sahiblərinin  kateqoriyalarından  asılı  olaraq  depozitləri  hüquqi 

və  fiziki  şəxslərin  depozitlərinə  bölmək  olar.  Depozit  əməliyyatının  subyekti 

banklar  və  pulun  sahibləri  olan  kreditorlar,  obyekti  isə  banka  verilən  pullar 

sayılır. Bu hesabın sahibi üçün üstünlüyü onun yüksək likvidli olmasıdır. An-

caq onlar üzrə faizlər ya ödənilmir, ya da aşağı faiz müəyyən edilir. 

Nəzərə alsaq ki, dünya bank təcrübəsində bankların cəlb etdiyi vəsaitlərin 

ə

sas  hissəsini  (təqribən  60-70%-ni)  müddətli  depozitlər  təşkil  edir,  bizdə 



müddətli depozitlərin ümumi depozitlərdə xüsusi çəkisi 2-3 dəfə aşağıdır. Müx-

təlif növlü depozit və əmanətlər üzrə ödənilən faiz siyasəti stimullaşdırıcı rola 

malik  olmalı  və  müştəriləri  öz  vəsaitlərini  nəinki  qısa  müddətə,  hətta  uzun 

müddətə banklarda saxlamağa təhrik etməlidir. 

Bankların əsas xərcləri depozit və əmanət xidməti ilə bağlıdır. Cəlb edil-

miş  vəsaitin  tərkib  hissəsindən  biri  də  əmanət  qoyuluşudır.  Yerli  təcrübədə 

ə

manət hesabları yalnız fiziki şəxslərə, xarici təcrübədə isə həm də qeyri-kom-



mersiya təşkilatlarına və işgüzar firmalara da açılır. Fiziki şəxslər üçün açılan 

ə

manət qoyuluşlarının müxtəlif növləri vardır: müddətli, uduşlu, məqsədli və s. 



Azərbaycan Respublikasında mövcud bank qanunvericiliyinə uyğun ola-

raq əhalinin əmanətləri bütün banklar tərəfindən, onların nizamnaməsində belə 

ə

məliyyatların  aparılması  üçün  Azərbaycan  Respublikası  Mərkəzi  Bankının 



verdiyi lisenziya əsasında qəbul edilə bilər. 

Ə

manətçi  ilə  bağlanmış  müqaviləyə  əsasən  bank  əmanətçinin  qoyduğu 



pul vəsaitini saxlamağı, əmanət üzrə faiz şəklində və bankların təklif etdiyi baş-

qa  formada  gəlir ödəməyi, əmanətlə  hesablaşmalar üzrə  əmanətçinin tapşırıq-

larını yerinə yetirməyi tutulmuş şərtlərlə və qaydada geri qaytarmağı öhdəsinə 

götürür. 




 

 

242



Banklar ilk növbədə müştərilərin vəsaitlərini cəlb etmək və ya onların və-

saitlərini  özündə  saxlamaq  üçün  onlara  kifayət  qədər  yüksək  faiz  gəliri  əldə 

etməyi  təmin  etməlidir.  Digər  tərəfdən  isə  banklar  kifayət  qədər  yüksək  faiz 

dərəcəsindən qaçmalıdırlar. 

Hal-hazırda isə banklar depozit və əmanət əməliyyatları üzrə faiz siyasə-

tini  təyin  etməkdə  sərbəstdirlər.  Kommersiya  banklarının  bu  cür  siyasətinə 

müəyyən  amillər  təsir  göstərir.  Bankların  faiz  dərəcəsinə  təsir  göstərən  əsas 

amillərdən biri Mərkəzi Bankın apardığı uçot siyasətidir. Çünki uçot siyasətinin 

aşağı düşməsi və ya qalxması kommersiya banklarının ssuda və depozitləri üzrə 

faizlərinin  aşağı  düşməsinə  və  ya  qalxmasına  səbəb  olur.  Mərkəzi  bankların 

açıq  bazarda  apardığı  əməliyyatlar  da  kommersiya  banklarının  faiz  siyasətinə 

təsir göstərən pul-kredit tənzimlənməsinin əsas metodlarından biridir. 

Düzdür, bu gün depozit problemi ilk növbədə banka inamla bağlıdır. Ona 

görə  də,  depozitin  səviyyəsi,  artma  meyli  bu  təsiri  özündə  demək  olar  ki, 

həmişə əks etdirir. Depozitlər içərisində vacib yeri tələb edilənədək depozitlər 

tutur.  nkişaf  etmiş  ölkələrdə  müştərinin  tələbi  ilə  nağdlaşdırılan  və  ya  başqa 

hesaba dərhal köçürülən depozitlərdən vəsait çeklərlə silinir. Onu da qeyd edək 

ki,  ödəmə  dövriyyəsinin  böyük  əksəriyyəti  bu  çeklərlə  aparılır.  Bu  hesablar 

üzrə müştərilərə ya faizlər ödənilir, ya qanunvericiliklə qadağan olunur, ya da 

bankın xidmət haqqında güzəştləri ilə müşayiət olunur. Bu əmanətlərin təklifi 

vacib bank xidmətləri olduğundan ödəmə sistemi tez bir zamanda effektivliyini 

artırdı,  işgüzar  əməliyyatlar  sadələşdi,  tezləşdi  və  təhlükəsizləşdi.  Bu  gün 

banklar  müddətli  əmanətlər  xidmətindən  geniş  istifadə  edir.  Müddətli  əmanət 

dedikdə  müəyyən  müddətə  bankın  istifadəsinə  verilən,  tələb  edilənədək  əma-

nətdən daha yüksək faizli depozit başa düşülür. Bank «portfeli»ndə bankların 2 

cür  müddətli  əmanət  qəbul  etdiyi  göstərilir:  xüsusi  müddətli  əmanətlər  və 

götürülməsı barədə qabaqcadan xəbərdarlıq edilən əmanətlər. Qaydaya görə, bu 

ə

manət  növündəki  vəsait  müddət  qurtaranadək  (bloklaşdırılır)  və  bank  tama-



milə ondan istifadə edir. Vəsait vaxtında götürülməzsə, o cari hesabdakı kimi 

istifadə olunur. Adətən müddətlər 4 qrupa bölünür: 30-89 gün, 90-179,180-359 

və 360-dan çox. Bir qayda olaraq müddət uzandıqca faiz dərəcəsi artır. Amma 

uçot dərəcəsinin aşağı düşəcəyi proqnozu varsa, bu qayda pozula bilər. Faizin 

müddətlərarası dəyişilməsi şərtləri də ola bilər. 

Ə

manətlərlə (depozitlərlə) bağlı əməliyyatların uçotunun aparılması üçün 



metodoloji göstərişlər: 

1.  Əmanətlərin (depozitlərin) qəbul edilməsi zamanı  aşağıdakı mühasi-

bat yazılışı verilir: 

Dt Kassa/ müxbir hesab/ müştərinin hesabı 

Kt müvafiq müştərinin müvafiq əmanət (depozit) hesabı 

2.  Əmanətlərə  (depozitlərə)  dair  ödəniləcək  faizlərin  hesablanması  za-

manı aşağıdakı mühasibat yazılışı verilir: 

Dt müvafiq faiz xərcləri hesabı 






Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   230


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə