Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə116/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   112   113   114   115   116   117   118   119   ...   230

 

 

243



Kt müvafiq hesablanmış faiz borcları hesabı 

3.  Əmanətlər (depozitlər) üzrə hesablanmış faizlərin ödənilməsi zamanı 

aşağıdakı mühasibat yazılışı verilir: 

Dt müvafiq hesablanmış faiz borcları hesabı; 

Kt Kassa/ müxbir hesab/ müştərinin hesabı. 

4.  Əmanətlərin  (depozitlərin)  qaytarılması  zamanı  aşağıdakı  mühasibat 

yazılışı verilir: 

Dt müvafiq müştərinin müvafiq əmanət (depozit) hesabı; 

Kt Kassa/ müxbir hesab/ müştərinin hesabı. 

Bir qayda olaraq bank balansının kapital hissəsinə aşağıdakılar daxildir: 

Adi səhmlər; imtiyazlı səhmlər; səhmlərin buraxılışından əldə edilmiş əlavə və-

saitlər;  aktivlərin  yenidən  qiymətləndirilməsi;  bölüşdürülməmiş  mənfəət;  ilin 

ə

vvəlindən cari tarixədək mənfəət. 



Bankın məcmu kapitalı iki hissədən ibarət olur. Birincinin tərkibinə Ni-

zamnamə kapitalı + Səhmlərin emissiyasından əlavə vəsait + Bölüşdürülməmiş 

xalis  mənfəət  (I  dərəcəli  kapital)  və  Cari  ilin  mənfəəti+  Ümumi  ehtiyatlar  + 

Kapitalın digər vəsaitləri (II dərəcəli kapital). 

Kapitalın məbləği kapitalın aktivlərin və öhdəliklərin həcmindən asılıdır. 

Kapital  bankda  iştirak  payı  olan  tərəflərin  dividend  alınması  və  ya  kapitalın 

ödənilməsinə  münasibətdə  müxtəlif  hüquqlara  malikolma  faktını  əks  etdirir. 

Mənfəət, bankın fəaliyyətinin effektivlik dərəcəsinin ölçüsü və  ya investisiya-

lardan (səhmlərdən) daxil olan səmərənin ölçüsü üçün əsas kimi istifadə olunur. 

Mənfəətin  ölçüsü  ilə  bilavasitə  əlaqədar  olan  elementlər  -  gəlir  və  xərclərdir. 

Gəlir və xərclərin elementləri aşağıdakı kimi təyin olunur: 

Gəlir – hesabat dövrü ərzində aktivlərin axıb gəlməsi və ya artması for-

masında  və  ya  səhmdarların  qoyuluşları  ilə  əlaqədar  olmayan,  kapitalın 

artmasına gətirib çıxaran öhdəliklərin azalması kimi təzahür edən iqtisadi səmə-

rələrin  artmasıdır.  Gəlir  anlayışına,  daxil  olan  pul  vəsaitləri  və  digər  gəlirlər 

aiddir.  Daxil  olan  pul  vəsaitləri  (mədaxil)  bankın  adi  fəaliyyət  prosesində 

yaranır  və  müxtəlif  anlayışlarla,  o  cümlədən  mükafatlar,  faizlər,  dividendlər, 

royalti  və  icarə  haqqı  adlandırılır.  Digər  gəlirlər,  gəlir  anlayışına  cavab  verən 

digər  maddələri  ifadə  edir  və  bankın  adi  fəaliyyəti  prosesində  yarana  və 

yaranmaya bilər. Bu gəlirlər özlüyündə iqtisadi səmərələrin artımını təşkil edir 

və öz xarakterinə görə daxil olan pul vəsaitlərindən fərqlənmir. Digər gəlirlər, 

məsələn,  əsas  vəsaitlərin  realizə  olunmasından  yaranan  gəlirlərdən  ibarətdir. 

Gəlir  anlayışına  həmçinin  realizə  olunmamış  gəlirlər,  yəni  bazar  qiymətli 

kağızlarının yenidən qiymətləndirilməsindən yaranan gəlir və ya uzunmüddətli 

aktivlərin balans dəyərinin artmasından yaranan gəlir daxildir. Mənfəət və zərər 

haqqında hesabatda belə gəlirlər tanınarkən ayrı-ayrılıqda təqdim olunur, çünki 

bu  gəlirlər  haqqında  məlumatlar  iqtisadi  qərarların  qəbul  olunması  üçün  fay-

dalıdır. Müxtəlif növ aktivlər gəlir vasitəsilə əldə oluna və artırıla bilər. Buna 

misal olaraq, pul vəsaitlərini, debitor borcunu, təchiz olunmuş mallar və  gös-



 

 

244



tərilən xidmətlərin müqabilində alınan malları və göstərilən xidmətləri göstər-

mək olar. Gəlir öhdəliklərin tənzimlənməsi nəticəsində də yarana bilər.  

Xərc – hesabat dövrü ərzində aktivlərin axıb getməsi və ya tükənməsi və 

ya səhmdarlar arasında paylanması ilə  əlaqədar  olmayan kapitalın  azalmasına 

gətirib  çıxaran  öhdəliklərin  artması  kimi  təzahür  edən  iqtisadi  səmərələrin 

azalmasıdır. Xərc anlayışına itkilər və bankın adi fəaliyyət prosesində yaranan 

xərclər daxildir. Bankın adi fəaliyyət prosesində yaranan xərclərinə əməkhaqqı 

və amortizasiya kimi digər xərclər də daxildir.  tkilərə, xərc anlayışına uyğun 

gələn və bankın adi fəaliyyət prosesində yarana bilən və gözlənilməyən xərclər 

aiddir.  tkilər iqtisadi səmərələrin azalmasını əks etdirir və buna görə də öz xa-

rakterinə  görə  digər  xərclərdən  fərqlənmir.  Mənfəət  və  zərər  haqqında  hesa-

batda itkilər, müvafiq gəlirlər çıxılmaqla ayrı-ayrılıqda əks etdirilir. Çünki onlar 

haqqında məlumatlar iqtisadi qərarların qəbul olunması üçün faydalıdır.  

Bank gəlir və xərcləri xarakterinə görə qruplaşdıraraq, əsas gəlir və xərc 

növlərini açıqlayan mənfəət və zərər haqqında hesabat təqdim etməlidir.  

Mənfəət  və  zərər  haqqında  hesabata  aşağıdakı  gəlir  və  xərc  maddələri 

daxil edilməlidir: 

− faiz gəlirləri;  

− faiz xərcləri; 

− aktivlər üzrə ehtimal olunan zərər üçün ehtiyatlar; 

− qızıl və digər qiymətli metalların yenidən qiymətləndirilməsi üzrə xalis 

gəlirlər; 

− qiymətli kağızların yenidən qiymətləndirilməsi üzrə xalis gəlirlər; 

− valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə xalis gəlirlər; 

− xarici valyuta ilə dilinq əməliyyatları üzrə xalis gəlirlər; 

− haqq və komissiya gəlirləri; 

− haqq və komissiya xərcləri; 

− digər əməliyyat gəlirləri; 

− işçilərə sərf olunan xərclər; 

− qeyri-maddi aktivlər və əsas vəsaitlər üzrə köhnəlmə xərcləri; 

− əsas vəsaitlər üzrə təmir və saxlanma xərcləri; 

− inzibati xərclər; 

− digər xərclər; 

− mənfəət vergisi üzrə xərc. 

 

Öhdəliklərin  likvidlik  göstəriciləri.  Likvidlik  –  bankın  balans  və  ba-

lansarxası öhdəliklərini (bundan sonra – öhdəliklər) yerinə yetirmək, cəlb olun-

muş vəsait mənbələrində baş vermiş və/və ya gözlənilən dəyişiklikləri effektiv 

tənzimləmək, habelə əlavə xərclərə yol vermədən aktivlərin planlaşdırılmış ar-

tımını maliyyələşdirmək qabiliyyətidir. Yəni bankın likvidliyi – bankın ona təq-

dim  oluna  bilən  maliyyə  tələbləri  üzrə  öz  aktivlərinin  pul  vəsaitlərinə  çev-




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə