Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə118/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   114   115   116   117   118   119   120   121   ...   230

 

 

247



və  xarici  bazarlardan  cəlb  edilmiş  vəsaitlərinin  cəmləşməsinin  tənzimlənməsi 

üçün nəzərdə tutulur. 

8. Tələbli depozitlərin və bankların müxbir hesablarının sabit qalıqlarının 

cəminin öhdəliklərin ümumi məbləğinə nisbəti. Bu əmsal tələbli depozitlərin və 

müxbir  hesabların sabit qalıqlarının öhdəliklərin hansı hissəsini təşkil etdiyini 

müəyyən edir. Sabit qalıq dedikdə bir il ərzində hesabda sabit olaraq qalan və 

hesabdan çıxarılmayan məbləğ başa düşülür.  

Bankın  likvidlik  mövqeyinin  effektiv  proqnozlaşdırılması  üçün  bank 

ayda bir dəfədən az olmayaraq likvidlik vəziyyətinin stress-testini həyata keçir-

məlidir. 

Stress-testin  ssenarisinin  hazırlanmasında  banka  və  onun  fəaliyyətinin 

xüsusiyyətlərinə (bank əməliyyatlarının və məhsullarının növünə, cəlb edilmiş 

vəsaitlərin mənbələrinə) aid olan, bazarda cari və proqnozlaşdırılan vəziyyətlə 

bağlı  fərziyyələr,  habelə  reytinq  agentlikləri  tərəfindən  verilmiş  reytinqlərin 

təsiri kimi meyarlar əsas götürülməlidir. 

Stress-testin  keçirilməsi  zamanı  müqavilə  ilə  müəyyən  edilən  müddətli 

aktiv və öhdəliklərin məbləğlərinin hər zaman onların likvid dəyərini real əks 

etdirmədiyi nəzərə alınır. 

Öhdəliklər üzrə stress-test fərziyyələri aşağıdakılardan ibarət ola bilər: 

1. müddətli  öhdəliklərin  sahibləri  tərəfindən  vəsaitlərin  vaxtından  əvvəl 

geri götürülməsi; 

2. cari və müxbir hesablarda vəsaitlərin azalması; 

3. müştərilərin depozitlərinin valyutasının dəyişdirilməsi; 

4. iri depozitlərin geri çağırılması; 

5. banklar və digər maliyyə qurumlarından alınmış vəsaitlərin vaxtından 

ə

vvəl geri çağırılması;  



6. kredit  xətləri  üzrə  müqavilə  şərtlərinin  pozulması  (vaxtından  əvvəl 

bağlanması, nəzərdə tutulmuş vəsaitlərin tam həcmdə və ya vaxtında ayrılma-

ması). 

Bank tərəfindən likvidlik vəziyyətinin dəyişməsinin inkişafının “ən pis”, 



“ən  yaxşı”  və  “ehtimal  olunan”  ssenariləri  tərtib  olunmalı  və  yuxarıda  göstə-

rilən  fərziyyələr  daxil  olmaqla  hər  bir  ssenari  üçün  ayrıca  meyarlar  müəyyən 

edilməlidir. 

Bundan əlavə bank rəhbərliyinin, habelə müvafiq səlahiyyətli əməkdaşla-

rının  məlumatlandırılması  məqsədilə  hesabatlıq  sistemi  aşağıdakı  məlumatları 

özündə cəmləşdirməlidir: 

1. öhdəliklərin  cəmləşməsi  barədə  məlumat:  ən  iri  vəsait  təminatçıları 

öhdəliklərin sahibləri, onların fəaliyyət sahələri və coğrafi ərazi üzrə toplanma-

sı, resursların növü (cari hesab, müddətli depozit, banklararası kredit), vəsaitin 

məbləği, faiz dərəcəsi və digər məlumatlar; 

2. ən qısa müddət ərzində satıla bilən aktivlərin siyahısı; 



 

 

248



3. hazırda  təminat  qismində  yerləşdirilmiş  və  əlavə  vəsaitlər  tələb  olu-

narsa  təminat  qismində  yerləşdirilə  və  ya  gələcəkdə  yenidən  maliyyələşdirilə 

bilən aktivlərin siyahısı; 

4. kreditlərin  və  digər  öhdəliklərin  geri  qaytarılması,  gələcəkdə  əldə 

ediləcək  əsas  vəsaitlərin  və  uzunmüddətli  investisiyaların  maliyyələşdirilməsi 

üzrə plan (bankdaxili) və proqnozlar (bankdankənar təsir nəzərə alınmaqla); 

5. aktivlərin  gəlirliyi  və  bank  əməliyyatlarının  aparılması  üçün  müxtəlif 

resursların  dəyəri  (maliyyələşmə  mənbələri  üçün  mövcud  olan  və  proqnoz-

laşdırılan qiymətlər); 

6. bazarda  mövcud  vəziyyətin,  habelə  öhdəliklərinin  diversifikasiyası 

məqsədilə bankın bazara çıxış imkanlarının və qısa müddət ərzində aktivlərin 

satılmasını  təmin  edə  bilmək  bacarığının  qiymətləndilməsi  üzrə  mütəmadi 

məlumat. 

 

6.2. Bank kapitalı 

 

Təsərrüfat subyektinin fəaliyyətinin maliyyələşməsi sistemində əsas anla-

yışlardan  biri  kapitaldır.  Bu  kateqoriyanın  izah  edilməsi  üçün  üç  əsas  ya-

xınlaşmanı müəyyən edirlər: iqtisadi, mühasibat və uçot-təhlil.  

qtisadi  yaxınlaşma  çərçivəsində  kapitalın  fiziki  konsepsiyası  yerinə 

yetirilir  və  cəmiyyətin  gəlirlərinin  universal  mənbəyi  olan  və  dövlət  daxil 

olmaqla şəxsi (onun daşıyıcısından, yəni insandan uzaqlaşmayan), özəl, ictimai 

birliklərə  bölünən  resursların  cəmi  kimi  geniş  mənada  nəzərdən  keçirilir.  Ka-

pitalı iki son növə, real və maliyyə növünə ayırmaq olar. Real kapital istehsal 

amillərində  (binalar, maşınlar, nəqliyyat vasitələri,  xammal və digərləri) ifadə 

olunur; maliyə isə qiymətli kağızlarda və pul vəsaitlərində.  

Müəssisə  səviyyəsində  yerinə  yetirilən  mühasibat  yaxınlaşması  çərçi-

vəsində “kapital” termini xalis aktivlərin sinonimi kimi çıxış edir, onun həcmi 

isə  müəssisənin  aktivlərinin  məbləği  və  onun  öhdəliklərinin  həcmi  arasındakı 

fərq kimi hesablanır.  

Uçot-təhlil  yanaşması  mahiyyət  etibarilə  iki  əvvəlki  yanaşmanın  birləş-

məsidir  və  kapitalın  fiziki  və  maliyyə  konsepsiyalarının  modifikasiyasından 

istifadə  edir.  Bu  halda  resurslar  cəmi  kimi  kapital  eyni  vaxtda  iki  tərəfdən 

xarakterizə  edilir:  a)  onun  qoyulma  istiqamətləri  (kapital  vahid  müstəqil  sub-

stansiya kimi mövcud deyildir və həmişə bəzi fiziki formaya salınır və b) ya-

ranma mənbələri kimi (kapital haradan alınmışdır və kimindir). Müvafiq olaraq 

kapitalın iki bir-biri ilə qarşılıqlı əlaqədə olan müxtəlifliyini ayırırlar: aktiv və 

passiv.  Aktiv  kapital  –  təsərrüfat  subyektinin  istehsal  gücüdür  və  onun  mü-

hasibat balansının aktivində iki blok - əsas və dövriyyə kapitalları formasında 

formal olaraq təqdim edilmişdir. Passiv kapital – vəsaitlərin uzunmüdətli mən-

bələridir və onların hesabına subyektlərin aktivləri formalaşmışdır; onlar xüsusi 

və borc kapitalına bölünmüşdür.  



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə