Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə119/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   115   116   117   118   119   120   121   122   ...   230

 

 

249



Xüsusi kapital üçüncü tərəflərin tələbləri ödənildikdən sora müəssisə sa-

hiblərinə  çatan  müəssisə  aktivlərinin  dəyərinin  bir  hissəsidir.  Formal  xüsusi 

kapital  isə  balans  passivində  bu  və  ya  digər  dərəcədə  ifadə  olunmadır;  onun 

ə

sas  komponentləri  nizamnamə,  əlavə  və  ehtiyat  kapitalları,  eləcə  də  paylaş-



dırılmamış gəlirdir.  

Borc  kapitalı  isə  üçüncü  şəxslər  tərəfindən  müəssisəyə  uzun  müddətə 

verilən  vəsaitlərin  pul  baxımından  qiymələndirilməsi  deməkdir.  Xüsusidən 

fərqli olaraq, borc kapitalı qaytarılmalıdır, qaytarılması şərti barədə onun yığıl-

ması  vaxtında  danışılır;  o  mənada  daimidir  ki,  kapital  təchizatçıları  nöqteyi-

nəzərindən borcun əsas məbləğinin nominal həcmi dəyişmir. Forma olaraq borc 

kapitalı  balansın  passivində  müəssisənin  üçüncü  şəxslər  qarşısında  götürdüyü 

öhdəliklərinin  cəmi  kimi  ifadə  edilmişdir,  onun  əsas  komponentləri  isə  uzun-

müddətli kreditlər və borclardır.  

Uçot-təhlil  yanaşmasına  əsasən  kapitalın  həcmi  mühasibat  balansının 

üçüncü və dördüncü bölmələrinin yekunlarının məbləği kimi hesablanır. 

Maddi-əşya  baxımından  ifadə  olunması  nöqteyi-nəzərindən  mənbələrin 

digər bütün növləri kimi kapitalın sahibi göstərilməmişdir, yəni o, müəssisənin 

müxtəlif aktivlərinə görə yayılmışdır. Bu mənada xüsusi və borc kapitalının ol-

masını  heç  bir  vaxt  belə  təsəvvür  etmək  olmaz  ki,  hesablama  hesabındakı 

vəsaitlərin bir hissəsi xüsusi, bir hissəsi isə borc vəsaitləridir.  

Səhmdar  tipli  kommersiya  təşkilatının  yaradılması  zamanı,  bir  qayda 

olaraq,  yeganə  maliyyələşmə  mənbəyi  nizamnamə  kapitalıdır.  Təşkilatın 

nizamnamə kapitalı onun əmlakının minimal ölçüsünü müəyyən edir. Biznesin 

bəzi  təşkilati-hüquqi  formaları  üçün  onun  həcmi  aşağıda  məhdudlaşdırılır;  o 

cümlədən,  açıq  cəmiyyətin  minimal  nizamnamə  kapitalı  (MNK)  onun  qey-

diyyat tarixində əməyin ödənilməsi üçün minimal həcmin min qat məbləğindən 

aşağı,  qapalı  cəmiyyətin  kapitalı  isə  MNK-nin  yüz  qat  məbləğindən  aşağı 

olmamalıdır.   

Cəmiyyətin  təsis  edilməsi  zamanı  onun  səhmləri  cəmiyyətin  nizamna-

məsi ilə müəyyən edilən müddət ərzində tam ödənilməlidir, bu zaman nizamna-

mə  kapitalının  50%-dən  çox  olmyan  hissəsinin  cəmiyyətin  yaradılması  vaxtı, 

yerdə qalan hissəsinin isə onun qeydiyyata alındığı andan il ərzində ödənilməsi 

lazımdır.  

Ə

lavə kapitala müəssisənin əsas vəsaitlərinin, əsaslı tikinti obyektlərinin 



və digər əmlak obyektlərinin 12  aydan  yuxarı sərfəli şəkildə istifadə  edilməsi 

məbləği, eləcə də yerləşdirilmiş səhmlərin (səhmdar cəmiyyətin emissiya gəliri) 

nominal dəyərindən çox alınmış məbləğ daxildir.  

Ehtiyat kapitalının yaradılması icbari olaraq ayrılan illik vəsaitlərin onlar 

üçün  müəyyən  edilmiş  həcmə  çatana  qədər  həyata  keçirilir.  Ayrılmış  bu 

vəsaitlərin  həcmi  müəssisənin  nizamnaməsində  müəyyən  edilir,  lakin  xalis 

gəlirin  (vergilər  üzrə  büdcə  ilə  hesablaşmalardan  sonra  cəmiyyətin  sərənca-

mında qalan gəlirlər) 5%-dən aşağı ola bilməz.  




 

 

250



lin nəticələrinə görə müəssisə tərəfindən əldə olunan gəlir səhmdar cə-

miyyətdə səhmdarların ümumi toplantısının və ya məhdud məsuliyyətli cəmiy-

yətdə  iştirakçıların  toplantısının  qərarı  ilə  dividentlərin  ödənilməsi,  ehtiyat  və 

digər  fondların  yaradılması,  eləcə  də  ötən  illərə  görə  itkilərin  kompensasiya 

edilməsi  və  s.  üçün  bölüşdürülür.  Bölüşdürülməyən  gəlir,  mahiyyət  etibarilə 

müəssisənin aktivlərinə yenidən investisiya edilir; o balansda xüsusi vəsaitlərin 

mənbəyi  kimi  göstərilir.  Gəlirin  yerdə  qalan  hissəsi  isə  səhmdarların  növbəti 

iclasına qədər dəyişməz qalır.  

Xüsusi kapital bilavasitə banka məxsus olan vəsaitlərdir. Xüsusi kapital 

öz çəkisinə görə ümumi kapitalda az bir hissəni təşkil etsə də, kredit təşkilatının 

normal  fəaliyyətini  təmin  etmək  üçün  mühüm  funksiyaları  yerinə  yetirir.  Bu 

funksiyalar  aşağıdakılardan  ibarətdir:  müdafıə  funksiyası,  operativ  funksiya, 

tənzimləmə funksiyası

6



Müdafıə  funksiyası.  Məlum  olduğıı  kimi,  bank  resurslarının  90%-ə 

qədəri  əmanətçilər  tərəfindən  maliyyələşdirilir.  Buna  görə  də  kommersiya 

banklarının səhmdar kapitalının və ona bərabər tutulan vəsaitlərin əsas funksi-

yası əmanətçilərin maraqlarının müdafıəsidir. Belə bankların ləğv ola biləcəyi 

və ya hər hansı bir səbəbdən öz fəaliyyətini dayandıra biləcəyi halda əmanətçi-

lərə  dəymiş  zərərin  əvəzinin  ödənilməsini  nəzərdə  tutur.  Xüsusi  kapital, 

bankların normal fəaliyyətini təmin edən resurs ehtiyatının yaradılması yolu ilə 

bankın  ödəmə  qabiliyyətini  qoruyub  saxlayır.  Nəzərə  almaq  lazımdır  ki, 

zərərlər bütövlükdə kapital hesabına deyil, cari resurslar hesabına ödənilir. Cari 

aktivlər kifayət etmədikdə, banklar bu məqsəd üçün xüsusi kapitaldan istifadə 

edə bilər. Firma, müəssisə və təşkilatlardan fərqli olaraq bank ödəmə qabiliyyə-

tini qorumaq üçün bu vasitəyə əl ata bilir. Bankın səhmdar kapitalı toxunulmaz 

olduğu hallarda o, ödəməqabiliyyətli sayılır. Bu, o halda mümkündür ki, bankın 

aktivləri  bütün  öhdəliklərdən  təmin  olunmamış  öhdəliklərin  və  səhmdar 

kapitalın  cəmini  çıxdıqdan  sonra  qalan  hissəsinə  bərabər  və  ya  ondan  çox 

olsun. 


Kapitalın müdafıə funksiyası postsovet məkanı ölkələrinin bank sistem-

ləri üçün aktual və xüsusi əhəmiyyət kəsb edən məsələdir. Bu ölkələrdə hələ ki, 

tam sabit iqtisadi vəziyyət təmin edilmədiyinə, bank sistemlərində obyektiv və 

subyektiv  səbəbdən  rəqabətin  gözlənilməz  vüsətlə  inkişaf  etdiyinə,  etibarlı, 

güclü  informasiya  bazası  mövcud  olmadığına,  qeyri-düzgün  bank  siyasəti 

aparıldığına, əmanətlərin sığortası sisteminin olmadığına görə çox vaxt bankla-

rın  sıradan  çıxması  və  əmanətçilərin  öz  vəsaitlərini  itirməsi  halları  baş  verir. 

                                                            

6

 Bağırov M.M. Bank işi. Bakı, 2003. 



 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə