Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə12/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   8   9   10   11   12   13   14   15   ...   230

 

 

24



Birjada qiymətli kağızlar  alınıb və  ya satılarkən investor  çox az bir ko-

misyon  haqqı  ödəyir.  Bu  səbəbdən  də  onun  qiymət  mövzusunda  aldanılması 

imkansızdır, çünki alış və ya satış qiyməti rəsmən bəllidir. 

Listinqdən keçmiş səhmləri investorlar üçün əmanətli investisiya alətləri-

dir. Birjalar yalnız iqtisadi həyatı deyil, bütün sosial siyasətin barometridir.  qt-

isadi olaylar, faktorlar və göstəricilər qədər, hətta onlardan daha çox sosial-si-

yasət və sosial-psixoloji dəyişmələr birjaya təsir edir. 

Pensiya fondları - üzvlərinin əqidəsinə və gəlirinə görə təsbit edilən ayır-

maları  toplayaraq  üzvlərini  xəstəlik,  ölüm  və  pensiyalılıq  kimi  risklərdən 

qoruyurlar.  Toplanan  vəsaitlər  uzunmüddətli  və  sabit  olduğundan  likvid  fond 

tutmaq ehtiyacına heç bir əsas qalmır. Bu səbəbdən də toplanan fondlar kapital 

bazarı  alətlərinə  yönəlir.  Pensiya  fondları  iştirakçılara,  yaşamlarının  aktiv 

olaraq  çalışmadıqları  dönəmində,  dönəmsəl  gəlir  saxlamaq  üzrə,  aktiv  olaraq 

çalışdıqları dönəmdə ödədikləri payların vasitəsi ilə topladıqları fondları finans 

bazarlarında dəyərləndirən qurumlardır.  

Pensiya  fondlarının  yaradılmasında  bir  tərəfdə  iştirakçı  və  ya  qatılımçı, 

digər tərəfdə isə sistemin qurucusu olur. Pensiya fondları, qurucularından asılı 

olaraq fərqli formalar ala bilir. Əsas olaraq iki tip əməklilik fondu idarəsindən 

bəhs edir. Bunların birincisi müəyyən edilmiş əməkhaqqı, digəri isə müəyyən 

edilmiş iştirak və ya qatqı modellərdir. 

Hər iki sistemdə investisiya riskinin qurucu ilə iştirakı arasındakı paylaş-

dırılması  fərqlənir.  Məlum  əməkhaqqı  modellərində  qurucu  əməkliliyə  haqq 

qazanmış olan qatılımçılara son ildə aldıqları əməkhaqqının nə qədəri səviyyə-

sində pensiya əməkhaqqı ödəyəcəyini öncədən müəyyən edilir. Müəyyən edil-

miş  qatqı  modelindəki  sözləşmədə,  qatılımçıların  çalışdıqları  dönəmdə 

ə

məkhaqqının nə qədərini qatqı payı olaraq ödəyəcəkləri müəyyən edilməklə, 



ə

məkli əməkhaqqı bu qatqı paylarının məcmusunu tutan təqdirdə təsbit edilir. 

Pensiya fondlarının qurulma məsələsi həm məcburi, həm də könüllü və ya istə-

yə  bağlı  ola  bilər.  Məcburi  uyğulamalar  Çili,  Malayziya  və  Sinqapurdadır. 

stəyə bağlı pensiya fondları isə ABŞ və  ngiltərədə rast gəlinir. 

Ümumiyyətlə, Qərb ölkələrində istər dövlət, istərsə də özəl sektorda bü-

tün  çalışanların  pensiya  təminatları  vardır.  Bundan  başqa,  bütün  işçilər  sosial 

sığorta  sistemi  tərəfindən  qorunurlar.  Adətən,  pensiya  fondlarının  aktivləri 

bölümündə 80%  korporativ qiymətli kağızlardır, onun isə 30%-i  aksiyadır  ki, 

bununla  pensiya  fondları  çeşidli  şirkətlərin  korporativ  siyasətinə  təsiretmə 

gücünə sahib olur. 

Ümumiyyətlə, Avropada pensiya fondlarının fəaliyyəti dövlət tərəfindən 

dəstəklənir. Belə ki, Fransa və  taliyada pensiya fondlarının fəaliyyətində əldə 

edilən gəlir vergidən azaddır. Bu isə onlara iri investor kimi çıxış etməyə imkan 

verir.  Pensiya  fondlarının  vəsaiti  həm  işverənlər,  həm  də  işçilərin  ayırmaları 

hesabına formalaşır. Fond bu vəsaitləri müəyyən obyektlərə investisiya edir və 

sonradan dövri olaraq yığılmış vəsaiti işdən azad olunanlara bütövlükdə və ya 



 

 

25



annuitet  qaydasında  ödəyir.  Pensiya  fondlarına  vəsait  yığılarkən  vergiyə  cəlb 

olunmur.  Pensiya  fondlarının  passivləri  uzunmüddətli  xarakter  daşıyır.  Buna 

görə də onlar uzunmüddətli qiymətli kağızlara yatırım etmək imkanlarına sahib 

olurlar.  ABŞ-da  korporativ  qiymətli  kağızların  əhəmiyyətli  hissəsi  pensiya 

fondlarının payına düşür. 

ğorta  –  şəxslərin  əmlakı,  həyatı,  sağlamlığı,  mülki  məsuliyyəti,  həm-

çinin  qanunvericiliklə  qadağan  olunmayan  fəaliyyəti,  o  cümlədən  sahibkarlıq 

fəaliyyəti  ilə  əlaqədar  olan  əmlak  mənafelərinin  müdafiəsi  sahəsində  riskin 

ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir. 

Sığorta  şirkətləri  –  tərəfindən  sığorta  etdirənlərin  sığorta  haqlarından 

(mükafatlarından)  formalaşan,  sığorta  hadisəsi  nəticəsində  sığorta  etdirənə 

dəyən zərərin  ödənildiyi  sığorta  fondunun  hesabına  fiziki və hüquqi  şəxslərin 

ə

mlak maraqlarının qorunması ilə bağlı olan münasibətlər sistemidir. 



Sığortanın  iqtisadi  mahiyyəti,  onun  ictimai  məqsədlərində  ifadə  olunan 

funksiyalarında  daha  da  açılır.  Funksiyalar  sığortanın  maliyyə  sisteminin  bir 

halqası  kimi  xüsusiyyətlərini  aydınlaşdırmağa  imkan  verən  təzahür 

ə

lamətləridir. Maliyyə anlayışı öz iqtisadi mahiyyətini hər şeydən əvvəl bölgü 



funksiyası  vasitəsilə  ifadə  edir.  Bu  funksiya  özünü  sığortanın  funksiyalarında 

göstərir.  Sığortanın  əsas  etibarilə  dörd  əsas  funksiyası  var.  Bunlar  aşağı-

dakılardan  ibarətdir:  risk  funksiyası,  xəbərdarlıq  funksiyası,  yığım  (əmanət 

funksiyası), nəzarət funksiyası. Əsas funksiya kimi risk funksiyası çıxış edir.  



Vençur  investisiya.  «Vençur  kapital»  (ingilis  dilində  venture-  risk 

deməkdir) riskli investisiyanı əks etdirir. Vençur kapital böyük risklə bağlı olan 

yeni fəaliyyət sferalarına qoyulan investisiyaları əks etdirir. Əsasən texnologiya 

sahəsində fəaliyyət göstərən şirkətlər maliyyələşdirilir. 

Vençur  investorlar  (fiziki  şəxslər  və  ixtisaslaşmış  investisiya  şirkətləri) 

kifayət qədər gəlir əldə etmək hesabı ilə öz vəsaitlərini yatırırlar. 

Vençur  investisiya  birjada  kotirovka  olmayan  vençur  şirkətlərin  ak-

siyalarının  əldə  edilməsi  formasında  həyata  keçirilir.  Vençura  əsasən  bazarda 

məhsulları  böyük  risklə  bağlı  olan  təşkilatlar  aid  edilir.  Bunlar  əsasən  böyük 

bazar potensialına malik olmayan, istehlakçılara məlum olmayan məhsul və ya 

xidmətlər  istehsal  edən  təşkilatlardır.  Vençur  təşkilat  öz  inkişafında  bir  sıra 

mərhələlərdən keçir ki, bunlar da hər biri müxtəlif imkan və maliyyə mənbələri 

ilə xarakterizə edilir. 

Birinci  mərhələdə  məhsulun  protipi  yaradıldıqda  az  miqdarda  maliyyə 

vəsaiti  tələb  olunur.  Bir  qayda  olaraq  burada  maliyyə  mənbəyi  kimi  layihə 

təşəbbüskarının şəxsi vəsaiti, həmçinin hökumət qrantları və ayrı-ayrı investor-

ların ödəmələri çıxış edir. 

Məhsul  istehsalının  baş  verdiyi  ikinci  mərhələdə  daha  çox  maliyyə  və-

saitinə ehtiyac olur. Əsas xərc məhsul istehsalı texnologiyasının işlənib hazır-

lanması  və  məhsulun  kommersiya  hissəsinin  (marketinq  strategiyasının 

formalaşdırılması, bazarın proqnozlaşdırılması və s.) üzərinə düşür. 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə