Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə121/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   117   118   119   120   121   122   123   124   ...   230

 

 

253



Bank  kapitalının  və  onun  adekvatlığının  hesablanması  qaydaları. 

Azərbaycan Respublikasında fəaliyyət göstərən kommersiya bankları və xarici 

bankların  yerli  filialları  (irəlidə  -  banklar)  üçün  kapitalın  tərkib  hissələrini 

(komponentlərini),  habelə  bank  nəzarəti  üzrə  Bazel  Komitəsinin  müəyyən 

etdiyi  prinsiplərə  müvafiq  surətdə  kapitalın  adekvatlıq  əmsallarını  və  onların 

hesablanması  qaydalarını  müəyyən  edir.  Qaydalarda  “Məcmu  kapitalın  əsas 

məqsədi  bank  ləğv  edildiyi  zaman  vəsaitini  bölüşdürməklə  depozitlər  (əma-

nətlər)  və  ya  digər  kreditor  borclar  üzrə  itkilərin  ödənilməsi  ilə  onun  öhdə-

liklərinin  icrasını  təmin  etməkdir”  deyə  qeyd  edilir.  Bu  vəsait  bankın  ödə-

məqabiliyyətliyinin itirilməsinə gətirib çıxara bilən mümkün zərərləri azaldır və 

bank sisteminə əmanətçilərin və potensial investorların inamını artırır. Məcmu 

kapitalın formalaşması və artırılmasına yönəldilən vəsaitlər (investisiyalar) pul 

şə

klində  Azərbaycan  Respublikasının  milli  valyutasında  ödənilir.  Bankın  fəa-



liyyəti  dövründə  onun  məcmu  kapitalının  minimum  miqdarı  Mərkəzi  Bankın 

tələbindən,  adekvatlıq  əmsalları  isə  bu  Qaydalarda  müəyyən  edilmiş  səviy-

yədən  aşağı  olarsa,  zərərin  baş  verdiyi  hallar  istisna  olmaqla  bank  kapitalının 

komponentləri  azaldıla  bilməz  (o  cümlədən  dividendlərin  nağd  şəkildə 

verilməsi hesabına).  

 AMB  kredit  riskləri  ilə  yanaşı  bank  fəaliyyətinə  aid  olan  digər  riskləri 

(əməliyyat  və  valyuta  riskini,  daxili  nəzarətin,  yaxud  ekspertizanın  kifayət 

qədər olmaması riskini, ölkə riskini, aktivlərin eyni bir iqtisadi sahədə,  yaxud 

coğrafi  zonada  cəmləşməsi  riskini  və  s.),  habelə  bankın  maliyyə  vəziyyətini 

nəzərə  alaraq  onun  minimum  məcmu  kapitalına  və  adekvatlıq  əmsallarının 

səviyyəsinə  qarşı  tələbləri  öhdəliklərinin  təmin  edilməsi  məqsədi  ilə  fərdi 

qaydada artıra bilər.  

Heç  bir  şəxs  bankın  nizamnamə  kapitalında  mühüm  iştirak  payını,  o 

cümlədən  nizamnamə  kapitalındakı  mövcud  payını  mühüm  iştirak  payına 

çatdıran  əlavə  payı,  habelə  mühüm  iştirak  payını  artıraraq  səsvermə  hüququ 

olan səhmlərin və  ya nizamnamə kapitalının 20 faizinə, 33 faizinə, 50 faizinə 

çatmasına  və  ya  bu  miqdarı  keçməsinə,  yaxud  bankı  həmin  şəxsin  törəmə 

strukturuna  çevrilməsinə  gətirib  çıxaran  iştirak  payını  AMB-nin  qabaqcadan 

icazəsini almadan əldə edə bilməz.  

Hər bir bank məruz qaldığı kredit, bazar (o cümlədən, bazar riskinin tər-

kibinə  daxil  olan  faiz  və  məzənnə  riskləri),  əməliyyat  və  likvidlik  risklərinin 

xüsusiyyətinə  uyğun  məcmu  kapitalın  adekvatlığının  qiymətləndirilməsi  pro-

sedurlarına  və  kapitalın  adekvat  səviyyədə  saxlanılması  strategiyasına  malik 

olmalıdır. 

Məcmu kapitalın idarə edilməsi ilə bağlı strategiya və bankdaxili prose-

durlar bankın  darə Heyəti tərəfindən hazırlanmalı, Müşahidə Şurası tərəfindən 

təsdiq edilməli və bankın müvafiq əməkdaşlarına çatdırılmalıdır. 

I dərəcəli kapital bankın əsas kapitalı hesab olunur və onun məbləği (apa-

rılan “tutulmalardan” sonra) bankın hesablanmış məcmu kapitalında 50 faizdən 



 

 

254



az olmamalıdır. I dərəcəli kapitala aşağıdakı komponentlər daxildir:  

1. Dövriyyəyə buraxılıb tam ödənilmiş adi səhmlər (bankın geri aldığı adi 

səhmlər çıxılmaqla);  

2. Dövriyyəyə buraxılıb tam ödənilmiş qeyri-kumulyativ müddətsiz imti-

yazlı səhmlər;  

3. Səhmlərin emissiyasından əmələ gələn əlavə vəsait (kapital artıqlığı);  

4. Keçmiş illərin bölüşdürülməmiş xalis mənfəəti;  

5.  Bankın  konsolidasiya  olunmuş  törəmə  cəmiyyətlərində  azlıq  təşkil 

edən səhmdarların (payçıların) kapitalı; 

6. Xüsusi subordinasiya borc öhdəlikləri.  

Keçmiş illərin bölüşdürülməmiş xalis mənfəətinə aşağıdakılar daxildir:  

1. cari ilin zərəri çıxılmaqla bütün əvvəlki illərin yığılıb bölüşdürülməmiş 

mənfəəti;  

2. kapital ehtiyatları, yəni əvvəlki illərin bölüşdürülməmiş mənfəəti hesa-

bına yaradılmış fondlar.  

II dərəcəli kapital. II dərəcəli kapital əlavə kapitaldır. Bankın hesablanmış 

məcmu kapitalında II dərəcəli kapitalın məbləği I dərəcəli kapitalın məbləğin-

dən (aparılan “tutulmalardan” sonra) çox olmamalıdır. Bundan artıq olan hissə 

məcmu kapitalın hesablanması zamanı nəzərə alınmır.  

II dərəcəli kapitala aşağıdakı komponentlər daxildir:  

 1. cari ilin bu tarixə olan mənfəəti;  

2.  ümumi  ehtiyatlar  (balans  aktivlərinin  və  balansdankənar  öhdəliklərin 

risk dərəcəsi  üzrə ölçülmüş məbləğinin (aparılan  «tutulmalar»dan  sonra) 1,25 

faizinədək, lakin “adi” ehtiyatların məbləğindən çox olmayan hissəsi);  

3. kapitalın digər komponentləri:  

3.1. kumulyativ müddətsiz imtiyazlı səhmlər;  

3.2. ən azı 5 il müddətinə buraxılmış subordinasiya borc öhdəlikləri (ödə-

nişinə qalan son 5 ildə II dərəcəli kapitala daxil edilmək üçün onların məbləği 

hər il 20 faiz azaldılır). II dərəcəli kapitalın hesablanmasında nəzərə alınan su-

bordinasiya  borc  öhdəliklərinin  məbləği  I  dərəcəli  kapitalın  (aparılan 

“tutulmalar”dan sonra) 50%-dən çox olmamalıdır.  

Bank  məcmu  kapitalınının  qiymətləndirmə  prosesi.  Bank  mütəmadi 

olaraq  məcmu  kapitalını,  onun  adekvatlığını,  məruz  qaldığı  riskləri  və  bu 

risklərin  xüsusiyyətlərinin  dəyişməsinin  kapitala  təsirini  qiymətləndirməlidir. 

Qiymətləndirmə prosesinə ən azı aşağıdakı əsas elementlər daxil olmalıdır:  

1.  bütün  mühüm  risklərin  müəyyənləşdirilməsi,  ölçülməsi  və  onların 

bankın məcmu kapitalının adekvatlığına təsirinin qiymətləndirməsi;  

2.  bankın  təyin  edilmiş  kapital  adekvatlığı  hədəflərinə  nail  olunmasının 

qiymətləndirilməsi;  

3.  məcmu  kapitalın  qiymətləndirilməsi  sistemində  istifadə  edilən  əsas 

fərziyyələrin həssaslığının və əsaslandırılmaların qiymətləndirməsi;  

4. risklər üzrə hesabatlar əsasında bankın gələcəkdə məcmu kapitala olan 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə