Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə122/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   118   119   120   121   122   123   124   125   ...   230

 

 

255



tələbatın  qiymətləndirilməsi  və  lazım  gəldikdə  strateji  planda  (biznes  planda) 

müvafiq düzəlişlərin edilməsi.  

Qiymətləndirmənin  nəticələri  bankın  rəhbərliyinə  təqdim  edilməlidir. 

Bununla əlaqədar bankda müvafiq hesabatlıq prosedurları müəyyən edilməlidir.  



Bank məcmu kapitalın adekvatlığını təmin etmək məqsədilə kapita-

lın və risklərin idarə edilməsi prosesləri. Bank məcmu kapitalın adekvatlığını 

təmin  etmək məqsədilə kapitalın və  risklərin idarə edilməsi proseslərini mün-

təzəm olaraq təhlil etməlidir. Təhlil aşağıdakı istiqamətlər üzrə aparılmalıdır:  

1.  fəaliyyətinin  xüsusiyyəti,  həcmi  və  mürəkkəbliyi  nəzərə  alınmaqla 

məcmu kapitalın qiymətləndirilməsi prosesinin yararlılığı;  

2. məcmu kapitalın əsas risklər səviyyəsi ilə düzgün əlaqələndirilməsi;  

3.  qiymətləndirmə  zamanı  istifadə  edilən  məlumatların  dürüstlüyü  və 

dolğunluğu;  

4. qiymətləndirmə zamanı istifadə olunan fərziyyə, model və ssenarilərin 

ə

saslandırılması və etibarlılığı.  



Risklərin və bankın məcmu kapitalının qiymətləndirilməsi və idarə edil-

məsi proseslərinə ildə bir dəfədən az olmayaraq daxili audit vasitəsilə səmərəli 

nəzarət  həyata  keçirilməli  və  nəticələr  barədə  rəhbərliyə  hesabat  verilməlidir. 

Məcmu  kapitalın  strukturuna  birinci  (I)  dərəcəli  və  ikinci  (II)  dərəcəli  kapital 

daxildir.  

Kapitaldan tutulmalar. Kapitalın adekvatlıq əmsalları hesablanmazdan 

ə

vvəl kapitaldan aşağıda göstərilənlər çıxılır (“tutulmalar” aparılır):  



1. I dərəcəli kapitaldan – bütün “qeyri-maddi” aktivlərin xalis dəyəri;  

2.  Məcmu  kapitaldan  –  bankın  investisiyalar  üçün  yaratdığı  “məqsədli” 

ehtiyatlar  çıxılmaqla  konsolidasiya  olunmamış  törəmə  cəmiyyətlərinə,  habelə 

digər hüquqi şəxslərin kapitalına vəsait qoyuluşları. 

  Bütün banklar məcmu kapitalın adekvatlıq əmsalını 12 faizdən və I də-

rəcəli kapitalın adekvatlıq əmsalını 6 faizdən az olmayan səviyyədə saxlamağa 

borcludurlar. 

Kapitalın  adekvatlıq  əmsalları  hesablanmazdan  əvvəl  risk  dərəcəsi  üzrə 

ölçülmüş  aktivlərdən  aktivlər  üzrə  zərərin  ödənilməsi  üçün  “məqsədli”  ehti-

yatlar (“tutulmalar”) çıxılır.  



Kapitalın  adekvatlıq  əmsallarına  dair  tələblər  və  onların  hesablan-

ması  

Bütün  banklar  məcmu  kapitalın  adekvatlıq  əmsalını  12  faizdən  və  I 

dərəcəli  kapitalın  adekvatlıq  əmsalını  6  faizdən  az  olmayan  səviyyədə  saxla-

mağa borcludurlar.  

Məcmu  kapitalın,  risk  dərəcəsi  üzrə  ölçülmüş  aktivlərin  və  kapitalın 

adekvatlıq əmsallarının hesablanması aşağıdakı düsturlarla aparılır:  

Məcmu kapital = I dərəcəli kapital - I dərəcəli kapitaldan“tutulmalar” + II 

dərəcəli kapital - məcmu kapitaldan “tutulmalar”;  




 

 

256



Risk dərəcəsi üzrə ölçülmüş aktivlər = risk dərəcəsi üzrə ölçülmüş balans 

aktivləri + risk dərəcəsi üzrə ölçülmüş balansdankənar öhdəliklər - risk dərəcəsi 

üzrə ölçülmüş aktivlərdən “tutulmalar”;  

2010-cu  ilin  sonuna  Azərbaycan  bank  sisteminin  məcmu  kapitalının 

həcmi  1,9  mlrd.  manat  olmuşdur.  I  dərəcəli  kapitalın  məcmu  kapitalda  payı 

80%, mənfəətin payı 8,9% olmuşdur. 

Bank  sisteminin  məcmu  kapital  adekvatlığı  yüksək  səviyyədə  qalmış 

(16,9%)  və  Mərkəzi  Bankın  müəyyən  etdiyi  minimal  normanı  (12%)  xeyli 

üstələmişdir. 

Aktivlərin və kapitalın artım tempində disbalansların neytrallaşdırılması, 

bank  sisteminin  sabitliyini  təmin  etmək,  aktivlərin  köpüklərinin  yaranmasının 

qarşısını almaq, bank aktivlərinin sağlam artımını təmin etmək məqsədilə Mər-

kəzi  Bank  tərəfindən  2010-cu  ilin  sonunda  yeni  leverec

7

  əmsalı  tətbiq  olun-



muşdur. Banklar leverec əmsalını 8 faizdən az olmayan səviyyədə saxlamağa 

borcludurlar. 

                                                            

7

 



Leverec əmsalı – bankın I dərəcəli kapitalının balans aktivlərinə və balansdankənar 

öhdəliklərə (qarantiyalar, zəmanətlər və kredit xətti üzrə öhdəliklərin icra olunmamış 

hissəsi) nisbəti kimi hesablanır.

 



 

 

257



VII. BANKLARDA KRED T ƏMƏL YYATI 

 

 

7.1. Kreditin mahiyyəti, prinsipləri, forma və növləri 

 

Kredit  etimad  və  ya  təminata  söykənən  bir  əməliyyatdır.  Kredit  qənaət 



edilən  pulların  bazara  axmasını  və  malların  ən  faydalı  şəkildə  istifadəsinə 

yardımçı olur. Kredit əldəki pul ilə gələcəkdə ələ keçəcək pulun mübadiləsidir. 

Kredit verən pul verib, ödəmə vədi almaqda, kredit alan isə pul alıb ödəmə vədi 

verməkdədir. Pul sonsuz likvid olduğuna görə pul ilə istənilən mal və xidmət 

satın  alına  bildiyinə  görə,  kredit,  kredit  verənin  bu  gün  mal  və  xidmət  satın 

almaqdan əl çəkərək gələcəkdə mal və xidmət satın almasını, kredit alanın isə 

gələcəkdə mal və xidmət satın almaqdan əl çəkərək bu gün mal və xidmət sa-

tınalmasını  mümkün  edər.  Kredit  gələcək  gəlirlər  hesabına  xərcləmək  imkanı 

verməklə  yanaşı,  iqtisadiyyatda  satınalma  gücünün  artmasına,  mübadilə 

həcminin genişlənməsinə səbəb olur.  

Zahirən gündəlik həyatda kredit əşyanın və  ya pul vəsaitlərinin müvəq-

qəti istifadəyə  götürülməsi kimi  çıxış  edir. Kredit  vasitəsilə mal material qiy-

mətliləri, müxtəlif növ maşın və mexanizmlər əldə edilir. Əhali tərəfindən nisyə 

ə

mtəələr alınır, başqa sözlə, kredit hesabına əldə edilən obyektlər kimi ən müx-



təlif  qiymətlilər  çıxış  edir.  Lakin  elmi  nöqteyi-nəzərdən  kreditin  əşya  məna-

sında yozulması düzgün deyil. Kredit haqqında elm əşyaları deyil, onların xü-

susunda təsərrüfat subyektləri arasındakı münasibətləri öyrənir. Bu mənada iq-

tisadi məhsul kimi kredit, ictimai münasibətlərin müəyyən növü kimi qiymət-

ləndirilməlidir.  Bununla  belə  kredit  yalnız  dəyərin  hərəkətilə  bağlı  iqtisadi 

ə

laqələr ifadə edən ictimai münasibətlərdir. Kreditin mahiyyətini açıqlamaqdan 



ötrü  ilk  növbədə  onun  ünsürləri  müəyyən  edilməlidir,  bunlar  ən  əvvəl  kredit 

münasibətlərinin subyektləridir. Kredit sövdələşməsində münasibətlər subyekt-

ləri  kimi  kreditor  və  borcalan  çıxış  edir.  Kreditor  və  borcalan  ilk  öncə  əmtəə 

tədavülü əsasında təşəkkül tapır. Əmtəə alqı-satqısı zamanı alıcı heç də həmişə 

ə

mtəənin  dəyərini  dərhal  ödəmək  imkanına  malik  olmur  və  ödəmə  yalnız 



müəyyən  müddətdən  sonra  aparılır.  Belə  hallarda  satıcı  kreditora,  alıcı  isə 

borcluya çevrilir. Lakin əmtəə tədavülü kreditor və borcalanın meydana gəlmə-

sinin yeganə əsası deyil, nəyi isə başqasına müvəqqəti istifadəyə, yəni borc ve-

rən  hər  kəs  kreditor  olur.  Bir  qayda  olaraq,  könüllü  şəkildə  kreditor  olmaq 

mümkündür. Borc verilən vəsaitlərin mənbəyi ya şəxsi resurslar, ya da təkrar-

istehsal prosesinin digər subyektlərindən borc götürülən resurslardır. Şəxsi re-

surslar  borc  verildikdə  onların  sahibi  kreditor  olur.  Kreditorun  yerləşdirdiyi 

cəlb edilmiş vəsaitlərin sahibi isə digər təsərrüfat subyektidir. 

Borcalan isə kredit münasibətlərinin kredit götürən və aldığı borcu qay-

tarmalı olan tərəfdir. Tarixən borcalan kimi resurslara əlavə tələbatı olan ayrı-

ayrı  şəxslər  çıxış  edirdilər.  Bankların  yaranması  ilə  təkcə  kreditorların  təmər-



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə