Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə123/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   119   120   121   122   123   124   125   126   ...   230

 

 

258



küzləşməsi deyil, həm də borcalanların tərkibinin əhəmiyyətli genişlənməsi baş 

verir.  Müasir  dövrdə  banklardan  başqa  borcalan  kimi  müəssisələr,  əhali  və 

dövlət də çıxış edir. Borcalanı kreditordan bir neçə cəhət fərqləndirir. Ən əvvəl 

borcalan  bütün  hallarda  borc  götürdüyü  resursların  müvəqqəti  istifadəçisidir. 

Digər tərəfdən borc götürülən vəsaitlər həm istehsal, həm də tədavül sahəsində 

tətbiq  edilir.  Borcalandan  fərqli  olaraq  kreditor  borc  verdikdə  mübadilə  mər-

hələsində çıxış edir və istehsalda iştirak etmir. Üçüncü tərəfdən borcalan həm 

müvəqqəti istifadəyə götürdüyü dəyəri geri qaytarır, həm də borc faizini ödəyir. 

Eyni  zamanda  borcalan  kreditordan  iqtisadi  cəhətdən  asılıdır.  Lakin  bu  asılı-

lıqlar  borcalanın  kredit  sövdələşməsində  tamhüquqlu  tərəf  kimi  əhəmiyyətini 

inkar  etmir.  Borcalansız  kreditor  da  olmur.  Borcalan  borc  götürdüyü  resurs-

lardan  elə  istifadə  etməlidir  ki,  vaxtında  və  tam  həcmdə  borcu  faizlə  birlikdə 

qaytara  bilsin.  Məhz  bu  mənada  borcalan  məhsuldar  qüvvədir  və  müvəqqəti 

istifadəyə  verilmiş  resursların  səmərəli  tətbiqi  borcalandan  asılıdır.  Kreditorla 

borcalan yerlərini dəyişə də bilər. Müasir təsərrüfatda eyni subyekt eyni vaxtda 

kreditor və borcalan kimi çıxış edə bilər. Kredit münasibətlərinin digər ünsürü 

kreditordan borcalana sonra isə  borclardan kreditora keçən  obyektdir.  Obyekt 

kimi  dəyərin  borc  verilən  hissəsi  çıxış  edir.  O,  ilk  növbədə  reallaşdırılmamış 

dəyər kimi çıxış edir. Kreditor tərəfindən müvəqqəti sərbəst dəyərin meydana 

gəlməsi  dəyər  hərəkətinin  ləngidiyini  göstərir.  Kreditin  vasitəsi  ilə  hərəkəti 

müvəqqəti  olaraq  dayanmış  dəyər  yeni  sahibə  keçməklə  öz  hərəkətini  bərpa 

etmiş  olur.  Bununla  bərabər  kreditorla  borcalan  arasında  hərəkət  edən  dəyər 

təkraristehsal prosesini sürətləndirmək qabiliyyətinə yiyələnir. Kredit vasitəsilə 

hərəkət edən dəyər təsərrüfat fondlarınm fasiləsiz dövranı üçün zəmin yaradır, 

onların  hərəkətində  boşdayanmaları  aradan  qaldırır  və  son  nəticədə  təkrar-

istehsal prosesini sürətləndirir. Eyni zamanda kreditordan borcalana keçməklə 

dəyər öz mövcudiyyətini qoruyub saxlayır. Dəyərin qorunub saxlanması onun 

borcalanın təsərüffatında tətbiqi prosesində baş verir, çünki borcalan kreditora 

eyni dəyərə və istehlak dəyərinə malik ekvivalenti qaytarmalıdır. 

Yuxarıda deyilənlərdən belə nəticə çıxır ki, iqtisadi məfhum kimi kreditin 

ə

sasını  geri  qaytarılma  təşkil  edir.  Geri  qaytarılma  kreditin  ümumi  xüsusiy-



yətidir və buna görə də kredit münasibətlərinə xas olan müəyyənedici cəhətdir. 

Geri  qaytarılma  dəyər  dövranının  başa  çatmasına  əsaslanır.  Dəyər  dövranının 

sona  çatması  geri  qaytarılma  üçün  zəmin  yaradır.  Geri  qaytarılma  kredit 

sövdələşməsi iştirakçılarının bağladığı müqavilədə öz hüquqi əsasını əldə edir. 

Deyilənlərdən kredit anlayışı və onun mahiyyəti haqqında belə bir nəti-

cəyə gəlmək olar ki, kredit dəyərin kreditorla borcalan arasında geri qaytarılma 

ə

sasında hərəkətidir və bununla əlaqədar kreditorla borcalanın arasında yaranan 



iqtisadi münasibətlər toplusudur. 

Kreditin funksiyaları aşağıdakılardır: 

1.  Yenidən bölüşdürmə funksiyası, yəni kreditorun sərbəst vəsaiti başqa 

ə

raziyə və ya başqa iqtisadi sahəyə keçə bilir;  




 

 

259



2.  tam dəyərli pulların kredit pulları ilə əvəzlənməsi prosesi;  

3.  tədavül xərclərinə qənaət;  

4.  kapitalın konsetrasiya və mərkəzləşdirilməsi. 

Kreditorla  borcalan  arasında  bağlanan  kredit  sövdələşmələri  dəyərin 

yenidən bölgüsü mərhələsində meydana gəlir. Mübadilə prosesində müvəqqəti 

sərbəst olan dəyər borcalana verilir, sonra isə öz sahibinə qaytarılır. Kredit üçün 

səciyyəvi olan bu proses onu göstərir ki, kreditin ilk və köklü funksiyası yeni-

dən  bölgü  funksiyasıdır.  Formasından  asılı  olmayaraq  bütün  hallarda  dəyərin 

yenidən bölgüsü baş verir. Kredit vasitəsilə resursların  yenidən bölgüsü müx-

təlif səviyyələrdə baş verir. Kredit münasibətlərinin subyekti olan müəssisələrin 

səviyyəsində baş  verən  dəyərin  fərdi dövranı və  dövriyyəsi  çərçivəsində  mal-

material qiymətliləri və pul vasitələri yenidən bölünür. Ümumiqtisad səviyyə-

sində isə dəyərin hərəkəti kredit vasitəsilə milli gəlirin yenidən bölgüsündə tə-

zahür edir. 

Kreditin ikinci funksiyası həqiqi pulların kredit əməliyyatları ilə əvəzlən-

məsi vasitəsilə tədavül xərclərinə qənaət edilməsidir. Müasir iqtisadiyyatda bu 

cür əvəzlənmə üçün zəruri şərait mövcuddur. Mal və xidmətlərə görə nağdsız 

hesablaşmalarla əlaqədar pulların bir hesabdan köçürülməsi, qarşılıqlı borcların 

ödənilməsi,  qarşılıqlı  ödəmələrin  yalnız  saldosunun  (qalığının)  köçürülməsi 

nağd pul ödəmələrini azaltmaq üçün pul dövriyyəsi quruluşunu yaxşılaşdırmaq 

imkanı yaradır. 

Müasir dövrdə həqiqi pullar kimi qızıl sikkələr deyil, kredit əsasında bu-

raxılan pul nişanları tədavül edir. Metalizm dövründə həqiqi pulların kredit ilə 

ə

vəzlənməsi  prosesi  qızıl  sikkələrin  yerinə  banknotların  tədavül  etməsində 



təzahür edirdi.  Lakin qızılın tam demonetizasiyası,  yəni qızıl sikkələrin bank-

notlarla  tam  əvəzlənməsi  və  banknotların  öz  qızıl  əsasını  itirməsi  bu  funksi-

yanın qüvvədən düşməsinə  gətirib çıxarmadı. Əksinə, kreditin tərəqqisi, onun 

ə

mtəə  təsərrüfatının  inkişafında  aparıcı  qüvvəyə  çevrilməsi  nəticəsində  borc-



alanın cəlb və təsərrüfat dövriyyəsinə yenidən daxil etdiyi dəyər pula xas olan 

vəzifələri  icra  etməyə  başlayır.  Bunun  nəticəsində  ictimai  kapitalın  hərəkəti 

sürətlənir. Tədavül vaxtı minimuma endirilir və tədavül xərclərinə qənaət edilir 

ki,  bu  da  ictimai  kapitalın  fəaliyyət  səmərəsinin  yüksəlməsi  deməkdir,  çünki 

kapitalın məhsuldar fəaliyyət vaxtı artır. 

Kreditin mühüm funksiyası kapitalın təmərküzləşməsi və mərkəzləşməsi 

prosesinin sürətləndirilməsi funksiyasıdır. Kredit mexanizminin vasitəsilə izafi 

dəyərin kapitallaşması prosesi daha sürətlə baş verir. Kapitalın təmərküzləşmə-

sinin güclü amili kimi çıxış etməklə kredit fərdi yığımın hüdudlarını genişləndi-

rir. Kreditin köməyi ilə bir fərdin kapitalları onlara digər fərdlərin kapitallarını 

ə

lavə etməklə artırılır. Bu mənada kredit fərdi müəssisələrin səhmdar cəmiyyət-



lərə çevrilməsi və yeni şirkətlərin yaradılması, inhisarların və beynəlxalq şirkət-

lərin  meydana  gəlməsi  amillərindən  biridir.  Məhz  kapitalların  mərkəzləşdiril-

məsi  mexanizmi  kimi  çıxış  etməklə  kredit  rəqabətin  güclü  vasitəsinə  çevrilir. 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə