Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə124/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   120   121   122   123   124   125   126   127   ...   230

 

 

260



Çox vaxt iri şirkətlər, kiçik şirkətlərə nisbətən daha münasib,  yüngül şərtlərlə 

kreditləşdirilir. 

Kredit  qanunları:  Tarazlıq  qanunu  -  Kredit  ilə  onun  mənbələri  arasında 

asılılığı tənzimləyir. Sərbəstləşən vəsaitlə yenidən bölüşdürülən vəsaiti tarazlaş-

dırır. 

 Ssuda dəyərinin saxlanması qanunu - müvəqqəti istifadəyə verilmiş və-



sait geri qayıtdıqda onun dəyəri itmir.  

Vaxt qanunu - vəsaitin sərbəstləşmə vaxtı çox olduqca kreditin borclunun 

sərəncamında  qalması  ehtimalı  da  artır.  Eləcə  də  kreditin  dövretmə  sürətinin 

artımı onun yeni borcalana təqdim edilməsinə imkan verir. 



Kreditin prinsipləri. Kredit münasibətləri zamanı tərəflər müəyyən prin-

siplərə  riayət  etməlidirlər:  qaytarılmaq,  müddətlilik,  ödənclik  və  təminat 

prinsipləridir.  

Kreditin qaytarılmalı olması onun mahiyyətindən irəli gəlir, yəni verilən 

vəsait geri qaytarılmalı olmasa o, heç kredit adlanmazdı. Bir iqtisadi kateqoriya 

kimi  kredit  əmtəə-pul  münasibətlərinin  digər  iqtisadi  kateqoriyalarından  bi-

lavasitə  bu  xüsusiyyəti  ilə  fərqlənir.  Bazar  münasibətləri  şəraitində  bu  xüsu-

siyyət daha kəskin xarakter daşıyır. Kreditin qaytarılmalı olması borc alanda və 

borc verəndə ciddi maddi məsuliyyət aşılayır. Qaytarılmalı məfhumu mücərrəd 

xarakter  daşıdığından  kreditləşmə prosesində bu  məfhum  daha  dəqiqləşdirilir. 

Yəni  kredit  müddətlilik  prinsipi  əsasında  həyata  keçirilir.  Bu  o  deməkdir  ki, 

kredit  konkret  müəyyən  olunmuş  müddətlərdə  qaytarılmalıdır.  Müddətlilik 

prinsipi onu tələb edir ki, borc vəsaiti borc alanın dövriyyəsində müəyyən müd-

dət iştirak etməlidir və bu müddət başa çatdıqdan sonra o geri qaytarılmalıdır.  



Müddətlilik,  yəni  borcun  əvvəlcədən  müəyyən  edilmiş  müddətdə  geri 

qaytarılması - borcdan səmərəli istifadə olunduğunu göstərir. Kreditin müəyyən 

olunmuş  müddətdə  geri  qaytarılmaması  əsassız  olaraq  müəssisənin  dövriyyə-

sində borc vəsaitinin iştirakından xəbər verir və pul tədavülünə mənfi təsir gös-

tərir. Bankların kommersiya prinsipləri əsasında fəaliyyət göstərdiyi bir şəraitdə 

bu prinsipin əhəmiyyəti daha da artır. 

Kreditin ödənilmə müddətləri tərəflər arasında bağlanan müqavilədə əks 

olunur. Müddətlilik prinsipinə əməl etməyən borc alanlara iqtisadi sanksiyalar 

tətbiq edilir - əsasən faiz səviyyəsi yüksəldilir və gələcək kreditləşmədə borc-

alanın intizamsızlığı nəzərə alınır. 

Kreditin vacib prinsiplərindən biri onun ödəncli olmasıdır. Bu o demək-

dir  ki,  kredit  nəinki  müəyyən  olunmuş  müddətdə  tam  qaytarılmalı,  həmçinin 

kreditdən istifadəyə görə ödənc-faiz ödənilməlidir. Kreditin ödəncli olması bor-

calanda  kreditdən  səmərəli  istifadə  etmək  məsuliyyəti  aşılayır,  onda  daxili 

resursları artırmaq marağı oyadır. O, kreditdən elə istifadə etməyə çalışmalıdır 

ki,  əldə  etdiyi  nəticə nəinki kreditin  geri qaytarılmasını,  kreditə  görə  faizlərin 

ödənilməsini təmin etsin, həmçinin özünə gəlir gətirsin. Ödənclik kreditor üçün 

də xüsusi əhəmiyyət kəsb edir. Kreditor ödənclilik əsasında öz müstəqilliyini və 




 

 

261



gəlirliliyini  təmin  edir,  resurslarını  artırır.  Ödəncliliyin  iqtisadi  mahiyyəti 

ondadır ki, kreditdən istifadə nəticəsində əldə edilən gəlir borcları ilə kreditor 

arasında bölüşdürülür. 

Ssuda  kapitalına  görə  əldə  edilmiş  illik  gəlirin  verilmiş  kreditin  məb-

ləğinə nisbəti kimi müəyyən edilən ssuda faizi norması kredit resurslarının qiy-

məti  kimi  meydana  çıxır.  Bank  kreditinə  görə  faiz  stavkaları  müəyyən-

ləşdirilərkən  aşağıdakılar  nəzərə  alınmalıdır:  faiz  şəklində  gəlir  gətirən  kredit 

qoyuluşu və digər aktiv əməliyyatların həcmi; bankın öz müştərilərinə depozit 

hesablara  görə  verdiyi  orta  faiz  dərəcəsi;  bankın  aktiv  əməliyyatları  üzrə  faiz 

stavkası;  bankın  kredit  resurslarının  quruluşu;  bank  kreditlərinə  olan  tələb  və 

təklif; kreditin təminatlılığından asılı olaraq risk səviyyəsi; inflyasiya prosesinin 

tempi ölkədə pul tədavülünün stabilliyi; istehsalın mövsümiliyi və s. 

Kreditin vaxtında və tam qaytarılması şərtlərindən biri də kreditin təmi-

natlı olmasıdır. Təminatlılıq prinsipi kimi kreditin ödəniş vaxtı çatarkən, kredit 

ödənilmədikdə  onun  ödənilməsini  təmin  edən  faktor  başa  düşülür.  Əvvəllər 

kreditin  təminatı  kimi  əsasən  mal  materiallarından  istifadə  edilirdi,  yəni 

kreditlər vaxtında ödənilmədikdə kreditor öz borcunu və faizlərini həmin maddi 

qiymətlilərin  reallaşdırılması  vasitəsi  ilə  təmin  edirdi.  Bazar  münasibətlərinə 

keçid  kreditin  bu  prinsipinin  də  mahiyyətini  dəyişdirmişdir.  Son  illərə  qədər 

kreditin  təminatlılığı  dedikdə  onun  maddi  qiymətlilərlə  təmin  olunması,  yəni 

kredit müqabilində onun dövriyyəsində material qiymətliləri mövcudluğu başa 

düşülürdü.  Bazar  münasibətlərinə  keçidlə  əlaqədar  təminatın  digər  formala-

rından ödəməqabiliyyətli müştərilərin zəmanəti, havadarlığı, sığorta polisi və s.-

dən istifadə edilir. Təminatlılıq borcun vaxtında və tam ödənilməsinin qarantı 

olmaqla borc alanın kreditora verdiyi  hüquqi cəhətcə  rəsmiləşdirilmiş öhdəlik 

forması xarakteri daşıyır. 

Kreditləşmə  prosesində  diferensial  münasibət  prinsipindən  də  istifadə 

edilir.  Bu  prinsip  əvvəllər borcalanların  yaxşı və pis işləməsindən  asılı olaraq 

tətbiq edilirdi. Yaxşı işləyən müştəri güzəştli qaydada kreditləşdirilir, pis işlə-

yənlərə isə kredit cəzaları tətbiq edilirdi.  

Hal-hazırda  kreditləşmə  müştərinin  kredit  qabiliyyəti  əsasında  həyata 

keçirilir.  Bu  prinsipə  görə  kredit  ehtiyacı  olan  müştərilərə  deyil,  kreditqabi-

liyyətli müştərilərə verilir. 

Kommersiya  krediti  zamanı  kreditor  kimi  təsərrüfat  subyektləri,  yəni 

müəssisə, firma, şirkətlər çıxış edir. Kreditin bu forması bir mal istehsalçısının 

və yaxud malın topdan satışının digər müəssisəyə əmtəənin nisyə satışı zamanı 

meydana  gəlir.  Deməli,  kommersiya  kreditinin  əsasında  satıcı  müəssisənin 

ə

mtəə dəyərinin ödənilməsi üzrə möhlət verməsi və müəyyən edilmiş müddət 



keçdikdən sonra əmtəə dəyərini ödəmək öhdəliyi kimi alıcı müəssisənin veksel 

verməsi durur. Bu səbəbdən kommersiya kreditinə veksel krediti də deyilir. Gö-

ründüyü kimi kommersiya kreditinin obyekti dəyərin əmtəə formasıdır, aləti isə 

kommersiya  vekselidir.  O,  əsasən  qısamüddətli  (1  ilə  qədər)  səciyyə  daşıyır. 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə