Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə126/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   122   123   124   125   126   127   128   129   ...   230

 

 

264



lıdır.  stehsalı maliyyələşdirmək üçün alanın kredit istehsal edilən malların satı-

ş

ından  əldə edilən satış  gəliri ilə və  ya kreditdən istifadə edilən əməliyyatdan 



ə

ldə edilən qazanc ilə qarşılanır. 

4)  Təminata  görə kreditləri təminatlı və təminatsız kreditlər almaq üzrə 

ikiyə ayırdıqdan sonra, təminatlı kreditlər zəmanət qarşılığı, əmtəə və sənət qar-

ş

ılığı,  ipotek  qarşılığı  açılan  kreditlərə  bölünür.  Kredit  alanın  imzasına  güvə-



nilərək açılan kreditlərə açıq kredit deyilir. 

5) Müddətlərinə görə kreditləri qısamüddətli, ortamüddətli və uzunmüd-

dətli kreditlərə bölmək olar. 

6) Ödənicliyə görə: baha faizli, ucuz faizli , faizsiz. 

stifadə  formasına  görə:  istehsal  krediti,  istehlak  krediti  və  investisiya 

krediti. 

1)  nvestisiya krediti – istehsal fəaliyyətlərinin genişlənməsi, yəni isteh-

sal  vahidlərinin  açılması  məqsədi  ilə  istifadə  edilir  və  adətən  investisiya 

kreditlərinin  müddəti  uzunmüddətlidir.  stehsal  krediti  alan  müəssisə  bunun 

istehsal prosessi fəaliyyətində istifadə edir və kredit müqaviləsində təsbit edilən 

müddətdə kreditin əsas kapitalını və faizini qaytarır. Məsələn, bir şirkət istehsal 

krediti ilə həm xammal təmini, həm də işçilərin əməkhaqlarının ödənməsi kimi 

keçici maliyyə sıxıntılarını həll edə bilər.  

2) istehlak krediti – istehlakçıların ehtiyatları olan malların təmin edil-

məsində  istifadə  edilir,  yəni  istehlakçılara  satınalma  gücü  qazandırır.  stehlak 

krediti,  kommersiya  məqsədi  ilə  deyil,  fərdlərə  istehlak  ehtiyaclarının  qar-

ş

ılanması  üçün  ayrılan  kreditlərdir.  stehlak  kreditləri  avtomobil,  televizor, 



soyuducu,  paltaryuyan  maşın  və  s.  bu  kimi  daşınan  istehlak  mallarının  satın 

alınmasında maliyyə etmək üçün istifadə edilir. 

Kreditin bu növü əhali tərfindən yeni dəyərin yaradılmasına deyil, borc-

alanın istehlak tələblərinin ödənilməsinə yönəldilir. Bu kredit vasitəsilə vətən-

daşların bahalı, uzunmüddətli istehlak mallarına yaranan tələbatı onların dəyə-

rinin tam ödənilməsinə qədər təmin edilir. Əhalinin alıcılıq qabiliyyətini onun 

pul gəlirləri müəyyən edir, lakin alıcılıq qabiliyyəti çox vaxt alıcı tələblərindən 

aşağı olur. Bu və ya digər malları almaq istəyi maddi imkanları üstələyir. Başqa 

sözlə,  əhalinin  cari  pul  gəlirləri  ilə  uzunmüddətli  istehlak  mallarının  (mebel, 

avtomobil  və  s.)  yüksək  qiymətləri  arasında  uyğunsuzluq  mövcud  olur.  Eyni 

zamanda  əhalinin  bəzi  tələblərində  pul  vəsaitlərinin  müvəqqəti  sərbəstləşməsi 

baş  verir.  Belə  vəziyyətdə  istehlak  kreditinin  meydana  gəlməsi  təbii  görünür, 

çünki  onun  köməyi  ilə  istehlakçı  nöqteyi-nəzərindən  iki  cür  ziddiyyət  aradan 

qaldırılır.  Birinci,  uzunmüddətli  istehlak  mallarına  olan  yüksək  qiymətlərlə 

ə

halinin  cari  gəlirləri  arasındakı  ziddiyyətdir.  kincisi,  əhalinin  bir  qrupunda 



sərbəst pul yığımlarının yaranması və digər qrupunda isə onların istifadəsi zəru-

rətinin yaranması arasındakı ziddiyyət. Deməli, istehlak krediti əhalinin istehlak 

səviyyəsinin  yüksəldilməsinə  xidmət  edir.  Digər  tərəfdən  isə  istehlak  krediti 

istehsalçının  (satıcının)  da  mənafelərinə  uyğundur,  çünki  əmtəələrin  satışının 




 

 

265



fasiləsizliyinə xidmət edir.  stehlak kreditinin bank və firma formaları ola bilər. 

Birinci halda, istehlak kreditini pul formasında bank verir. Qeyd etmək lazımdır 

ki, bank kreditləri arasında istehlak krediti ən bahalı kredit hesab edilir.  kinci 

halda isə  ticarət firmasının özü müəyyən bahalı  uzunmüddətli malı müştəriyə 

kreditə  satır.  Hər  iki  halda  müştəri  banka  və  yaxud  ticarət  firmasına  kreditin 

məbləğinin müəyyən faizi həcmində ilkin ödəniş edir. Kredit məbləğinin qalan 

hissəsini isə kredit müddəti ərzində vaxtaşırı ödəmələrlə kreditora qaytarır. Hər 

hansı  bir  səbəbə  görə  borcalan  ödəmələri  dayandırdıqda  kreditor  krediti  (pul 

məbləğini  və  yaxud  malı)  geri  alır.  stehlak  krediti  üzrə  borcun  ödənilməsi 

mənbəyi  borcalanın  qarşıdan  gələn  gəlirləridir.  Bu  səbəbdən  belə  kreditlərin 

verilməsindən  əvvəl  kreditor  tərəfindən  kreditin  qaytarılma  mənbələrinin 

reallığı ciddi yoxlanılmalıdır.  

stehlak kreditinin ayrıca növünü mənzil krediti təşkil edir. Burada kredit 

hazır mənzilin (evin) alınmasına və yaxud evin tikilməsinə verilir. Mənzil kre-

diti ya bank müəssisəsi, ya da mənzili (evi) tikən şirkət tərəfindən müvafiq ola-

raq pul və ya natural şəkildə verilir. Bu zaman girov iltizamı (girovnamə) tərtib 

olunur. Və bu sənəd borcalan mənzil kreditini hissə-hissə müəyyən müddət ər-

zində  kreditora  qaytarmaq  öhdəliyini  icra  edə  bilmədikdə  kreditora  mənzili 

(evi)  müsadirə  etmək  hüququ  verir.  Kreditin  bu  növünə  ipoteka  krediti 

yaxındır. Bu sırf daşınmaz əmlakın girovu üzrə verilən kreditdir. Və bu kredit 

üzrə girovnamə tərtib olunur. Borc vəsaitləri müxtəlif məqsədlərə, o cümlədən 

istehsal  və  istehlak  tələbatlarının  ödənilməsinə  istifadə  oluna  bilər.  Əksər 

hallarda ipoteka borcunun qaytarılması mənbəyi borcalanın qarşıdan gələn gə-

lirləridir.  Bu  isə  girov  qoyulan  daşınmaz  əmlakın  əsaslandırılmış  qiymətlən-

dirilməsini  və  borc  vəsaitlərinin  qaytarılmaması  hallarında  girov  qoyulmuş 

ə

mlakın satılması imkanlarınm müəyyən edilməsini labüd edir. 



Zamana və  ya müddətinə görə: qısamüddətli kredit; ortamüddətli kredit 

və  uzunmüddətli  kredit.  Adətən,  7  gündən  –  1  ilədək  müddətindədir.  Kom-

mersiya  sferasında  istifadə  edilir.  Ortamüddətli  kreditlər  bir  ildən  beş  ilədək 

müddətindədir.  Adətən,  sənaye  və  kənd  təsərrüfatı  sektoru  ortamüddətli  kre-

ditlərdən  istifadə  edirlər.  Uzunmüddətli  kreditlər  isə  investisiya  sferasında 

istifadə edilməkdədir. Burada müddət beş ildən yuxarı olur. Şirkətlər uzunmüd-

dətli kreditlərlə əsas fondlarının təminatında istifadə edir. 

Müddəti bir ili keçməyən kreditlərə qısamüddətli, müddəti bir ildən  yu-

xarı,  ancaq  5  ildən  az  olan  müddətə  açılan  kreditlərə  ortamüddətli  kreditlər, 

ancaq  beş  il  müddətindən  yuxarı  müddətə  verilən  kreditlərə  uzunmüddətli 

kredit  deyilir.  Qısamüddətli  kreditlər,  müvəqqəti  pula  ehtiyacı  olanlara  açılır. 

Məsələn,  bir  sənayeçi  xam  maddə  satın  almaq,  fəhlə  və  qulluqçuların  əmək-

haqqını ödəmək üçün gərəkli pulun bir bölümünü kredit ilə qarşılayır, kreditin 

müddətinə qədər istehsal etdiyi malların satışından əldə etdiyi qazancla krediti 

geri ödəyir. Orta və uzunmüddətli kreditlər, orta və uzunmüddətli maliyyə eh-

tiyacı üçün tələb edilir və bu kreditlərlə qoyulan investiya üçün ayrılan amor-




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə