Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə128/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   124   125   126   127   128   129   130   131   ...   230

 

 

268



beynəlxalq  və  regional  təşkilatlarla  münasibətlərə,  ən  son  olaraq  isə  müxtəlif 

rezident  ölkələrin  beynəlxalq  pul  və  kapital  bazarlarındakı  əməliyyatlarına 

xidmət edir. 

Beynəlxalq kreditin baza mənbəyi – beynəlxalq maliyyə bazarlarına daxil 

olan dünya ölkələrinin dövlət və özəl əmanətləridir. 

Beynəlxalq investisiyalar üzrə öhdəliklərə aiddir: birbaşa xarici investisi-

yalar  və  portfel  investisiyalar  –  beynəlxalq  qiymətli  kağız  və  istiqrazlar  və  s. 

Beynəlxalq maliyyə bir tərəfdən isə kreditorlar və investor ölkələr üçün ümumu 

gəlir mənbəyi rolunu oynayır.  

Beynəlxalq kredit rəsmi və özəl ola bilər. Rəsmi kreditlər beynəlxalq və 

regional kredit təşkilatları, dövlətin mərkəzi və yerli orqanları təklif edir. Rəsmi 

kredit  xərcləri  ölkələrə  imtiyazlı,  qeyri-bazar  şərtləri  ilə  təqdim  olunur  və 

onların mənbəyi vergi ödəyicilərinin büdcə vəsaitləri hesabına olur. Beynəlxalq 

ölkələrarası  təşkilatlar  həmçinin  BVF,  DB,  Avropa  Yenidənqurma  və  nkişaf 

Bankı əsasən öz fondlarını üzv ölkələrin haqları hesabına həyata keçirir. Bəzi 

təşkilatlar böyük borcları beynəlxalq maliyyə bazarları hesabına həyata keçirir. 

Beynəlxalq kredit təşkilatları öz mənbələrini yalnız mərkəzi hökumətlərə, 

bəziləri isə qəbul edən ölkələrin özəl layihələrinə ayırır. Beynəlxalq kredit təş-

kilatları  tərəfindən  mərkəzi  hökumətə  verilən  borcların  adətən  əsaslandırılmış 

və məqsədli istiqaməti olur. BVF, məsələn, fondun üzvü olan hər hansı ölkəyə 

borc verdikdə ondan müəyyən öhdəlik proqramlarının qəbulunu da tələb edir. 

BVF  monitorinq  həyata  keçirərək  qəbul  edilmiş  proqram  çərçivəsində 

nəzarət həyata keçirir. Ölkə tərəfindən öhdəliyin  yerinə  yetirilməməsi sonrakı 

tranşın təqdim olunmaması ilə nəticələnə bilər. 

Özəl  xarici  kreditləşməni  özəl  xarici  banklar  və  digər  kredit  təşkilatları 

həmçinin  qeyri-kredit  korporasiyaları  həyata  keçirir.  Beynəlxalq  kredit  bazarı 

bank kreditləşməsini, qiymətli kağızlar bazarını özündə cəmləyir. 

Beynəlxalq  krediti  əldəetmənin  əlamətlərinə  görə  təsnifatı  aşağıdakı 

kimidir: 

1) Kreditialma mənbəyinə görə: 

1.1. Beynəlxalq saziş üzrə, kreditin milli kredit bazardan təmin etmək; 

1.2. Xarici kredit bazarından; 

1.3. Beynəlxalq maliyyə mərkəzlərindən. 

2) Borclunun kateqoriyasına görə: 

2.1. Dövlət və beynəlxalq təşkilatlar; 

2.2. Özəl istehsal və ticari şirkətlər. 

3) Kredit sazişinin xarakterinə görə: 

3.1. Kommersiya krediti; 

3.2. Xarici-ticari əlaqələrə aid olmayan, başqa məqsədlərə istifadə edilən 

maliyyə krediti. 

4) Kreditin növlərinə görə:  



 

 

269



4.1. kommersiya krediti, yəni kredit mal formasında, ixracatçı tərəfindən 

alıcıya açılan kommersiya krediti; 

4.2. kredit valyuta ilə, ancaq pul formasında, yəni banklar tərəfindən açı-

lan kredit; 

4.3. qiymətli kağızları  yerləşdirməklə beynəlxalq kapital bazarından və-

sait cəlb etmək. 

5) Valyutanın mənşəyinə görə: 

5.1. Kredit borclu ölkənin valyutasında; 

5.2. Kredit kreditor ölkənin valyutasında; 

5.3. Kredit üçüncü ölkənin valyutası ilə. 

6) Kreditin müddətinə görə: 

6.1. qısamüddətli, adətən 1 ilədək, bəzi hallarda iki ilədək; 

6.2. orta müddətli, 1 ildən – 2 ilədək, 2 ildən – 5-ilədək; 

6.3. uzunmüddətli – 5 ildən–10 ilədək. 

7) Təminatına görə: 

7.1. təminatlı; 

7.2. təminatsız (bank) krediti. 

8) Təyinatına görə: 

8.1. ixracat krediti; 

8.2. idxalat krediti.  

Beynəlxalq iqtisadi münasibətlər sistemində beynəlxalq kredit ssuda ka-

pitalının  hərəkəti  olub,  müxtəlif  ölkələrin  rezidentləri  arasında  kredit  mü-

nasibətlərini əks etdirir. 

Beynəlxalq  kredit  milli  iqtisadiyyatın  inkişafında  önəmli  rola  malikdir. 

Adətən, beynəlxalq kreditin axını təkyönümlü hərəkətlə gedir, yəni inkişaf et-

miş  ölkələrdən  inkişaf  etmiş  ölkələrə  doğru  hərəkət  edir  və  dünya  praktikası 

göstərir  ki,  beynəlxalq  kreditin  hərəkətində  axsamalar  milli  ölkələrdə  iqtisadi 

böhranlara yol aça bilir. 

Beynəlxalq  kreditin  inkişafının  əsasını  –  beynəlxalq  inteqrasiya,  isteh-

salın ixtisaslaşması, dünya iqtisadiyyatının qloballaşması ilə əlaqədardır. Bey-

nəlxalq  kredit  bazarının  subyektləri,  özəl  şirkətlər,  dövlət  müəssisələri,  hö-

kumətlər, beynəlxalq və regional maliyyə qurumlarıdır. 

Beynəlxalq kredit – valyuta kursu, qiymət, mənfəət, tədiyyə balansı və s. 

bu kimi iqtisadi kateqoriyalarla sıx əlaqəsi vardır. Beynəlxalq kreditin üç əsas 

mənbəyi vardır: 

1. korporasiyanın pul formasında müvəqqəti sərbəst vəsaiti; 

2. dövlətin valyuta ehtiyatları; 

3. şəxsi pul yığımları. 

Beynəlxalq kredit münasibətlərində ssuda kapitalının əsas maliyyə mən-

bəyini  dövlətin  kapitalı  təşkil  edir.  Beynəlxalq  kreditin  əsas  prinsipləri  daxili 

kreditin prinsipləri ilə eynidir, yəni müddətlilik, qaytarılmaq, ödənikli, təminatlı 

və məqsədli. 




 

 

270



Beynəlxalq kreditin əsas funksiyalarını aşağıdakılardan ibarətdir: 

1. ölkələrarası ssuda kapitalının yenidən bölgüsü;  

2.  dövlət  kredit  təşkilatları  vasitəsi  ilə  (Eksimbank),  ixracat  və  idxalatı 

tənzimləmək; 

3.  hesablaşmalarda  ödəmələri  sürətləndirmək  və  mübadilə  xərclərini 

ödəmək; 


4. dünya iqtisadiyyatında inteqrasiya prosesi güclənir. 

Beynəlxalq  kreditin  ölkələrarası  iqtisadi  əlaqələrin  güclənməsində  rolu 

çox önəmlidir: 

1. beynəlxalq ticarəti genişləndirir; 

2. istehsalda texnoloji yeniliklərdə istifadəni stimullaşdırır; 

3. milli məhsulların xarici bazara çıxışına şərait yaradır; 

4. məhsuldarlığın və əmək məhsuldarlığının artımına ciddi təkan verir; 

5. ölkənin dünya bazarında rəqabətqabiliyyətli mövqeyinin artırır; 

6. həyat səviyyəsinin inkişafında mühüm təsir edir. 

Bununla bərabər, beynəlxalq kredit ölkədaxilində tətbiq edilən səhv mo-

netar  siyasətinin  nəticəsi  olaraq  milli  iqtisadiyyatında  iqtisadi  problemlərin 

dərinləşməsinə yol açıla bilər, o cümlədən: 

1.  müəyyən  iqtisadi  sektorların  inkişafına,  digərlərin  isə  geriləşməsinə 

nədən ola bilər; 

2.  dünya  və  milli  iqtisadiyyatda  disporsiyanın  dərinləşməsinə  yol  aça 

bilir; 


3.  beynəlxalq  kredit  «isti  pullar»  formasında  hərəkət  edərək  dünya 

valyuta  sistemində  sabitliyin  pozulmasına  və  dünya  iqtisadiyyatında  valyuta 

böhranlarına yol aça bilər; 

4.  həddindən  yuxarı  beynəlxalq  kreditin  cəlbi  və  onun  qeyri-rasional 

istifadəsi  borc  alan  ölkəni  finans  bataqlığına  sala  bilir  və  hətta  əhalinin  həyat 

səviyyəsinin düşməsinə nədən olur.  

Beynəlxalq  kredit  Milli  dövlət  iqtisadi  tənzimlənməsinin  obyekti  kimi 

çıxış edir. 

Beynəlxalq kreditin şərtlərinə aşağıdakılar daxildir: 

1. kreditin valyuta mənşəyi; 

2. ödəmənın valyuta mənşəyi; 

3. kredit məbləği; 

4. kreditin müddəti; 

5. kredit açmanın üsulları; 

6. kreditin istifadəsi və ödənilməsi şərtləri; 

7. ortaya çıxa biləcək risklərin sığorta metodu. 

Beynəlxalq kreditin spesifik funksiyalarında biri də kapital təmərküzləş-

məsi və mərkəzləşməsinin gücləndirilməsidir. Beynəlxalq kredit özəl şirkətlərin 

səhmdar  cəmiyyətlərə  transformasiyasını,  yeni  şirkətlərin  qurulmasında  ciddi 

rolu vardır. 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə