Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə129/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   125   126   127   128   129   130   131   132   ...   230

 

 

271



Beynəlxalq kredit münasibətlərinin subyekti kimi kreditor (ssuda kapita-

lının təklif edən) və borclu (ssuda kapitalına tələbi olan) çıxış edir. 

Beynəlxalq kreditin əsas motivi, açılan kreditdən maksimum mənfəət əl-

də  etməkdir.  Beynəlxalq  kredit  münasibətlərinin  subyektləri  aşağıdakı  insti-

tutlardır:  BPF,  Dünya  Bankı.  Bu  təşkilatların  kredit  siyasəti  təşkilatın  nizam-

naməsi çərçivəsində təsbit edilir. 

Beynəlxalq  krediti  təklif  edən  banklar  siyahısında  ilk  yerləri:  Citigroup, 

Deutshe Bank, HSBC bankları tutur. Hal-hazırda beynəlxalq kredit alətlərinin 

həcmi 30 trl. dollardan da yuxarıdır. 

Təminat  formasına  görə:  açıq  kredit  və  təminatlı  kredit.  Açıq  kredit 

– 

borcludan heç bir təminat alınmadan sadəcə şəxsi, maliyyə və əxlaqi durumları 



göz önündə tutulur. Açıq kreditin verilə bilməsi üçün şirkətlər tərəfindən borc-

alan şəxsin durumu dayanıqlı və ödəmə qabiliyyəti yüksək olmalıdır. Təminatlı 

kreditdə isə kreditdən istifadə edən şəxsin borcuna zəmin (kəsir) və ya maddi 

təminat göstərir. Maddi təminatda daşınmaz və ya daşınmaz qiymətlər qarşılıq 

göstərilir. Bunlar üzərinə girov və ipoteka təsis edilir. 

Kreditin sərhədləri. Kreditin əsaslandırılmış tətbiq sərhədlərinin müəyyən 

edilməsi  və  onlara  riayət  olunması  həm  kredit  əlaqələrinin  iştirakçıları  üçün, 

həm  də  bütövlükdə  iqtisadiyyat  üçün  vacibdir.  Bu  onunla  izah  olunur  ki, 

kreditləşmə  yalnız  lazımi  həcmdə  edildikdə  onun  iqtisadiyyata  təsiri  müsbət 

olur.  Çox  vaxt  kredit  artıq  həcmdə  verildiyindən  müəssisələrin  vəsaitlərdən 

qənaətlə  istifadə  olunmasında  istehsal  və  satış  proseslərinin  sürətlənməsində, 

bütövlükdə kapitalın dövran və dövriyyəsinin səmərəliliyinin yüksəldilməsində 

marağı  zəifləyir.  Nəticədə,  təkraristehsal  proseslərinin  zəifləməsi  baş  verir, 

ə

ksinə iqtisadi subyektlərin kreditə olan tələbatları tam ödənilmədikdə onların 



fəaliyyətində çətinliklər yarana bilər ki, bu da yenə təkraristehsal proseslərinin 

ləngidilməsi  deməkdir.  Deməli,  kreditin  sərhədləri  hər  dəfə  düzgün  müəyyən 

edilməlidir. Bu, həm kommersiya, həm də bank kreditinə aiddir. Kredit sərhəd-

lərinin  müəyyən  edilməsi  ilk  növbədə  kreditin-  borc  vəsaitlərinin  geri  qay-

tarılması tələbinin nəzərə alınmasından irəli gəlməlidir. Ona görə də ən əvvəl 

borc  götürülən  vəsaitlərin  geri  qaytarılması  üçün  imkanların  -  zəruri  şəraitin 

mövcud  olmasını  müəyyən  etmək  vacibdir.  Öz  növbəsində  bu,  kreditin  hansı 

məqsədlər  üçün  istifadə  ediləcəyini,  hansı  obyektlərə  yönəldiləcəyini  tədqiq 

etməyi tələb edir. Bununla  yanaşı, kreditin tətbiq sərhədlərinin müəyyən edil-

məsi zamanı borc vəsaitlərinin istehsal və satışın fasiləsizliyi və ahəngliliyinin 

təmin edilməsindəki iştirakının zəruriliyi, borcalanların təsərrüfat fəaliyyətinin 

keyfiyyəti,  resurslardan  istifadənin  səmərəliliyi,  dövriyyənin  ödəniş  vasitələri 

ilə  təmin  edilməsi  tələbatı  nəzərə  alınmalıdır.  Bunlardan  başqa  kreditin  sər-

hədləri iqtisadi inkişafın xüsusiyyətləri və vəzifələri ilə də müəyyən olunur.  q-

tisadiyyatın  müxtəlif  inkişaf  dövrlərində  kreditin  sərhədləri  dəyişir.  stehsal 

həcminin dəyişməsi, onun quruluşundakı dəyişikliklər, dövriyyədəki pul kütlə-

sinin optimallaşdırılması probleminin konkret həlli kredit sərhədlərinin müəy-



 

 

272



yən edilməsindən ötrü əhəmiyyətli amillərdəndir. Kredit münasibətlərinə girən 

tərəflərin maraq və inkişafını da unutmaq olmaz. Borcalanlar öz fəaliyyətlərinin 

konkret xüsusiyyətlərindən irəli gələn təlabatlarından əlavə cəlb olunan vəsait-

lərin geri qaytarılması və haqqının ödənilməsi imkanlarını da düzgün müəyyən 

etməlidir.  Kreditora  gəldikdə  isə  onun  borc  vəsaitləri  vermək  imkanları  və 

bunda  olan  marağı  daha  önəmlidir.  Vəsaitləri  borc  verməkdə  marağın  və 

onların qaytarılma etibarlılığının optimal uzlaşdırılması kreditləşmənin kredito-

run  maraq  və  imkanlarından  asılı  olan  həcmlərini  şərtləndirir.  Qısa  və  uzun-

müddətli  kreditlərin  sərhədlərinə  gəldikdə  isə,  onların  müəyyən  edilməsində 

bəzi obyektiv xüsusiyyətlər mövcuddur. Borc vəsaitləri dövriyyə kapitalı kimi 

istifadə  edildikdə  kreditin  qaytarılması  dövriyyə  kapitalının  dövranının  başa 

çatması  nəticəsində  sərbəstləşən  vəsaitlər  hesabına  edilir.  Buna  görə  də  döv-

riyyə  kapitalının  hərəkət  müddətləri  ilə  sıx  əlaqələndirilir.  Uzunmüddətli  kre-

ditin sərhədləri isə ondan irəli  gəlir ki, borcun qaytarılma mənbəyini əsas ka-

pitalın  istismarı  nəticəsində  yaranan  mənfəət  təşkil  edir.  Deməli,  qaytarılma 

müddəti  də  kreditləşən  xərclərin  kreditləşmə  müddəti  ərzindəki  əldə  olunan 

mənfəət hesabına ödənilməsi imkanlarından irəli gələrək müəyyən edilir. 

Kreditin rolu. Kreditin rolu onun təsərrüfat, əhali, dövlət üçün tətbiqinin 

nəticələri  ilə  səciyyələnir.  Kreditin  rolu  onun  müxtəlif  forma  və  növlərinin 

həyata keçirilməsi zamanı təşəkkül tapan münasibətlərin nəticələrində təzahür 

edir. Kreditin iqtisadiyyata təsirinin hər bir istiqaməti üzrə kredit münasibətləri-

nin  konkret  forma  və  ya  növü  üstün  mövqeyə  malikdir.  Məsələn,  əmtəələr 

nisyə  satıldığı  zaman  başlıca  rolu  kommersiya  krediti  oynayır.  Əksinə  kredit 

pul  vəsaitləri  şəklində  verildikdə  bank  krediti  birincidərəcəli  əhəmiyyət  kəsb 

edir.  Kreditin  rolu  onun  məhsul  istehsalı  və  satışının  fasiləsizliyinə  olan 

təsirində də təzahür edir. Borc vəsaitlərinin köməyi ilə təsərrüfat subyektlərinin 

ə

lavə resurslara olan tələbatı ödənilir və təkraristehsal proseslərinin ləngiməsinə 



yol  verilmir.  Əlavə  vəsaitlərə  yaranan  tələbat  mövsüm  amili  ilə  də  bağlı  ola 

bilər. Burada da kredit vasitəsi ilə kapital dövranı və dövriyyəsinin fasiləsizliyi 

ahəngdarlığı  təmin  edilmiş  olur.  Kreditin  istehsalın  genişlənməsində  də  rolu 

böyükdür.  Kreditin  iştirakı  ilə  geniş  təkraristehsal  üçün  kapital  mənbələrinin 

formalaşması sürətlənir.  Kreditdən əsas fondların  artırılması mənbəyi kimi də 

istifadə edilə bilər. Belə hallarda kredit istehsalın inkişafı və genişlənməsi üçün 

zəruri olan yeni əsas fondların yaradılması üzrə müəssisələrin imkanlarını artı-

rır. Burada xüsusilə mühüm olan cəhət odur ki, kredit müasir dövrün iqtisadi tə-

rəqqisinin aparıcı qüvvələrindən biri olan elmi-texniki tərəqqiyə, bununla da cə-

miyyətin məhsuldar qüvvələrinin inkişafına xidmət edə bilər. 

Kreditin pul dövriyyəsində də rolu mühümdür. Məlum olduğu kimi, nağd 

pulların tədavülə buraxılması və tədavüldən çıxarılması kredit əsasında banklar 

vasitəsilə baş verir. Bir tərəfdən nağd pulların tədavülə buraxılması müəssisə və 

təşkilatlara, əhaliyə bankların kassalarından nağd vəsaitlərin verilməsi xətti ilə 

yalnız  onların  bank  hesablarında  qalıqlar  mövcud  olduqda  mümkündür.  Belə 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə