Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə130/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   126   127   128   129   130   131   132   133   ...   230

 

 

273



qalıqların  olması  müştəri  ilə  banklar  arasında  müəssisə,  təşkilat  və  əhalinin 

kreditor olduqları kredit münasibətlərinin olmasını göstərir. Bank hesablarından 

nağd  pulların  verilməsi  bankın  müştəri  qarşısındakı  borcunun  ödənilməsi 

deməkdir. Digər tərəfdən isə banka nağd pulların  daxil edilməsi onların təda-

vüldən  çıxarılmasını  göstərir  və  bankların  öz  müştərilərinə  olan  borclarının 

böyüməsi  ilə  müşayiət  olunur.  Nağdsız  pul  dövriyyəsinə  gəldikdə  isə,  ödə-

nişləri daima yerinə yetirməkdən ötrü müəssisələrin vəsaitlərə əlavə tələbatı ya-

ranır.  Buna  səbəb  gündəlik  pul  məxaricləri  ilə  pul  mədaxilləri  arasındakı 

uyğunsuzluqdur. Belə hallarda əlavə pül vəsaitlərinə yaranan müvəqqəti təlabat 

kredit cəlb olunmaqla ödənilə bilər. Burada verilən borcların həcmi və onların 

ödənilmə müddətlərinin əmtəə istehsalı və satışı prosesləri ilə əlaqələndirilməsi 

böyük  əhəmiyyət  kəsb  edir.  Dövriyyədəki  pul  kütləsinin  ona  olan  tələbata 

uyğun olması ictimai kapitalın geniş təkraristehsalının ahəngliyi və fasiləsizliyi 

üçün  mühüm  əhəmiyyət  kəsb  edir.  Məhz  dövriyyədəki  pul  kütləsinin  dövriy-

yənin  tələbatlarına  uyğun  olması  məqsədilə  kreditləşmə  prinsiplərinə  riayət 

edilməsi çox vacibdir. Eyni zamanda  dövriyyədəki pul vəsaitlərinin həcminin 

tənzimlənməsinin  böyük  iqtisadi  əhəmiyyətini  nəzərə  alaraq  kredit  əməliy-

yatlarının  pul  siyasəti  tədbirləri  vasitəsilə  dövlət  tənzimlənməsi  tətbiq  olunur. 

Burada kreditin iqtisadi rolunun yeni tərəfi aşkarlanır. Kreditdən iqtisadiyyatın 

dövlət tənzimlənməsinin güclü aləti kimi istifadə olunur. 

qtisadiyyatın kredit tənzimlənməsi kreditin həcmi və dinamikasını dəyiş-

məklə iqtisadiyyatın inkişafı imkanlarına və perspektivlərinə təsir göstərməsilə 

ə

laqədardır.  Kreditin  dinamikası  iqtisadiyyatın  silsiləvi  inkişaf  ilə  müəyyən-



ləşsə də dövlət tənzimlənməsi kreditin iqtisadiyyatın sahə və bölmələri üzrə ye-

rləşdirilməsinə güclü təsir göstərə bilir. Kredit tənzimlənməsi vasitəsilə dövlət, 

sosial-iqtisadi  problemlərin  həllinə,  ziddiyyətlərin  zəiflədilməsi,  iqtisadi  böh-

ranların  gedişinin  yüngülləşdirilməsinə,  inflyasiyanın  dayandınlmasına,  iqtisa-

diyyatın və ümumi milli məhsulun, ixrac və idxalın quruluşunun səmərələşdiril-

məsinə və s. çalışır. Məsələn, dünya təcrübəsindən yaxşı məlumdur ki, böhran 

şə

raitində  və  yaxud  böhran  yaxınlaşdıqca  bazar  tələbini  canlandırmaq  məq-



sədilə dövlət çox vaxt kredit vasitəsilə istehsal investisiyalarını, mülki tikintini, 

uzunmüddətli istehlak mallarının kreditə satışını, milli ixracı stimullaşdırmağa 

çalışır. Borc kapitalı hərəkətinin təbii bazar mexanizmi ilə kredit tənzimlənməsi 

arasındakı nisbət hər dəfə ölkə iqtisadiyyatındakı konkret vəziyyət, dünya ölkə-

lərinin  ilk  növbədə  də  əsas  iqtisadi  ortaqların  istehsalındakı  silsiləvi  dəyişik-

liklər,  beynəlxalq  ticarətdə,  beynəlxalq  valyuta  sistemində  və  kapital  bazarın-

dakı  vəziyyətdən  asılıdır.  Kredit  tənzimlənməsi  bütövlükdə  iqtisadiyyatın  sə-

mərələşdirilməsinə, onun keyfiyyətinin yüksəldilməsinə xidmət etsə də müəy-

yən  məhdudiyyətlərə  də  malikdir.  Bu  məhdudiyyətləri  bilmək,  onlara  bələd 

olmaq kredit tənzimlənməsindən bacarıqla istifadə edilməsindən ötrü vacibdir. 

Ə

ks halda kreditə hədsiz meyil, ondan makro və mikro səviyyələrdə sui-istifadə 



pul kredit böhranları ilə nəticələnə bilər. 


 

 

274



poteka  krediti.  poteka  kreditinin  spesifik  cəhəti  daşınmaz  əmlakın 

girov qoyulması və açılan kreditin uzunmüddətliyidir.  poteka krediti bir qayda 

olaraq,  əmlakın  girov  qoyulması  ilə  uzunmüddətli  ssudalar  verilməsi  üzrə 

ixtisaslaşan  banklar  tərəfindən  verilir.  Bura  ipoteka  və  torpaq  bankları  aiddir. 

Onların  resursları  içərisində  ən  vacib  yeri  ipoteka  istiqrazlarının  buraxılışı  ilə 

formalaşan vəsaitlər tutur. Dünya praktikasında ipoteka kreditləşmə sisteminin 

müxtəlif növlərindən istifadə edilir. 

poteka  kreditinin  əsas  tərkib  hissəsi  təminat  şəkilində  verilən  əmlakın 

qiymətləndirilməsidir. Əmlakın qiymətləndirilməsi bir sıra faktorlara əsaslanır 

ki, bunların da ən əsası: əmlaka olan tələb və təklif, obyektin səmərəliliyi, onun 

yerləşmə  ərazisi,  obyektdən  istifadə  edilərkən  əldə  edilən  gəlir,  əmlakın 

qiymətləndirilməsinin kalkulyasiya metodu, bazar dəyəri üzrə qiymətləndirmə 

metodu və gəlirin kapitalizasiya metodu hesab edilir. 

Kalkulyasiya  metodu  obyektin  balans  dəyərinin  və  ləğvetmə  dəyərinin 

qiymətləndirilməsini nəzərdə tutur. 

Bazar qiyməti üzrə qiymətləndirmə metodu analoji obyektlərin tələb və 

təklif bazarı haqqındakı məlumatların yığılması və təhlilini nəzərdə tutur. 

Gəlirin  kapitalizasiyası  metodu  obyektin  gələcəkdə  gəlir  götürmək 

imkanlarının müəyyən edilməsinə əsaslanır.   

poteka krediti ümumilikdə bazar münasibətlərinin inkişaf etməsində və 

güclənməsində böyük rol oynayır. 

Kredit  multiplikatoru.  Bankların  kredit  mexanizmi  ilə  yaratdıqları  pulu 

ifadə  edən  bir  qavramdır.  Əgər  ödəmələr  heç  banknot  istifadə  edilmədən,  ta-

mamilə  çeklə  aparılarsa,  o  təqdirdə  kredit  multiplikatorunun  (k)  düsturu  aşa-

ğ

ıdakı  kimi  olar:  K=(1-r)/r.  Bura  –  r  bankların  əmanətə  qarşılıq  tutmaq  məc-



buriyyətində olduqları qarşılıq nisbətlərini ifadə edir. Görüldüyü kimi, bu nisbət 

nə  qədər  aşağı  olursa  kredit  multiplikatorunun  dəyəri  o  qədər  yüksək  olur. 

Ə

slində banklardan alınan kreditlərin bunun çeklə istifadəsi mümkün deyildir. 



Bir bölüm ödəmələr banknotla aparılır. Digər bir ifadə ilə, alınan kreditlərin bir 

bölümü  bank  sistemin  kənarında  çıxarılmış  olur.  Bu  vəziyyətdə  kredit  mul-

tiplikatoru aşağıdakı düsturla göstərilir: K=(1-r)/(r +M), M – banknotla aparılan 

ödəmələrin  nisbətidir.  Dolayısı  ilə  M-in  dəyəri  nə  qədər  aşağı  olarsa,  kredit 

multiplikatoru o dərəcə böyük olur. 

 

7.2. Kreditləşmənin iqtisadi əhəmiyyəti və kredit tələblərinin dəyərləndirilməsi 

 

 Bankın əsas əməliyyatlarından biri onun aktiv əməliyyatıdır. Aktiv əmə-

liyyatlar  vasitəsilə  banklar  cəlb  etdikləri  vəsaitləri  ehtiyacı  olanlar  arasında 

yerləşdirərək  kreditor  sifətində  çıxış  edirlər.  Kredit  əməliyyatı  pul  vəsaitlərini 

müvəqqəti istifadə  etmək üçün qaytarmalı və ödənilmək  şərtilə  yerləşdirilmə-

sində kreditor və debitor arasındakı münasibətdir.  




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə