280
edərkən, üç önəmli nöqtəyə diqqət edərlər. Bunlar: qüvənli (riski minimum);
likvidliyi (təhlükəsiz müddət) və gəirlilik (gəlirlilik maksimum).
7.3. Azərbaycan banklarında kreditlərin verilməsi qaydaları
8
Kredit strategiyası. Bankın kredit strategiyası onun ümumi strateji baxışı
ə
sasında formalaşmalıdır. Kredit strategiyası cəlb olunmuş vəsaitlərin strukturu,
kadr və informasiya resurslarının yetərliyi və adekvatlığı nəzərə alınmaqla
kreditlərin növləri üzrə (ipoteka, istehlak, kommersiya) bankın kredit resursla-
rının yerləşdirilməsi istiqamətlərini müəyyən edir. Strategiyada kredit port-
felinin diversifikasiyası (iqtisadi sektorlar, coğrafi ərazilər, valyuta növləri,
kreditlərin müddəti və gəlirliyi), qeyri-qanuni fəaliyyətlə məşğul olan borc-
alanlarla əməkdaşlığa yol verilməməsi və digər kreditləşmə fəaliyyəti ilə bağlı
məsələlər üzrə bankın mövqeyi ifadə edilir. Kredit strategiyası bankın ixti-
saslaşması ilə cəmləşmə səviyyəsinin məhdudlaşdırılması arasında tarazlığın
təmin edilməsi və kredit fəaliyyətinin yalnız mərkəzləşdirilmiş qaydada və ya
filiallar tərəfindən də həyata keçirilməsi kimi strateji məsələləri əhatə etməlidir.
Kreditlərin verilməsi meyarları. Bank tərəfindən kredit sifarişlərinin qiy-
mətləndirməsi meyarları kreditlərin həcmi, müddəti, onlarla bağlı risklərin
səviyyəsi, borcalanın fəaliyyət növü və digər amillərlə müəyyən edilir.
Meyarlar ən azı aşağıdakı amillər üzrə qruplaşdırılır:
1. Kreditin məqsədi və ödənişlərin mənbəyi;
2. Borcalanla və onun sifariş etdiyi kreditlə bağlı riskin səviyyəsi;
3. Kreditin, habelə onun müqabilində təklif olunan təminatın bazar və
iqtisadi dəyişikliklərə qarşı həssaslığı;
4. Borcalanın kredit tarixi, habelə tarixi məlumatlar və müxtəlif ssenarilər
nəzərə alınmaqla nağd vəsait axını proqnozlarına əsasən borcalanın cari kredit
qaytarma qabiliyyəti;
5. Kommersiya kreditləri üzrə fəaliyyət sahəsində borcalanın təcrübə və
bilikləri;
6. Kreditin növü ilə bağlı iqtisadi/bazar sektorunun vəziyyəti və həmin
sektorda borcalanın vəziyyəti;
7. Kredit müddəti ərzində kredit müqaviləsinə düzəlişlər edilməsi imkanı
da daxil olmaqla kreditin şərtləri və müddəti;
8. Təminatın adekvatlığı və zərurət yarandıqda onun realizasiyası və ya
istifadə edilməsi.
8
AR MB. Banklarda kreditlərin verilməsi qaydaları- ölkədə fəaliyyət göstərən
kommersiya banklarında və xarici bankların yerli filiallarında (bundan sonra - banklar)
kredit riski və kreditlərin verilməsi üzrə bankların daxili strategiya və qaydalarına dair
minimum tələbləri müəyyən edir.
281
Borcalana kredit ilk dəfə verildikdə bank borcalanın nüfuzunu və öhdə-
lik götürmə qabiliyyətini nəzərə almalıdır. Lakin borcalanın yüksək nüfuzu ona
kreditin verilməsi barədə qərar qəbul edilməsinə yeganə əsas olmamalıdır.
Hüquqi şəxslər tərəfindən təqdim olunmuş kredit sifarişi qiymətləndirilərkən
bank sifarişçinin korporativ idarəetmə sisteminin mövcudluğu və onun adekvat
olmasını kredit riskinin ölçülməsində nəzərə almalıdır. Bank müəyyən edilmiş
meyarlara əsaslanaraq hər bir borcalana (fiziki şəxslər, o cümlədən hüquqi şəxs
yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər istisna olmaqla)
bankdaxili reytinq verməlidir.
Kreditlərin verilməsi üzrə bankdaxili qaydalar. Kreditlərin verilməsi üzrə
bankdaxili qaydalar kredit işini hərtərəfli tənzimləməli və kredit əməliyyatları
aparılan zaman işdə rəhbər tutulmalıdır. Hər bir bank kreditlərin verilməsi üzrə
bankdaxili qaydalarda apardığı kredit əməliyyatlarının xarakterini və mürək-
kəbliyini nəzərə alaraq aşağıdakı məsələləri əks etdirməlidir:
Səlahiyyət bölgüsü
. Bankdaxili qaydalarda kreditlərin verilməsi funksi-
yasını yerinə yetirən strukturların dəqiq səlahiyyət bölgüsü müəyyən edil-
məlidir. Bankdaxili strukturlara və ayrı-ayrı əməkdaşlara kredit sifarişlərinə rəy
verilməsi və müvafiq qərarın qəbul edilməsi səlahiyyəti verilərkən qüvvədə
olan bank qanunvericiliyinin tələbləri, əməkdaşların iş təcrübəsi və ixtisas
səviyyəsi nəzərə alınmalıdır.
Maraqlar münaqişəsinin yaranmasına yol verməmək məqsədilə bankda
kredit riskinin qiymətləndirilməsi, o cümlədən kreditlərin təsnifləşdirilməsi
funksiyası kredit portfelinin keyfiyyətinə, habelə normativlərə, prudensial hesa-
batlığa, bankdaxili tələb və limitlərin icrasına nəzarət funksiyasından müstəqil
olmalıdır. Bank qeyd olunan funksiyaların yerinə yetirilməsi üçün məsul
şə
xslər və ya struktur bölmələr müəyyən etməlidir.
Bankın rəhbərliyi təşviqetmə siyasəti ilə kredit siyasəti arasında
ziddiyyətin yaranmasına yol verməməlidir (müəyyən olunmuş kredit limitlərinə
riayət etmədən verilmiş kreditlərin sayının və məbləğlərinin artırılması əlavə
mükafatlandırılmamalıdır).
Kreditlər üzrə limitlər və kreditlərin cəmləşməsi. Bankdaxili qaydalar
kreditlərin bütün məlum cəmləşmələri üzrə (kreditlərin növləri, aidiyyəti olan
şə
xslər, iqtisadiyyatın sektorları, coğrafi zonalar və s.) limitlər, müntəzəm
monitorinq və hesabat tərtib edilməsi ilə əlaqədar tələbləri müəyyən etməlidir.
Limitlər müəyyənləşdirilərkən bank tərəfindən hər bir kredit növü üzrə
tələb olunan gəlirlik səviyyəsi və kredit portfelinin, habelə kreditlərin verilməsi
üçün cəlb edilmiş vəsaitlərin həssaslığının qiymətləndirilməsinin nəticələri
nəzərə alınmalıdır.
Bankdaxili qaydalarda kredit portfelinə və ya məcmu kapitala nisbətdə
bank tərəfindən Mərkəzi Bankın müəyyən etdiyi prudensial tələblər nəzərə
alınmaqla ən azı aşağıdakı limitlər müəyyən edilməlidir: