Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə135/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   131   132   133   134   135   136   137   138   ...   230

 

 

284



rılması  üçün  yeganə  və  əsas  mənbə  olmamalıdır.  Kreditin  qaytarılması  üçün 

ə

sas borcalanın sağlam maliyyə vəziyyəti və fəaliyyəti dövründə əldə etdiyi pul 



vəsaiti olmalıdır.  

Kreditlər  təminatla  və  ya  təminatsız  (blank)  şərtlərlə  verilə  bilər.  Təmi-

natsız  kreditlərin  verilməsi  üzrə  bank  tərəfindən  ayrıca  meyarlar  müəyyən 

edilməlidir. Təminatsız kreditlər yalnız krediti qaytarma qabiliyyəti və nüfuzu 

yüksək  səviyyədə  olan  borcalana  onun  gəlirliyinin  adekvat  olması  müəyyən 

edildikdə  verilməlidir.  Təminatsız  kreditlər  verdikdə  bank  borcalanın  daha 

uzunmüddətli  maliyyə  hesabatlarını  (fiziki  şəxslər  üçün  əməkhaqqı  və/və  ya 

rəsmi  qaydada  təsdiq  edilmiş  fiziki  şəxsin  digər  mənbələrdən  aldığı  gəlirlər 

barədə arayış) və kredit tarixini əldə etməlidir. Maliyyə hesabatları (arayışlar) 

sifarişin təqdim edilməsi tarixindən fiziki şəxslər üçün ən azı əvvəlki altı aylıq 

dövrü, hüquqi şəxslər üçün isə ikiillik dövrü əhatə etməlidir.  

Bankdaxili qaydalarda girov şəklində götürüləcək təminatın bazar dəyə-

rinin  kredit  məbləğinə  olan  nisbətinin  məqbul  əmsalları  müəyyənləşdiril-

məlidir.  

Təminat girov şəklində götürülərkən bankdaxili qaydalarda girovun qiy-

mətləndirilməsinin  mövcud  qanunvericiliyə  uyğun  olaraq  bankın  mütəxəssisi 

və  ya kənar qiymətləndirici tərəfindən aparılmasına dair prosedurlar müəyyən 

edilməlidir.  Girovun  qiymətləndirilməsi  ücün  bankın  əməkdaşlarının  və  ya 

kənar  qiymətləndiricilərin  cəlb  edilməsi  üzrə  meyarlar  müəyyən  edlməlidir. 

Qiymətləndirməni  həyata  keçirən  bankın  əməkdaşları  müvafiq  bilik  səviyyə-

sinə  və  təcrübəyə  malik  olmalıdırlar.  Bankda  qiymətləndirmənin  aparılması 

üçün cəlb edilən kənar qiymətləndiricilərin pesəkarlığına, təcrübə və ixtisasına 

qarşı  tələblər,  habelə  onların  seçilməsi  mexanizmləri  müəyyən  edilməlidir. 

Məbləği bankın məcmu kapitalının 5%-dən yuxarı olan bir borcalana və ya bir-

biri ilə əlaqədar borcalanlar qrupuna verilən kreditlər üzrə girov ən azı iki kənar 

qiymətləndirici  tərəfindən  ayrıca  qiymətləndirilməlidir.  Bu  zaman  qiymətlər 

fərqli olduqda bank tərəfindən girovun aşağı olan qiyməti əsas götürülməlidir.  

Girovla  təmin  olunmuş  kreditlərdən  dəyən  zərərin  minimallaşdırılması 

üçün təminatın bazar dəyəri konservativ yanaşma, qiymətləndiricinin seçilməsi 

isə sərt meyarlar əsasında müəyyən edilməlidir.  

  Kredit üzrə təminat qəbul edildikdə bank girov kimi götürülmüş əmlak 

üzrə  bütün  texniki  və  hüquqi  sənədlərin  təqdim  olunmasını  tələb  etməlidir. 

Bank təminatla  bağlı təqdim  edilmiş  sənədlərlə  təminatın  faktiki mövcudluğu 

və  keyfiyyəti  arasında  uyğunsuzluğu  aşkar  etmək,  borcalan  tərəfindən  təmi-

natın adekvat vəziyyətdə saxlanmasını təmin etmək məqsədilə bankdaxili qay-

dalarda  müvafiq  tədbirləri  (yerlərdə  dövri  yoxlamaların  aparılması  və  s.), 

habelə  təminatın  sığortalanmasına  dair  tələbin  irəli  sürülməsi  hallarını  əks 

etdirilməlidir.  




 

 

285



Kreditlər  qiymətli  kağızlarla  təmin  olunduqda,  bank  bu  kağızların  real 

dəyəri və satış imkanlarını nəzərə alaraq onların qiymətləndirilməsi qaydalarını 

müəyyən etməlidir. 

Bankdaxili  qaydalarda  təminatın  əvəzləşdirilməsinin,  habelə  yeni  təmi-

natın dəyərinin kreditin məbləğinə olan nisbətinin dəyişdirilməsi üzrə mümkün 

hallar,  meyar  və  prosedurlar  müəyyən  edilməlidir.  Bundan  əlavə,  bank  öz 

siyasətinə və Mərkəzi Bankın müvafiq tələblərinə uyğun yeni təminatın dəyə-

rinin kreditin məbləğinə olan nisbətinin minimum səviyyəsini təyin etməlidir.  

Borcalan  tərəfindən  girov  şəklində  təqdim  olunmuş  əmlakın  əvəz  edil-

məsinə zərurət yarandıqda bank yeni təminatın dəyərinin kreditin ödənilməmiş 

məbləğinə olan nisbətinin əvvəlki səviyyədən aşağı olmasına yol verməməlidir.  

Kredit  qiymətli  kağızlarla,  zaminliklə,  qarantiyalarla  və  ya  bank  depo-

zitləri  ilə  təmin  olunduqda  bank  bu  təminatlar  üzrə  müddətlərini  nəzərdən 

keçirməlidir.  Belə  təminatın  müddəti  kreditin  qaytarılma  müddətindən  az  ol-

duqda  və  ya  borcalan  tərəfindən  bu  təminatın  əvəz  edilməsinə  zərurət  yaran-

dıqda  bank  yeni  təqdim  olunmuş  təminat  üzrə  keyfiyyət  və  likvidlik  göstə-

ricilərinin,  habelə  təminatın  dəyərinin  kreditin  ödənilməmiş  məbləğinə  nis-

bətinin ilkin təminat göstəricilərindən az olmamasını təmin etməlidir.  

 Yeni  təminatın  qiymətləndirilməsi  və  onun  barəsində  qərarın  qəbul 

edilməsi  üzrə  banka  yetərli  vaxt  verilməsi  üçün  yeni  təminat  ilkin  təminatın 

vaxtı başa çatmamışdan əvvəl təqdim olunmalıdır.  

Kreditin  müddəti  başa  çatanadək  real  bazar  dəyərinin  təyin  edilməsi  və 

təminatın  likvidliyinin  monitorinqi  üçün  təminat  mütəmadi  olaraq  bank 

tərəfindən yenidən qiymətləndirilməlidir. Bu məqsədlə bank təminatının mütə-

madi  olaraq  yenidənqiymətləndirilməsi  zəruri  olan  kreditlərin  məbləğini, 

habelə  yenidənqiymətləndirmənin  dövriliyini  bankdaxili  qaydalarda  müəyyən 

etməlidir. Bankdaxili qaydalarda təminatın qiymətində müşahidə olunan mənfi 

meyillərə reaksiya vermə prosedurları müəyyən edilməlidir. Bankda təminatın 

qiymətləndirilməsi  qrafiki,  hesabatlıq  sistemi  və  qiymətləndirmənin  həyata 

keçirilməsinə məsul şəxslər müəyyən edilməlidir. 

stehlak və mikrokreditlər üzrə girova nəzarətin həyata keçirilməsi üçün 

belə girovların xüsusiyyətləri nəzərə alınmaqla bankda ixtisaslaşmış bankdaxili 

sistem  qurulmalıdır.  Həmin  sistem  girovun  verilmiş  kreditin  şərtlərinə  və 

müddətinə adekvat olmasına nəzarəti təmin etməlidir.  

Qarantiya  və  ya  zaminliklə  təmin  olunmuş  kreditlərin  verilməsi  üçün 

bank qarant (zamin) haqqında ətraflı maliyyə məlumatlarının təqdim olunma-

sını tələb edir. Bu zaman tələb olunan məlumatın tərkibi kreditlərin verilməsinə 

dair bankdaxili qaydalarda öz əksini tapmalıdır. 

Borcalanlar  haqqında  maliyyə  məlumatı.  Bankdaxili  qaydalarda  borc-

alanların  krediti  qaytarmaq  qabiliyyətini  müəyyənləşdirmək  məqsədi  ilə  həm 

kreditlər verilməzdən əvvəl, həm də kreditlər verildikdən sonra maliyyə hesa-

batlarının  təqdim  edilməsi  tələbi  müəyyən  olunmalıdır.  Borcalan  hüquqi  şəxs 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə