Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə137/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   133   134   135   136   137   138   139   140   ...   230

 

 

288



edilməlidir. Nəzarətin keçirilməsi üçün məsul olan şəxslər və müddətlər təyin 

olunmalıdır.  

Kredit  portfelinin  keyfiyyətinin  qiymətləndirilməsi  üçün  bank  müxtəlif 

qiymətləndirmə  üsullarının  tətbiqi  məqsədilə  kreditləri  müxtəlif  meyarlara 

ə

sasən qruplaşdıra bilər (istehlak kreditləri, fiziki şəxslərə verilmiş kredit kart-



ları və s.). Bank tərəfindən təsadüfi, proporsional, statistik seçim vasitəsilə qeyd 

olunan qruplardan bir neçə kredit seçilir və onların hərtərəfli qiymətləndirilməsi 

həyata  keçirilir.  Qiymətləndirmə  zamanı  secilmiş  kreditlər  üzrə  əldə  edilmiş 

keyfiyyət parametrləri həmin qrupa proporsional şəkildə aid edilir.  

Məbləğindən  və  növündən  asılı  olmayaraq  aşağıdakı  kreditlər  fərdi 

olaraq hərtərəfli qiymətləndirilməlidir:  

- hüquqi şəxslərə verilmiş bütün kreditlər; 

- bank səhmdarlarına və banka aidiyyəti olan şəxslərə verilmiş bütün kre-

ditlər;  

- verildiyi  tarixdən  sonra  faiz  dərəcələri,  ödəniş  və  digər  şərtləri  dəyiş-

dirilmiş bütün kreditlər;  

- faizlərin  və/və  ya  əsas  borc  məbləğinin  ödənilməsi  30  gündən  çox 

gecikdirilmiş  bütün  kreditlər,  o  cümlədən  faizləri  kapitallaşdırılmış  və  ya 

müddəti uzadılmış kreditlər;  

- qeyri-standart kreditlər kimi təsnifləşdirilmiş bütün kreditlər; 

- qeyri-işlək kreditlər; 

- bankdaxili qaydalarda müəyyən edilmiş digər kreditlər.  

Kredit portfelinin keyfiyyətinin təhlili aşağıdakıları da əhatə etməlidir:  

- borcalanların  sayı,  kreditlərin  orta  müddəti  və  kreditin  orta  faiz 

dərəcəsi;  

- kredit  portfelinin  bölgüsü,  o  cümlədən  müxtəlif  növlərdəki  kreditlərin 

ümumi  sayının  və  ümumi  məbləğinin  təhlili  (valyutalar,  ödəmə  müddətləri 

(qısamüddətli və ya uzunmüddətli), fəaliyyət növləri, mülkiyyət növləri (dövlət, 

xüsusi, bələdiyyə), borcalanların statusu (hüquqi və ya fiziki şəxslər) və s. üzrə.  

Bank  kredit  portfelinə  nəzarət  çərçivəsində  problemli  kreditlərin  erkən 

xəbərdarlıq sistemini qurmalı və aşkar edilmiş problemlərin aradan qaldırılması 

üçün prosedurlar müəyyən etməlidir.  

Bank kredit portfelinin kənar iqtisadi, maliyyə və bazar riskləri ilə bağlı 

amillərinə, o cümlədən faiz dərəcəsinin dəyişməsi, valyuta məzənnəsi, likvidlik 

göstəricilərinə, iqtisadi sektorlar üzrə dövri-mövsümi göstəricilərə, qiymətlərin 

dəyişməsi  proqnozuna  həssaslıq  səviyyəsinin  ölçülməsi  mexanizmini  hazırla-

malı  və  mütəmadi  olaraq  qiymətləndirməlidir.  Qiymətləndirmə  mexanizmi 

kimi  stress-testləşdirmənin  keçirilməsi,  ssenarilərin  təhlili  və  digər  riyazi 

üsullar istifadə edilə bilər. Bank bu üsulların aktuallığını və adekvatlığını mü-

təmadi olaraq qiymətləndirməlirdir. 

Kredit  portfelinin  həssaslığının  qiymətləndirilməsinin  nəticələri  barədə 

məlumat  müvafiq  qərarın  qəbul  edilməsi  üçün  darə  Heyətinə  və  Müşahidə 



 

 

289



Ş

urasına təqdim olunmalıdır. Bankdaxili qayda və limitlərə yenidən baxılarkən 

kredit  portfelinin  həssaslığının  qiymətləndirilməsinin  nəticələri  nəzərə  alın-

malıdır.  

Bankın rəhbərliyinə hesabatların təqdim olunmasıBankdaxili qaydalarda 

kredit  riski  və  kreditlərin  idarə  olunmasının  müxtəlif  tərəfləri,  o  cümlədən 

borcun  tutulması  tədbirləri  və  kredit  portfelinin  keyfiyyətinin  təhlili  nəticələri 

barədə müvafiq daxili komitələrə,  darə Heyətinə və Müşahidə Şurasına verilən 

hesabatların  formaları,  növləri  və  onların  təqdimolunma  müddətləri,  habelə 

aşkar  edilmiş  uyğunsuzluqların  aradan  qaldırılması  üçün  müvafiq  tədbirlərin 

görülməsi  üzrə  prosedurlar  müəyyən  edilməlidir.  Hesabatlar  kifayət  qədər 

müfəssəl olmalı və elə tərtib edilməlidir ki, rəhbərliyin müxtəlif səviyyələri, o 

cümlədən  Müşahidə  Şurası  müvafiq  sahələrdə  və  bankdaxili  struktur  böl-

mələrdə risk amillərini, habelə bankın ümumi fəaliyyətini qiymətləndirə bilsin.  

Bankdaxili qaydalarda filialların kreditlərlə bağlı hesabatlarının baş ofisə 

təqdim edilməsi prosedurları müəyyən olunmalıdır. 

stehlakçıların  hüquqlarının  qorunması.  Bankdaxili  qaydalarda  kreditin 

alınması  üçün  meyarlar,  habelə  kreditin  verilməsindən  imtinanın  əsasları 

müəyyən  edilməlidir.  Nəticədən  asılı  olmayaraq  kredit  almaq  üçün  təqdim 

edilmiş bütün yazılı sifarişlər bankdaxili qeydiyyat jurnalında əks olunmalıdır. 

Kredit  sifarişinin  qəbuledilmə  və  ya  qiymətləndirilmə  mərhələlərində  bank 

potensial borcalanla görüş keçirməlidir.  

Kredit  verildikdə  borcalanla  bank  arasında  kredit  müqaviləsi  imzalanır. 

Kredit müqaviləsində ən azı aşağıdakılar asan oxunan və aydın şəkildə göstəril-

məlidir: 

-  kreditin məqsədi və dəqiq təyinatı; 

-  kreditin  şərtləri  (kreditin  məbləği,  müddəti,  kredit  müddətindən  asılı 

olmayaraq  illik  faizi,  komisyon  haqları  (əgər  nəzərdə  tutulursa),  bank  tərə-

findən tələb olunan digər ödənişlər); 

-  kreditin qaytarılma qrafiki; 

-  kreditlərin  ödənilməsi  müddətlərinin  üzadılmasına,  habelə  vaxtından 

ə

vvəl ödənişlərin bank tərəfindən tələb edilməsinə, habelə borcalan tərəfindən 



kreditin vaxtından əvvəl ödənilməsinə dair şərtləri; 

-  kredit müddəti ərzində əlavə və dəyişikliklərin edilməsi qaydası; 

-  tərəflərin hüquq və vəzifələri; 

-  tərəflərin məsuliyyəti; 

-  mübahisələrin həlli qaydası.  

Kreditin  təminatı  ilə  bağlı  sənədlər  qanunvericiliyin  tələblərinə  uyğun 

olaraq rəsmiləşdirilməli və müvafiq hallarda dövlət qeydiyyatına alınmalıdır. 

Müqavilələr  bağlananadək  bank  yuxarıda  göstərilən  məsələlərlə  bağlı 

borcalana ətraflı izahat verməlidir və bu barədə müqavilədə qeyd etməlidir.  

Kreditin  növündən  asılı  olaraq  bank  tərəfindən  sifarişlərə  baxılması  və 

kreditin verilməsi üzrə qərarların qəbul edilməsinin maksimum müddəti müəy-



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə