Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə138/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   134   135   136   137   138   139   140   141   ...   230

 

 

290



yənləşdirilməli və sifarişçiyə həmin müddət ərzində cavab verilməsi təmin edil-

məlidir. 

Qeydiyyat jurnalında qeyd olunmuş sifarişlər üzrə kreditin verilməsindən 

imtina edildikdə, bank sifarişi təqdim edən fiziki və ya hüquqi şəxsə imtinanın 

səbəblərini göstərməklə aydın şəkildə yazılı cavab verməlidir.  

Kreditin verilməsi barədə qərar qəbul edərkən bank sifarişin iqtisadi fay-

dasına və onun bankın strateji məqsədlərinə uyğun olmasına əsaslanmalıdır və 

bu zaman borcalanların irqi, milliyyəti, dini, dili, cinsi, mənşəyi, əqidəsi, siyasi 

və  sosial  mənsubiyyətinə  görə  ayrı-seçkiliyinə  (diskriminasiyasına)  yol 

verməməlidir. Kreditin verilməsindən imtina edilməsi barədə bankın sifarişçiyə 

rəsmi cavab məktubunda bu qərarın ayrı-seçkilik səbəbindən qəbul edilmədiyi 

bildirilməlidir.  

mtina  məktubunda  bank  tərəfindən  sifarişçinin  yazılı  icazəsi  olmadan 

onun  biznes  layihəsinin  üçüncü  tərəfə  açıqlanmayacağı  barədə  öhdəliyin 

götürülməsi qeyd olunmalıdır. 

Bankda  istehlakçıların  şikayət  reyestri  tərtib  edilməli  və  bu  reyestrdə 

bütün yazılı və elektron formatda təqdim edilmiş şikayətlərin qeydiyyatı aparıl-

malıdır.  Reyestrdə  şikayətin  verilmə  tarixi,  şikayətçi  və  şikayətin  məzmunu 

barədə məlumat, bank tərəfindən görülmüş tədbirlər və şikayətin cari vəziyyəti 

ə

ks etdirilməlidir. 



Bankda həmin reyestrin mövcudluğu, habelə şikayət ərizələrinin təqdim 

edilməsi  qaydası  barədə  məlumat  ictimaiyyətə  açıqlanmalı  və  bankın  internet 

səhifəsində yerləşdirilməlidir.  

Məlumatın  istehlakçılara  açıqlanması.  Kreditin  növlərindən  asılı  olaraq 

hər bir kreditin alınması üçün tələb olunan sənədlərin siyahısı tərtib edilməli və 

istehlakçılara  açıqlanmalıdır.  Əlavə  olaraq  ipoteka  kreditlərinin  verilməsi 

şə

rtləri haqqında məlumat, xüsusilə də sosial ipoteka və dövlət vəsaitləri hesa-



bına verilən digər güzəştli kreditlər haqqında məlumatlar ayrıca açıqlanmalıdır.  

stehlakçılar  üçün  məlumatların  təqdim  edilməsi  məqsədilə  bankın  yer-

ləşdiyi binada qaytarılmalı kreditlərin məbləğinin hesablanmasının (əsas borcun 

və  anuitet  ödənişlər  zamanı  kredit  üzrə  ödəniləcək  faizin  ümümi  məbləği)  və 

borcalanın minimal gəlirinə dair tələblərin nümunələri olmalıdır.  

Problemli  kreditlərin  tənzimlənməsi.  Bankdaxili  qaydalarda  bank  tərə-

findən  problemli  kreditlərin  tənzimlənməsi  öz  əksini  tapmalıdır.  Öz  fəaliy-

yətinin  xüsusiyyətlərinə  əsaslanaraq  bank  problemli  kreditlər  anlayışını  və 

kreditlərin problemli kimi təsnifləşdirilməsi üçün meyarları müəyyən etməlidir.  

 Aşağıdakı  hallar  kreditin  statusunun  pisləşməsinin  səbəbləri  kimi  qiy-

mətləndirilə bilər: 

- bank  tərəfindən  tələb  edilən  maliyyə  məlumatlarının  vaxtında  təqdim 

edilməməsi; 

- kredit üzrə faizlərin və əsas məbləğin vaxtında ödənilməməsi; 




 

 

291



- borcalanın  vəsait  axınında  təqdim  edilmiş  proqnozla  və  biznes-planla 

uyğunsuzluğun yaranması; 

- borcalanın maliyyə vəziyyətinin pisləşməsi; 

- kreditin əsas borc məbləğinin və faizinin ödəmə müddətinin uzadılması 

üçün müraciət; 

- borcalana qarşı məhkəmə iddialarının qaldırılması; 

- borcalanın bankla görüşməkdən imtina etməsi; 

- Mərkəzləşdirilmiş Kredit Reyestrindən borcalanın ödəniş qabiliyyətinin 

pisləşməsi haqqında məlumatların alınması; 

- borcalanın  ödəmə  qabiliyyətinə  mənfi  təsiri  ola  bilən  hər  hansı  digər 

məlumatın əldə edilməsi. 

Tənzimləmə  zamanı  hər  bir  kredit  və  borcalan  fərdi  qaydada  nəzərdən 

keçirilməlidir. Bankdaxili qaydalarda ən azı aşağıdakı tənzimləmə tədbirləri əks 

olunmalıdır:  

- borcalan  tərəfindən  əlavə  maliyyə  vəsaitlərinin  cəlb  edilməsinə,  əlavə 

təminatın verilməsinin təmin olunmasına yönəldilmiş tədbirlər;  

- borcalanın  maliyyə  imkanlarını  və  ödəmə  qabiliyyətini  gücləndirmək 

yollarının  tapılması  istiqamətində  borcalanla  birgə  tədbirlərin  görülməsi 

(məsləhətçi xidmətlərinin cəlb edilməsi, əməliyyat xərclərinin azaldılması və/və 

ya gəlirlərin artırılması, aktivlərin satılması proqramının hazırlanması, müəssi-

sənin  yenidən  təşkili,  borcun  restrukturizasiyası  proqramının  hazırlanması, 

kreditin şərtlərinin dəyişdirilməsi və s.);  

- kredit  üzrə  borcalanın  öhdəliklərinin  başqa  fiziki  və  ya  hüquqi  şəxsə 

ötürülməsi;  

- borcun  qaytarılması  üçün  qanunvericilikdə  müəyyən  edilmiş  qaydada 

kredit təminatına tələbin yönəldilməsi.  

Bankda  problemli  kreditlərin,  xüsusilə  qeyri-işlək  kreditlərin  ümumi 

məbləği  və  ya kredit portfelinə nisbəti müəyyən edilmiş həddə çatdıqda bank 

kreditləşmə  fəaliyyətini  məhdudlaşdırmalı  və  müvafiq  sağlamlaşdırma  təd-

birlərini həyata keçirməlidir. 

Borcun  gecikdirilməsi,  ödənilməsi  və  silinməsi.  Bankdaxili  qaydalarda 

Mərkəzi  Bankın  prudensial  tələbləri  nəzərə  alınmaqla  kreditlərin  növlərindən 

və  gecikdirilmə müddətindən  asılı olaraq faizləri hesablanmayan statusa keçi-

rilməsi  halları  və  səbəbləri  müəyyənləşdirilməli,  habelə  bu  barədə  müvafiq 

hesabatların əlaqəli daxili komitələrin,  darə Heyətinin və Müşahidə Şurasının 

müzakirəsinə verilməsi tələbləri müəyyən edilməlidir (problemli kreditlər haq-

qında  hesabatda  pisləşmənin  səbəbləri,  mümkün  zərərlər  və  kreditlərin 

keyfiyyətinin yüksəldilməsi tədbirləri barədə ətraflı məlumat verilməlidir və s.).  

Bankdaxili  qaydalarda  borcun  tutulması,  sonrakı  ardıcıl  və  daha  ciddi 

tədbirlərin görülməsi üzrə tələblər və prosedurlar nəzərdə tutulmalıdır. Restruk-

turizasiya  olunmuş  kreditlər  istisna  olunmaqla  banklarda  vaxtı  keçmiş  kre-

ditlərin  əsassız  olaraq  yeni  kreditlərlə  əvəz  edilməsi  praktikasına  yol  veril-




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə