Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə140/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   136   137   138   139   140   141   142   143   ...   230

 

 

295



keçirilir.  Bunların  da  ən  əsasları:  kapitalın  qiymətli  kağızlar  bazarı,  kredit 

resursları bazarı və dövlət maliyyələşməsi yolu ilə cəlb olunmasıdır. 

Kapitalın  qiymətli  kağızlar  bazarı  vasitiəsilə  cəlb  olunması.  Kapitalın 

qiymətli kağızlar bazarı vasitəsilə cəlb olunması bazar iqtisadiyyatında mühüm 

rol oynayır.  Qiymətli kağızların  emissiyası və  yerləşdirilməsindən  əldə  edilən 

vəsait invevstisiya maliyyələşməsinin ən əsas mənbələrindən biri hesab edilir. 

  Maliyyə  bazarında  dövr  edən  qiymətli  kağızları  iqtisadi  mahiyyətinə 

görə iki əks növə bölmək olar: 

•   pay–bilavasitə sahibin real mülkiyyətindəki payını özündə əks etdirir. 

•   borc – kəskin diskont edilmiş faiz dərəcələri ilə xarakterizə edilir. 

Kapitalın kredit bazarları vasitəsilə cəlb olunması. Kapitalın kredit bazar-

ları  vasitəsilə  cəlb  olunması  inkişaf  etmiş  ölkələrin  firma  və  şirkətlərinin 

investisiya maliyyə resurslarında payı 25-60% təşkil edir.  nvestisiya fəaliyyə-

tinin  maliyyələşməsi  zamanı  borc  mənbələri  arasında  əsas  rolu  bankların 

kreditləri oynayır. Əgər şirkət öz şəxsi vəsaiti hesabına və qiymətli kağızların 

emissiyasının  kömyi  ilə  öz  tələbatını  ödəyə  bilmirsə,  onda  bu  zaman  bank 

kreditləri investisiyasının xarici maliyyələşməsinin ən yaxşı metodlarından biri 

hesab edilir. Kreditin istifadə olunmasına iqtisadi maraq onun səmərəli maliyyə 

vasitəsi olması ilə bağlıdır. Borc vəsaitlərindən istifadə edən şirkətlər öz şəxsi 

və  borc  vəsaitlərinin  qarşılıqlı  münasibətlərindən  asılı  olaraq  şəxsi  vəsaitin 

rentabelliyini artıra bilər.  

Bank kreditinin növü olan investisiya krediti investisiya məqsədləri üçün 

həyata  keçirilir.  Kredit  kreditləşmənin  əsas  prinsiplərinə  əməl  olunmaqla  ve-

rilir:  qaytarılma,  müddətlik,  ödəniş  təminatı,  məqsədli  istifadə.  stiqrazların 

buraxılmasından  əvvəl  uzunmüddətli  bank  ssudalarının  alınmasının  öz  üstün-

lükləri vardır: 

•   daha çevik maliyyə sxemi;  

•   faiz dərəcələrinin fərqində udmaq imkanı; 

•   qiymətli kağızların reyestri və yerləşdirilməsi ilə bağlı olan xərclərin 

olmaması. 

nvestisiya kreditinin təqdim olunması müxtəlif formalarda ola bilər. Ən 

çox müddətli ssudalar müddətli kredit xətlərinə konversiya edilən bərpa olunan 

ssudalarda istifadə edilir. 

Müddətli  ssudalar  konkret  bir  müddətə  məqsədli  istifadə  üçün  təqdim 

edilir. Müddətli ssudalara konversiya edilən təzələnmiş ssudalar müəyyən limit 

və vaxt (2-3 il) çərçivəsində avtomatik olaraq kreditin təqdim olunması və geri 

qaytarılmasını nəzərdə tutur. 

Kredit  xətti  bir  qayda  olaraq  etibarlı  borc  alanlara  təqdim  olunur.  n-

vestisiya  kreditlərinin  formalaşdırılması  zamanı  çox  vaxt  müəyyən  layihənin 

həyata  keçirilməsi  üçün  vəsaitin  verilməsini  nəzərdə  tutan  məqsədli  kredit 

xətlərindən  istifadə  edilir.  Kredit  təqdim  olunmasının  ən  vacib  şərti  onun  tə-

minatıdır.  Bank  təcrübəsində  tərtib  olunan  ən  əsas  təminat  növləri  girov, 




 

 

296



zaminlik, zəmanət, kredit riskinin sığortalanması hesab edilir. Maliyyələşmənin 

girov  forması  içində  əmlakın  girov  qoyulması  ilə  əldə  olunan  ipoteka  krediti 

mühüm yer tutur.  

Dövlət maliyyələşməsi. Dövlət maliyyələşməsi çox zaman dövlət və re-

gional səviyyələrdə sahibkarlığa yardım məqsədilə dövlət proqramı çərçivəsin-

də həyata keçirilir.  nvestisiyanın dövlət maliyyələşməsinin 4 əsas növü vardır: 

dotasiyalar  və  qrantlar,  pay  iştirakı,  birbaşa  (məqsədli)  kreditləşmə,  kreditlər 

üzrə zəmanətlərin verilməsi. 

Dotasiya  və  qrantlar  yolu ilə həyata keçirilən maliyyələşmə zamanı  pul 

vəsaiti əvəzsiz olaraq verilir. 

Dövlətin  pay  iştirakı  zamanı  o,  öz  strukturları  vasitəsilə  pay  əmanətçisi 

kimi  çıxış  edir,  digər  yerlərdə  qalan  investisiya  qoyuluşları  isə  kommersiya 

strukturları tərəfindən həyata keçirilir. 

Birbaşa (məqsədli) kreditlər bir qayda olaraq müəyyən güzəştlər əsasında 

konkret şirkətə və ya müəyyənləşdirilmiş investisiya layihəsinə təqdim edilir.  

Kredit üzrə zəmanətin verilməsi zamanı müəssisə kommersiya strukturla-

rından kredit alır, müəssisə tərəfindən kredit qaytarılmadığı halda dövlət verilən 

kreditin qaytarılmasına görə zəmanət verir. 

nvestisiya resurslarının səfərbər edilməsinin digər vasitələri.  nvestisiya 

fəaliyyətinin xarici maliyyələşmə mənbəyi bazar iqtisadiyyatında öz müxtəlif-

liyi  ilə  fərqlənir.  Maliyyə  bazarlarının  inkişafı  ilə  əlaqədar  olaraq  kapitalın 

səfərbər edilməsinin yeni vasitələri meydana gəlməyə başlayır. Muasir dövrdə 

investisiyanın xarici maliyyələşməsinin bir sıra növləri vardır.  

Ə

lavə ödəmə (paylar). Aksioner cəmiyyəti olan şirkətlər üçün investisiya 



kapitalının  səfərbər  edilməsinin  ən  vacib  mənbəyi  daxili  və  xarici  investorlar 

olan əlavə ödəmələr hesabına nizamnamə fondunun genişləndirilməsidir. 

Xarici investisiyanın cəlb olunması. Dünyada baş verən qloballaşma pro-

sesi  investisiya  fəaliyyətinin  maliyyələşməsində  xarici  investisiyanın  rolunun 

artmasına  səbəb  olur.  Xarici  investisiya  müxtəlif  formalarda  həyata  keçirilə 

bilər. Bu formaların təhlili zamanı investisiya təsnifatının ümumi  yanaşmaları 

olan obyektlər üzrə bölünmə məqsədinə görə mülkiyyət formasından, qoyulma 

müddətindən, risk və diğər göstəricilərindən istifadə oluna bilər. 

Mülkiyyət formasına görə xarici investisiyalar dövlət, şəxsi və müştərək 

ola bilər. 

Xarici investisiya istifadə olunma xarakterindən asılı olaraq sahibkar və 

ssuda investisiyalarına bölünür. 

Xarici investisiyanın təhlili zamanı əsasən birbaşa və portfel investisiya-

larına  çox  diqqət  yetirilməlidir.  Məhz  elə  bu  nöqteyi-  nəzərdən  BVF-nin  me-

todologiyasına uyğun olaraq ölkələrin tədiyyə balansında xarici investisiya öz 

ə

ksini tapır. Beynəlxalq maliyyə bazarının investisiya resursları. Hazırkı dövrdə 



beynəlxalq maliyyə bazarında beynəlxalq təsərrüfat əlaqələrinin əsas üç qütbü 

çıxış edir: Avropa, Şimali Amerika və Asiya-Sakit okean qütbləri. 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə