Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə141/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   137   138   139   140   141   142   143   144   ...   230

 

 

297



Avropa qütbü Avropa Birliyinə daxil olan sənaye cəhətdən inkişaf etmiş 

ölkələri, həmçinin Şərqi Avropa və Yaxın Şərq ölkələrini birləşdirir. Bu bazarın 

illik kapital dövriyyəsi 9 trilyon dollar təşkil edir. 

Ş

imali  Amerika  qütbü  əsasən  illik  kapital  dövriyyəsi  18  trilyon  dollar 



olan ABŞ və Kanada bazarlarını əhatə edir.  

Asiya - Sakit okean qütbündə (ASQ) Cənub-Şərqi Asiya, Okeaniya döv-

lətləri çıxış edir. ASQ-nin maliyyə resursları Yaponiya bazarlarında toplanır və 

illik kapital həcmi 6 trilyon dollar təşkil edir. Yaponiya bazarının iri resurs id-

xalçıları Çin, Okeaniya dövlətləri və Cənub-Şərqi Asiya dövlətləridir. Son za-

manlarda Latın Amerikası və Qərbi Avropa dövlətləri də bura qoşulub. 

Xarici investisiyanın cəlb olunmasında investisiya qoyulacaq ölkədə xari-

ci investisiya fəaliyyəti üçün yaradılmış şərtlər və investisiya ab-havasının bö-

yük əhəmiyyəti vardır. 

nvestisiya  ab-havasının  qiymətləndirilməsi  zamanı  aşağıdakı  məsələyə 

nəzər yetirilməlidir: 

•   iqtisadi  vəziyyətə  (makroiqtisadi  mühitin  vəziyyətinə,  ÜDM-nin  di-

namikasına, sənaye məhsulları istehsalının həcminə, inflyasiya, pul-kredit, ma-

liyyə, büdcə, vergi, valyuta sistemindəki vəziyyətə və s.); 

•   dövlətin investisiya siyasətinə (dövlətin xarici investisiyanı hansı sə-

viyyədə dəstəkləməsinə, beynəlxalq sazişlərdə iştirakına, sazişlərə əməl edilmə-

sinə); 

•   investisiya fəaliyyətinin normativ hüquqi bazasına; 



•   investisiya  ab-havasını  müəyyən  edən  müxtəlif  faktorların  vəziyyəti 

haqqında inforomasiya və statistik məlumatlara. 

nvestisiya  ab-havasının  qiymətləndirilməsi  bizə  investisiya  riskinin  sə-

viyyəsini,  investisiyanın  həyata  keçirilməsinin  səmərəliliyini  müəyyən  etmək 

imkanını verir.  

Hazırkı  dövrdə  investisiya  cazibədarlığının  reytinqi  aparıcı  iqtisadi  jur-

nallar olan «Evromoney», «Fortune», «The Economist» jurnallarında dərc edi-

lir.  Xarici  investolar  üçün  göstərici  Dünya  Bankı  ekspertlərinin  qiymətlən-

dirmələri,  xüsusi  maliyyə  kredit  reytinqləri  ( BCA,  Moodys,  Standard  And 

Poors və s.) hesab edilir.  

Xarici investisiyanın dövlət təminatı. Xarici investisiyanın cəlb olunma-

sının ən vacib şərtlərindən biri xarici investorların hüquq və maraqlarının dövlət 

zəmanətidir. Bunlar da əsasən aşağıdakı şəkildə həyata keçirilir: 

•   Konstitutsiya və xüsusi normativ aktlar əsasında ; 

•   xarici  investisiyaların  qorunması  və  stimullaşdırılması  barədə  olan 

ikitərəfli və çoxtərəfli dövlətlərarası sazişlər çərçivəsində; 

•   dövlətlərarası  və  başqa  ölkələrin  vətəndaşlarının  investisiya  müba-

hisələrinin tənzimlənməsi üzrə konvensiyalarda iştirak etmək. 

1985-ci  ildə  xarici  investisiyaya  təsir  göstərmək  məqsədilə  Beynəlxalq 

Yenidənqurma  və  nkişaf  Bankı  çərçivəsində  investisiyanın  zəmanətləndiril-




 

 

298



məsi  barədə  Beynəlxalq  Agentlik  yaradılmışdır.  Agentlik  aşağıdakı  qeyri-

kommersiya riskləri zamanı xarici investorlara uzunmüddətli zəmanət verir: 

•  kapitalın dəyişdirilməsi və ötürülməsində dövlət tərəfindən tətbiq olu-

nan məhdudiyyətlər zamanı; 

•  xarici investorları mülkiyyət hüququndan, investisya üzərində nəzarət-

dən məhrum edən dövlətin hüquqi və inzibati tədbirləri zamanı; 

•  xarici investorların hüququnu pozan inzibati və məhkəmə təcrübəsi za-

manı; 


•  silahlı qarşıdurmalar və vətəndaş müharibəsi. 

 

8.2.  nvestisiya potensialı və qiymətli kağızların təsnifləşdirilməsi 

 

Fond bazarı maliyyə bazarının bir hissəsidir və bazar iqtisadiyyatı şərai-

tində bir sıra makro və mikro funksiyaları yerinə yetirir. Qiymətli kağızlar ba-

zarının ən vacib funksiyalarından biri investisiya fəaliyyətidir.  nvestisiya fəa-

liyyəti investisiya  cəlb  edilməsi,  yatırılması  və istifadə olunması  üzrə konkret 

istiqamətləndirilmiş fəaliyyətdir.  nvestisiya strukturuna aşağıdakılar aid edilir: 

•   birbaşa investisiya (kapital qoyuluşu);  

•   maliyyə (portfel) investisiyası;  

•   əmanət və yığım;  

•   maddi investisiya. 

Maliyyə  investisiyası  aksiya,  istiqraz,  veksel,  digər  qiymətli  kağızlar 

alətlərinə qoyulan investisiyanı əks etdirir. Bu cür investisiya real kapitalın art-

masına  imkan  vermir,  amma  gəlir  gətirmək  imkanına  malik  olur.  Həmçinin 

kurs fərqi nəticəsində spekulyativ ola bilir. Maliyyə investisiyası əsas və döv-

riyyədə  olan  kapitalın  artımını  təmin  edə  bilmir.  O,  yalnız  əmanət  və  yığım 

kapitalı kimi çıxış edə bilir. Qiymətli kağızların alınması real kapitalı yaratmır, 

amma  qiymətli  kağızların  satışından  əldə  edilən  pul  istehsala,  tikintiyə,  digər 

təsərrüfat sahələrinə qoyula bilər. Bu zaman maliyyə investisiyası real invest-

tisiyaya çevrilir. 

Maliyyə investisyası arasında portfel investisiyası da vardır. Diversifika-

siya qoyuluşu məqsədilə qiymətli kağızlar portfeli yaradılır. Maliyyə investisi-

yaları bir-birlərindən fərqlənir: 

•   spekulyativ xarakterli – qiymətli kağızların alınıb satılması vasitəsilə 

spekulyativ gəlir əldə eimək məqsədilə qiymətli kağızlara qoyulan investisiya; 

•   yığım xarakterli – maliyyə alətlərinə qoyulan investisiya; 

•   portfel xarakterli – riskin azaldılması və gəlirin artırılması məqsədilə 

kapitalın diversifikasiya yolu ilə olan investisiya.  

nvestisiya resurslarına tələbat həmişə vardır. Bu sahələrin və müəssisələ-

rin  inkişaf  etdirilməsində  kapitalın  investisiyalaşdırılması  zəruriyyəti  ilə  bağlı 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə