Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə143/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   139   140   141   142   143   144   145   146   ...   230

 

 

301



maliyyə alətləri kimi sərbəst şəkildə maliyyə bazarında alınıb-satıldıqda onların 

uçotu  dilinq  əməliyyatları  üçün  qiymətli  kağızların  uçotuna  uyğun  şəkildə 

aparılır. 

 

8.3. Bankin investisiya fəaliyyəti və siyasəti 

 

nvestisiya riski qiymətli kağızlarla aktiv əməliyyatlara əsaslanan gəlirli-



yin  və  ümumilikdə  bank  likvidliyinin  təmin  olunmasına  istiqamətlənmiş  risk 

dərəcəsi  ilə  ölçülən  kommersiya  banklarının  fəaliyyət  növüdür.  Kommersiya 

banklarının  investisiya  siyasətinin  həyata  keçirilməsinin  dünya  təcrübəsində 

ə

sas istiqaməti, vəzifələri, faktorları, strategiyası və taktikasına əsaslanaraq in-



vestisiyanın qızıl qanununu işləyib hazırlamışdırlar ki, bu da aşağıdakı kimidir: 

qiymətli kağızlara qoyuluşdan gəlir həmişə risklə düz proporsionaldır.  nvestor 

da  istənilən  gəliri  əldə  etmək  üçün  buna  getməyə  həmişə  hazır  olur.  Bankın 

investisiya siyasətini müəyyən edən əsas faktorlar – gəlir əldə edilməsi, likvid-

liyin təmin edilməsi və gəlir əldə etmək üçün likvidliyi qurban verməyə hazır 

olmaq  və  ya  əksinə.  Bu  da  bankın  böyük  və  ya  kiçik  investisiya  riskinə  get-

məsini  bildirir.  Bu  da  kommersiya  bankının  konkret  investisiya  siyasətinin 

realizasiyasını müəyyən edir. 

Bankın yuxarı idarəetmə və direktorlar şurası investisiya siyasətinin keçi-

rilməsi üçün məsuliyyət daşıyırlar. Bir qayda olaraq yazılı sənəd hazırlanmalı-

dır. Bu sənəddə aşağıdakı qeydlər edilir: 

•   siyasətin əsas istiqamətləri; 

•   siyasətin həyata keçirilməsinə məsul olan şəxs; 

•   investisiya portfelinin tərkibi; 

•   əlverişli qiymətli kağızlar; 

•   qiymətli kağızların keyfiyyəti və portfelin diversifikasiyası; 

•   qiymətli kağızların təminatı kimi istifadə olunan qaydaları; 

•   qiymətli kağızların seyfdə saxlanılma şərtləri; 

•   alış və ya satışı zamanı qiymətli kağızların təchiz edilmə qaydası; 

•   kompyuter proqramları; 

•   kurs uduşları və itirmələrinin uçotu; 

•   qiymətli kağızlarla həyata keçirilən  «svop» əməliyyatların üstünlük-

ləri; 

•   qiymətli kağızlarla həyata keçirilən ticarət qaydaları; 



•   emitentin ödəmə qabiliyyəti haqqında material arxivinin aparılması. 

Dünya  praktikasında  bankın  investisiya  strategiyasının  iki  növü  vardır: 

passiv (gözləmə) və aqressiv (bazar imkanlarından maksimum istifadə etməyə 

yönəldilmiş). 

Passiv strategiya.  Bu  strategiyadan kommersiya  banklarının  rasional in-

vestisiya realizasiyası zamanı çox vaxt qiymətli kağızların ödənmə müddətinin 




 

 

302



müəyyən strukturunda istifadə edilir ki, bu da qiymətli kağızların pilləlilik st-

rukturu adlanır. 

Pilləlilik siyasəti və  ya  bərabər paylaşdırma.  nvestisiya vəziyyəti prob-

leminə yanaşmanın əsasən maliyyə institutları arasında ən geniş yayılanı mak-

simal  əlverişli  müddət  seçilməsidir.  Bu  strategiya  investisiyadan  alınan  gəliri 

maksimuma çatdırır. Amma gəlirin bu və ya digər dərəcədə əyilməsinin qarşı-

sını alır. Bu cür yanaşma bir qayda olaraq investisiya elastikliyinə malik olur. 

Belə ki, bir sıra qiymətli kağızlar hər zaman nağd pulla ödənilir. 

Banklar qiymətli kağızlara investisiya vəsaitlərini elə yatırırlar ki, investi-

siya portfelinin bir hissəsinin ödənmə müddəti qurtarmış olur.  nvestisiya port-

felində  olan  qiymətli  kağızların  ödənmə  müddətindəki  pilləlilik  nəticəsində 

vəsaitlər ödənmə müddətinin qurtarmasından azad olduqdan sonra daha uzun-

müddətli yeni qiymətli kağızlara reinvestisiya edə bilər. Təcrübə zamanı kom-

mersiya  bankları  çox  zaman  göstərilən  yanaşmanın  formasını  dəyişir  və  əgər 

onların  faiz  dərəcəsindəki  proqnozu  gəlir  götürməyə  işarə  verirsə  onda  bu 

zaman ödənmə müddətinə dəyişiklik edilir – ya gəlir əldə etmək, ya da zərər-

dən yayınmaq imkanı yaranır. Bu siyasətə misal olaraq investisiyanın müxtəlif 

müddətli  qiymətli  kağızlar  arasında  bərabər  şəkildə  bölünməsini  misal  gös-

tərmək olar (pilləkən metodu). «Pilləkən metodu» bankın investisiya imkanları 

hüdudunda  müxtəlif  müddətli  qiymətli  kağızların  alınmasına  əsaslanır.  Bu 

zaman  portfel  qiymətli  kağızların  müddəti  ilə  uyğun  olaraq  bərabər  şəkildə 

paylaşdırılır.  Praktikada  bu  strategiya  asan  idarə  edilir.  Belə  ki,  bir  qiymətli 

kağızın müddəti qurtardıqdan sonra vəsait avtomatik olaraq daha gec ödənmə 

müddəti  olan  qiymətli  kağıza  yatırılır.  Bu  metodun  istifadə  edilməsində  bank 

investisiya  hesabı  üzrə  aktivi  minimuma  endirir  və  bank  öz  portfelindən  orta 

gəlirlik  normasını  əldə  etmiş  olur.  «Pilləkən»in  qrafik  metodunu  aşağıdakı 

şə

kildə təsvir etmək olar: 



Qısamüddtəli aksent siyasəti. Kommersiya bankları arasında geniş yayıl-

mış digər strategiya yalnız qısamüddətli qiymətli kağızların alınması və bütün 

investisiyalarının  qısa  vaxt  çərçivəsi  arasında  yerləşdirilməsindən  ibarət  olur. 

Bu  yanaşma  investisiya  portfelinə  gəlir  əldə  etməkdən  də  çox  bir  likvidlik 

mənbəyi kimi baxır. 

Uzunmüddətli  aksent  siyasəti.  Burada  investisiyanın  rolu  gəlir  mənbəyi 

kimi qeyd edilir. Bu strategiyanı tutan bank ödənmə müddəti müxtəlif olan bir 

neçə  illik  diapazonla  istiqrazlara  investisiya  qoymaq  istiqamətini  qəbul  edə 

bilər.  

nvestisiya zamanı qısamüddətli və uzunmüddətli yanaşmaların birləşmə-

si  «ştanq»  strategiyasını  təşkil  edir.  Digər  metodlar  passiv  strategiya  adlandı-

rılır. Bank vəsaitinin çox hissəsini ən qısa və ən uzunmüddətli kağızlara qoyur 

və yalnız portfelin çox az bir hissəsini ortamüddətli qiymətli kağızlar təşkil edir. 

Beləliklə  də,  investor  iki  vaxt  spektrı  arasında  olur.  Bu  zaman  uzunmüddətli 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə