Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə144/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   140   141   142   143   144   145   146   147   ...   230

 

 

303



qiymətli  kağızlar  banka  yüksək  gəlir  gətirir.  Qısamüddətli  qiymətli  kağızlar 

bankın likvidliyini təmin edir. 

Aqressiv  strategiya.  Bu  tip  siyasəti  böyük  investisiya  portfelinə  sahib 

olan və bu portfeldən maksimal dərəcədə qazanc əldə etmək istəyən iri banklar 

təqib  edir.  Bu  metod  kifayət  qədər  vəsait  tələb  edir  ki,  bu  zaman  qiymətli 

kağızlar  bazarının  və  ümumilikdə  iqtisadiyyatın  qiymətləndirilməsi  və  proq-

nozlaşdırılmasına böyük ehtiyac yaranır. 

Aktiv siyasət metodları siyahısına qiymətli kağızların gəlirlik əyrisindən 

monipulyasiya edilməsinə əsaslanan «svop» əməliyyatları aid edilir. 

Qiymətli  kağızların  gəlirlik  əyrisi.  Bu  bank  tərəfindən  müəyyən  növə 

malik  olan  qiymətli  kağızların  alınma  və  ödənmə  müddətinə  qədər  olan 

gəlirlərin hərəkət qrafikidir. Bunlar yalnız öz aralarında ödənmə müddəinə görə 

fərqlənir. Qiymətli kağızlar üzrə gəlirlik əyrisi həmişə dəyişikliyə məruz qalır. 

Qiymətli  kağızların  gəlirliyi  dəyişdirilir.  Əyri  qrafiklər  müəyyən  vaxt  ərzində 

müəyyən növ qiymətli kağızların qiymətinin və gəlirliyin proqnozlaşdırılmasını 

təsvir edir. 

Gəlir əyrisini müəyyən edən monipulyasiya gələcəkdə bazar faiz dərəcə-

lərindəki  dəyişikliklərin  bankın  maraqlarına  uyğun  olaraq  istifadə  edilməsinə 

istiqamətləndirməlidir. Bank mütəxəssisləri pul bazarının vəziyyətini proqnoz-

laşdırır və buna uyğun olaraq qiymətli kağızlar portfelini korrektə edirlər. 

Uzunmüddətli  faiz  dərəcələri  qısamüddətli  faiz  dərəcələrini  üstələyirsə, 

gəlirlik  əyrisi  müsbət  meyilli  (artan)  olur.  Qısamüddətli  faiz  dərəcələri  uzun-

müddətli  faiz  dərəcələrindən  yüksək  olarsa,  gəlirlik  əyrisi  mənfi  meyilli  (aza-

lan) olur. Gəlirlik əyrisi gələcək faiz dərəcələrinin proqnozlaşdırılmasına imkan 

verir. 

«Svop» əməliyyatları metodunun faiz dərəcələrində gözlənilməsinin əsas 



səbəbi  istiqrazların  digər  istiqrazlara  dəyişdirilməsindən  ibarət  olur.  Bu  cür 

ə

məliyyatları  həyata  keçirmək  üçün  qiymətli  kağız  ticarəti  üzrə  xüsusi  lisen-



ziyaya sahib olmaq lazımdır.  «Svop» un növlərindən biri aşağı gəlirli istiqraz 

kuponlarının yüksək gəlirli kuponlara dəyişdirilməsindən ibarət olur. Bu zaman 

gəlir həm faiz ödənişlərindən, həm də satış və alış kurslarının fərqindən nəzərdə 

tutulur. «Svop»un digər növü istiqrazın müxtəlif risklərlə dəyişdirilməsidir. Bu 

növ  əməliyyatların  həyata  keçirilməsi  üçün  bazarda  qeyri-normal  aşağı  və 

yaxud  qeyri-normal  yuxarı  faiz  dərəcələrinin  olması  tələb  edilir.  Bank  aşağı 

faiz  dərəcələrinə  görə  yenidən  qiymətləndirilən  qiymətli  kağızları  satacaq  və 

yaxud  yüksək  faiz  dərəcələrini  qiymətləndirməyən  qiymətli  kağızları  alacaq, 

daha sonra bazar tərəfindən düzgün qiymətləndirilən qiymətli kağızları alacaq. 

Bazarda bərabərlik  yaratdıqda isə bank əks-alışları (satışları) həyata keçirəcək 

və gəlir əldə edəcək. 

Kommersiya  bankları  investisiya  siyasətinin  işlənib  hazırlanması  və 

həyata  keçirilməsi  üçün  müxtəlif  investisiya  proqramlarından,  baş  işçilərdən 

ibarət  xüsusi  investisiya  şöbəsinə  malik  olmalıdır.  Bu  cür  mütəxəssislər  öz 




 

 

304



növbəsində sərbəstliyi bacarmalıdırlar. Kommersiya bankının idarəetmə struk-

turunda investisiya şöbəsi tabeçilik xarakteri daşıyır. Bir qayda olaraq üstünlük 

kredit  və  ilkin  ehtiyat  şöbəsinə  verilir.  qtisadi  şəraitin  dəyişməsinə  uyğun 

olaraq kommersiya banklarının investisiya siyasətində dəyişiklik olur.  

Bankların investisiya siyasətinə təsir edən makroiqtisadi faktorlara aşağı-

dakılar  aid  edilir:  ölkədəki  iqtisadi  və  siyasi  vəziyyət;  investisiya  və  maliyyə 

bazarının  vəziyyəti;  bank  fəaliyyətinin  qanunverici  və  normativ  əsaslar 

kompleksi; vergi siyasəti və bank sisteminin strukturu və stabilliyi. 

nvestisiya siyasətinin formalaşma prosesinin analiz və hesabat məlumat-

ları,  ilkin  informasiyaların  yığılması  və  işlənib  hazırlanmasını  nəzərdə  tutur. 

nvestisiya imkanlarının qiymətləndirilməsi üçün analitik informasiya aşağıdakı 

bloklar  şəkilində  olur:  makroiqtisadi  vəziyyət  və  investisiya  abı-havası; 

ümumilikdə investisiya bazarının makroiqtisadi inkişafını xarakterizə edən əsas 

göstəricilər;  investisiya  bazarının  ayrı-ayrı  seqmentlərinin  inkişafının  əsas 

göstəriciləri;  iqtisadi  sahələrin  investisiya  cazibədarlığının  göstəriciləri;  ayrı-

ayrı investisiya alətlərinin dinamik məlumatı; ayrı-ayrı təsərrüfat subyektlərinin 

fəaliyyəti  haqqında  məlumatlar;  bankların  investisiya  fəaliyyətinin  rejimini 

müəyyən  edən  qanunverici  və  normativ  aktlar;  müxtəlif  bank  fəaliyyətinin 

vergi vəziyyəti. 

Yuxarıda göstərilən göstəricilər investisiya qərarlarının qəbul edilməsin-

də mühüm oriyentir kimi götürülür.  

nvestisiya  siyasətinin  formalaşdırılmasına  təsir  edən  əsas  mikroiqtisadi 

faktorlar  aşağıdakılardır: investisiya  fəaliyyətinin miqyasını  və növünü müəy-

yən edən vəsait bazasının həcmi və strukturu; bank fəaliyyətinin ümumi əsas-

ları, strateji məqsədlərin xarakteri və əhəmiyyəti, investisiya siyasətinin şərtləş-

dirici  seçimi;  bankın  həyat  silsiləsinin  mərhələsi;  gəlirlik,  likvidlik  və  risk 

alternativi ilə müəyyən edilən investisiya qoyuluşunun səmərəliliyi; müqayisə 

edilə  bilən  aktivlərin  gəlirliyi;  investisiya  portfelinin  təşkili  və  idarəolunma 

xərclərinin miqyası. 

nvestisiya  aktivlərinin  investisiyasının  əsas  məbləğinin  qorunub  saxla-

nılmasından başqa cari pul ödəmələri şəklində stabil gəlir və  yaxud aktivlərin 

bazar qiymətinin artırılmasını da təmin etmək lazımdır. Buna görə də kapitalı 

itirmənin risk dərəcəsinin meydana çıxması ilə yanaşı investisiya qoyuluşundan 

ə

ldə  edilən  münasib  gəlirlik  riskini  sərhədlərdə  müəyyən  etmək  lazımdır.  Bu 



zaman da mümkün olan risk sərhədlərində investisiya vasitələrinin  cəlb olun-

masının orta qiyməti çıxış edir. 

nvestisiya aktivlərinin likvidliyi isə onların maliyyələşdirilməsinin mən-

bəyi  olan  passivlərin  xarakterliyi  ilə  birləşdirilmişdir.  Likvidlik  dərəcələrinə 

görə investisiya  qoyuluşlarını  aşağıdakı kimi  qruplaşdırmaq  olar. Çox likvidli 

aktivlər, likvidli aktivlər və az likvidli aktivlər. 

nvestisiya siyasətinin analizi, qiymətləndirilməsi və monitorinqi - işlənib 

hazırlanmış  investisiya  siyasətinin  analiz  və  qiymətləndirilməsi  aşağıdakı 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə