Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə145/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   141   142   143   144   145   146   147   148   ...   230

 

 

305



kriteriyalar üzrə həyata keçirilir: investisiya siyasətinin bankın ümumi iqtisadi 

siyasəti  olan  realizasiyasının  məqsəd,  istiqamət  və  müddət  siyasəti  ilə  uyğun 

gəlməsi;  investisiya  siyasətinin  daxili  və  xarici  balansı;  investisiya  siyasətinin 

realizasiya dərəcəsi; investisiya siyasətinin səmərəliliyi. 

nvestisiya  siyasətinin həyata  keçirilmə şərtlərindəki dəyişikliyin işlənib 

hazırlanması investisiya siyasətinin uğurla həyata keçirilməsi üçün daimi moni-

torinqin  aparılmasını  tələb  edir.  Tərtib  edilən  zaman  investisiya  proqramı 

perspektivdə olan xarici və daxili faktorların bütün dəyişmə kompleksini əhatə 

edə bilməz. 

 Bank portfelinin əsas funksiyaları aşağıdakılardır: 

1.  ş silsiləsinin mərhələsindən asılı olmayaraq gəlirlərin stabilləşdirilmə-

si. Borclar üzrə gəlir azalan zaman qiymətli kağızlar üzrə gəlir orta ola bilər; 

2.  Bank  ssudalarının  portfeli  üzrə  kredit  riskinin  kompensasiyası.  Bank 

kreditləri  üzrə  riskin  tarazlaşdırılması  məqsədilə  yüksək  keyfiyyətli  qiymətli 

kağızlar əldə olunub saxlanıla bilər; 

3. Coğrafi diversifikasiyanın təmin edilməsi. Qiymətli kağızlar bank kre-

ditlərinin obyektlərinə nisbətən digər regionlarla daha çox bağlı olur ki, bu da 

bank gəlirlərinin səmərəli diversfikasiyasına səbəb olur; 

4.  Likvidliyin  qorunması.  Belə  ki,  qiymətli  kağızlar  lazımi  pulun  əldə 

olunması üçün satıla bilər; 

5. Bankın vergi yükünün aşağı salınması; 

6. Dövlətin, hökumətin və yerli idarəetmə orqanlarının banklarda saxladı-

ğ

ı depozitlərin girov kimi istifadə edilməsi; 



7.  Bazar  faiz  dərəcələrinin  dəyişməsində  meydana  gələn  zərərin  sığotra 

edilməsi; 

8. Bank aktivi portfelinin elastikliyinin təmin edilməsi. Belə ki, investisi-

ya qiymətili kağızları çox sayda kreditlərdən fərqli olaraq bank aktivlərinin ye-

nidən strukturlaşdırılması zamanı sürətlə əldə oluna və satıla bilər; 

9.  Bankın  saxladığı  yüksəkkeyfiyyətli  riskin  azaldılması  metodlarından 

biri  diversifikasiya  hesab  edilir.  Bank  portfelində  çoxlu  sayda  qiymətli  kağız 

növü olur. 

Bankın investisiya siyasətində diversifikasiyanın aparılması zamanı qiy-

mətli kağızların aşağıdakı parametrlərinə diqqət yetirilməlidir: ödəniş müddəti-

nə, coğrafi paylaşdırmaya, öhdəliyin növünə və emitentə. Nəzəri olaraq kom-

mersiya  bankları  üçün  ən  vacib  parametrlər  qiymətli  kağızın  keyfiyyəti  və 

ödəmə müddəti hesab edilir. Qiymətli kağızların parametrlərindən asılı olaraq 

bankın investisiya siyasətinin məqsədləri də müəyyən edilir. 

Qiymətli  kağızların  keyfiyyəti  ilə  münasibətdə  diversifikasiya  məqsədi 

riskin minimuma endirilməsidir. Bununla bağlı qiymətli kağızın keyfiyyəti ilə 

münasibətdə olan diversifikasiyanın müəyyən olunması üçün emitentə aid olan 

bir sıra faktorların əsaslı şəkildə öyrənilməsini tələb edir ki, bunlar arasında ən 

ə

sası da aşağıdakı suallar üzrə informasiyanın alınmasıdır: 




 

 

306



•   şirkət nə ilə məşğul olur? 

•   şirkətin aksiya və digər qiymətli kağızlar üzrə gəlirlik səviyyəsi. 

•   qiymətli kağızın cari qiyməti. 

•   şirkətin ehtiyatları nə qədərdir? 

•   şirkətin bugünkü və gələcək durumu necə qorunur? 

•   şirkəti kim idarə edir, ona etibarlılıq nə dərəcədədir? 

•   şirkətin inkişaf və genişlənmə planları necədir? 

Bu suallara cavabı emissiya layihələrindən və ya birja vərəqələrindən əl-

də etmək olar. Coğrafi paylaşdırma ilə münasibətdə diversifikasiyanın məqsədi 

fəaliyyət göstərdiyi ərazidə iqtisadi çətinliklərdən qorumaqdır. Xarici şöbələrə 

malik olan iri banklar öz portfelində kifayət qədər az dövlət qiymətli kağızları 

saxlayır.  Bank  portfelində  ən  çox  xarici  qiymətli  kağızlar  və  şəxsi  şirkətlərin 

istiqrazları yer tutur. 

Qiymətli  kağızların  ödənmə  müddəti  ilə  münasibətdə  diversifikasiyanın 

məqsədi faiz dərəcələrinin qalxıb-enməsi ilə bağlı olan investisiya portfeli ris-

kinin qorunmasıdır. 

Bankların investisiya  prosesində iştiraketmə zəruriyyəti bank sisteminin 

və  ümumilikdə  iqtisadiyyatın  uğurla  inkişaf  etməsinin  qarşılıqlı  asılılığından 

irəli gəlir. Bankların iqtisadiyyatı investisiyalaşdırması yalnız münbit nəticəsin-

də  həyata  keçirilir.  Bankların  investisiya  prosesində  iştirak  etməsinin  əsas 

istiqamətləri aşağıdakılardır:  

1)  vəsaitlərin investisiya məqsədi ilə banklar tərəfindən səfərbər edilməsi;  

2)  investisiya xarakterli kreditlərin təqdim edilməsi və vəsaitlərin qiymət-

li kağızlara yatırılması, (paylar və pay iştirakı həm bank hesabına, həm də müş-

tərinin tapşırığı ilə). 

Bu istiqamətlər bir-biri ilə sıx bağlıdır. Kapitalı, əhalinin əmanətlərini, di-

gər pul vəsaitlərini səfərbər etməklə banklar öz resurslarını mənfəət qazanmaq 

məqsədilə  yaradırlar.  Vəsaitlərin  yığılması  üzrə  əməliyyatların  həcmi  və 

strukturu  bankların  kredit  və  investisiya  portfelinin  vəziyyətinə,  onların  in-

vestisiya fəaliyyəti imkanlarına təsir edən ən əsas faktorlardır. 

Bankların investisiya fəaliyyətinə iki növ xidmət göstərən biznes kimi ba-

xılır: qiymətli kağızların buraxılması və ya onların ilkin bazarda yerləşdirilməsi 

yolu  ilə  nağd  pulun  artırılması;  broker  və  dilerlərin  ikinci  bazarda  öz  funksi-

yalarını yerinə yetirən zaman alıcı və satıcıların bir araya gəlməsi. 

Bankın investisiya fəaliyyəti mikroiqtisadi aspektdə – banka iqtisadi sub-

yekt nöqteyi-nəzərindən birbaşa və  ya dolayısı ilə gəlir  əldə etmək məqsədilə 

maliyyə və real aktivlərin əldə edilməsinə öz vəsaitlərini yatırmaqla banka bir 

investor kimi baxmaq olar. 

Həmçinin  bankların  investisiya  fəaliyyəti  onların  bir  maliyyə  vasitəçisi 

kimi makroiqtisadi prosesin həyata keçirilməsi ilə bağlı olan başqa bir aspekti 

də vardır. Bu zaman banklar pul kredit formasında bazar iqtisadiyyatı şəraitində 

çıxış edən təsərrüfatçı subyektlərin investisiya tələbinin  realizə edilməsinə sə-




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə