Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə148/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   144   145   146   147   148   149   150   151   ...   230

 

 

311



qərarlarının  qəbulu  modellərinin  tərtib  olunması  və  bu  qərarların  realizasiyası 

konkret mexanizmləri nəzərdə tutur. 

Bankın investisiya layihəsinin işlənib hazırlanması kifayət qədər çətin bir 

prosesdir ki, bu da aşağıdakı hallarla şərtləndirilir.  lk öncə investisiya fəaliy-

yətinin sürəkliyi nəticəsində o, diqqətli perspektiv analiz əsasında həyata keçi-

rilməlidir:  xaric  şərtlərin  proqnozlaşdırılması  (makroiqtisadi  mühitin  və  in-

vestisiya  ab-havasının  vəziyyəti,  bazarın  və  onun  ayrı-ayrı  seqmentlərinin 

vəziyyəti,  vergi  xüsusiyyətləri  və  bank  fəaliyyətinin  dövlət  tənzimlənməsi) 

daxili şərtlərin (bankın vəsait bazasının həcmi və strukturu, onun həyat silsiləsi-

nin mərhələləri, inkişafın məqsəd və vəzifələri, risk və likvidlik faktorları nəzə-

rə alınmaqla müxtəlif aktivlərin gəlirlik nisbəti). Ehtimal olunan bu xarakterlər 

investisiya  layihəsinin  yaradılmasına  müəyyən  çətinliklər  yaradır.  Bank 

fəaliyyətinin  xarici  mühitindəki  dəyişiklik  əhəmiyyətli  dərəcədə  investisiya 

layihəsinin  hazırlanmasında  çətinliklər  yaradır.  Bank  investisiya  siyasətinin 

yaradılma prosesi daha geniş olaraq aşağıdakı şəkildə göstərilmişdir. 

nvestisiya  məqsədlərinin  dürüst  istifadə  edilməsi  -  bankın  investisiya 

fəaliyyətinin əsas məqsədi gəlir əldə etməkdir. Ümumi məqsədlər baxımından 

bank  tərəfindən  seçilmiş  iqtisadi  strategiyanın  inkişafına  uyğun  investisiya 

siyasətinin işlənib hazırlanması hesabat və spesifik məqsədləri nəzərdə tutur ki, 

bunlar da aşağıdakılardır:  

1. bank resurslarının bütövlüyünü təmin etmək;  

2. vəsait bazasının genişləndirilməsi;  

3. investisiyanın diversifikasiyası, bu da bank fəaliyyətinin ümumi riskini 

azaldır;  

4. likvidliyin saxlanılması;  

5. gəlir gətirməyən aktivlərin payının minimuma endirilməsi;  

6. bankın təsir sferasının genişləndirilməsi;  

7. müştəri  dairəsinin  genişləndirilməsi  və  investisiya  layihələrində  çıxış 

etməklə  onların  fəaliyyətinə  təsir  etmək,  müəssisələrin  yaradılması  və  onların 

inkişaf etdirilməsi;  

8. payların, müəssisənin nizamnamə kapitalında pay iştirakının əldə edil-

məsi;  maliyyə  institutlarının  aksiyalarının  əldə  edilməsi  ilə  əlavə  sərmayənin 

alınması,  filialların  alınması,  kapitalın  və  aktivlərin  genişlənməsi  nəticəsində 

maliyyə  institutlarının  yaradılması,  əməliyyat  həcminin  genişləndirilməsi,  və-

saitlərin  diversifikasiyası,  əldə  olan  vəsaitlərin  yenidən  paylaşdırılması,  yeni 

bazarlara çıxmaq, cari xərclərə qənaət etmək. 

nvestisiya siyasətinin əsas istiqamətlərinin işlənib hzzırlanması – inves-

tisiya  fəaliyyətinin  strateji  istiqamətlərinin  realizasiyası,  optimal  qaydaların 

müəyyən edilməsi, investisiya siyasətinin əsas istiqamətinin hazırlanması və in-

vestisiyanın maliyyə mənbəsinin təşkilolunma prinsiplərinin müəyyən edilməsi 

nəzərdə  tutulur.  Bu  kriterilərə  uyğun  olaraq  investisiya  siyasətinin  aşağıdakı 

istiqamətlərini ayırmaq olar:  




 

 

312



1. faiz, divident; 

2. gəlirdən ödəmələr şəklində gəlir əldə edilməsi məqsədilə həyata keçi-

rilən investisiya;  

3. investisiya aktivlərinin bazar qiymətinin qalxması nəticəsində kapitalın 

artması şəklində gəlir əldə edilməsi məqsədilə həyata keçirilən investisiya;  

4. gəlir əldə etməklə həm cari gəlirlər, həm də kapitalın artırılması məq-

sədilə həyata keçirilən investisiya;  

5. gəlir əldə etməklə həm cari gəlirlər, həm də kapitalın artırılması məq-

sədilə həyata keçirilən investisiya. 

Göstərilən bu istiqamətlərdən hər hansı bir investisiya siyasətinin keçiril-

məsində  əsas  kimi  götürülür.  nvestisiya  siyasətinin  birinci  istiqamətinin  se-

çilməsi zamanı stabil gəlirə üstünlük verilir. Göstərilən bu istiqamət mühafizə-

kar  investisiya  siyasətinin  əsasındadır.  O,  vəsaitlərin  minimal  risklik,  yüksək 

etibarlılıq  və  investisiya  likvidliyi  olmaqla  uzunmüddətə  təsbit  edilmiş  gəliri 

olan aktivlərə yatırılmasına yönəldilmişdir. Burada əsasən keçmişə aid olan və 

cari  analiz  aspektlərini,  qiymətli  kağız  emitentinin  reytinqini,  qiymətli  kağız-

ların gəlirliyini, faiz dərəcələrinin hərəkətini xarakterizə edən informasiyaların 

yığılması və işlənməsinə diqqət yetirilir.  

nvestisiya siyasətini ikinci istiqamətinin seçilməsi zamanı investisiya ak-

tivlərinin bazar qiymətlərinin stabil artması ön plana çəkilir. Ancaq onların gə-

lirliyinə yalnız aktivlərin qiymətini müəyyən edən bir faktor kimi baxırlar. Ka-

pital  artmasına  yönəldilmiş  yüksək  risk  dərəcəsi  ilə  xarakterizə  edilən  inves-

tisiya  obyektlərinə  qoyulması  ilə  bağlıdır.  nvestisiya  obyektlərinin  bazar 

qiymətinin qalxması həm onların investisiya keyfiyyətlərinin yaxşılaşması, həm 

də qısamüddətli bazar konyunkturalarının enib-qalxması zamanı baş verə bilər. 

Birinci  istiqamətdən  fərqli  olaraq  ikinci  istiqamət  üçün  aqressiv  investisiya 

siyasəti xarakterikdir ki, burada da məqsəd hər bir investisiya əməliyyatlarında 

yüksək səmərəliliyə nail olmaqdır. 

Qiymətli kağızlar dövlət və qeyri-dövlət qiymətli kağızları ola bilər. Döv-

lət  qiymətli  kağızları  büdcə  kəsirlərinin  bağlanması  məqsədi  ilə  tədavülə 

buraxılan  qiymətli  kağızlardır.  Dövlət  qiymətli  kağızlarının  sahibi  əhali  və 

müxtəlif iqtisadi agentliklər ola bilər. Dövlət qiymətli kağızları dövlət qiymətli 

kağızlar bazarında dövr edir ki, bunun da institutu diler kontorları hesab edilir. 

Məsələn, əgər kommersiya bankı qiymətli kağız almaq istəyirsə, onda o, diler 

kontoru ilə sövdələşmə imzalamalıdır. 

Ə

gər xəzinə yeni qiymətli kağızlar satırsa, onda o, bu zaman dövlət qiy-



mətli  kağızlarının  ilkin  bazarını  yaratmış  olur.  Dövlət  qiymətli  kağızlarının 

ilkin yerləşdirilməsi ən yüksək qiymətli auksion satışı qaydası ilə həyata keçiri-

lir. Sonra diler buraxılış tarixi və ödənmə tarixi arasında dövlət qiymətli kağız-

larını alqı-satqıya buraxmaqla ikinci bazarı yaratmış olur.  kinci bazarda onların 

qiymət dəyişikliyi baş verir. Dövlət qiymətli kağızlarının əsas alıcıları bankların 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə