Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə149/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   145   146   147   148   149   150   151   152   ...   230

 

 

313



olmasına baxmayaraq, müxtəlif hüquqi və fiziki şəxslər dövlət qiymətli kağız-

ları ilə əməliyyatlar həyata keçirə bilər. 

  Dövlətin  qanunverici  aktları  əsasında  bankların  qiymətli  kağızlarla 

ə

məliyyatına məhdudiyyətlər qoyula bilər. Məsələn, ABŞ-da qanun kommersi-



ya  banklarına  qeyri-maliyyə  təşkilatlarının  aksiyasını  almağı  qadağan  edir. 

Buna görə də, bankların investisiya portfelinin 90%-i iki kateqoriyada olan qiy-

mətli kağız təşkil edir: Federal hökumət və Federal agentliklərin borc öhdəlik-

ləri,  ştat  və  yerli  idarəetmə  orqanlarının  qiymətli  kağızları  (bələdiyyə  istiq-

razları).  

  Kommersiya banklarının portfelində olan qiymətli kağızların çox hissə-

sini 1 ildən 5 ilə qədər olan qiymətli kağızlar təşkil edir. Qısamüddətli xəzinə 

veksellərindən  fərqli  olaraq  notlar  və  istiqrazlar  kupon  kağızlar  hesab  edilir. 

Kəsilən kuponlar üzrə də faiz gəliri ödənilir. Notlar 2-10 ilə qədər, istiqrazlar 5 

ildən 30 ilə qədər müddətə buraxılır. 

  Banklar  öz  portfelini  doldurmaq,  nağd  pul  əldə  etmək  məqsədi  ilə 

veksellərin satışı üçün xəzinə  veksellərinin ikinci  bazarında  çox  aktiv istifadə 

edilir. Ümumilikdə xəzinə vekselləri likvidliyi təmin edən vəsait hesab edilir və 

bankın  investisiya  portfelində  iştirak  etmir.  Xəzinə  vekselləri  digər  qiymətli 

kağızlardan fərqli olaraq diskontla buraxılır. 

Diskont elan edilmiş faiz ilə xəzinə vekselinin satış qiymətini hesablamaq 

olar. 

 

D = 



 

360 



 

·

 R; 



 

   P = S – D; 

 

 

burada D – diskont; M – vekselin geri alınmasının başa çatmasının qalan 



günlərinin sayı; R – diskontun faiz dərəcəsi; P – vekselin alınması zamanı ödə-

nilən qiymət; S – vekselin geri alınma dəyəridir. 

 

Gəlirlərin real dərəcəsi tam il üzrə hesablanır: 



 

 

Y = 





 



· 

 365 . 


 M 

 

Qısamüddətli qiymətli kağızlar kiçik faiz riskinə malik olur. Belə ki, on-



ların qiyməti faiz dərəcələrinin artımı zamanı çox az aşağı düşür. Uzunmüddətli 

qiymətli kağızlarla iş isə tam əksinədir. Faiz norması çoxaldıqca, onların qiy-

məti  kəskin  dərəcədə  aşağı  düşür  ki,  bu  da  illik  faizi  kiçik  olan  qiymətli  ka-

ğ

ızların əldə olunmasını tələb edir. 



Kommersiya  banklarının  investisiya  fəaliyyətini  müəyyən  edən  əsas 

faktorlardan  biri  gəlir  əldə  edilən  tələbatın  olması  və  öz  aktivlərinin  likvid-

liyinin təminatından ibarət olur. Məsələn, Amerika banklarının iş təcrübəsində 



 

 

314



qısamüddətli dövlət kağızlarına qoyulan investisiya az gəlir gətirir, amma sıfır 

risklə yüksək likvidli qiymətli kağızlar hesab edilir. Banklar öz vəsaitini böyük 

həvəslə  bələdiyyə  qiymətli  kağızlara  qoyur.  Çünki  onlardan  əldə  edilən 

gəlirlərdən vergi tutulmur.  

Kommersiya  banklarının  investisiyadan  əldə  edilən  gəlir  həcminə  görə 

kredit üzrə faizdən əldə edilən gəlirdən sonra ikinci yer tutur. 

Kommersiya bankları öz əməliyyatlarını daim gücləndirilmiş rəqabət şə-

raitində həyata keçirir. Banklar öz aralarında xarici banklar da daxil olmaqla di-

gər  bazar  kontragentləri  ilə  rəqabət  aparır.  Gərgin  rəqabət  şəraitində  komme-

rsiya banklarının əsas funksiyası qiymətli kağızlarla bağlı investisiya fəaliyyə-

tindən ibarətdir. Bank işində investisiya müəyyən vaxt ərzində firma və dövlət 

müəssisələrinin qiymətli kağızlarına qoyulan vəsaitləri ifadə edir. Kommersiya 

banklarının investisiyası bir sıra göstəricilərinə görə kredit ssudalarından fərq-

lənir. Kredit ssudaları müəyyən vaxt ərzində ssuda faizlərinin ödənilmələrinin 

geri  qaytarılması  şərti  ilə  kiçik  vaxt  ərzində  vəsaitlərin  istifadəsini  nəzərdə 

tutur.  nvestisiya  isə  sürəkli  müddət  ərzində  vəsaitlərin  axınını  nəzərdə  tutur. 

Bank  krediti  zamanı  ssuda  sövdələşməsinin  təşəbbüskarı  kimi  borc  alan  çıxış 

edir.  nvestisiya  zamanı  isə  təşəbbüs  qiymətli  kağızlar  bazarından  aktivləri 

almağa can atan kommersiya banklarının üzərinə düşür. 

Kredit  sövdələşmələri  zamanı  bank  başlıca  kreditor  kimi,  investisiya 

zamanı isə vəsaitlərin qiymətli kağızlara qoyuluşunun investoru kimi çıxış edir. 

Bank  krediti  birbaşa  bankın  borc  alanla  şəxsi  münasibətilə  bağlı  olur.  n-

vestisiya  zamanı  isə  qiymətli  kağızların  sahibi  ilə  heç  bir  şəxsi  münasibət 

qurulmur. 

Göründüyü kimi portfelin idarə olunmasının əsas məqsədi bank gəlirinin 

yuxarı qaldırılmasından ibarət olur. Böyük riskə malik olan bank ssudası ödə-

mə qabiliyyətli olmaya da bilər.  

 Kommersiya  banklarının  investisiya  fəaliyyətinin  gəlirliyi  bir  sıra  iqti-

sadi  faktorlar və təşkilati  şərtlərdən asılı olur ki, bunlar dövlətin stabil inkişaf 

edən  iqtisadiyyatı,  istehsal  və  xidmət  sahəsində  müxtəlif  növ  mülkiyyət  for-

maları, dəqiq maliyyə-kredit sisteminin olması, qiymətli kağızların bazar infra-

strukturunun olması (investisiya kompaniyaları, fondlar və s.), investisiya sahə-

sində  və  qiymətli  kağızlar  bazarında  yüksəkixtisaslı  mütəxəssislərin  və 

sahibkarların olması və ya hazırlanması hesab edilir. 

Qiymətli kağızların ayrı-ayrı siniflərinin və növlərinin gəlirliyi investisiya 

portfelinin bazar qiymətindən asılı olur. O da öz növbəsində istiqrazlar və serti-

fikatlar  üzrə dəyişiklikdən asılı olaraq tərəddüd edir.  Həmçinin veksellər üzrə 

faizlər, aksiyalar üzrə dividend və qiymətli kağızlar bazarında bu qiymətli ka-

ğ

ızlara olan tələb və təklifə uyğun olaraq dəyişir.  nvestisiya portfelindən gəlir 



aşağıdakı komponentlər üzrə yığılır: 

•   faiz ödəmələri şəklində daxilolmalar; 

•   bank portfelində olan qiymətli kağızın kapital qiymətinin qalxmasın-



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə