Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə150/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   146   147   148   149   150   151   152   153   ...   230

 

 

315



dan əldə olunan gəlir; 

•   investisiya  xidmətləri  göstərən  komissiya-spred  (diler  əməliyyatları 

zamanı alış və satış kursları arasında olan fərq). 

nvestisiya üzrə isə aşağıdakı risklər mövcuddur: 

•   kredit riski; 

•   kursun dəyişmə riski; 

•   likvidliyin balanssızlıq riski; 

•   təcili geri çağrılma riski; 

•   iş riski. 

Kredit riski qiymətli kağızlar üzrə əsas borcun və faizin ödənilməsi həya-

ta keçirilən vaxt baş verir. Dövlət qiymətli kağızları iqtisadiyyatın stabilliyi he-

sabına kredit riskindən azad olunmuş hesab edilir və bu zaman dövlət kreditlər 

qarşısında öz borclarını və öhdəliklərini ödəmək üçün vəsait ayırır. 

Bir  sıra  ölkələrdə  qiymətli  kağızlarla  olan  bank  investisiyaları  kredit 

riskinə görə əsaslı surətdə nizama salınır. Emitentin qiymətli kağızlar üzrə əsas 

borc  məbləğinin  və  faizin  ödənilməsindən  imtina  etməsi  spekulyativ  qiymətli 

kağızların  əldə  olunmasını  qadağan  edən  nizamlayıcı  normativlərin  meydana 

gəlməsinə səbəb olmuşdur. 

Banklar bir qayda olaraq investisiya səviyyəsində olan qiymətli kağızla-

rın  alınması  ilə  kifayətlənir.  Buna  görə  qiymətli  kağızların  alınması  zamanı 

kredit  riski  elə  də  mühüm  problem  hesab  edilmir,  çünki  dövlət  və  bələdiyyə 

qiymətli kağızları demək olar ki, riskdən azaddır. 

Qiymətli  kağızların  kursunun  dəyişmə  riski.  Yüksək  faizli  qiymətli 

kağızların faiz norması və kursu arasında olan qeyri-asılılıq ilə bağlı olan risk-

dir: faiz dərəcələrinin artması nəticəsində qiymətli kağızların kurs qiyməti aşağı 

düşür və  ya əksinə. Bu da bankın investisiya şöbələri üçün böyük problemlər 

yaradır.  Belə  ki,  iqtisadi  konyunkturanın  dəyişməsi  nəticəsində  likvidliyin 

səfərbər edilməsinə ehtiyac  yaranır və qiymətli kağızları zərərlə satmaq lazım 

gəlir. Faiz dərəcələrinin artımı zamanı kreditə tələbat yaranır. Kredit verilməsi 

bank üçün prioritet hesab olunur ki, qiymətli kağızlar ssudaların verilməsi üçün 

nağd pulun alınması məqsədilə satılmışdır. Əgər bank qiymətli kağızları kredit 

tələbatının  azaldığı  və  aşağı  faiz  dərəcələrinin  olduğu  bir  vaxtda  yüksək  kurs 

qiyməti  ilə  alırsa,  onda  o,  artan  faiz  dərəcəsində  və  kurs  qiymətlərinin  aşağı 

düşdüyü bir vaxtda onları satmalıdır. Bankın balansında əks-kurs fərqi meyda-

na gəlir ki, bu da gəliri azaltmış olur. Bu cür satışlar əsaslı kapital zərərinə gə-

tirir və bu zərəri də bank vermiş ssudaların yüksək gəlirliyi hesabına bağlamağa 

ümid edir. 

Bir qayda olaraq qiymətli kağızların bazar qiyməti və kommersiya bank-

larının gəliri əks asılı olur: qiymətli kağızların qiyməti aşağı olanda gəlir artıq 

olur  və  ya  əksinə.  Buna  görə  investorlar  faiz  dərəcələrinin  aşağı  olduğu  bir 

vaxtda qiymətli kağızı alarsa, qiymətli kağızın bazar qiymətinin aşağı düşməsi 



 

 

316



riski  ilə  üz-üzə  gələ  bilər.  Faiz  dərəcələri  aşağı  düşdükdə  qiymətli  kağızların 

bazar qiymətində artım baş verəcəkdir. 

Belə  ki,  qiymətli  kağızların  faiz  dərəcələrinin  artmasının  öz  müsbət  və 

mənfi  tərəfləri  vardır.  Yeni  investisiya  vasitələri  kommersiya  bankına  daha 

yüksək  gəlir  gətirə  bilər.  Amma  qiymətli  kağızlar  üçün  yüksək  dərəcələrin 

olması həmin bankın investisiya portfelinin qiymətdən düşdüyünü bildirir. Qiy-

mətli  kağızların  ayrı-ayrı  növlərinin  gəlirliyi  faiz  dərəcələrinin  qalxıb-enməsi 

ilə  əsaslandırılır.  Həmçinin  onların  ödəniş  vaxtından  da  asılı  olur.  Qiymətli 

kağızların ödənmə müddəti nə qədər qısa olarsa, onun bazar qiyməti bir o qədər 

stabil olar. Müddət nə qədər uzun olarsa, qiymətli kağızın qiyməti bir o qədər 

enib-qalxmağa məruz qalar. 

Banklar faiz dərəcəsində baş verən dəyişikliklərin pis nəticələrini aradan 

qaldırmaq üçün xüsusi strategiya hazırlayır. Məsələn, bu məqsədlə gerialınma 

müddəti  proqnozlaşdırılan  iş  silsiləsi  fazasına  yerləşdirilən  qiymətli  kağızlar 

alınır.  

Balansa salınmış likvidlik riski. Bu risk heç bir itki olmadan bir sıra qiy-

mətli  kağızların  ödəmə  vasitələrinə  tez  konversiya  edilməsinin  mümkünsüz-

lüyüdür. Banklar likvidliyi təmin etmək üçün iki mənbəyə malikdir: daxili və 

xarici. 

Likvidliyin daxili mənbələri müəyyən növ tez realizasiya olan aktivlərlə 

təmsil oluna bilər. Həmçinin əlverişli bazarı olan qiymətli kağızlarda yerləşdi-

rilə bilər. Likvidli qiymətli kağızlar hazır bazarla xarakterizə edilən investisiya 

alətləri sayılır. Yüksək likvidli qiymətli kağız dövlət qiymətli kağızları ola bilər. 

Aktivlərin idarə olunmasında likvidlik ən əsas funksiyalardan biri hesab edilir. 

Yüksək dərəcədə ödəmə qabiliyyətinə, likvidliyə və bazar münasibətləri 

sistemində səmərəli işə təminat verməklə kommersiya bankı həmişə öz inves-

tisiya  fəaliyyətinin  mərkəzi  problemlərindən  birini  həll  etməlidir  –  bir  araya 

gəlməyən  bank  əmanətçilərinin  və  onların  aksiyalarının  sahiblərinin  maraqla-

rını  təmin  etməlidir.  Bu  uyğunsuzluq  öz  likvidlik  tələbi  və  kommersiya  ban-

kının bank əməliyyatlarından istənilən gəlir əldə olunması arasında olan qaçıl-

maz ziddiyyətdə öz əksini tapır. 

Bir  tərəfdən  bank  daha  yüksək  gəlir  götürməkdə  maraqlı  olan  aksiya 

sahiblərinin təzyiqini həyata keçirir. Amma digər tərəfdən bu hərəkətlər bankın 

likvidliyini  azaldır.  Likvidlik  və  gəlirlik  arasında  olan  ziddiyyətin  özü  inves-

tisiya riskini müəyyən edir. Ona investisiya fəaliyyətində mövcud olan ümumi-

likdə  bank  likvidliyini  təmin  etməklə  minimum  zərərlə  gəlir  əldə  olunması 

dispersiyası  kimi  baxıla  bilər.  Kommersiya  bankının  rəhbərlərinin  gəlir  əldə 

olunması üçün likvidliyi qurban vermək və ya əksinə etmək. Onun bütün fak-

torları nəzərə alınmaqla düşüncəli şəkildə böyük və ya kiçik investisiya riskinin 

olmasını bildirir. 

Qiymətli kağızların təcili olaraq geri çağırılma riski.  nvestisiya qiymətli 

kağızları emitenti olan bir çox korporasiya və bir sıra hakimiyyət orqanları bu 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə