Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə151/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   147   148   149   150   151   152   153   154   ...   230

 

 

317



alətləri təcili olaraq geri çağırma və onların ödənmə hüququna malik olur. Bu 

cür  çağırışlar,  adətən  bazar  faiz  dərəcələrinin  aşağı  düşməsi  nəticəsində  baş 

verir,  bank  gəliri  itirmək  riski  ilə  rastlaşır.  Belə  ki,  bank  geri  qaytarılmış  və-

saitləri  aşağı  faiz  dərəcəsi  ilə  yenidən  investisiyaya  yatırmalıdır.  Banklar, 

adətən geri çağırılma riskini minimuma endirməyə çalışır. 

ş

 riski. Banklar xidmət göstərdiyi bazar iqtisadiyyatında satış həcminin, 



müflisləşmə  və  işsizlik  səviyyəsinin  tənəzzülə  uğraması  ilə  müşahidə  olunur. 

Bu əlverişsiz şərait iş riski adlandırılır. Onlar öz əksini bank kredit portfelində 

tapır. Belə ki, iş riskinin mümkünlüyü kifayət qədər yüksəkdir. Bir çox banklar 

kredit  riski  portfelinin  təsirini  kompensasiya  etmək  üçün  öz  qiymətli  ka-

ğ

ızlarının portfelinə arxalanır. Bu, əsasən bankın almış olduğu qiymətli kağız-



larının balansının kredit bazarından kənarda olması ilə bağlı olur. 

 



 

 

318



IX FƏS L. BEYNƏLXALQ BANK  Ş  

 

 

9.1. Bankçılığın beynəlmiləlləşməsi 

 

1960-cı ildən etibarən beynəlxalq bankçılığın inkişafına təsir edən amillər 

aşağıdakılardır:  dünya  ticarət  həcminin  böyüməsi,  avrobazarlar  ilə  interbank 

pul  bazarındakı  fond  həcminin  yüksək  rəqəmlərə  çatması,  bankların  xarici 

ölkələrdə şöbələrin açılmasında təşviq siyasəti, ölkədaxili pul və kapital bazar-

larının beynəlxalq maliyyə bazarlarından getdikcə asılılığı. 

Digər cəhətdən 1973-cü ildən etibarən OPEK ölkələrinin neftdən əldə et-

dikləri  fondların  yüksək  rəqəmlərə  çatması  və  bunun  nəticəsində  bu  illərdə 

dünya iqtisadiyyatının durğunluğa getməsi, inkişaf etməkdə olan ölkələrin bey-

nəlxalq  maliyyə  mənbələrinə  olan  tələbin  sürətlə  artması  kimi  amillər 

bankçılığın beynəlmiləşməsinə təsir edən başlıca amillər olaraq qəbul edilir. 

Beynəlxalq bankçılığa keçiddə başlıca rol oynayan amillər aşağıdakılardır: 



I. Bankçılığa xas olan özəlliklər: 

1.   valyuta əməliyyatı, texnik və maliyyə mövzusunda sövdələşmələr; 

2.   önəmli maliyyə mərkəzlərində və ya bazarlarında iştirak etmə arzusu və ya 

sövdələşmələr; 

3.   bank sistemindəki dəyişikliklər və yeniliklər; 

4.   sərmayə gücü; 

5.   ticari əxlaq; 

6.   şəxslərin hesablarının mühafizəsi; 

7.   kredit xidmətlərində çeşidli əməliyyatlar. 

II.  qtisadi və coğrafi faktorlar: 

1.  faiz arbitrajı; 

2.  valyuta riski; 

3.  pulun dönərliyi; 

4.  iqtisadi artım dönərliyi; 

5.  geniş investisiya imkanları; 

6.  yığımların birləşdirilməsi; 

7.  pul və sərmayə bazarlarında sığorta xidmətlərinin inkişaf səviyyəsi; 

8.  sənaye şirkətlərinin beynəlxalq səviyyədə inkişafı; 

9.  klassik ixracat və idxalat əməliyyatları; 

10. ölkə iqtisadiyyatının iqtisadi artımı və adambaşına düşən milli gəlirin yük-

səlişi; 


11. 1950-ci illərdən sonra dünya iqtisadiyyatındakı müsbət meyillər və artım; 

12. beynəlxalq ticarət və sərmayə axınlarının hərəkətindəki sərbəstləşmə; 




 

 

319



13. mühəribədən  sonra  bəzi  ölkələrin,  xüsusilə  ABŞ-ın  güclü  iqtisadi  və  ma-

liyyə durumuna gəlişi; 

14. gəlir paylarındakı artım və bazar payındakı artım ümidləri; 

15. iqtisadi inteqrasiyanın güclənməsi. 



III. Ana ölkədə mövcud qanun məhdudiyyətləri: 

1.  əmanət və kreditlərə uyğun faiz dərəcədə sərhədi; 

2.  pərakəndə əmanət qəbuluna gətirilən qadağalar; 

3.  valyuta nəzarəti; 

4.  şöbə açmaq üçün qadağalar; 

5.  valyuta durumu. 



IV. Uzunmüddətli siyasətin təsiri: 

1.  başqa ölkələrlə qurulan dostluq münasibətləri; 

2.  ölkələr və regionlararası iqtisadi birləşmələr; 

3.  aparılan genişləndirici pul siyasəti; 

4.  özəl qaynaqlardan borcvermə arzusu; 

5.  müstəmləkə ölkələrlə olan münasibətlər. 



Beynəlxalq ticarət həcminin inkişafı. Bankçılığın beynəlmiləlləşməsin-

də  təsir  edən  əsas  ünsür  ölkənin  xarici  ticarət  həcmi  və  tərkibidir,  yəni  müş-

tərisini izləyərək xarici bazara girən bank digər müştəriləri ilə də münasibətlərə 

girmə imkanı əldə etdiyinə görə ticarət inkişaf etdikcə beynəlxalq bankçılığın 

həcmi  də  buna  paralel  olaraq  yüksəlmişdir.  Bundan  başqa  ixracat  həcminin 

yüksəlməsi və buna paralel ixracatı kreditləşdirmə mövzusunda əməliyyatların 

təkmilləşdirilməsi beynəlxalq bankçılığın inkişafına təkan vermişdir. 

nterbank  pul  bazarı.  nterbank  pul  bazarı  əmanət  sahibləri  ilə  kredit 

müştəriləri  arasında  vasitəçilik  rolunu  həyata  keçirən  bir  sistemdir.  Özəlliklə 

ş

öbə bankçılığın hakim olduğu yerlərdə bir şöbədə istifadə edilməyən sərmayə 



eyni bankın başqa bir şöbəsində istifadə edilə bilər və ya əgər ehtiyacından çox 

ə

manət toplaya bilmişsə, o zaman əlavə vəsaitləri daha səmərəli istifadə etmək 



məqsədilə  kiçik  faizlə  də  olsa  digər  banklarda  əmanət  hesabı  açar.  Beləliklə, 

müştərilərinin  kredit  tələbatını  yetərli  miqdarda  əmanət  toplamayan  banklar, 

fond ehtiyaclarını banklarası əməliyyat vasitəsilə qarşılama imkanı əldə edəcək-

dir.  nterbank bazar eyni  mərkəzdəki bankların  bir-biri ilə  apardıqları əməliy-

yatlar yanında digər ölkələrdəki banklara da açıq olması səbəbi ilə əsas etibarilə 

beynəlxalq xüsusiyyət daşıyır. Bir çox beynəlxalq əhəmiyyətli banklar başlıca 

maliyyə  mərkəzlərində  ofislər  açaraq  bu  bazarlardan  pay  alırlar.  nterbank 

bazarlarında pay almaq üçün əsas arqument bankların digər banklar qarşısında 

yüksək bir kredit dəyərliliyinə sahib olması, bundan başqa valyuta nəzarəti və 

inzibati  amirlik  kimi  maneələr  olmamasıdır.  Bankların  kredit  dəyərliliyindəki 

fərqlilik  isə  kredit  limitlərinin  böyüklüyü  və  tətbiq  etdikləri  qiymətlərin 

səviyyəsində (yəni faiz dərəcələrində) özünü göstərir. Kredit qabiliyyəti yüksək 

olan banklar rəqabətə daha dözümlüdürlər. 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə