Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə153/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   149   150   151   152   153   154   155   156   ...   230

 

 

322



9.2. Beynəlxalq bankların insitusiuonal xidmət vahidləri 

 

Beynəlxalq  iqtisadi  münasibətlərin  müharibədən  sonrakı  dövrdə  sürətli 



inkişafına  paralel  olaraq  beynəlxalq  maliyyə  xidmətlərinə  tələb  də  önəmli 

ölçüdə  artmışdır.  Beynəlxalq  səviyyədə  fəaliyyət  göstərən  bankların  təklif 

etdikləri  əsas  xidmətlərdən  biri  fərqli  ölkələrdə  yaşayan  və  ya  səyahət  edən 

şə

xslər arasında fond transferini təmin etməkdir. Beynəlxalq bankların önəmli 



funksiyalarından  biri  də  vasitəçilik  etmək,  yəni  əmanət  toplamaq  və  kredit 

verməkdir.  Banklar  daima  minimum  xərclə  əmanət  qəbuletmə  və  bu  fondları 

nisbətən aşağı risklə müştərilərinə kredit olaraq vermə yoluna üstünlük verir. 

Beynəlxalq bankların verdiyi əhəmiyyətli xidmətlərdən biri də valyuta ti-

carəti  və  valyuta  ilə  əlaqədar  əməliyyatlardır.  Bankın  beynəlxalq  xidmətləri 

təklif  edərkən  ilk  atdığı  addım,  beynəlxalq  əməliyyatları  apara  bilmək  üçün 

bankın  mərkəz  şöbəsində  öz  departamentini  təşkil  etməkdir.  Xarici  əməliy-

yatlar əhəmiyyətli həcmlərə çatana qədər, əməliyyatların çoxu bankın yerli ida-

rələri tərəfindən  aparılır.  Ancaq iş  həcmi müəyyən bir  rəqəmi  aşdıqdan sonra 

isə  departamenti  təşkil  etmək  və  onu  müəyyən  bölmələrə  ayırmaq  lazımdır. 

Beynəlxalq  fəaliyyətləri  genişləndirmək  üçün  faydalana  biləcək  müəyyən 

qurumlar aşağıdakılardır: 



1. Nümayəndəliklər: bəzi banklar xarici ölkədə bir şöbə açmamışdan əv-

vəl nümayəndəlik açır. Nümayəndəlik ana bankın müştərilərinə yerli firmalar və 

ölkə haqqında iqtisadi məlumat alır və bunları təhlil edərək müştərilərinə təqdim 

edir.  Ən  əhəmiyyətlisi  də  müştərilərinin  bankın  xidmətlərinə  ehtiyacın  olub-ol-

madığı  ilə  əlaqədar  tədqiqat  aparır.  Nümayəndəliklər  əmanət  qəbulu,  kredit 

vermə, səyahət çekləri və ya kredit məktubları vermək imkanına sahib deyildir. 



2. Müxbir banklar: beynəlxalq fəaliyyətə istiqamətlənmiş bir çox bank, 

xarici əməliyyatları apara bilmək məqsədilə müxbir hesablar şəbəkəsi təşkil et-

məyə üstünlük verir. Bir ölkə bankı xarici bir bank ilə öz ölkələrində bir-birilə-

rinin qarşılıqlı agentləri olaraq fəaliyyət göstərmək üçün müqavilə imzalaya bi-

lər. Bu banklar əmanət hesablarını bir-birinə nəql edə və qarşılıqlı olaraq işləri 

bir-birinə həvalə edə bilərlər. Xarici ölkədə dürüst bir müxbir bank sözləşdiyi 

bankın nümayəndəliyindən daha az bir xərclə maliyyə əməliyyatları həyata ke-

çirə bilər. Çünki nümayəndəlik üçün məcburi bəzi xərclər (investisiya və per-

sonal xərcləri kimi) olduğu halda, müxbir bank üçün belə bir problem yoxdur.  

3. Şöbələr: xaricdə açılın şöbə müstəqil bir struktur bölməsidir. Şöbə bu 

bankın bir bankçılıq qurumudur və buna görə də müstəqil bir qurum deyildir. 

Bu  səbəbə  görə  xarici  şöbələrin  aktiv  və  passivləri  ilə  apardıqları  siyasət  ana 

banka  aid  olur.  Xarici  ölkələrdə  açılan  şöbələr  üçün  ikili  hüquqi  tənzimləmə 

çərçivəsindədir. Ana bankın qeydiyyata aldığı ölkə və xarici şöbənin fəaliyyət 

göstərdiyi  ölkənin  qanunvericisidir.  Şöbə  bankın  açdığı  kreditlər  ana  bankın 

kapital  həcmindən  asılıdır.  Əmanətlər  isə  şöbədən  çox  ana  bankın  təminatı 

altındadır. 




 

 

323



4. Filial və ya asılı quruluşlar: «asılı quruluşlar» termini xarici bir ölkə-

də olan və bütöv, ya da bir hissəsi ana banka aid olan xarici bir bankı ifadə edir. 

Filial  vəziyyətində  olan  bank  sərmayəsinin  50%-dən  çoxu  ana  bankın  əlində 

toplanır. 



5.  Bank  konsorsiumları:  Tərəf  olaraq  banklar  konsorsiumda  müəyyən 

edilmiş  sərmayə  ilə  iştirak  edir  və  konsorsiumun  idarə  heyətində  iştirak  payı 

nisbətində  təmsil  haqqına  malik  olurlar.  Konsorsium  hərəkəti  1960-cı  illərdə 

Avropada  başlamışdır.  Bu  tip  qrupun  meydana  gəlməsində  üç  faktor  əhə-

miyyətli rol oynamışdır:  

1.  Amerikada  xaricilərin  ABŞ-ın  maliyyə  bazarlarında  uzunmüddətli 

fond təmininə məhdudiyyət qoyan «sərmayə nəzarət proqramı»dır;  

2. Avropa bazarlarına ABŞ banklarının şöbələri tərəfindən ortamüddətli 

kreditlərin  açılması  və  bu  kimi  kreditə  olan  ehtiyacın  Amerika  banklarından 

qarşılanmasıdır.  ri  şirkətlərin  dəyişik  ölkələrin  pullarına  olan  tələb  və  bunun 

qarşılanma ehtiyacı. 

Konsorsiumun  qarşılaşdığı  ən  əhəmiyyətli  problemlərdən  biri  maliyyə 

böhranı vəziyyətində vəsait tapmamasıdır 

6. Off-Şor bankçılığı. 1950-ci illərdən etibarən sürətli bir genişləmə pro-

sesinə girən dünya iqtisdiyyatı ilə birlikdə Qərb və Şərq bloku ölkələri arasın-

dakı  münasibətlər  gərginləşdi.  Bu  illərdə  Sovet  Hökuməti  ABŞ-ın  milli  pul 

vahidi  olan  dolları  Avropa  pul  bazarına  aparmış  və  nəticədə  Avrobazar  mey-

dana gətirmişdi. Bu dəyişmələr nəticəsində də «Off-Şor» bankçılığı yaranmışdı. 

Belə  bankçılıq  ölkə  xaricində  təmin  edilən  fondların  yenə  də  ölkə  xaricində 

istifadə edilməsini qarşısına məqsəd qoyan bir bank növüdür. 

«Off-Şor»  banklarının  göstərdikləri  xidmətlər  xarici  pul  vahidi  ilə  apa-

rılır. Xüsusilə «Off-Şor» bankçılığı açmaqda məqsəd vergilərdən yararlanmaq-

dır. Sabit bir ödəniş xaricində heç bir vergi və valyuta nəzarətinin olmadığı bir 

qrup ölkələrdə, o cümlədən arasında Hollandiya antilləri, Tayman adalarını nü-

munə göstərə bilərik. 

Hal-hazırda daha geniş yayılan ofşor banklarıdır. Onlarsız praktiki olaraq 

heç bir TMB-nin əməliyyatları keçinə bilməz. Prinsipcə offşor bankların təşkili 

məqsədləri  offşor  kompaniyalarla  eynidir.  Onlardan  ən  əsası  vergiqoymanı 

minimumlaşdırmaqdır. 

Off-Şor bankların aşağıdakı xüsusiyyətləri vardır: 

 1.  bankın  qeydiyyata  alındığı  ölkənin  rezidentləri  ilə  işləmək  hüququ 

yoxdur; 

2. qeydiyyata alınmaq üçün ödənilən nizamnamə kapitalının tələb edilən 

həcmi digər ölkələrə nisbətən çox aşağıdır; 

3. bank praktiki olaraq vergilərdən azaddır; 

4.  ehtiyat  saxlamaq  və  digər  bank  normativlərinə  qoyulan  tələblər  bir 

qayda olaraq offşor banklarında başqa ölkələrə nisbətən daha az ciddidir, ölkə 

xaricində əməliyyatlara görə valyuta nəzarəti mövcud deyil. 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə