Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə154/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   150   151   152   153   154   155   156   157   ...   230

 

 

324



Dünyada «off-şor» zonaları içində ən tanınmış bölgə–Kayman adalarıdır. 

Burada qeydiyyata alınmış bankların sayı 580-dir və onların aktivlərinin dəyəri 

500 milyard dollardır. Karib dənizinin şərq hissəsində Sent-Vinsent adalarında 

15  bank  və  7  min  transnasional  şirkət,  Dominikada  –  5800  şirkət,  Naue  ada-

larında isə 3 min şirkət qeydiyyatdan keçmişdir. Halbuki bu adada yaşayanların 

sayı 2 mindir. 

Dünya iqtisadiyyatında Men, Qernsi və Cersi adalarının, Banam adasının, 

Sent-Kristofer  və  Nevis  Federasiyasının,  Niderland  Antil  adalarının,  Arubı 

( taliya  mafiyasının  ənənəvi  sığınacağı),  Kayman  adasının,  Britin  Virginiya 

adaları, Panama (”Off-Şor” biznesin beşiyi) və nəhayət, Kipr ”Off-Şor” bank-

ları daha böyük əhəmiyyət kəsb edir. 

Yeri gəlmişkən, son zamanlar xüsusi  sveçrə bankları kimi tanınan ”Off--

Ş

or” biznes çox geniş inkişaf etmişdir. 



Kayman adalarında 500-dən çox ofşor banklar və 1300 sığorta kompani-

yası qeydə alınmışdır. Belə ki, dünyanın 50 iri bankının 43-nün burada bölmə 

və  törəmə  bankları  var.  Kayman  adalarında  bankların  bölmələrinin  məcmu 

depozit qoyuluşunun məbləği astronomik rəqəmə – 150 mlrd. dollara çatmışdır. 

Honkonqda xarici bankların 1,5 mindən çox bölməsi fəaliyyət göstərir. 

Demək olar ki, ”Off-Şor” banklar transmilli bankların daha bir əsas təbə-

qəsini  yaratmışdır.  Müasir  şəraitdə  praktiki  olaraq  dünyada  heç  bir  transmilli 

kapitalın finans sxemi bunsuz keçinə bilmir. 

XXI əsrin əvvəllərində şaxələnmiş, çoxqatlı və çoxfunksiyalı TMB siste-

mi formalaşmışdır. TMB sistemi transmilli kapitalın əsas tələbatlarını ödəyir və 

dünya maliyyə bazarlarının fəaliyyətinin institusional əsasını təşkil edir. 

Lakin investorlar üçün cənnət sayılacaq məkan – Banam adalarıdır. Bu-

rada 36 ölkə mənşəli 418 bank, 580 investisya fondları, 60 sığorta şirkətləri və 

100 min transnasional şirkətlər fəaliyyət göstərir. Bunların dövriyyəsi təqribən 

350 milyard dollar səviyyəsindədir. 

”Off-Şor” bankçılıq üçün gərəkli olan struktural şərtləri üçün aşağıdakılar 

tələb olunur:  

1. iqtisadi və maliyyə üstünlükləri;  

2. iqtisadi və siyasi sabitlik;  

3. texniki şərtlər;  

4. hüquqi şərtlər;  

5. bankçılıq sirrinin maksimum ölçüdə qorunması.  



 

9.3. Azərbaycan Respublikası müvəkkil banklarının açıq valyuta mövqeyi 

limitlərinin müəyyən edilməsi və tənzimlənməsi 

 

Bir bankın aktivindəki  çeşidli valyuta varlıqları ilə passivindəki valyuta 

mənşəli  öhdəliklər  bir  bütün  olaraq  o  bankın  valyuta  mövqeyini  verir.  Bank-

ların  aktivindəki  valyuta  hesablarını  vəsaitlər  və  alacaqlar,  passivdəki  valyuta 




 

 

325



hesablarını  isə  öhdəliklər  və  borclar  təşkil  edir.  Bu  qruplar  içində  yer  alan 

başlıca hesablar aşağıdakılardır: 

1. ölkəxarici müxbirlərin nəzdindəki cari və depo hesablarındakı valyuta 

vəsaitləri; 

2. ölkədaxili  müxbirləri  nəzdindəki  cari  hesablar,  valyuta  hesabatların-

dakı və ya depo hesablarındakı valyuta vəsaitləri; 

3. Mərkəzi Bank nəzdindəki hesablarda olan valyuta vəsaitləri; 

4. kassalardakı hesab; 

5. valyuta üzərindən qiymətli kağız portfeli. 

Valyuta öhdəlikləri və valyuta borcları: 

1. akkreditiv öhdəliklər; 

2. geri ödənilməsinə zəmanət verilmiş öhdəliklər; 

3. ölkədaxili və  ölkəxarici və  ya  ödənilməsinə zəmanət  verdikləri digər 

valyuta kreditləri. 

Valyuta borcları: 

1.  banklarda açılmış valyuta hesabı; 

2.  valyuta kreditləri; 

3.  xarici mühafizə hesabı olaraq saxlanmış fondlar. 

Bir qayda olaraq, banklar beynəlxalq iş həyatında gərəkli ödənişlər apara 

bilmək üçün yetərli qədər valyuta mənbəyinə sahib olmalıdırlar. 

Başabaş  mövqe.  Aktiv  toplamının  passiv  toplamına  bərabər  olması: 

Aktivlər=öhdəliklər+kapital=başabaş.  

Uzun mövqe. Aktivlər >  passivlər=  uzun mövqe.  Uzun mövqedə  bank, 

ehtiyacından  çox  valyuta  saxlayır.  Bu  durumun  bank  üçün  mənfəətli  olub-ol-

madığını anlamaq üçün aşağıdakı misala baxaq: tutaq ki, bank ehtiyacından çox 

saxladığı bu valyutaları manatla ödəyərək almışdır. Deyək ki, 1$= 0, 80 manat 

ikən  dollar  alıb  gözləsək  və  günlərin  birində  manat  dollar  qarşılığında  dəyər 

itirirsə, 1$= 1,10 manat olursa, heç bir əməliyyat aparmadan, bank dollar başına 

30 qəpik qazanmış olur. 

Qısa  mövqe.  Aktivlər

valyuta qazancından daha yüksək isə, qısa mövqe tutmaq daha sərfəlidir. Val-

yutadan zərər etsək belə, manatın saxlayacağı faizdən yararlanmaq bankı daha 

qazanclı  çıxaracaqdır.  Ancaq  daha  qazanclı  olmasına  baxmayaraq,  bu  sərfəli 

yol olmadığından açıq mövqeyə düşməmək tövsiyə edilməməkdədir. 

Azərbaycan Respublikası Müvəkkil Banklarının Açıq Valyuta Mövqeyi 

Limitlərinin Müəyyən Edilməsi Və Tənzimlənməsi Haqqında Qaydalar “Azər-

baycan  Respublikasının  Mərkəzi  Bankı  haqqında”,  “Banklar  haqqında”  və 

“Valyuta  tənzimi  haqqında”  Azərbaycan  Respublikası  qanunlarına  müvafiq 

surətdə  işlənib  hazırlanmışdır.  Qaydalar  müvəkkil  banklar  tərəfindən  aparılan 

xarici valyuta  əməliyyatları üzrə məzənnə  risklərinin tənzimlənməsinə xidmət 

edir.  

 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə