Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə155/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   151   152   153   154   155   156   157   158   ...   230

 

 

326



Açıq valyuta mövqeyi limitlərinin təyin edilməsi 

Müvəkkil  bankların  valyuta-məzənnə  risklərinin  məhdudlaşdırılması 

məqsədilə Mərkəzi Bank  aşağıda  göstərilən mövqelər  üzrə açıq valyuta möv-

qeyi limitlərini müəyyən edir: Sərbəst dönərli valyutalar üzrə uzun açıq valyuta 

mövqeyi  limiti;  Sərbəst  dönərli  valyutalar  üzrə  qısa  açıq  valyuta  mövqeyi 

limiti; Sərbəst dönərli valyutalar üzrə uzun məcmu açıq valyuta mövqeyi limiti; 

Sərbəst dönərli valyutalar üzrə qısa məcmu açıq valyuta mövqeyi limiti; Qapalı 

valyutalar  üzrə  uzun  açıq  valyuta  mövqeyi  limiti;  Qapalı  valyutalar  üzrə  qısa 

açıq valyuta mövqeyi limiti; Qapalı valyutalar üzrə uzun məcmu açıq valyuta 

mövqeyi limiti; Qapalı valyutalar üzrə qısa məcmu açıq valyuta mövqeyi limiti; 

Bank metalları üzrə uzun məcmu açıq valyuta mövqeyi limiti; Bank metalları 

üzrə qısa məcmu açıq valyuta mövqeyi limiti. Müvəkkil bankların açıq valyuta 

mövqeyi  limitlərinin  həddi  Mərkəzi  Bankın  darə  Heyəti  tərəfindən  müəyyən 

olunur.  Mərkəzi  Bank  tərəfindən  müəyyən  edilmiş  açıq  valyuta  mövqeyi 

limitləri  yalnız  əməliyyat  gününün  yekun  icmal  balansının  nəticələrinə  şamil 

edilir.  Bankların əməliyyat  günü  ərzində  açdıqları  valyuta mövqeləri Mərkəzi 

Bank tərəfindən tənzimlənmir.  

Struktur valyuta mövqeyinin idarə olunması 

Açıq valyuta mövqeyi hesablanarkən banklar, Mərkəzi Bankla qabaqca-

dan  razılaşdırma  şərtilə,  struktur  valyuta  mövqelərini  nəzərə  almaya  bilər. 

Struktur valyuta mövqeyinin açıq valyuta mövqeyinin hesablamalarında nəzərə 

alınmaması üçün aşağıdakı şərtlərə əməl edilməlidir: valyuta mövqeyinin uzun 

müddətə və möhtəkirlik məqsədləri olmadan qəbul edilməsi əsaslandırılmalıdır; 

valyuta  mövqeyi  bank  kapitalının  qorunması  məqsədilə  qəbul  edilməlidir; 

struktur  valyuta  mövqeyi  üzrə  müstəsna  hallar  (onun  hesablamalarda  nəzərə 

alınmaması  nəzərdə  tutulur)  ardıcıl  tətbiq  edilməli  və  bu  mövqenin  mövcud 

oilduğu bütün müddət ərzində dəyişilməz qalmalıdır. 

 Struktur  valyuta  mövqeyi  üzrə  müstəsna  halların  razılaşdırılması  üçün 

banklar Mərkəzi Banka rəsmi əsaslandırılmış vəsatət təqdim etməlidir. Mərkəzi 

Bank  10  iş  günü  ərzində  vəsatətləri  təhlil  edərək  struktur  valyuta  mövqeyinə 

dair qərarı barədə banklara rəsmi cavab verməlidir. 



Müvəkkil bankların açıq valyuta mövqeyinə dair hesabatı  

Müvəkkil  banklar  açıq  valyuta  mövqeyinə  dair  hesabatlar  tərtib  edərək 

Mərkəzi  Banka  təqdim  etməlidirlər.  Hesabatlara  həm  ölkə  daxilində,  həm  də 

xaricdə  yerləşən filiallar üzrə icmal məlumatlar daxil edilməlidir. Azərbaycan 

Respublikası  ərazisindən  kənarda  filiala  malik  olan  banklar,  paralel  olaraq 

yalnız ölkə daxilində fəaliyyət göstərən struktur vahidləri üzrə məlumatları əks 

etdirən  identik  hesabat  formaları  da  tərtib  edərək  Mərkəzi  Banka  təqdim  et-

məlidir.  Açıq  valyuta  mövqeyinə  dair  günlər  üzrə  tərtib  olunmuş  həftəlik  he-

sabatlar  hesabat  həftəsindən  sonrakı  ilk  iş  günü  Mərkəzi  Banka  təqdim 

edilməlidir.  



 


 

 

327



9.4. Banklarda valyuta mübadilə əməliyyatlarinin 

 aparılması qaydaları 

 

Mübadilə əməliyyatları – nağd xarici valyutanın və xarici valyutada yol 

çeklərinin  alınması,  satılması  və  dəyişdirilməsi  üzrə  əməliyyatlar.  Bankın 

mübadilə şöbələrində aşağıdakı mübadilə əməliyyatları aparıla bilər:  

1. nağd xarici valyutanın nağd manatla alınması və satılması;  

2. xarici valyutada yol çeklərinin nağd manatla və nağd xarici valyuta ilə 

alınması və satılması;  

3. bir xarici dövlətin nağd valyutasının digər xarici dövlətin nağd valyuta-

sına mübadilə edilməsi;  

4. xarici dövlətin pul nişanlarının həmin xarici dövlətin başqa pul nişanla-

rına dəyişdirilməsi;  

5. Pos-terminallar vasitəsilə müştərilərə nağd pulların verilməsi.  

Mübadilə şöbələri nağd xarici valyutanın həqiqiliyin yoxlamaq üçün eks-

pertizaya qəbul edə bilər. Bankın əmri ilə mübadilə şöbələrinə milli və xarici 

valyutada  avansın  məbləği  üzrə  limit  təyin  edilir.  Avanslar  bank  tərəfindən 

müəyyən  edilmiş  limit  həcmində  şöbəyə  əməliyyat  günü  müddətinə  verilir. 

Bank  mübadilə  şöbələri  vasitəsi  ilə  aparılan  əməliyyatlara  görə  komisyon 

haqları  tuta  bilər.  Komisyon  haqları  bankın  əmri  ilə  hər  bir  əməliyyat  üzrə 

müəyyən edilir. Tədavülə yararlı olan valyutanın buraxılış ilinə, keyfiyyətinə və 

fiziki  xassələrinə  görə  fərqli  komisyon  haqlarının  müəyyən  edilməsinə  yol 

verilmir.  Mübadilə  şöbələrində  yalnız  alış  və  ya  yalnız  satış  əməliyyatlarının 

aparılmasına  yol  verilmir.  Belə  əməliyyatlara  şöbədə  əməliyyat  günü  ərzində 

xarici  valyuta  və  ya  manat  vəsaitləri  qurtardıqda  yol  verilə  bilər.  Mübadilə 

ş

öbəsində  aparılmış  hər  bir  mübadilə  əməliyyatı  və  ya  digər  xidmət  şöbənin 



(bankın)  əməliyyat  sisteminə  (kompyuter  proqramına)  daxil  edilməli  və  əmə-

liyyata dair müştəriyə bank çıxarışı verilməlidir.  

Ə

məliyyata dair bank çıxarışında aşağıdakı məlumatlar əks etdirilməlidir: 



bankın  adı,  mübadilə  şöbəsinin  nömrəsi,  ünvanı;  əməliyyatın  tarixi  və  vaxtı; 

ə

məliyyatın/xidmətin növü; xarici valyutanın məzənnəsi və ya xidmət haqqının 



məbləği;  qəbul  olunan  nağd  pulun/xarici  valyutada  yol  çekinin  adı,  məbləği; 

verilən  nağd  pulun/xarici  valyutada  yol  çekinin  adı,  məbləği;  fiziki  şəxsin 

soyadı, adı, atasının adı və şəxsiyyəti təsdiq edən sənədin adı, seriya və nöm-

rəsi, verilmə tarixi, təqdim edən dövlət orqanının adı (5000 ABŞ dollarına ek-

vivalent  məbləğindən  artıq  mübadilə  əməliyyatı  aparılarkən);  mübadilə  şöbə-

sinin məsul işçisinin imzası və ştamp (ştampın üzərində bankın adı və mübadilə 

ş

öbəsinin nömrəsi olmalıdır).  



 Mübadilə şöbəsində bir müştəriyə 5000 (beş min) ABŞ dollarına ekviva-

lent məbləğdən artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında 

aparılmalıdır.  Mübadilə  şöbəsi  bankın  avtomatlaşdırılmış  əməliyyat  sisteminə 

qoşulmalı,  hər  bir  əməliyyat  real  vaxt  rejimində  və  ya  aparıldığı  günün 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə