Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə156/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   152   153   154   155   156   157   158   159   ...   230

 

 

328



sonunadək  Mərkəzi  Bankın  normativ  xarakterli  aktlarına,  bankın  mühasibat 

uçotu  siyasətinə  və  daxili  qaydalarına  müvafiq  olaraq  bankın  baş  mühasibat 

kitabında uçota alınmalıdır. Mübadilə üçün təqdim edilmiş nağd valyuta (milli 

və ya xarici) şübhə doğurduqda, onun saxta olması əlamətləri aşkar edildikdə, 

yaxud  müştəri  tərəfindən  ekspertizaya  təqdim  olunduqda  mübadilə  şöbəsinin 

işçisi həmin nağd valyutanı təqdim edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin 

məlumatlarını,  nağd  valyutanın  nömrəsini,  seriyasını,  emissiya  ilini  və 

nominalını  xüsusi  arayışda  (Əlavə  6)  qeyd  edərək,  bir  nüsxəsini  müştəriyə 

təqdim  etməli,  nağd  valyutanı  şöbədə  saxlamalıdır.  Arayışın  digər  nüsxəsi  və 

nağd valyuta əməliyyat gününün sonunda banka təqdim olunmalıdır. Mübadilə 

ş

öbəsinin  iş  rejimi  bank  üzrə  əmrlə  müəyyən  edilir.  Mübadilə  şöbəsinin  iş 



rejimi  bank  əməliyyatlarını  bankın  baş  mühasibat  kitabında  əks  etdirən 

avtomatlaşdırılmış əməliyyat sistemlərinin iş rejimi ilə eyni olmalıdır.  



Məzənnənin müəyyən edilməsi  

Nağd  xarici  valyutanın  alış  və  satış  məzənnələri  banklar  tərəfindən 

müstəqil şəkildə təyin edilir. Məzənnələr bankın xüsusi əmri ilə təsdiqlənir və 

hər şöbə üzrə fərqli ola bilər. Əmrdə şöbənin nömrəsi, ünvanı, məzənnələr və 

məzənnənin  müəyyən  edilməsinin  tarixi  və  vaxtı  əks  etdirilməlidir.  Tədavülə 

yararlı  olan  nağd  xarici  valyutanın  məbləğinə,  buraxılış  ilinə,  keyfiyyətinə  və 

fiziki  xassələrinə  görə  fərqli  məzənnələr  təyin  edilə  bilməz.  Əməliyyat  günü 

ə

rzində məzənnələr bankın əlavə əmri ilə dəyişdirilə bilər. Əmr faks, elektron 



poçt və ya digər vasitələrlə şöbəyə çatdırılmalıdır. Hər məzənnənin dəyişdiril-

məsi  (dəyişmənin  vaxtı  və  tarixi  daxil  olmaqla)  şöbənin  qeydiyyat  jurnalında 

qeydə alınır və şöbədə quraşdırılmış lövhədə əks etdirilir. Məzənnənin müəy-

yən  edilməsi  barəsində  sənəd  mübadilə  şöbəsinin  gündəlik  sənədlərinə  tikilir. 

Mərkəzi  Bank  xarici  valyutanın  rəsmi  və  nağd  mübadilə  məzənnələri  arasın-

dakı fərqə limit müəyyən etdikdə bank mübadilə məzənnələrini təyin edərkən 

həmin limitə riayət etməlidir.  

Ə

məliyyat gününün başa çatması və qiymətlilərin inkassasiyası  

Mübadilə şöbəsində əməliyyat günü başa çatdıqdan sonra əməliyyatların 

uçotuna  dair  məlumatlar  kassanın  faktiki  qalığı  ilə  hər  bir  valyuta  növü  üzrə 

yoxlanılmalıdır. Uçot məlumatları üzrə qalıqla faktiki kassa qalığı arasında fərq 

aşkar  edildikdə,  mübadilə  şöbəsinin  məsul  işçisi  banka  məlumat  verməli, 

müvafiq qaydada akt tərtib edərək  ona öz izahatını əlavə  etməlidir. Mübadilə 

ş

öbəsində  əməliyyat  günü başa çatdıqdan sonra  günün sənədləri, nağd vəsait-



lərin  yekun  qalığı  və  aparılmış  əməliyyatların  hər  bir  valyuta  üzrə  ümumi-

ləşdirilmiş hesabatı banka təhvil verilməlidir. Bank mübadilə şöbəsinə verilən 

avans  vəsaitlərinin  və  əməliyyat  gününün  yekun  qalığının  gündəlik  inkassa-

siyasını  təmin  etməlidir.  nkassasiya  bankın  inkassasiya  qaydalarına  uyğun 

olaraq müvafiq nəqliyyat və mühafizə ilə təmin edilmək şərtilə icra edilə bilər.  

 

 



 

 

329



Mübadilə şöbələrinin fəaliyyətinə nəzarət  

Banklar mübadilə şöbələrinin fəaliyyətinin təşkili, əməliyyatların aparıl-

ması və uçotu, məzənnənin müəyyənləşdirilməsi, əməliyyat gününün yekunlaş-

dırılması, hesabatlığın təmin edilməsi, inkassasiya xidmətinin göstərilməsi, təh-

lükəsizlik tədbirləri, nəzarətin həyata keçirilməsi və s. barədə daxili reqlament 

və qaydalara malik olmalıdır. Bankın daxili audit xidməti mübadilə şöbələrinin 

fəaliyyətini  yüksək  risk  kateqoriyalı  fəaliyyət  sahəsinə  aid  etməli  və  ildə  bir 

dəfədən  az  olmayaraq  mübadilə  şöbəsində  yoxlama  həyata  keçirilməlidir. 

Banklar mübadilə şöbəsinin açılmasına icazə verilməsindən imtina edilməsi və 

ya verilmiş icazənin ləğv edilməsi barədə Mərkəzi Bankın qərarından qanunve-

riciliklə  müəyyən  edilmiş  qaydada  məhkəməyə  şikayət  verə  bilər.  Şikayətin 

verilməsi Mərkəzi Bankın müvafiq qərarının icrasını dayandırmır.  

 

9.5. Fiziki şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan 

Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından 

 çıxarılması qaydaları 

 

Fiziki şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına 

gətirilməsi  və  çıxarılması  qaydaları  "Valyuta  tənzimi  haqqında"  Azərbaycan 

Respublikası  Qanununa  və  Azərbaycan  Respublikasının  Gömrük  Məcəlləsinə 

müvafiq  olaraq  hazırlanmış  və  fiziki  şəxslər  tərəfindən  valyuta  sərvətlərinin 

Azərbaycan Respublikasına nağd gətirilməsi və Azərbaycan Respublikasından 

nağd çıxarılması qaydalarını müəyyən edir.  

Fiziki şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına 

gətirilməsi və çıxarılması qaydaların məqsədləri üçün istifadə olunmuş "fiziki 

şə

xs  olan  rezidentlər"  (bundan  sonra  rezidentlər),  "fiziki  şəxs  olan  qeyri-rezi-



dentlər" (bundan sonra qeyri-rezidentlər), "müvəkkil banklar", "valyuta sərvət-

ləri", o cümlədən, "xarici valyuta", "xarici valyutada qiymətli kağızlar" və "qiy-

mətli  metallar"  anlayışları  "Valyuta  tənzimi  haqqında"  Azərbaycan  Respubli-

kası Qanununda şərh edildiyi kimi başa düşülür.  



 

Rezidentlər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına 

gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması 

 

Rezidentlər  valyuta  sərvətlərini  gömrük  orqanlarında  bəyan  etməklə 



məhdudiyyət  qoyulmadan  Azərbaycan  Respublikasına  nağd  şəkildə  gətirə 

bilərlər. 

Rezidentlər  tərəfindən  Azərbaycan  Respublikası  ərazisinə  gətirilmiş 

valyuta  sərvətlərinin  məbləği  10.000  (on  min)  ABŞ  dolları  ekvivalentinədək 

olduqda  onların  gətirilməsi  gömrük  orqanları  tərəfindən  "Şərnişin  gömrük 

bəyannaməsi" (Əlavə №  1) ilə, 10.000 (on min)  ABŞ dolları ekvivalentindən 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə