Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə158/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   154   155   156   157   158   159   160   161   ...   230

 

 

332



vəsaitlərin  ölkə  ərazisindən  tranzit  daşınmasının  məhdudlaşdırılması  məqsədi 

ilə tətbiq olunduğunu izah edirlər. 

Dövlət  Gömrük  Komitəsi  Azərbaycan  Respublikası  ərazisinə  gətirilən 

valyuta sərvətləri haqqında aylıq məlumatları növbəti ayın 20-dək, 50.000 (əlli 

min)  ABŞ  dolları  ekvivalentindən  artıq  məbləğdə  gətirilən  valyuta  sərvətləri 

barədə isə məlumatları 7 gün müddətində müəyyən olunmuş qaydada Mərkəzi 

Banka göndərir.  

  



Azərbaycan Respublikası Rezidentlərinin xarici valyuta əməliyyatları 

 

Rezidentlərin  hesablarına  daxilolmalar.  Azərbaycan  Respublikası 

rezidentlərinin müvəkkil banklardakı xarici valyuta hesablarına vəsaitlər sərbəst 

şə

kildə mədaxil edilə bilər. 



Aşağıdakı  mənbələrdən  daxil  olan  vəsaitlərin  mədaxil  edilməsi  üçün 

xüsusi şərtlərə əməl edilməlidir:  

1. Azərbaycan  Respublikasının  ərazisində  mal  satılmasından  və  xidmət 

göstərilməsindən  əldə  edilmiş  vəsaitlər;  Bu  hallarda,  Azərbaycan  Respublika-

sının  ərazisində  xarici  valyuta  ilə  mallar  satılması  və  xidmətlər  göstərilməsi 

üçün müvafiq lisenziya tələb olunur. Əgər ölkə ərazisində satılmış malların və 

ya  göstərilmiş  xidmətlərin  müqabilində  ödənilən  vəsaitlər  respublika  kəna-

rından köçürülərsə, belə daxilolmalara yol verilir. 

2. Rezidentlər tərəfindən ixrac edilən malların, işlərin, xidmətlərin (bun-

dan sonra, "mallar") müqabilində qeyri-rezidentlər tərəfindən rezidentlərə nağd 

şə

kildə ödənişlər; Bu hallarda aşağıdakı tələblərə əməl edilməlidir: müqavilədə, 



kontraktda  və  ya  bu  əqdi  təsdiq  edən  digər  razılaşma  sənədlərində  (bundan 

sonra,  “müqavilə”)  ödənişin  nağd  hesablaşma  yolu  ilə  aparılması  nəzərdə 

tutulmalıdır;  vəsaitlər  yalnız  malı  alan  qeyri-rezidentdən  və  ya  həmin  qeyri-

rezident tərəfindən müvafiq surətdə müvəkkil edilmiş fiziki şəxsdən qəbul edil-

məlidir;  qeyri-rezidentlər  (qeyri-rezident  tərəfindən  müvəkkil  edilmiş  fiziki 

şə

xs)  tərəfindən  əvvəlcədən  respublikaya  gətirilmiş  xarici  valyuta  vəsaitləri 



gömrük orqanlarında bəyan edilməlidir. Vəsaitlər ölkəyə gətirilməsi və gömrük 

orqanlarında bəyan edilməsi tarixindən 10 gün müddətində rezidentin kassasına 

mədaxil edilməlidir; rezidentlər vəsaitləri xəzinələrinə qəbul etdikdən sonra 2 iş 

günü ərzində bankdakı hesabına mədaxil etməlidir. 

 Banklar vəsaitləri qəbul edərkən aşağıdakı sənədləri tələb etməlidir: 

1. ixrac müqaviləsinin əsli; 

2. mədaxil-kassa orderinin surəti; 

3. vəsaitlərin nağd şəkildə respublikaya gətirilməsini təsdiqləyən gömrük 

sənədləri; 

4. qeyri-rezident tərəfindən müvəkkil edilmiş fiziki şəxs olan nümayən-

dənin səlahiyyətlərini təsdiq edən vəkalətnamə; 



 

 

333



5. valyuta  gətirilən  ölkənin  müvafiq  bank  və  ya  digər  kredit  təşkilatı 

tərəfindən bu vəsaitin ona nağd şəkildə verilməsini təsdiq edən sənəd (vəsaitin 

məbləği 50 min ABŞ dolları ekvivalentindən artıq olduqda).  

Sənədlərin  düzgün  tərtib  olunması  yoxlanıldıqdan  sonra  bank  vəsaitləri 

rezidentdən qəbul edir və həmin sənədlərin surətlərini özündə saxlayır. Vəsait-

lərin  respublikaya  gətirilməsini  sübut  edən  gömrük  sənədlərinin  və  valyuta 

qətirilən ölkənin müvafiq bank və ya digər kredit təşkilatı tərəfindən bu vəsaitin 

nağd şəkildə verilməsini təsdiq edən sənədin əsli, həmin sənədlər son icra edən 

bankda saxlanmalıdır. Əgər gömrük bəyannaməsi və arayış tamamilə icra olun-

mursa bank bu sənədlərin üzərində müvafiq qeyd aparır və surətlərini özündə 

saxlayır.  

 

Rezidentlərin hesablarından köçürmələr  

Azərbaycan  Respublikasının  rezidentlərinin  hesablarından  vəsaitlər 

aşağıdakı istiqamətlərdə köçürülə bilər:  

Respublika daxilində: 

1.  respublikaya  idxal  olunan  və  respublika  daxilində  satılan  malların, 

həmçinin respublikada göstərilən və ya respublikaya idxal olunan (rezidentlərin 

xeyrinə  ölkə xaricində  göstərilən) xidmətlərin müqabilində digər  rezidentlərin 

və ya qeyri-rezidentlərin Azərbaycan Respublikasının ərazisində yerləşən filial-

larının,  nümayəndəliklərinin,  digər  ayrıca  bölmələrinin  və  ya  qeyri-rezident 

tərəfindən  müvəkkil  edilmiş  hər  hansı  bir  şəxsin  xeyrinə  ünvanlanmış  köçür-

mələr; 


2.  Azərbaycan  Respublikasının  digər  rezidentlərinin  nizamnamə  kapita-

lında iştirakı; 

3.  qrant, ianə, sosial yardım və sponsorluq; 

4.  kreditlərin və kredit faizlərinın ödənilməsi üçün; 

5.  müvəkkil banklarda depozitlərin yerləşdirilməsi üçün; 

6.  manata və ya digər valyutalara konvertasiya olunmaq üçün;  

7.  rezidentin  respublika  daxilində  yerləşən  filial  və  nümayandəliklərinə, 

digər ayrıca bölmələrinə, tabelikdə olan müəssisələrə ünvanlanmış və ya həmin 

müəssisələrdən baş idarələrinə məqsədlənmiş köçürmələr (baş idarənin müva-

fiq qərarı olduğu halda);  

8.  təsisçilərə dividendlərin ödənilməsi üçün; 

9.  rezidentin özünün digər müvəkkil banklarda olan valyuta hesablarına 

köçürmələr. 

Respublikadan kənara: 

1)  idxal  müqaviləsi  üzrə  respublikaya  gətirilən  malların,  həmçinin  res-

publikada göstərilən və ya respublikaya idxal olunan xidmətlərin müqabilində 

köçürülən vəsaitlər. Bu hallarda ödəniş aşağıdakı üsullarla aparıla bilər: 

Avans ödənişləri. Avans yolu ilə ödənişlər əməliyyatın eyniləşdirilməsini 

təmin  edən  sənədlər  (müqavilə,  proforma–invoys,  ödəniş  sənədləri,  sifariş  və 

sair sənədlər) əsasında aparılır. 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə