Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə161/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   157   158   159   160   161   162   163   164   ...   230

 

 

338



Banklar vəsaitləri qəbul edərkən aşağıdakı sənədləri tələb etməlidir: ixrac 

müqavilələrinin əsli; mədaxil-kassa orderinin surəti;vəsaitlərin nağd şəkildə res-

publikaya  gətirilməsini təsdiqləyən  gömrük sənədləri;  - qeyri-rezident tərəfin-

dən  müvəkkil  edilmiş  fiziki  şəxs  olan  nümayəndənin  səlahiyyətlərini  təsdiq 

edən vəkalətnamə; - valyuta qətirilən ölkənin müvafiq bank və ya digər kredit 

təşkilatı tərəfindən bu vəsaitin ona nağd şəkildə verilməsini təsdiq edən arayış 

(vəsaitin məbləği 50.000 (əlli min ABŞ dolları ekvivalentindən artıq olduqda). 

Sənədlərin  düzgün  tərtib  olunması  yoxlanıldıqdan  sonra  bank  vəsaitləri 

qeyri-rezidentdən  qəbul  edir  və  həmin  sənədlərin  surətlərini  özündə  saxlayır. 

Vəsaitlərin  respublikaya  gətirilməsini  sübut  edən  gömrük  sənədlərinin  və 

valyuta qətirilən ölkənin müvafiq bank və ya digər kredit təşkilatı tərəfindən bu 

vəsaitin nağd şəkildə verilməsini təsdiq edən sənədin əsli son icra edən bankda 

saxlanmalıdır.  Əgər  gömrük  bəyannaməsi  və  arayış  tamamilə  icra  olunmursa 

bank bu sənədlərin əslində müvafiq qeyd aparır və surətlərini özündə saxlayır. 

  Azərbaycan Respublikası qeyri-rezidentlərinin hesablarından köçürmələr.  

Respublika daxilində: 

1)  respublikaya  idxal  olunan  və  respublika  daxilində  satılan  malların, 

həmçinin respublikada göstərilən və ya respublikaya idxal olunan (Azərbaycan 

Respublikası ərazisində təsərrüfat fəaliyyəti ilə məşğul olan qeyri-rezidentlərin 

xeyrinə  ölkə xaricində  göstərilən) xidmətlərin müqabilində digər  rezidentlərin 

və  ya  qeyri-rezidentlərin  Azərbaycan  Respublikasının  ərazisində  yerləşən 

filiallarının, nümayəndəliklərinin və ya qeyri-rezident tərəfindən müvəkkil edil-

miş hər hansı bir şəxsin xeyrinə ünvanlanmış köçürmələr; 

2)  Azərbaycan  Respublikasının  rezidentlərinin  nizamnamə  kapitalında 

iştirak; 

3) qrant, ianə, sosial yardım və sponsorluq; 

4) kreditlərin və kredit faizlərinın ödənilməsi üçün; 

5) müvəkkil banklarda depozitlərin yerləşdirilməsi üçün; 

6) manata və ya digər valyutalara konvertasiya olunmaq üçün;  

7) qeyri-rezidentin respublika daxilində yerləşən filial və nümayandəlik-

lərinə, digər ayrıca bölmələrinə, tabelikdə olan müəssisələrinə ünvanlanmış və 

ya  həmin  müəssisələrdən  baş  idarələrinə  məqsədlənmiş  köçürmələr  (baş 

idarənin müvafiq qərarı olduğu halda); Belə köçürmələr malların (işlərin, xid-

mətlərin)  satılması  müqabilində  icra  edilərsə,  bu  Qaydaların  3.2.1.a.  yarım-

bəndinin tənzimlənmə dairəsinə aid edilir.  

8) təsisçilərə dividendlərin ödənilməsi üçün; 

9) qeyri-rezidentin özünün digər müvəkkil banklarda olan valyuta hesab-

larına köçürmələr; 



Respublikadan kənara: 

1) idxal müqavilələri üzrə respublikaya ğətirilən malların (işlərin, xidmət-

lərin),  həmcinin  respublikada  ğöstərilən  və  ya  idxal  olunan  xidmətlərin  mü-



 

 

339



qabilində köcürülən vəsaitlər. Bu əməliyyatlar aşağıda göstərildiyi kimi aparıla 

bilər: 


 -  avans  ödə

nişləri;  Avans  yolu  ilə  ödənişlər  əməliyyatın  eyniləşdiril-

məsini  təmin  edən  sənədlər  (müqavilə,  proforma–invoys,  ödəniş  sənədləri, 

sifariş və sair sənədlər) əsasında aparılır.  

 -  mallar  idxal  edildikdə

n  və  ya  xidmətlər  göstərildikdən  sonra;  Bu 

halda  köçürmələr  icra  edilərkən,  idxal  müqavilələrinin  və  gömrük  bəyan-

naməsinin əslində (üz tərəfində) ödənişin həyata keçirilməsi barədə qeyd apa-

rılır, qeydiyyat bankın məsul işçisinin imzası, ştampı ilə təsdiq edilir və həmin 

sənədlərin  surətləri  bankda  saxlanılır.  Ödəniş  işlərin  görülməsi,  xidmətlərin 

göstərilməsi  ilə  əlaqədar  olduqda,  banka,  idxal  gömrük  bəyannaməsinin  əvə-

zinə işin görülməsini, xidmətin göstərilməsini təsdiq edən sənəd təqdim olun-

malıdır. 

dxal  müqavilələri  üzrə  malın  (işin,  xidmətin)  dəyərini  yalnız  malı  alan 

(iş görən, xidmət göstərən) təşkilat ödəyə bilər.  dxal müqavilələrinin dəyərinin 

üçüncü  şəxs  tərəfindən  ödənilməsinə  Mərkəzi  Bankın  fərdi  icazəsi  ilə  yol 

verilir. Müqavilədə mal göndərənə (iş görənə, xidmət göstərənə) ödəniləcək və-

saitlərin  üçüncü  şəxsin  bank  hesabına  ödənilməsi  nəzərdə  tutularsa,  belə 

ödənişlər icra edilə bilər; 

2) xarici banklardan cəlb edilmiş kreditlərin və kredit faizlərinin ödənil-

məsinə  yönəldilmiş  köçürmələr;  Bu  hallarda  qeyri-rezidentlər  kredit  mü-

qaviləsini, həmin vəsaitin ölkə daxilində istifadəsini və ya bu vəsaitlər hesabına 

alınmış malların və xidmətlərin idxal olunmasını təsdiq edən sənədlərin əslini 

banka  təqdim  etməklə  ödənişləri  apara  bilər.  Köçürmə  həyata  keçirildikdən 

sonra sənədlərin surətləri bankda saxlanılmalıdır. Əgər kredit ölkədən kənarda 

istifadə  olunubsa,  həmin  kreditin  və  ya  kredit  faizlərinin  ödənilməsi  üçün 

Mərkəzi Bankın fərdi icazəsi tələb olunur. 

3) xarici müəssisə və təşkilatlardan cəlb olunmuş maliyyə yardımlarının, 

digər borcalmaların və onlar üzrə faizlərin ödənilməsinə yönəldilmiş köçürmə-

lər;  Bu  hallarda  rezidentlər  Qaydaların  3.2.2ç  yarımbəndində  göstərilən 

sənədləri  banka  təqdim  edilməklə  ödənişləri  apara  bilər.  Köçürmə  həyata  ke-

çirildikdən  sonra  sənədlərin  surətləri  bankda  saxlanılmalıdır.  Əgər  cəlb  olun-

muş maliyyə yardımları, digər borcalmalar ölkədən kənarda istifadə olunubsa, 

həmin  borcların  və  ya  onlar  üzrə  faizlərin  ödənilməsi  üçün  Mərkəzi  Bankın 

fərdi icazəsi tələb olunur. 

4)  əvvəllər  Azərbaycan  Respublikasına  köçürülmüş  xarici  valyuta 

vəsaitləri; Bu halda ödəniş, pul vəsaitinin həmin qeyri-rezidentin hesabına əv-

vəllər  köçürülməsini  sübut  edən  bank  hesabından  çıxarış  təqdim  edilməklə 

maneəsiz  icra  edilə  bilər.  Vəsaitlərin  qeyri-rezidentin  hesabına  xaricdən  və 

ə

ksinə  köçürülməsi  məqsədi  bu  Qaydaların  3.2.2.  a,  b,  c,  e  yarımbəndlərinin 



tənzimlənmə  obyektidirsə,  onda  ödənişlər  həmin  yarımbəndlərin  tələblərinə 

ə

məl edilməklə aparılmalıdır.  




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə