Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə162/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   158   159   160   161   162   163   164   165   ...   230

 

 

340



5) əvvələr Azərbaycan Respublikasına nağd şəkildə qətirilmiş xarici val-

yuta  vəsaitləri;  ödənişin  icrası  üçün  müvəkkil  banka  nağd  şəkildə  qətirilmiş 

xarici  valyuta  vəsaitinin  məbləği  10  (on)  min  ABŞ  dolları  ekvivalentinədək 

olduqda  "Sərnişin  gömrük  bəyannaməsi",  10  (on)  min  ABŞ  dolları  ekviva-

lentindən artıq olduqda "Sərnişin gömrük bəyannaməsi" və "Gömrük vəsiqəsi", 

eyni  zamanda,  fiziki  şəxsin  Azərbaycan  Respublikasına  daxil  olmasını  təsdiq 

edən viza qeydiyyatı olan (viza rejimi tətbiq edilən ölkədən gətirilərsə) pasportu 

təqdim edilməlidir. Əvvəllər nağd şəkildə gətirilmlş xarici valyuta vəsaitlərinin 

məbləği  50  (əlli)  min  ABŞ  dolları  ekvivalentindən  artıq  olarsa,  əlavə  olaraq 

valyuta gətirilən ölkənin müvafiq bank və ya digər kredit təşkilatı tərəfindən bu 

vəsaitin  ona  nağd  şəkildə  verilməsini  təsdiq  edən  sənədlər  (bank  hesabından 

çıxarış,kassa  qəbzləri  və  s.)  təqdim  edilməlidir.  Təqdim  edilmiş  sənədlərin 

ə

slində (üz tərəfində) ödənişin həyata keçirilməsi barədə bankın məsul işçisinin 



imzası  və  ştampı  ilə  təsdiq  edilmiş  qeydiyyat  aparıldıqdan  sonra,  onların  və 

viza qeydiyyatının surəti bankda saxlanılır. 

 6) respublika iqtisadiyyatına qoyulmuş xariçi investisiyaların repatriasi-

yası;  Xariçi  investisiya  anlayışı  altında  " nvestisiya  fəalyyəti  haqqında"  və 

"Xariçi  investisiyanın  qorunması  haqqında"  Azərbaycan  Respublikasının 

qanunlarında nəzərdə tutulmuş fəalyyət başa düşülür. 

Xariçi investisiyalar təsdiqləyıci sənədləri təqdim etmək şərti ilə (vəsait-

lərin  nağd  şəkildə  respublikaya  gətirilməsini  sübut  edən  gömrük  sənədləri, 

valyuta qətirilən ölkənin müvafiq bank və ya digər kredit təşkilatı tərəfindən bu 

vəsaitin ona nağd şəkildə verilməsini təsdiq edən arayış 50.000 (əlli min) ABŞ 

dolları ekvivalentindən çox olduqda) və ya vəsaitlərin respublikaya köçürülmə-

sini sübut edən şəxsi hesabdan  cıxarış və həmin vəsaitlərin müxtəlif fəaliyyət 

növləri  obyektlərinə  qoyulması  barədə  təsdiqləyici  sənəd),  sərbəst  şəkildə 

repatriasiya  edilə bilər.  Bundan  əlavə, müvafiq vergiləri və  rüsumları  ödədik-

dən sonra xariçi investorların investisiya ilə əlaqədar qanuni əsaslarla əldə et-

dikləri  gəlirləri  və  başqa  məbləğləri,  o  çümlədən  kompensasiyaları  və  zərərin 

ödənilməsi məbləğlərini xariçə köcurməsinə içazə verilir. Vergilərin ödənilməsi 

faktı vergi orqanlarının və agentlərinin müvafiq arayışı ilə təsdiq edilməlidir. 

7)  Azərbaycan  Respublikasında  əldə  edilmiş  əməkhaqqının,  dividend-

lərin və digər gəlirlərin köcürməsi; Bu halda banka aşağıdakı sənədlər təqdim 

edilməlidir: 

-  fiziki  şəxs  qeyri-rezidentlər  dividendləri,  faiz  gəlirlərini,  əməkhaqqını 

və ona bərabər tutulan digər gəlirlərini köçürərkən həmin vəsaitlər uzrə ödəmə 

mənbəyində vergilərin tutulması barədə arayış.  

 -  bütün  digər  hallarda  əməliyyat  üzrə  vergilərinin  ödənilməsi  barədə 

vergi orqanlarının və ya agentlərinin arayışı.  

8) digər məqsədlərlə: 

− 

beynəlxalq  təşkilatlarda,  konfranslarda,  sərgilərdə,  şüarlarda  iştirak 



haqları;  


 

 

341



− 

xarici ölkələrin dövri nəşrlərinə yazılış haqları; elanların yerləşdiril-

məsi haqları;  

− 

güvvədə  olan  qanunvericiliyə  əsasən  respublika  kənarına  ödənilən 



vergilər, rüsumlar və cərimələr; 

− 

təhsil,  müalicə  haqlarının  ödənilməsi  və  bu  məqsədlərlə  respublika 



vətəndaşlarına göstərilmiş maddi yardım üçün köçürmələr; 

− 

müəlliflik hüquqlarından istifadə haqlarının və françayzinqin ödənil-



məsi üçün köçürmələr.  

Bu  hallarda  ödənişin  məqsədini  və  məbləğini  təsdiqləyən  müqavilələr, 

arayışlar, invoys və ya digər təsdiqedici sənədlərin əsli müvəkkil banka təqdim 

edilir,  müvəkkil  bank  təqdim  olunmuş  sənədlərin  əməliyyatın  elan  edilmiş 

məqsədini əsaslandırdığına əmin olarsa, onları məqbul sayarsa və ümumiyyətlə, 

ə

məliyyatın sağlam xarakteri şübhə doğurmazsa ödənişi icra edə bilər. Təqdim 



edilmiş sənədlərin üzərində bankın qeydiyyatı aparıldıqdan sonra surəti bankda 

saxlanılır.  

9)  şəxsi  məqsədlər  üçün  xırda  köçürmələr;  Hər  bir  qeyri-rezident  fiziki 

şə

xs müvəkkil banklardakı hesabları vasitəsilə bir əməliyyat günü ərzində 1000 



(bir  min)  ABŞ  dolları  ekvivalentinədək  məbləğdə  xarici  valyutanı  ödənişin 

məqsədi göstərilməklə sərbəst şəkildə ölkədən xaricə köçürə bilər. 



Qeyri-rezidentlər  müvəkkil  banklardakı  hesablarından  xarici  valyuta 

vəsaitlərini nağd şəkildə maneəsiz çıxara bilərlər. 

 

Hesab açmadan fiziki şəxslər tərəfindən müvəkkil banklar vasitəsilə 

xarici valyuta əməliyyatlarının aparılması  

Rеzidеnt fiziki şəxslərin хеyrinə Azərbaycan Respublikasındаn kənardan 

аşаğ

ıdаkı mənbələrdən хаrici vаlyutа köçürmələri müvəkkil bаnklаr vаsitəsilə 



bаnk hеsаbı аçılmаdаn məhdudiyyətsiz məbləğdə qəbul еdilə bilər: 

1.  Fiziki şəxsin özü tərəfindən; 

2.  Qеyri-rеzidеnt fiziki şəxs tərəfindən; 

3.  Digər rеzidеnt-fiziki şəxs tərfindən. 

Rеzidеnt  və  qeyri-rezident  fiziki  şəxslər  1000  (bir  min)  АBŞ  dоllаrı 

е

kvivаlentinədək məbləğdə хаrici vаlyutа vəsаitlərini hеsаb аçmаdаn müvəkkil 



bаnklаr vаsitəsilə xaricə köçürə bilər. Müəyyən оlunmuş limit çərçivəsində hər 

bir rеzidеnt və qeyri-rezident fiziki şəxs tərəfindən bir əməliyyаt günü ərzində 

bir bеlə köçürmə icrа еdilə bilər. 

Qеyri-rеzidеnt  fiziki  şəxslərin  хеyrinə  Azərbaycan  Respublikasınа 

ха

ricdən  vаlyutа  köçürmələri  müvəkkil  bаnklаr  vаsitəsilə  bаnk  hеsаbı  аçıl-



mаdаn məhdudiyyətsiz məbləğdə icra еdilə bilər. 

Xaricdən Аzərbаycаn Rеspubliкаsınа fiziki şəxslərin xeyrinə köçürülmüş 

vаlyutа  vəsаitləri  bu  Qаydаlаrın  şərtlərinə  əməl  еdilməкlə  bаnk  hеsаbı  аçıl-

mаdаn:  


- nаqd şəkildə vеrilə bilər; 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə