Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə163/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   159   160   161   162   163   164   165   166   ...   230

 

 

342



-  köçürmə  ünvаnlаnаn  şəхsin  tаpşırıqı  ilə  оnun  müvəkkil  bаnkdаkı 

hеsаbınа mədаxil еdilə bilər.  

Müvəkkil bankda hesab açmadan xarici valyutanın Azərbaycan Respubli-

kasından  köçürülməsi  ərizəsində  (Əlavə  2),  habelə,  Azərbaycan  Respublikası 

ə

razisinə köçürülmüş хаrici valyutanın nаğd çıxarılması və yа bаnk hesabına kö-



çürülməsi üçün ərizədə aşağıdakı məlumatlar əks olunmalıdır: ödənişi icra edən 

şə

xsin  adı,  аtаsının  аdı,  soyadı,  şəxsiyyəti  təsdiq  edən  sənədin  аdı,  sеriya  və 



nömrəsi,  kim  tərəfindən  və  nə  vaxt  verilməsi  (vəsаitlər  Azərbaycan  Respubli-

kasından  kənarа  köçürüldükdə);  ödənişin  ünvаnlаndığı  şəxsin  аdı,  аtаsının  аdı, 

soyadı, ünvаnı, şəxsiyyətini təsdiq edən sənəd barədə tam məlumat (Azərbaycan 

Respublikasınа  daxil  оlmuş  vəsаitlər  nаğd  çıxаrıldıqda  və  yа  bаnk  hеsаbınа 

köçürüldükdə); köçürmənin məbləği və məqsədi; tаrix və fiziki şəxsin imzаsı. 

Müvəkkil bаnkdа hеsab аçmаdаn хаrici vаlyutаnın Аzərbаycаn Rеspub-

liкаsındаn köçürülməsi, hаbelə Аzərbаycаn Rеspubliкаsınа köçürülmüş хаrici 

vаlyutаnın  nаğd  şəkildə  çıхаrılmаsı  (və  yа  bаnk  hеsаbınа  köçürülməsi)  üçün 

fiziki şəxslər tərəfindən müvəkkil bаnklаrа pаspоrt və yа şəxsiyyəti təsdiq edən 

digər sənəd təqdim edilməlidir. 

Ə

məliyyatlar  fiziki  şəxsin  nümayəndəsi  tərəfindən  icra  edilərsə,  mü-



vəkkil  banka  şəxsiyyəti  təsdiq  edən  sənədlə  yаnаşı,  qanunvericiliyə  müvafiq 

qаydаdа tərtib edilmiş vəkalətnamə təqdim olunmalıdır. 

Müvəkkil bаnklаr fiziki şəxslərdən, öz daxili prоsеdurаlаrınа əsаsən, kö-

çürmələrin sаğlаm xаrаktеrini təsdiq еdən əlаvə məlumаtlаr tələb еdə bilər. 

Fiziki şəxslər tərəfindən yuxаrıdа müəyyən оlunmuş tələblərə cаvаb vеr-

məyən  sənədlər  təqdim  оlunduqdа,  müvаfiq  surətdə  tələb  оlunаn  sənədlər 

təqdim еdilmədikdə müvəkkil bаnk əməliyyаtı icrа еtmir. 

Müvəkkil bаnkdа hеsаb аçmаdаn хаrici vаlyutаnın Azərbaycan Respub-

likasındаn köçürülməsi ərizəsində (ödəniş tаpşırığındа) və Azərbaycan Respub-

likası  ərаzisinə  köçürülmüş  хаrici  vаlyutаnın  nаğd  çıхаrılmаsı  üçün  sifаrişdə 

fiziki şəxs tərəfindən  əməliyyatın sаhibkаrlıq  fəаliyyəti ilə  əlаqədаr  оlmаmаsı 

bаrədə qeyd olmalıdır. Hesab açılmadan əməliyyatların aparılmasi üçün təqdim 

edilmiş bütün sənədlərin surəti müvəkkil bankda saxlanmalıdır. 

 

Konvertasiya əməliyyatlarının rejimi  

Rezident  və  qeyri-rezidentlər  hesablarındakı  vəsaitlərini  müvəkkil 

banklar vasitəsi ilə məhdudiyyət qoyulmadan konvertasiya edə bilərlər. 

Rezident  və  qeyri-rezidentlər  nağd  xarici  valyuta  vəsaitlərini  müvəkkil 

bankların tabeliyində fəaliyyət göstərən mübadilə məntəqələri vasitəsi ilə kon-

vertasiya edə bilərlər. 

Rezident  və  qeyri-rezidentlər  xarici  valyutanın  müvəkkil  banklar 

vasitəsilə  alınması  üçün,  banka  valyutanın  alınması  məqsədini  bəyan  etməklə 

sifariş (Əlavə 3) təqdim etməlidir.  



 

 

343



Konvertasiya  əməliyyatlarına  görə  komisyon  haqları  sifarişçi  və  bankın 

qarşılıqlı razılığı əsasında müəyyən edilir. 

 

Mərkəzi Bankın fərdi icazələrinin alınması  

Mərkəzi Bankın fərdi icazələri tələb olunan hallarda aşağıdakı prosedur-

lara əməl edilməlidir: 

1.  rezident  və  qeyri-rezidentlər  əməliyyatın  xarakterini  açıqlayan  bütün 

təsdiqləyici sənədləri təqdim etməklə müvəkkil banka müraciət edir; 

2. müvəkkil bank öz növbəsində əməliyyatın sağlam xarakter daşıdığını 

araşdırır  və  buna  əmin  olduqdan  sonra  bütün  təsdiqləyici  sənədləri  təqdim 

edərək Mərkəzi Bankı qarşısında vəsadət qaldırır. 

3. Mərkəzi Bank 10 iş günü müddətində müvəkkil bankın vəsatətinə ba-

xaraq,  əməliyyat  sağlam  xarakter  daşıdığı  halda  onun  icrası  üçün  icazə  verə 

bilər.  Təqdim  edilmiş  sənədlər  əməliyyatın  sağlamlığını  tam  əsaslandırmırsa 

Mərkəzi  Bank  əlavə  sənədlərin  təqdim  olunmasını  tələb  edə  bilər.  Əlavə  sə-

nədlər  təqdim  olunduqdan  sonra  10  iş  günü  müddətində  Mərkəzi  Bank  mü-

vəkkil bankın vəsaitinə öz rəyini bildirir.  

  

Müvəkkil  bankların  valyuta  nəzarəti  agenti  funksiyalarını  yerinə 

yetirməsi 

 Azərbaycan  Respublikasının  müvəkkil  bankları  valyuta  nəzarəti  agenti 

olaraq,  səlahiyyətləri  çərçivəsində  Azərbaycan  Respublikasının  rezident  və 

qeyri-rezidentləri tərəfindən həyata keçirilən valyuta əməliyyatlarının mövcud 

qanunvericiliyin,  o  cümlədən  Mərkəzi  Bankın  normativ  xarakterli  aktlarının 

tələblərinə  cavab  verməsinə  nəzarət  edirlər.  Bu  Qaydalarla  rezident  və  qeyri-

rezidentlər  tərəfindən  aparılan  xarici  valyuta  əməliyyatlarının  sağlam  xarak-

terini təsdiqləmək üçün nəzərdə tutulmuş sənədlər minimum tələbləri müəyyən 

edir.  Müvəkkil  banklar,  daxili  prosedur  qaydalarına  əsasən  və  öz  mülahi-

zələrinə  görə,  zəruri  hallarda  müştərilərdən  əməliyyatların  sağlam  xarakterini 

təsdiqləyən  əlavə  sənədlər  tələb  edə  bilər.  Müvəkkil  banklar  beynəlxalq  təc-

rübəyə  əsaslanaraq  cinayətkarlıq  yolu  ilə  əldə  edilmiş  gəlirlərin  leqallaşdı-

rılması  üçün  bank  sistemindən  istifadə  edilməsinin  qanunvericiliyə  müvafiq 

surətdə  qarşısının  alınmasının  ümumi  mexanizmini  və  bu  sahədə  bankın 

siyasətinin əsas istiqamətlərini müəyyən etməlidirlər. 

Müvəkkil banklar cinayətkarlıq yolu ilə əldə edilmiş çirkli pulların yuyul-

ması məqsədləri ilə transmilli əməliyyatlardan istifadə edilməsinin qanunverici-

liyə  müvafiq  surətdə  qarşısını  almaq  üçün  müştərilərinin  əməliyyatlarının 

sağlam xarakterinə əmin olmalıdır. 

Müvəkkil banklar xidmət etdiyi rezident və qeyri-rezudent müştərilərini 

bu Qaydaların tələbləri ilə tanış etməli və onlara bu sahədə hüquq pozuntusuna 

yol  verilən  şəxslərə  qarşı  qanunvericilikdə  nəzərdə  tutulmuş  məsuliyyət  təd-

birləri haqqında məlumat verməlidirlər.  




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə