Microsoft Word zahid -ders vesaiti docx


X FƏS L. BANKLARDA MARKET NQ



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə164/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   160   161   162   163   164   165   166   167   ...   230

 

 

344



X FƏS L. BANKLARDA MARKET NQ  

PLANI VƏ MAL YYƏ- NTERNET X DMƏTLƏR  

 

 

10.1. Bankın marketinq planı 

 

Marketinq  planında  bankın  optimal  proqnozlaşdırılmış  gəliri,  müştəri-

lərin sayı və bazarda hədəflənən biznes istiqamətləri tam açıqlanmış faktiki sü-

butlarla əsaslandırılır.  

Bank məhsullarının inkişafina dair strategiyada aşağıdakı əsas məsələlər 

şə

rh olunur: 



1) Planlaşdırılan  məhsullar.  Planlaşdırılan  məhsulların  və  xidmətlərin 

ümumi təsviri verilir. Bankın ikinci dərəcəli və ya möhtəkirlik əməliyyatları, o 

cümlədən aztəminatlı kreditlərin verilməsi planları əks olunur. 

2) Məhsul  və  xidmətlərin  təklifi.  Bankın  gələcək  ən  azı  3  il  ərzində  öz 

məhsullarının  və  xidmətlərinin  müştərilərə  təklif  üsulları  və  hər  bir  məhsulun 

təqdim edilməsi ilə bağlı müddətlər və xərclər göstərilir. Məsələn, bank hər il 

yeni  bir  filial  və  ya  yeni  xidmət  məntəqəsi  açır  və  bu  filialın  açılışı  ilə  bağlı 

xərclər  50  mln  manat  təşkil  edir,  bazarda  yeni  növ  fəaliyyətdə  iştirak  etmək 

üçün banka yeni əməkdaşların işə qəbul edilməsi və yeni avadanlığın alınması 

üçün 70 mln. manat tələb olunur və sair.  

3)  kincidərəcəli bazarlarda fəaliyyət, (iri (sindikativ) kreditlərin verilmə-

sində iştirak və kreditlərin qiymətli kağızlarla maliyyələşdirilməsi (sekyuritiza-

siyası)). Bankın hər hansı ikincidərəcəli bazarda (ipoteka bazarında) bank fəa-

liyyəti  ilə  məşğul  olmaq,  sindikativ  kreditlərdə  iştirak  etmək  planı  göstərilir. 

Məsələn,  kreditlərin  sekyuritizasiyası  planı  göstərilir  və  bu  fəaliyyət  növü  ilə 

bağlı  risklərin  azaldılması  üçün  hedcinq  fəaliyyəti  ilə  məşğul  olmaq  planları 

təsvir edilir.  

4) Alınacaq kreditlərin və cəlb ediləcək depozitlərin əsas mənbələri. Bu 

bəndə alınacaq kreditlərin və cəlb ediləcək depozitlərin əsas mənbələri və on-

ların  cəlb  edilməsi  üçün  istifadə  olunan  əsas  üsullar  göstərilir.  Məsələn,  bu 

məqsədlə broker və ya agent xidmətlərindən istifadə olunarsa, bu cür fəaliyyə-

tin  xarakteri  və  həcmi,  o  cümlədən  brokerlərlə  və  ya  agentlərlə  onlara  ödə-

niləcək məbləğlər və komisyon ödənişlər və ya hər hansı digər formada ödəniş-

lər haqqında müqavilələr təfsilatı ilə şərh edilir. 

5) Funksiyaların kənar podratçılara həvalə edilməsi. Bankın öz tərəfindən 

yerinə  yetiriləcək  və  kənar  podratçılara  həvalə  olunacaq  funksiya  dəqiq-

ləşdirilir.  Üçüncü  şəxsə  həvalə  edilmiş  funksiyaların  yerinə  yetirilməsinə  və 

həmin  şəxslə  bağlanmış  müqaviləyə  əməl  edilməsinə  Müşahidə  Şurası  tərə-

findən  necə  nəzarət  olunacağı  göstərilir.  Məsələn,  bank  T  şirkətinin  xidmət-

lərindən  istifadə  etməyi  qərara  alır.  Bu  plana  T  şirkətinə  ödənişlər,  onun 

müqaviləyə riayət etməsinə nəzarət, texniki yardım və sair daxil edilir. 



 

 

345



Bazar seqmentinin təhlilində ən azı aşağıdakı əsas istiqamət üzrə məsələ-

lər şərh olunur: 

1) Hədəfə alınan bazar seqmentinin təsviri. Bazarın seçimi keçmişdə mü-

ş

ahidə  olunmuş  meyillərə,  gələcək  proqnozlara,  xidmət  olunmayan  bazarın 



təhlilinə,  bazar  tədqiqatlarına,  digər  bazar  iştirakçılarının  təcrübəsinə  və 

sairlərinə  əsaslanır.  Məsələn;  bank  əsas  diqqətini  məzunlara  yönəltməyi,  yəni 

təhsili  davam  etdirmək  üçün  və  ya  ilkin  biznes  fəaliyyətinə  başlamaq  üçün 

kreditlər verməyi qərara alır. Bu növ bazar seqmentində iştirak etmək üçün fak-

tiki  köməklik  digər  banklar  tərəfindən  bu  növ  müştərilərin  kreditləşməsi 

təcrübəsinin öyrənilməsi ola bilər. 

2) Hədəfə  alınan  bazar  seqmentində  əhalinin  demoqrafik  vəziyyətinin 

müzakirəsi.  Hədəfə  alınan  bazar  seqmentində  əhalinin  demoqrafik  vəziyyəti 

müzakirə edilir: məsələn, yaş, təhsil və məşğuliyyət növü. Hədəfə alınan bazar 

seqmentinin  qiymətləndirməsini  əsaslandırmaq  üçün  təhlilə  demoqrafik, 

statistik  və  digər  məlumatlar  daxil  edilir.  Təhlilə  tələb  olunan  cədvəllər  əlavə 

edilə bilər. 

  qtisadi komponentin təhlilində əsasən aşağıdakı əsas məsələlər şərh olu-

nur: 


1)  qtisadi  proqnozun  təsviri.  Strateji  planda  ən  azı  3  il  üçün  iqtisadi 

proqnoz təsvir edilir. Strateji planda mümkün olan maksimum variantlar əhatə 

edilir  və  iqtisadi  vəziyyətin  mümkün  pisləşmə  halları  nəzərdən  keçirilir. 

Məsələn,  növbəti  ildə  iqtisadi  vəziyyətin  pisləşməsi  gözlənildiyi  halda,  bank 

xərclərini azaltmaq məqsədilə hansı tədbirlər görəcək.  

Bundan əlavə bankın inzibatçıları öz proqnozlarını əvvəlki dövrlərdə iqti-

sadi fəaliyyətin və göstəricilərin meyillərinə əsaslanaraq tərtib edə bilər. 

2) Bankın fəaliyyətinə təsir göstərə bilən hər hansı milli, regional və ya 

yerli iqtisadi amillərin təsviri. Bankın fəaliyyətinə təsir göstərə bilən hər hansı 

milli,  regional  və  ya  yerli  iqtisadi  amillər  göstərilir.  Bazarda  gözlənilən  də-

yişikliklər, bu dəyişikliklərin səbəbləri və onların banka göstərəcəyi təsir təhlil 

edilir. 


3) Bankın  maraq  ğöstərdiyi  istiqamətlərin  cari  iqtisadi  xüsusiyyətləri. 

Hədəfə  alınan  bank  xidmətlərinin,  bazar  seqmentlərinin  cari  iqtisadi  xüsusiy-

yətləri əks edilir. Məsələn, ölçüsü, gəlirliyi, coğrafi yerləşmə xüsusiyyətləri və 

sairləri. 

4)  qtisadi komponentin təhlilində bank tərəfindən təklif olunacaq məh-

sullara və xidmətlərə təsir göstərən iqtisadi amillərin təsviri. Məhsullara və xid-

mətlərə  təsir  göstərə  biləcək  iqtisadi  amillərə  xüsusi  diqqət  yetirilməlidir. 

“Fəaliyyətin təsviri” bölməsində müxtəlif bazar seqmentləri üçün müxtəlif xid-

mət növləri müəyyən edildikdə məhsullara və xidmətlərə təsir göstərə biləcək 

iqtisadi amillərin daha ətraflı təhlilinin aparılması tələb olunur. 

Rəqabətin təhlilində əsas diqqət hədəfə alınan bazar seqmentində cari və 

potensial  rəqabət  şəraitinin  şərhinə  yönəldilir.  Bu  bölmədə  oxşar  xüsusiyyətli 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə