Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə165/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   161   162   163   164   165   166   167   168   ...   230

 

 

346



bankların  fəaliyyətini  təhlil  etmək  və  müzakirə  etmək  daha  məqsədəuyğun 

sayılır.  

Rəqabətin təhlili aşağıdakı suallara cavab tapmaq üçün həyata keçirilir: 

1)  Bazar seqmentinin əsas iqtisadi xüsusiyyətləri hansılardır? 

1.1.Bazar seqmentinin həcmi; 

1.2. Rəqabətin əhatə sahəsi: yerli, regional, milli; 

 1.3.Bazar  seqmentinin  artım  dərəcəsi  və  inkişaf  mərhələsi  (məsələn, 

ilkin inkişaf, sürətli inkişaf və yüksəliş, ilkin yetkinlik, yetkinliyin son dövrləri, 

durğunluq və köhnəlmə, pisləşmə və tənəzzül); 

1.4. Rəqiblərin sayı və onların bazarın həcmində nisbi payı (məsələn, hər 

hansı bir sahədə çoxlu sayda kiçik banklar üstünlük təşkil edir və ya orada bir 

neçə iri bank cəmləşmişdir və onlar üstünlük təşkil edir). 

2)  Rəqiblər kimlərdir və onlar nə dərəcədə güclüdür?  

2.1.Banklar  arasında  rəqabət  (məsələn,  kreditlərdəki,  depozitlərdəki 

xüsusi çəkisi və s.);  

2.2. Bir maliyyə təşkilatının rəqib tərəfin müştərisini (müştərilərini) cəlb 

etmək üçün bazardakı cəhdləri; 

2.3. Yeni rəqiblərin yaranması potensialı; 

2.4.  Depozitorlar  və  kreditorlar  (irəlidə-təchizatçılar)  tərəfindən  tətbiq 

edilə  bilən  təsir  vasitələri.  Məsələn,  bank  təchizatçılarının  güclü  və  ya  zəif 

olması  təchizat  sahəsinin  (bazarın)  bazar  şəraitindən  və  onların  təchiz  etdiyi 

vəsaitin  zərurətindən  asılıdır.  Təchizatçılar  elə  şəxslər,  şirkətlər  və  banklardır 

ki, (Azərbaycan Respublikası Mərkəzi Bankı daxil olmaqla), onlar bankları de-

pozit  və  kreditlərlə  təmin  edirlər.  Hazırkı  dövrdə  təchizatçıların  banka  təsiri 

azdır,  çünki  təhcizat  sahəsindən  (bazardan)  vəsaitlərin  əldə  edilməsi  nisbətən 

asandır); 

2.5. Bank məhsullarının alıcısı tərəfindən tətbiq edilə bilən təsir. Məsələn, 

bank  məhsullarının  alıcıları  və  ya  müştərilər  bir  çox  hallarda  təsirli  vasitələrə 

malikdirlər. Ən aydın nümunə isə iri müştərilərin olması və onların bank məh-

sullarının əhəmiyyətli hissəsini almasıdır. Müştərilər nə qədər iri olarsa, onların 

bankla sövdələşməsində təsiri bir o qədər yüksək olur. 

3)  Bank sektorunda dəyişikliklərə təkan verən amillər hansılardır və bu 

amillərin təsir imkanları ? 

Bank  sektorunda  dəyişikliklərə  səbəb  olan  və  ya  təsir  edən  xüsusi 

amilləri  müəyyən  etmək  üçün  ciddi  təhlil  aparmaq  tələb  olunur.  Sektorda  ən 

üstün qüvvələr aparıcı qüvvələr hesab olunur. Bu qüvvələr sektorda və rəqabət 

şə

rtlərində hər hansı bir növ dəyişikliklərin baş verəcəyinə ən çox təsir göstərir. 



Aparıcı qüvvələrin təhlili iki mərhələdə aparılır: 

 3.1.aparıcı qüvvələrin müəyyən edilməsi; 

 3.2. Onların sektora göstərəcəkləri təsirin qiymətləndirilməsi.  

Aparıcı qüvvələr aşağıdakılara əsasən müəyyən oluna bilər:  




 

 

347



3.2.1.yeni  məhsulun  təqdim  edilməsi  (yeni  məhsulun  təqdim  edilməsi 

sektorun müştəri bazasını genişləndirə bilər); 

3.2.2. texnoloji inkişaf (texnologiyanın inkişafı sektoru mühüm dərəcədə 

dəyişə bilər, aşağı maya dəyəri ilə yeni və/və ya daha da təkmilləşdirilmiş məh-

sulların istehsalına imkan yarada bilər və sektor üçün yeni imkanlar aça bilər);  

3.3.3.  iri  bankların  bazara  daxil  olması  və  bazardan  çıxması  (əvvəllər 

yerli bankların üstünlük təşkil etdiyi bazara xarici bankların daxil olması demək 

olar ki, hər zaman rəqabət şərtlərini dəyişdirir).  

 

4)  Hansı banklar ən güclü və ya zəif mövqelərə malikdir?  



Bankların  rəqabət  üstünlüyünü  təhlil  etməkdə  məqsəd  rəqib  bankların 

bazar  mövqeyinin  öyrənilməsidir.  Bunun  üçün  oxşar  bankların  (məsələn;  ak-

tivlərin  həcminə  görə)  göstəricilərinin  müqayisə  edilməsi  üsulundan  istifadə 

edilə bilər.  

5)  Rəqiblərdən növbəti olaraq kim və hansı addımı atacaqdır? 

Bankın  ən  yaxın  rəqiblərinin  hərəkətlərinin,  tədbirlərinin  və  fəaliyyət-

lərinin  öyrənilməsi  xüsusi  əhəmiyyət  kəsb  edir.  Bank  rəqiblərinin  fəaliyyətini 

hərtərəfli  və  yaxından  öyrənmədən  və  onların  növbəti  dəfə  hansı  addımı  ata-

cağını qabaqcadan müəyyən etmədən rəqiblərini qabaqlaya bilməz. Rəqiblərin 

istifadə etdikləri strategiya və görəcəyi tədbirlər bankın öz strateji tədbirlərinə 

birbaşa  təsir  göstərən  amillər  kimi  qiymətləndirməlidir.  Bu  məlumatların  yı-

ğ

ılması prosedurları göstərilməlidir. 



6)  Uğurlu rəqabətin əsas amilləri hansılardır? 

6.1.Məhsulun yeniləşdirilməsi bacarığı; 

6.2.Aşağı maya dəyəri ilə məhsul istehsalı;  

6.3.Yüksək əmək məhsuldarlığı; 

6.4. Güclü filial şəbəkəsi;  

6.5. Yüksək keyfiyyətli informasiya sistemləri; 

 6.6. Ofislərin münasib yerlərdə yerləşməsi;  

6.7. Nəzakətli və müştərilərlə xoş rəftar edən işçilər; 

6.8. Bankın məhsulları haqqında müştərilərin məlumatlandırılması.  

7)  Mənfəətliliyin  orta  göstəricidən  yüksək  olması  nöqteyi-nəzərindən 

sektor nə dərəcədə cəlbedicidir. 

Rəqabət  təhlilinin  son  mərhələsi  ümumilikdə  sektorda  vəziyyətin  təhlil 

edilməsi və sektorun həm uzun müddət, həm də qısa müddət baxımından nisbi 

cəlbedici  olub-olmamasından  əsaslandırılmış  nəticələrin  çıxarılmasıdır.  Daha 

zəif banklar isə sektoru tərk edəcək və ya rəqiblə birləşmək və ya ona qoşulmaq 

məcburiyyətində qalacaqlar. Güclü banklar daha cəlbedici və maraqlı fəaliyyət 

növünə keçmək şansı qazanmış olurlar.  

Fəaliyyətin uğurlu olması barədə nəticə çıxararkən bankın rəhbərliyi aşa-

ğ

ıdakıları nəzərə almalıdır: 



7.1.sektorun artım potensialını; 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə