Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə167/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   163   164   165   166   167   168   169   170   ...   230

 

 

350



• Lazımi alıcının yaranması. 

Şə

bəkə iqtisadiyyatının inkişafının aşağıdakı tendensiyalarını qeyd etmək 



olar: 

•  xtisaslaşdırılmış alıcıya individual yanaşma; 

• Əsas keyfiyyət ölçüsü xidmət səviyyəsinin; 

•  nformasiya vasitəçisinin mövcud olması; 

• Rabitə  əlaqələrinin  inkişafı  məhsul  dəyərində  xərclərin  azalmasına  yol 

aşır; 


• Mövcud müəssisə və şirkətlərin strukturunun dəyişdirilməsi; 

• Biznes-proseslərin avtomatlaşdırılması. 

Hazırkı  dövrdə  şəbəkə  iqtisadiyyatına  fəaliyyətinin  effektivliyinin 

istehsalat  prosesində  informasiya  texnologiyalarının  tətbiqindən  asılı  olan 

iqtisadiyyat  sferalarını  sıx  birləşdirirlər.Informasiya  texnologiyaları  bütün 

iqtisadi  proseslərdə  onların  sürət  və  effektivliyini  artıran  “katalizator”  rolunu 

oynayır. 

“Yeni biznes” fəlsəfəsi daha çox inkişafı birbaşa olaraq internetin inkişafı 

ilə bağlı olan elektron biznesdə və elektron ticarət sxemində təcəssüm olunan 

sistemin şəbəkə prinsipi əsasında yaradılmasında özünü büruzə verir.  

“Elektron biznes” və “internet-biznes” terminlərinin bir neçə tərifi var: 

1.  nternet-biznes  –  internet  vasitəsi  ilə  xidmət  və  ya  məhsulun  satışını 

həyata keçirən və nəticə olaraq gəlirin bütün və ya müəyyən hissəsini internet 

vasitəsi ilə qazanan sahibkarlıq fəaliyyəti; 

2.  Elektron  biznes  ticarət  sövdələşmələrinin,  xidmət  və  ya  məhsul  alış-

satışının elektron variantını nəzərdə tutur; 

3.  Elektron  biznes  –  istehlakçının  “ nternet  texnologiyalar”  vasitəsi  ilə 

təmin olunan biznesin əsas funksiyası üzərində duran sistem və proseslərin bir-

ləşdirilməsi  yolu  ilə  təbəqələşdirilmiş  istehlakçı  dəyərlərinin  ödənilməsinə 

təhlükəsiz, çevik və kompleks yanaşma.  

4. Elektron biznes – təşkilatın fəaliyyətinin effektivliyi artırmaq, işgüzar 

partnyorların qarşılıqlı əlaqələrinin təmini, əlavə olunmuş dəyərin inteqral zən-

cirinin formalaşdırılması üçün təşkilatın biznes-proseslərinin yenidən formalaş-

dırılması vasitəsi ilə həyata keçirilən biznes formasıdır.  

Yəni ki, təşkilatın daxili və xarici əlaqələrinin yaradılması üçün qlobal in-

formasiya şəbəkələrinin imkanlarından istifadə edilməsi kimi bütün işgüzar fəa-

liyyət elektron biznesdir.  

Elektron biznesin inkişaf mərhələri.  

1.  Elektron  biznesin  inkişafının  birinci  mərhələsi  1994-cü  ildə  şirkətin 

ə

sas  məqsədlərində  biri  internetdə  iştirak  etməyin  olduğu  vaxtdan  başlayır.    



90-cı  illərin  əvvəllərindən  başlayaraq  bir  çox  şirkətin  rəhbərləri  dərk  etməyə 

başladılar  ki,  intenetin  əsas  mənası  heç  də  veb-səhifələrə  baxılması,  elektron 

poçtdan istifadə edilməsi deyil,yeni imkanlar daxilində işgüzar proseslərin mü-

kəmməlləşdirilməsi, xərclərin azaldılması və gəlirin artırılmasıdır.  




 

 

351



2.  kinci mərhələ 1998-ci ildə başladı. Şirkətlər internet vasitəsilə işgüzar 

ə

məliyyatlar  aparmaq  sahəsində  təcrübə  əldə  etməyə  başladılar.  Bu  zaman 



bəzən xərclər gəliri üstələyirdi. 

3.  Üçüncü  mərhələ  2000-ci  ildə  başladı.  nternetdən  geniş  istifadə  et-

məklə  biznesdən  gəlirin  əldə  olunması  üçün  iqtisadiyyatın  qlobal  olaraq  rə-

qəmsal dünyaya istiqamətləndirilməsi. 

Bu  yolla  elektron  biznesin  mənimsənilməsində  əsas  nailiyyəti  virtual 

ş

irkətlərin  internet  vasitəsi  ilə  biznes  məhsullarına  təşəbbüsü  və  onları  bü-



tünlüklə satması hesab etmək olar.  

nternetin  inkişafı  və  elekrton  biznesin  yaranması  iqtisadiyyatda  kəskin 

dəyişikliklər  yaradıb  və  iqtisadi  nəzəriyyə  və  təcrübənin  ənənəvi  vəziyyətinin 

dəyişməsinə gətirib çıxarır. Ticarət kontragentləri arasındakı məsafə  yox olur. 

Fəaliyyətin  həyata  keçirilməsi  başqa  olur  və  biznes-prosesin  xarakteristikası 

keyfiyyət və kəmiyyət dəyişikliyinə məruz qalır.  

Elektron biznes sistemi anlayışı altında elektron bazarın iştirakçıları ara-

sında  normal  qarşılıqlı  əlaqələri  təmin  edən  texnoloji  və  təşkilati  proseslərin 

kompleksi  başa  düşülür.  Elektron  biznesin  bütün  sistemlərini  əsas  2  qrupa 

bölmək  olar:  mövcud  biznesə  dəstək  sistemləri  və  şəbəkədə  yeni  biznesin 

yaradılması sistemləri.  

Birinci qrup sistemlərin əsasını mövcud biznesin dəstəklənməsi və geniş-

ləndirilməsi üçün internetdən istifadə olunması:  

1) Şirkətin əməkdaşları və şöbələri arasında daha sıx qarşılıqlı əlaqələrin 

qurulması və internet şəbəkənin yaradılması; 

2) Ticarət, marketinq və xidməti informasiya mübadiləsini daha effektiv 

üçün şirkətin partnyorlarının (məsələn, sifarişçi və çatdırıcı) daxili olduğu daha 

geniş Ekstranet internet şəbəkəsinin yaradılması;  

3)  nternetdə  daha  geniş  internet-auditoriya  üçün  nəzərdə  tutulmuş  və 

marketinq  və  ticarət  kommunikasiyaları  kompleksini  birləşdirən  korporativ 

portalın təşkil olunması.  nternetdə korporativ portalın yaradılması dedikdə, şir-

kətin  internetdə  mövcudluğunun  təşkili,  özündə  nternet  və  Ekstranet  kosep-

siyalarını birləşdirən, lakin qarşılıqlı əlaqələr və funksiyaların yerinə yetirilməsi 

baxımından  onları  üstələyən  daxili  və  xarici  informasiya  və  biznes-kom-

munikasiya şirkətinin təşkili.  

Elektron biznesin aşağıdakı bir sıra xüsusiyyətlərini qeyd edək:  



1.  Sövdələşmə  zamanı  tərəflərin  şəxsi  iştirakını  tələb  etmir.  Elektron 

biznes  kontragentlərin  iştirakı  olmadan  həyata  keçirilən  ticarət  sövdələşmə-

lərinin sərhəd və sayını artırır; uzaq məsafədən işi və təhsili həyata keçirməyə 

imkan verir. Yəni, informasiyanın alınması və maliyyə, informasiya və maddi 

axının idarə olunmasında coğrafi faktorun aradan qaldırılması.  

2.  ştirakçıların  eyniləşdirilməsində  yeni  üsul  və  vasitələrdən  istifadə 

olunması.  Beləliklə,  elektron  biznesə  keçid  eyniləşdirmənin  ənənəvi  vasitələ-

rinin (satıcının xarici görünüşü və davranışı, mağazanın yerləşdiyi ərazi və s.) 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə