Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,77 Mb.

səhifə168/230
tarix14.09.2018
ölçüsü4,77 Mb.
1   ...   164   165   166   167   168   169   170   171   ...   230

 

 

352



vacibliyini  yox  edir.  Eyniləşdirmə  elektron  şifrə  imzası  və  elektron  sertifikat 

mexanizmlərinin istifadəsi əsasında avtomatik olaraq həyata keçirilə bilər. 



3. Tələblərin personallaşdırılması imkanı.  stehlakçıların seqmentasiyası, 

kütləvi isteklakçıya yönləndirilmiş istiqaməti hər bir istehlakçının şəxsi tələbinə 

yönləndirilmiş istiqamət əvəz edir. 

4. Əlavə məhsul və xidmətlərə yüksək tələb. Nə qədər çox məhsul satılsa, 

istifadəçinin əsas məhsulun dəyərini istifadə edən və ya artıran əlavə məhsul ta-

pacağı ehtimalı çox olar.Əsas məhsula nümunə kimi  BM PC komyuterləri və 

ya Windows əməliyyat sistemi misal ola bilər. Burda birgə istifadə üçün bir sıra 

ə

lavə məhsullar istehal olunub. 



5.  Fəaliyyət  prosesində  yeni  alətlərinin  istifadəsi.  Belə,  elektron  mühit 

fəaliyyət alətlərini dəyişikliyə aparır. 

• kağız sənədləşməsini elektron sənədləşmə əvəz edir. 

• ənənəvi poçt elektron poçt ilə əvəz olunur; 

• ənənəvi reklam elektron reklam ilə tamamlanır; “canlı” möhür və imza 

yerinə sövdələşmə zamanı iştirakçıların eyni məkanda olmasını tələb etməyən 

elektron  imza  və  möhür  istifadə  olunur.  Nağd  pul  və  ənənəvi  bank  köçürmə 

üsulu  “Müştəri-bank”,  ” nternet-bank”,  elektron  pul  və  plastik  kartlardan  isti-

fadə olunması üsuluna transformasiya olunur. 

Güclü rəqabət və alıcı aktivliyinin aşağı olması. Elektron biznesin xərc-

lərinin strukturu çox rəqiblərə bir bazar seqmentində sağ qalmağa imkan vemir. 

Güclülər qalır.  

darəetmənin  yeni fəlsəfəsi  yaranır. Xüsusilə də:- əldə olunmuş bilik və 

vərdişlərə, təhlükəsizlik və sabitliyə istinad daimi təhsilə, riskin təkmilləşdiril-

məsinə və riskə hazırlılığa istinada keçir; dəyər göstəriciləri mailiyyə kapitalına 

istinaddan bilik və intellektual istinada transformasiya olunur. Maliyyə kapitalı 

daha çox istehsal faktoru alətinə çevrilir; 

Alış  aktı  alıcı  ilə  satıcı  arasındakı  uzunmüddətli  əlaqələrin  yaranmasını 

bildirə bilər. Bu yeni xüsusiyyətə proqram məhsulları bazarında daha çox rast 

gəlinir:  proqram  təminatının  dövri  olaraq  yenilənməsi  və  onlayn  dəstək  alış 

aktını alıcı ilə satıcı arasındakı münasibətləri uzunmüddətli vəziyyətə götürür. 

Sövdələşmələrin həcminin dəyişməsi. Bu sövdələşmələr birinci kiçik ti-

carət sövdələşmələri nəticəsində yaranır. Elektron biznes belə sövdələşmələrin 

həyata keçirilməsi üçün əlverişli imkanları təmin edir.  kincisi, elektron biznes 

geniş  alıcı  auditoriyasında  alıcıların  sayının  artması  nəticəsində  məhsul 

dövriyyəsini  artırmağa  imkan  verir.  Elektron  biznesin  məqsədi  həm  ənənəvi 

biznesin  imkanlarını  genişlətmək  üçün,  həm  də  onun  yeni  vitrual  növünü 

yaratmaq üçün internetdən istifadə etməkdir.  

Beləliklə, elektron biznesin əsas strateji məqsədi müştərilərə xidməti yax-

ş

ılaşdırmaq  üçün  ənənəvi  biznesin  yenidən  təşkili  üçün  müasir  texnolo-



giyalardan  istifadə  etməkdir.  Starteji  məqsədlərin  həlli  çərçivəsində  sistemin 


 

 

353



elektron  biznesə  əsaslanması  şirkətə  aşağıdakı  taktiki  məqsədlərə  çatmağa 

imkan verir: 

• gəlirləri artırmaq; 

• xərcləri azaltmaq; 

• daxili və xarici informasiya axınını əlverişli etmək; 

• biznes  proseslərini  sürətləndimək  (çardırma,  istehsal,  satış,  müştəriyə 

xidmət);  

• anbar ehtiyatlarını ixtisar etmək; 

• yeni marketinq və distribyusiya kanallarını əldə etmək; 

• müştəriyə xidməti və distribüterlərlə əlaqələri yaxşılaşdırmaq.  

Elektron biznes sisteminin tətbiqi istehlakçılar üçün aşağıdakı imkan və 

üstünlükləri verir: 



1. Qlobal iştirak.  nternet  şəbəkəsi  qlobal  olduğu üçün elektron biznes 

sistemi  hətta  ən  kiçik  firmalara  qlobal  iştiraka  çatmağa  və  dünya  miqyasında 

bizneslə məşğul olmağa imkan verir. 

2. Rəqabətqabiliyyətliliyin  artması.  stehlakçıları  daha  yaxın  olmaqla 

rəqabətqabiliyyətliliyini artırmağa imkan verir. Bir çox şirkətlət elektron ticarət 

texnologiyasını  məhsul  haqqında  daha  ətraflı  informasiyanın  çatdırılması  və 

sifarişçinin  tələbinə  dərhal  reaksiya  da  daxil  olmaqla  satışa  qədər  və  satışdan 

sonra genişlənmiş dəstəyi təklif etmək üçün istifadə edir.  

3.  stehlakçıların  tələbləri  haqda  daha  çox  məlumatlılıq.  Şirkət 

elektron  qarşılıqlı  fəaliyyət  vasitələrindən  istifadə  etməklə  hər  bir  individual 

istehlakçının tələbləri haqda daha ətraflı informasiya əldə edə bilər və onların 

tələblərinə uyğun olaraq məhsul və xidmətləri avtomatik təmin edə bilər. Buna 

sadə bir misal elektron jurnal ola bilər. Konkret oxucuya məhz ona maraqlı olan 

informasiyanın  verilməsi  və  oxunmuş  materialların  çixarılmasına  köklənmiş 

jurnal. 

4. Məhsulun yolunun qısaldılması. Məhsulun istehlakçıdan sifarişçiyə 

çatdırılma  yolunu  qısaltmağa  imkan  verir.  Ənənəvi  iqtisadiyyatda  məhsul  və 

xidmətlər istehsalçılara birbaşa deyil dolayı çatdırılır. Elektron ticarətin xidməti 

burda  ondan  ibarətdir  ki,  digər  alternativ  variantlardan  fərqli  olaraq  burda 

maliyyə və vaxt xərcləri çox aşağıdır.  

5. Xərclərin  azaldılması.  Elektron  biznesin  əsas  nailiyyətlərindən  biri 

məhz  xərclərin  azalmasıdır.  Sövdələşmənin  elektron  yolla  bağlanması  onun 

bağlanmasında çəkilən xidməti xərcləri azaldır. 

6. Yeni biznes-modellərin yaradılması. Biznes- modelləri bir neçə ka-

teqoriyaya bölmək olar: 

Birincisi,  məhsul  satışını  intenet  şəbəkəsi  vasitəsilə  həyata  keçirən 

elektron mağazalar (internet-mağazalar), internet-auksionlar və elektron ticarət 

meydançaları kimi elektron ticarətin biznes-modelləri. Bu kateqoriyaya həm də 

özündə  Web-vitrin  və  nternet-mağaza  kataloqları  vahid  kataloqda  birləşdirən 

və  bununla  da  alıcıya  müxtəlif  istehlakçılar  tərəfindən  təklif  olunan  çoxsaylı 





Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   230


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə