Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə169/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   165   166   167   168   169   170   171   172   ...   230

 

 

354



məhsullar  arasından  seçimi  asanlaşdırır.  kincisi,  internet  digər  ənənəvi 

analoqlardan  fərqli  olaraq  müştərilərinə  xidmət  etmək  üçün  ənənəvi  ofisi 

olmayan, ofisi və iş mühiti veb-sayt olan virtual şirkətlər yaratmaq imkanı verir. 

Bu modelin həyata keçriliməsinə nümunə kimi telekommunikasiyanın elektron 

vasitələrlə  həyata  keçirilən  birgə  qarşılıqlı  prosesində  iqtisadiyyatın  sub-

yektlərinin  coğrafi  bölgülərini  birləşdirən  elektron  təşkilatlar  ola  bilər.  Həm-

çinin, həmişə onları realizə etmək üçün kifayət qədər resursları olmayan ideya 

generatorları  ilə  lazımi  resursları  olan  şirkətlər  arasında  vasitəçilik  edən  in-

ternet-inkubatorların fəaliyyətini də qeyd etmək olar. Buraya həm də məsləhət 

və maliyyə xidmətləri göstərən təşkilatları da aid etmək olar. Məsələn, virtual 

bank  və  elektron  broker.Bu  kateqoriyaya  xəbər,  yayılma  vasitəsi  intenet 

şə

bəkəsi olan işgüzar və ixtisaslaşdırılmış informasiyaların istifadəçilərinin ge-



niş dairəsini təmsil edən müxtəlif layihələri də aid etmək olar. Bundan başqa bu 

kateqoriyada  internetdə  reklam  və  hər  şeydən  əvvəl  saytın  reklam  modelini 

qeyd etmək olar. Reklam modelinin həyata keçirərkən onda daimi, dəqiq seq-

mentləşdirilmiş və ya maksimal geniş auditoriya formalaşdırmaq üçün veb-sayt 

yaradılır.  Adətən  belə  resurslar  portal  adlanır.  Portal  saytda  verilən  infor-

masiyanın və ya xidmət növünün genişlik və ya dərinliyini xarakterizə edir. Bu 

modelin uğurlu həyata keçirilməsini təmin etmək üçün əvvəlcə sayta istifadəçi-

lərin  cəlb olunması lazımdır.  stifadəçilərin saytda  keçirdikləri vaxtı uzatmaq, 

onları  saytın  aktiv  həyatına  cəlb  olunması  (müzakirələr,  sorğular,müsabiqələr 

yolu ilə) vacibdir. Reklam modeli ilə yanaşı bu kateqoriyaya internetdə reklam 

bazarında  vasitəçilik  xidmətləri  göstərən  biznes-modeli  də  daxildir.  Qeyd 

olunan hər bir biznes-model biznes növünün ixtisaslaşdırılması və xüsusiyyət-

lərindən  çıxış  edərək  tərtib  olunmuşlara  bölünə  bilər.  Bundan  başqa  bir  sayt 

eyni zamanda müxtəlif biznes-modelləri realizə edə bilər.  

Müasir tendensiyalardan biri internetdə mövcud biznesə dəstək modeli ilə 

yeni biznes-modellərinin birləşməsidir. Təcrübə göstərir ki, belə şirkətlər böyük 

etibarlılıq  və  sabitlik  ehtiyatına  malik  olur  və  diversifikasiya  yaranmış  prob-

lemləri həll etməkdə onlara kömək olur.  

Elektron  biznes  sisteminə  keçidin  şirkət  üçün  marketinq  məqsədlərinin 

aşağıdakı əsasları vardır: 

1.  Brendin  möhkəmləndrilməsi.  Şirkətin  veb-sayt  yaratmaqda  əsas 

məqsədlərindən  biri  şirkətin  zamanla  ayaqlaşmasını  nümayiş  etdirməkdi. 

Marketinq müəssisələri bunu brendin möhkəmləndirilməsi adlandırır. Brend – 

ş

irkət haqqında mövcud və eyni zamanda potensial müştərilərin şüurunda for-



malaşan  təsəvvürlərdir.  Saytın  istənilən  aspekti  sənədləşmənin  keyfiyyəti, 

tərtibatın aydınlığı, güvənlilik və səriştəlilik hissi, yükləmə vaxtı və s. kimi as-

pektlər  şirkətin  nüfuzuna  dəlalət  edir.  Əsas  məqsəd  səhifəyə  baş  çəkəndən 

sonra istifadəçidə şirkət haqqında xoş xatirə qalsın və o şirkətlə əlaqə qurmaq 

istəsin. Şirkətin brendinin nüfuzu həm də müştərinin ona qarşı hiss etdiyi eti-

bardır. Bu məsələdə universal resept yoxdu. Bü gün rəqabətə davam gətirmək 




 

 

355



üçün  professionalların  köməyindən  istifadə  etmək  lazımdır.  Öz  qarşınıza 

qoyduğunuz məqsədlər işərisində brendin nüfuzu məsələsi ön planda olmalıdır. 

Bu,  uğurlu  satışın  zəmanətidir.  Belə  ki,  şirkətin  nüfuzu  müştərinin  etibarına 

təsir edir. Əgər şirkət bu məsələdə uğur qazana bilməsə, digər məsələlərdə də 

uğursuz olacaq.  

2.  Yeni  müş



tərilər  qazanmaq.  Biznes-model  imkanlarından  biri  yeni 

müştərilər qazanmaq və satışı stimullaşdıran informasiyanın çatdırılması üçün 

internetdən  istifadə  olunmasıdır.  Sövdələşmə  özü  gələcəkdə  telefon,  elektron 

poçt vasitəsilə və ya şəxsi görüş zamanı bağlana bilər. Bir çox böyük olmayan 

ş

irkətlər  uğurla  bu  modeldən  istifadə  edirlər.  Müştəri  axtarışının  əsas  aləti 



müştərinin  şirkətin  web-saytından  tapa  biləcəyi  əlaqə  formasıdır.  “Mail  to” 

müştərilərə şirkətə elektron məktub yazmaq imkanı verir. Buna qarşılıq olaraq 

yaxşı  tərtib  olunmuş  internet-anket  dərhal  potensial  müştərini  seçmək  və  ona 

uyğun  cavab  verilməsini  təmin  edir.  Satışda  daha  çox  uğur  qazanmaq  üçün 

web-saytda müştəriyə qərar qəbul etməkdə lazım olan daha çox faydalı infor-

masiya  yerləşdirmək  lazımdır.  Əgər  potensial  müştəri  ona  lazım  olan  infor-

masiyanı veb-saytda tapa bilmirsə, onda o, axtarışı internetdə davam etdirəcək 

və  digər  rəqib  şirkətin  veb-saytında  tapacaq.  Şirkət  haqqında  nternetdə 

informasiya o qədər dolğun və cəlbedici olmalıdır ki, potensial müştəri bununla 

tanış  olmaq  istəsin.  Daha  çox  şirkətlər  təqdim  olunmuş  ixtisaslaşdırılmış  və 

personallaşdırılmış informasiyanı avtomatlaşdırmaq üsulunu tapır və sövdələş-

məni internet vasitəsilə sənədləşdirir.  

3.  Gəlirlərin  əldə  olunması.  Saytda  şirkətin  istehsa  etdiyi  məhsul  və 

xidmət haqda məlumat verən on-layn şirkət ola bilər. Bu da biznesin həyata ke-

çirilməsinin  adekvat  strategiyasıdır.  Lakin  son  nəticədə  hər  bir  şirkətin  əsas 

fəaliyyət aspekti istər  nternet, istərsə də digər vasitələrlə gəlir əldə etməkdir.  

nternet vasitəsi ilə gəlir əldə etməyin 3 yolu var:  

Satışdan əldə olunan gəlir.  nternet vasitəsi ilə ticarət gəlir əldə etməyin 

yeni yolu deyil, daha doğrusu, xərclərə qənaət etməyə imkan verən  yeni gəlir 

kanalıdır.  nternetin əsas üstünlüklərindən biri şirkətin fəaliyyəti ilə məhdudlaş-

dırılan  bazardan  kənara  çıxmaq  imkanının  olmasıdır.  Əgər  şirkət  internet 

vasitəsi  ilə  məhsul  və  ya  xidmət  sata  bilirsə,  onun  üçün  müştərinin  yaşadığı 

yerin əhəmiyyəti yoxdu. Bu zaman bütün dünya “satış bazarı” olur. Bu zaman 

məhsul  və  ya  xidmət  satışından  əldə  olunan  gəlir  təyin  olunmuş  fasilə  və  ya 

hesab-faktura və alışı sifarişin əsasında təsbit olunmuş transaksiya məbləği ilə 

ödənilən transaksiya komissiyası kimi yığılır. Sayt sahibləri əsas gəliri  nternet 

vasitəsilə müxtəlif xidmətlər göstərməklə, ya birbaşa internet vasitəsilə , ya da 

on-layn rejimdə əldə edirlər. Buraya elektron nəşrlərə abunə, şifrə ilə mühafizə 

olunan informasiyaya giriş , vergi deklorasiyasının hazırlanması və s. daxildir.  



Reklamdan  əldə  olunan  gəlir.  lkin  və  daha  geniş  yayılmış  gəlir  əldə 

etmək üsulu reklam yerləşdirilməsidir. Ticarət veb-saytlarının sayı internet-rek-

lama  olan  tələbdən  daha  tez  artır  və  bu,  reklam  yerləşdirilməsinin  dəyərinin 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə