Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə17/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   13   14   15   16   17   18   19   20   ...   230

 

 

34



gəlir faiz və ya dividend şəklindədir. Beynəlxalq maliyyə axınlarının iki məq-

sədi vardır:  

1.  bir  tərəfdən  fərdlərin,  şirkətlərin  və  dövlət  qurumlarının  xarici 

fondlardan  yararlanması;  digər  tərəfdən  də  mövcud  yığım  imkanlarının  ölkə 

xaricində dəyərləndirmə arzu və istəyi;  

2.  bütün  beynəlxalq  əməliyyatların  nəticəsində  meydana  gələn  fond 

axınları arasında bir xarici tarazlıq yaratmaq.  

Beynəlxalq  maliyyə  bazarlarının  strukturuna  köklü  şəkildə  təsir  edən 

amillər:  ümumi  makroiqdisadi  durum;  faiz  hədlərində  və  valyuta  kurslarında 

dalğalanma; pul və kapital bazarlarının işləməsini  nizamlayan  qaydaların tən-

zimləmə formaları; texnoloji durum; beynəlxalq iqtisadiyatın təməllərini müəy-

yən edən real sektorun vəziyyəti. 

Beynəlxalq maliyyə bazarında əməliyyatların artım həcminə təsir göstə-

rən ən önəmli amil «maliyyə sərbəstləşmə» hadisəsinin meydana çıxmasıdır. 

Beynəlxalq maliyyə bazarları çeşidli maliyyə aktivlərinin alınıb-satıldığı 

bazarlardır. Bu maliyyə aktivləri dörd təməl üzərində qurulur: valyuta; avropul; 

kredit alətləri və qiymətli kağızlar (istiqraz və səhmlər).  

Qısamüddətli maliyyə alətlərinin əməliyyat gördüyü bazarlar – «beynəl-

xalq pul bazarları» adlandırılır və onun tərkibində «valyuta bazarları» və «av-

robazarlar» olmaqla iki bazar yer alır. Uzunmüddətli fond axınlarının yer aldığı 

bazarlara  isə  «beynəlxalq  kapital  bazarları»  deyilir  və  onun  tərkibində 

«beynəlxalq kredit bazarları» və «beynəlxalq istiqraz bazarları» və «beynəlxalq 

səhm bazarlarından» ibarətdir. 

Beynəlxalq  maliyyə  bazarlarında  dövlətlər,  bələdiyyələr,  investisiya 

bankları, mərkəzi bank və çoxçeşidli şirkətlər hədsiz fərqli fondları istifadə et-

mək üzrə maliyyə institutlarına müraciət edirlər. Maliyyə institutları kommer-

siya  bankları,  investisiya  bankları,  əmanət  qurumları,  sığorta  şirkətləri  və 

pensiya fondları və çoxçeşidli invetisiya alətləri ilə əməliyyat həyata keçirir. 

Beynəlxalq pul bazarları qısamüddətli beynəlxalq fond axınlarının yer al-

dığı bazarlardır. Günümüzdə iki təməl beynəlxalq pul bazarı mövcuddur: Val-

yuta bazarı və Avropul bazarı. 

Beynəlxalq  valyuta  bazarlarında  ən  böyük  beynəlxalq  fond  axınları 

ticarəti həyata keçirilir. Günlük beynəlxalq valyuta ticarəti həcmi 2100 milyard 

dollar  miqdarındadır.  Beynəlxalq  valyuta  bazarları  çox  sayda  kommersiya 

banklarının  24  saat  boyunca  fəaliyyət  göstərdiyi  bir  bazardır.  Bu  vasitəçi 

qurumlar telefon və elektronik xəbərləşmə vasitələrilə davamlı olaraq əməliy-

yat və bilgi alış-verişi ilə məşğul olurlar. Valyuta bazarının özəlliklərindən biri 

bazarda  iştirak  edənlərin  sayının  çox  olması,  operativ  məlumatalma  və  əmə-

liyyat xərclərinin çox aşağı dərəcədə olmasıdır. 

Bazardakı vasitəçilər bazarın topdan satıcılar hissəsini təşkil edir və təklif 

edilən qiymətləri kvota edər. Pərakəndəçilər isə dövlətlər, şirkətlər və fərdlərdir. 



 

 

35



Valyuta bazarlarında çeşidli əməliyyatlar aparılır və hər əməliyyat üçün öz adı 

ilə adlandırılan alt bazarlar vardır: 

1. müddətsiz nağd (spot) bazarlarında əməliyyat bir gecəlik (overnight), 1 

günlük və 2 günlükdür və alış-satış anında yerinə yetirilir; 

2. müddətli (Forward) bazarda əməliyyatların alqı-satqısı məlum bir dəyər 

və tarixdə olur. Müddət, ümumiyyətlə, 30 və ya 90 günlükdür; 

3. Banklararası  (interbank)  valyuta  bazarları  sadəcə  banklar  arasındakı 

ə

məliyyatlardan ibarətdir; 



4. Gələcəkdəki sözləşmələr (futures) bazarında müddətli əməliyyatlar ya-

ranır; 


5. Options – müəyyən bir müddət sonunda bəlli bir miqdarı razılaşdırılmış 

bir qiymətdən alma  ya da satma haqqı verməsidir. Bu tip sözləşmələrdə alma 

və  satma  məcburiyyəti  yoxdur,  alma  və  ya  satma  imkanından  istifadə  etmə 

haqqı vardır. Məqsəd gələcəkdəki qiymət dəyişikliklərinə qarşı qorunma və ya 

bundan qazanc saxlamaqdır; 

6. Valyuta bazarları sözləşmələri, bəlli miqdardakı iki pulun eyni anda bir-

birinə  qarşı  bir  müddətdə  satın  alınıb  başqa  bir  müddətdə  satılmasına  imkan 

verir. 


Valyuta bazarlarının məqsədi aşağıdakılardır: qısamüddətli  pozisyon  al-

ma  (spekulyasiya),  forward  əməliyyatları,  futures  və  opsionlar,  valyuta  swap 

yoluyla  investisiya  fəaliyyətində  ortaya  çıxan  valyuta  risklərindən  qorunma 

(hedging) və coğrafi qiymət fərqlərindən faydalanmaq üzrə arbitraj. 

Beynəlxalq  pul  bazarları  strukturuna  girən  Avrodollar  bazarları,  ölkələr 

arasında maliyyə fondlarının dəyişməsinə vasitəçilik etmə funksiyalarını həyata 

keçirməyə  malikdir.  Avrodollar  bazarının  məqsədi  maliyyə  vasitəçisi  olaraq 

alıcı və satıcıları bir araya gətirməkdir. Avrodollar ABŞ-ın xaricində fəaliyyət 

göstərən  banklarda  amerikan  dolları  ilə  açılan  dollar  hesablı  əmanət  hesab-

larıdır. 

 Avrodolların  2  əsas  özəlliyi  vardır:  Açılan  hesablar  qısamüddətlidir  və 

ABŞ xaricində banklarda olur. Bu banklara dollar qoyanlar Avropanın mərkəzi 

bankları, avropalı və ya Avropa xaricindən olan firmalar, transnasional şirkətlər 

və müxtəlif ölkələrin vətəndaşlarıdır. 

Avrodollar bir ABŞ vətəndaşının Nyu-Yorkdakı bankından müəyyən bir 

miqdar  götürərək  bunu  Londondakı  banka  qısamüddətli  olaraq  yatırması  ilə 

yaradılır. ABŞ vətəndaşının bu şəkildə hesab açmasında başlıca məqsədi daha 

çox gəlir qazanmaqdır. Bu əmanətləri qəbul edən banklara Avrobank, aparılan 

ə

məliyyatlara  isə  avrodollar  əməliyyatı  və  bu  bazara  Avrodollar  bazarı  (Av-



rodollar  market)  deyilir.  Avrodollar  əməliyyatı  5  miylon  dollar  və  ya  daha 

yüksək  miqdarlarda  gerçəkləşdirilir.  Bu  bazarda  aparılan  əməliyyatın  80%-nə 

qədərini  ABŞ  dolları  təşkil  edir.  Lakin  ABŞ  dolları  xaricində  avro,  ingilis 

sterlinqi,  sveçrə frankı kimi Avropa pulları da istifadə edilir. 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə