Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə171/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   167   168   169   170   171   172   173   174   ...   230

 

 

358



Elektron  biznes  özündə  biznes  təşkilatının  müxtəlif  formalarını  birləş-

dirir. Ən geniş yayılmış forması maliyyə internet xidmətləridir. Maliyyə inter-

net xidmətləri: -internet bankçılıq (e-banking), internet treydinq, internet sığor-

ta, informasiya (axtarış sistemlərinə giriş), elektron kataloqlar, elektron poçt və 

internet-telefonlaşmadır.  stənilən elektron biznes o vaxt başlayır ki, istifadəçi 

kompyuterdən  uzaqlaşmadan  ticarəti  həyata  keçirə  bilsin.  Adətən  sifariş  mər-

hələsindən əlavə buraya ödəmə və çatdırılma mərhələləri də aiddir. 

Hal-hazırda  internet  bir  neçə  ödəniş  vasitəsi  təklif  edir.  Öz  həyatlarını 

bank  kartları  olmadan  təsəvvür  etməyən  ABŞ  və  Qərbi  Avropa  əhalisi  üçün 

kart  vasitəsilə  ticarətin  nternetə  keçməsi  tam  təbiidir.Standart  ödəmə  vasi-

tələrindən  başqa  ED   (məlumatların  elektron  mübadiləsi)  və  elektron  pullar 

ssitemləri  də  mövcuddur.  ri  şirkətlər  artıq  çoxdan  ED   sistemindən  istifadə 

edir. Lakin həyata keçirilmənin dəyərinin yüksək olması onu kiçik müəssisələr 

üçün  əlçatmaz  edir.  Müştəri  plastik  kartlar,  elektron  çeklər,  rəqəmsal  pullar 

(digital  cash)  və  hətta  ödəmə  məbləği  bir  neçə  sent  olduqda  mikropullardan 

(microcash) istifadə edə bilər. Elektron ödəniş sisteminin ənənəvi ödəniş siste-

mindən  fərqi  ondadır  ki,  bütün  proses  əvvəldən  axıra  kimi  rəqəmsal  formada 

həyata keçirilir. 

Elektron  ödəmənin  yenidən  işlənməsindəki  bir  çox  proseduralar  adi 

supermarketlərdə istifadə olunanlarla (POS – point of sale) oxşardı. Lakin alqı 

prosesi sifarişçinin şəxsi kompyuteri və Web- serverindən həyata keçir. Bundan 

sonra  transaksiya  olur  (bank  sanksiyası  və  sifarişin  yoxlanılması).  Sonuncu 

addım internetin köməyilə bank terminalı ilə əlaqələndirilən şlüzdən keçir. 

nternet vasitəsilə həyata keçirilən sövdələşmələrin çoxu beynəlxalq təc-

rübədə sinifləşdirilmiş MO/TO (Mail order/telephone order) tipli sövdələşmə-

lərə aiddir. Kart nömrəsini internetdə almaqla MO/TO sövdələşmələrini rəsmi-

ləşdirən  zaman  məhsulu  çatdırarkən  satıcının  müştərinin  kimliyini  müəyyən 

etmək  imkanı  yaranır.  Kart  ticarəti  alıcının  kimliyinin  təyin  edilməsini  zəruri 

edir.  Çünki  çatdırılma  xidməti  məhsulun  məhz  sifarişçiyə  çatdırılmasına 

məsuliyyət daşıyır. Tam ölçüdə bu qaydalara riayət etmək şəbəkədə mümkün 

deyil.  nternet-mağaza  yalnız kartın avtorizasiyasını (ödəniş etmək qabiliyyət-

liliyinin  yoxlanılması)  həyata  keçirə  bilər.  Kart  təqdim  olunan  zaman  ondakı 

məlumatlar  proses  mərkəzinə  ötürülür,  sonra  oradan  kartın  ödəniş  qabiliyyət-

liliyi haqda cavab gəlir və pul çıxarmaq prosesi həyata keçirilir. Kartın sahibi 

razı olmadığı halda proses dayandırıla bilər. Kart ödəmə sisteminin qaydalarına 

görə vəsaitlər əməliyyatı aparan maqazindən razılıq çıxılır. Bu halda maqazin 

alqı prosesinin baş verməsini sübut etməlidir, axı satıcıda çekin altında imzası 

və  digər  sənədlər  qalır.  internetdə  virtual  məhsul  ticarətində  bu  cür  sənədlər 

qalmır. Əsas xərcləri satıcı ödəyir və onları müxtəlif sığorta fondlarından kom-

pensasiya  etmək  məcburiyyətində  qalır.  Bu  da  şəbəkə  vasitəsilə  həyata  keçi-

rilən  əməliyyatın  dəyərini  və  riskini  artırır  və  nternetin  şirkət  üçün  cəlbedi-

ciliyini  azaldır.  Bütün  bunlar  hazırkı  ödəniş  sistemi  və  maqazin  ilə  xidmət 




 

 

359



göstərilən coğrafi regiona xidmətə gətirib çıxarır. Bundan əlavə kimsə şəbəkə 

qrafikini izləyə, ötürülməni ələ keçirə və ya fırıldaq satıcı kartın şifrələnməmiş 

nömrəsini  qeyri-qanuni  yolla  pul  əldə  etmək  üçün  istifadə  edə  bilər.  nternet 

vasitəsi  ilə  informasiya  ötürülməsini  təmin  etmək  və  əməliyyatların  riskini 

azaltmaq  üçün  kart  haqqında  məlumatların  ötürülməsini  SSL  (secure  sockets 

layer) protokolu əsasında həyata keçirmək olar. Bundan əlavə bu cür protokol-

dan istifadə sertifikatı beynəlxalq nüfuza malik şirkət, məsələn, RSA Data Se-

curity,  Thawte,  Verisign  tərəfindən  verilməlidir.  SSL  protokol  sertifikatına 

dəstək sayt sahibindən ildə 300-600 ABŞ dolları xərc tələb edir. Bundan əlavə 

qaydalar sayt sahibinin işgüzar nüfuzunu təsdiq edən əlavə informasiyanın ve-

rilməsini  tələb  edir.  Ödənişlərin  kredit  kartı  əsasında  aparılması  hələ  əmə-

liyyatların  aparılmasında  həmahənglik  əldə  etməlidir.  Müxtəlif  tərtibatçıların 

proqram təminatlarının birgə fəaliyyət göstərə biləcəyi vahid standart labüddür. 

Bu,  ümumdünya  şəbəkəsində  kredit  kartlarından  geniş  istifadə  etməyə  imkan 

yaradacaq.  Ödənişlərin  sadə  üsulla  kartdan  nternetə  ötürülməsindəki  çatış-

mazlıqlar şəbəkədə  yeni hesab metodlarının  yaradılmasını labüd edir.  nternet 

vasitəsilə ödəniş vasitələrini şərti olaraq 2 növə ayırmaq olar: Hesabın internet 

vasitəsilə  idarə  olunması  və  Elektron  pulların  buraxılışı  və  onlardan  ödəmə 

vasitəsi kimi istifadə. 

Birinciyə internet vasitəsilə işləyən bank-müştəri sistemləri aiddir. Lakin 

bunlar  yalnız  ödəniş  həyata  keçirmək  üçün  hesab  sahibinin  şəxsi  gəlişi  və  ya 

mühasibinin gəlişini əvəz edir. Qalan bütün əməliyyatlar adi bank ödəniş əmə-

liyyatı  kimi  aparılır.  Bank-müştəri  sistemi  satıcı-şirkətin  rekvizitlərinin,  məh-

sulun dəyərinin və ƏDV-si göstərilmiş hesab üzrə yekun məbləğinin sərgilən-

məsini təmin edir. Hazırkı sistem şirkətin valyuta hesabının mövcudluğu və ya 

xarici  nümayəndəliyə  asanlıqla  beynəlxalq  səviyyəy  cıxmağa  imkan  yaradır. 

Maneə yalnız real məhsulun xarici alıcıya ötürülməsi zamanı sərhəddən keçər-

kən  onun  dəyərini  artması  zamanı  yarana  bilər.Bank-müştəri  sistemi  ötürülən 

informasiyanı mühafizə etmək üçün müxtəlif vasitələrdən istifadə edir.  

  nternet banking. E-ticarət ilə alqı-satqı əməliyyatlarından ilk dəfə ola-

raq  1995-ci  ildə  istifadə  edilməyə  başlandı.1997-ci  ildə  e-ticarətin  satışı  26 

mlyd. dollar səviyyəsinə qalxdı. Hal-hazırda e- ticarətin həcmi ildə 2,5 trilyon 

dollar  təşkil  edir.  E-ticarətin  60%-i  ABŞ-da,  30%-i  Avropada  və  10%-i  isə 

Asiyada  gerçəkləşir.  nternet  Bank- nternet  şəbəkəsinə  qoşulmuş  kompyuter-

dən istifadə edilərək və banka müraciət etmədən şəbəkədaxili sistem vasitəsilə 

müştəri  kart-ödəniş  kartlarını  idarə  edə  bilir.  nternet  Bank  xidmətlərindən 

istifadə olunması hesab sahibinə nəzarət üzrə geniş imkanlar yaradır, bu isə, öz 

növbəsində  müştəri  üçün  vəsaitlərin  istifadəsində  təhlükəsizliyi  üçün  mühüm 

ə

həmiyyət kəsb edir. 



Elektron  bankçılığının  genişlənməsinə  səbəb  olan  faktorlar  aşağıdakı-

lardır:  

1. Əməliyyatların sürətinin artması; 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə