Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə172/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   168   169   170   171   172   173   174   175   ...   230

 

 

360



2. Müştərilərə daha yaxşı xidmətin göstərilməsi;  

3. Fərdlərin  iş  məqsədi  ilə  əllərində  tutduqları  pulları  banka  çəkməklə 

iqtisadiyyata əlavə fondun təmin olunması;  

4. Xərclərin azaldılması;  

5. Bazar paylarının artırılması ;  

6. Digər  banklarla  və  beynəlxalq  bankçılıq  sahəsində  rəqabət  şərtlərinə 

uyğunlaşması. 

nternet bankçılıq vasitəsi ilə həyata keçiriləəməliyyatlar aşağıda-

kılardır:  

1. hesab üzrə balansın yoxlanılması;  

2. digər kart hesabına pul vəsaitinin köçürülməsi;  

3. kommunal xidmətlər üzrə ödənişlərin həyata keçirilməsi;  

4. həyata keçirilən əməliyyatlar haqqında çıxarışın əldə edilməsi;  

5. sığorta xidməti üzrə ödənişlərin aparılması;  

6. mobil telefon operatorları üzrə ödənişlərin aparılması və s. 

nternet  və  mobil  bankçılıq  xidmətlərinin  üstünlükləri  aşağıdakı-

lardır:  

1.  vaxta qənaət etməklə ümumi xərclərin azaldılması;  

2.  ölkədə və ölkədənkənar istənilən yerdə internetə daxil olaraq sistemlə 

sərbəst interfeysin yaradılması imkanı;  

3.  xidmətdən istifadənin əlverişliliyi;  

4.  bu  xidmətlərdən  yararlanaraq  fiziki  olaraq  banka  getmək  stresindən, 

növbələr gözləmək və bürokratik əngəllərdən uzaqlaşmaq imkanı. 

nternet mağazasında ödəniş həyata keçirilərkən diqqət ediləcək xususlar 

aşağıdakılara diqqət etmək lazımdır: 

1.  məhsul və xidmətlərini əldə edəcəyiniz internet mağazası etibarlı repu-

tasiyaya malik olmalıdır; 

2.  internet mağazası real ünvana və telefon nömrəsinə malik olmalıdır; 

3.  internet-mağazasının məhsulun çatdırılması şərtləri, zəmanət müddəti, 

malın geri qaytarılması imkanı, əlavə xərclər və s. haqqında təklif və məlumat-

larının tam və həqiqiliyinə əmin olunmalıdır; 

4.  internet  mağazasının  veb  səhifəsində  müştərilər  haqqında  məlumat-

ların  ötürülməsi  və  bu  məlumatların  necə  qorunması  üzrə  təhlükəsizlik  məlu-

matları öz əksini tapmalıdır; 

5.  xidmətlərindən istifadə  edilən internet mağazasının məlumat təhlükə-

sizliyi sistemindən istifadə etməsindən əmin olunmalıdır. Belə ki, ekranda gön-

dərilən  məlumatların  göndərilmə  zamanı  qorunacağını  görmək  olar  (məsələn, 

aşağıda  açar  simvolu  görə  bilərsiniz).  Həmçinin  səhifənin  elektron  ünvanı 

http://-lə deyil, məhz “https://” ilə başlamalıdır. Əgər bu qoruyucu işarələrdən 

heç biri mövcud deyilsə, kart barəsində məlumat daxil edilməməlidir. 

nternet  üzərindən  əməliyyatlar  həyata  keçirilərkən  təhlükəsizlik  tədbir-

ləri aşağıdakılardır: 




 

 

361



1. şəxsi  identifikasiya  məlumatları,  bank  hesabı  və  ya  ödəniş  kartı  haq-

qında  məlumatlar,  məsələn,  PIN-kod,  ödəniş  kartının  istifadə  müddəti,  kredit 

limiti və s. haqqında məlumatlar açıqlanmamalıdır; 

2. əməliyyatların  həyata  keçirilməsi  zamanı  ancaq  bu  məqsəd  üçün  nə-

zərdə tutulmuş müəyyən limitə malik olan ödəniş kartlarının (məsələn, virtual 

kartlar) istifadə edilməsi məqsədəuyğundur; 

3. təqdim etdiyi xidmətlər baxımından  artıq tanınmış  olan və təhlükəsiz 

hesab olunan təşkilatların internet səhifələrindən istifadə edilməlidir; 

4. xidmətlərindən  istifadə  olunan  internet  səhifələrinin  həqiqiliyindən 

ə

min  olunmalıdır,  çünki  fırıldaqçılıq  əməliyyatlarının  həyata  keçirilməsi  üçün 



oxşar səhifələr yaradıla bilər; 

5. ödəniş kartı və ya şəxsi identifikasiya haqqında məlumatların açıqlan-

masını tələb edən e-mail və zənglərə, hətta bankdan və ya polisdən olduqlarını 

təkid etsələr belə, yüksək şübhə ilə yanaşılmalı, bu cür məktublarda qeyd edil-

miş web səhifələrə daxil olunmamalıdır. Çünki onlar heç bir zaman bu məlu-

matları bu üsulla almırlar; 

6. şəxsi identifikasiya məlumatlarının, bank hesabı və ya ödəniş kartı ilə 

bağlı  məlumatların  təhlükəsizliyinin  təmin  edilməsi  məqsədilə  əməliyyatlar 

şə

xsi kompyuter vasitəsilə həyata keçirilməlidir; 



7. internet  şəbəkəsi  ilə  əməliyyatlar  digər  kompyuter  vasitəsilə  həyata 

keçirildikdə,  əməliyyat  başa  çatdıqdan  sonra  şəxsi  identifikasiya  məlumatları, 

bank hesabı və ya ödəniş kartı ilə bağlı məlumatların yaddaşda saxlanılmaması 

təmin edilməlidir; 

8. səlahiyyətsiz əməliyyatlar nəticəsində bank hesabı üzrə pul vəsaitləri-

nin azalmasında şübhə yarandığı zaman emitent dərhal məlumatlandırılmalıdır. 



 

 

 

 




 

 

362



XI FƏS L. BANK S STEM NDƏ MAL YYƏ 

HESABATLARININ TƏRK B , PUL VƏSA TLƏR N N 

HƏRƏKƏT  VƏ MÜHAS BAT UÇOTUNUN  

Ə

SAS VƏZ FƏLƏR  



 

 

11.1. Banklarda mühasibat uçotunun əsas vəzifələri 

 

Azərbaycan  Respublikasında  fəaliyyət  göstərən  kredit  təşkilatlarında 

mühasibat uçotunun aparılması Qaydaları Azərbaycan Respublikasında fəaliy-

yət  göstərən  kredit  təşkilatlarında  mühasibat  uçotunun  təşkili  və  aparılması 

qaydalarını müəyyən edir.  

 Banklarda mühasibat uçotunun əsas vəzifələri aşağıdakılardır: 

1.  bankın fəaliyyəti, aktivləri, öhdəlikləri və kapitalın vəziyyəti haqqında 

maliyyə hesabatlarının daxili istifadəçilərinə - rəhbərliyə, təsisçilərə, bankın iş-

tirakçılarına  (payçılarına,  səhmdarlarına)  habelə  xarici  istifadəçilərə  -  in-

vestorlara,  kreditorlara,  nəzarət  və  dövlət  orqanlarına,  maliyyə  hesabatlarının 

digər istifadəçilərinə dolğun, tam, düzgün və təfsilatı ilə məlumatların təqdim 

olunması; 

2.  aparılan  bütün  bank  əməliyyatları  haqqında,  tələb  və  öhdəliklərin 

mövcudluğu  və  bank  tərəfindən  istifadə  olunan  maddi  və  maliyyə  resursları 

haqqında ətraflı, tam və düzgün uçotun aparılması; 

3.  bankın aktivlərinin mövcudluğu və hərəkəti, nağd pul və digər qiymət-

lilərin  saxlanması,  əmək  resurslarının,  xüsusi  və  cəlb  olunmuş  vəsaitlərin 

səmərəli  istifadəsi,  habelə  bank  tərəfindən  aparılan  digər  əməliyyatlar  üzrə 

nəzarətin təmin olunması. 

Banklarda  mühasibat  uçotu  MHBS-ə  əsasən  müəyyən  olunmuş  prin-

siplərə  -  hesablama  metodu,  fasiləsizlik,  şəffaflıq  (aydınlıq),  əhəmiyyətlilik, 

etibarlılıq və müqayisəlilik prinsiplərinə uyğun həyata keçirilir. 

Bank  bütün  əməliyyatlarının,  aktivlərinin  və  öhdəliklərinin  mütəmadi 

olaraq  inventarizasiyasını  aparmalı  və  nəticələri  tam  şəkildə  mühasibat  uçotu 

hesablarında  əks  etdirməlidir.  Bank  tərəfindən  aparılmış  əməliyyatlar  aid  ol-

duğu  hesabat  dövründə  tanınmalı  və  bankın  gündəlik  balansında  əks  olun-

malıdır. Hesabat dövrünün əvvəlinə olan balans və balansdankənar hesabların 

qalıqları əvvəlki dövrün sonuna olan qalıq məbləğlərinə uyğun olmalıdır. 

Mühasibat uçotunun aparılmasında bank aşağıdakıları təmin etməlidir: 

1. bankın  və  müştərilərin  pullarının  və  maddi  qiymətlilərinin  qorunma-

sını; 

2. hesabat dövrü ərzində həyata keçirilən  əməliyyatların,  aktiv və öhdə-



liklərin  qiymətləndirilməsinin  əks  olunmasını  təmin  edən  uçot  siyasətinin 

dəyişilməz olaraq qalmasını; 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə