Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə176/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   172   173   174   175   176   177   178   179   ...   230

 

 

369



2. məsrəflərin nəzarət altına alınması;  

3. riski minimizə etmək və nəzərdə saxlamaq.  



Xərclər. Xərc anlayışına itkilər və bankın adi fəaliyyət prosesində yara-

nan xərclər daxildir. Bankın adi fəaliyyət prosesində yaranan xərclərinə əmək-

haqqı  və  amortizasiya  kimi  digər  xərclər  də  daxildir.  tkilərə,  xərc  anlayışına 

uyğun gələn və bankın adi fəaliyyət prosesində yarana bilən və gözlənilməyən 

xərclər aiddir.  tkilər iqtisadi səmərələrin azalmasını əks etdirir və buna görə də 

öz  xarakterinə  görə  digər  xərclərdən  fərqlənmir.  Mənfəət  və  zərər  haqqında 

hesabatda itkilər, müvafiq gəlirlər çıxılmaqla ayrı-ayrılıqda əks etdirilir. Çünki 

onlar haqqında məlumatlar iqtisadi qərarların qəbul olunması üçün faydalıdır.  

 Kapitalın  saxlanmasını  təmin  edən  düzəlişlər.  Aktivlər  və  öhdəliklərin 

hesabatda  yenidən  qiymətləndirilməsi  və  təkrar  olaraq  əks  olunması  kapitalın 

artmasına və ya azalmasına səbəb olur. Bu artma və azalmalar mənfəət və zərər 

haqqında hesabata daxil edilmir. Bu maddələr kapitala, kapitalın saxlanmasını 

təmin  edən  düzəlişlər  kimi  və  ya  yenidən  qiymətləndirmənin  ehtiyatları  kimi 

daxil edilir.  

Kommersiya  bankının  xərcləri  -  bank  fəaliyyətinin  təminatı  və  əməliy-

yatların  yerinə  yetirilməsi  üçün  çəkilən  xərcləri  əhatə  edir.  Bankın  xərcləri  = 

faiz  xərcləri  +  qeyri-faiz  xərcləri.  Faiz  xərcləri  -  cəlb  edilmiş  vəsaitlər  üçün 

ödənən faizlərin məbləğidir. Qeyri-faiz xərclərinə daxildir: əməliyyat xərcləri - 

poçt  və  teleqraf  xərcləri,  valyuta  əməliyyatları  üzrə  xərclər,  müxbir  hesablar 

üzrə  ödənilən  xərclər;  bank  fəaliyyətinin  təminatı  üçün  -  idarə  aparatlarının 

saxlanması, təsərrüfat (amortizasiya ayırmaları, icarə haqqı və s.); sair xərclər - 

cərimə, keçən il üzrə faiz və komisyon ödəmələri.  

Ümumiyyətlə, faiz xərcləri ümumi xərclərin 70 %-ni təşkil edir.  

Ümumi  xərclərin  həcminin  azaldılması  banklara  aşağıdakı  üstünlükləri 

verir: resurs baza strukturunun optimillaşması və qeyri-faiz xərclərinin azaldıl-

ması. 


Bank  idarəçilərinin  xərclər  mövzusunda  diqqət  edəcəkləri  ən  önəmli 

nöqtə - idarə xərcləridir. Xüsusilə də, cərimələrin azaldılmasma və ya onu sıfıra 

endirmək məsələsi bank menecmenti qarşısında duran ən başlıca vəzifədir. 

Bilindiyi  kimi,  nəzarətə  götürülə  biləcək  əsas  xərclər  əmanətə  ödənilən 

faiz, personal xərclər və batan kreditlərdən ibarətdir.  

Banklar  işçilərinin  səmərəliliyini  artırmaq  üçün  metodlar  axtarmalı  və 

risklərini  minimuma  endirə  bilməlidir.  Batan  kredit  nisbəti  az  olan  bankların 

personal xərcləri də nisbətən daha az olacaqdır.  

Ə

manət  xərcləri  də  riskli  kredit  portfelindən  və  aşağı  mənfəət  norma-



sından  təsirlənəcəkdir.  Bu  şərtlərdə  banka  borc  mənbəyi  saxlayanlar  aldıqları 

riskə qarşı daha çox gəlir tələb edəcəklər və nəticədə bu riskə qarşılıq istənilən 

pul xərcləri artıracaqdır.  

 

 




 

 

370



 

Mənfəəəmsalı 

 

Nisbə

Ölçü 

          Fəaliyyət xərcləri 

          Fəaliyyət gəlirləri 

 

         Faiz gəliri - faiz xərcləri 



         Kreditlər və investisiyalar 

Gəlir yaradıcı aktiv - Mənfəət 

      Qeyri-faiz gəlir 

     Qeyri-faiz xərc 

Bankların  kreditlər  və  investisiyalar 

xaricində qazanc gücü 

  Real sektoru olan kreditlər 

          Məcmu kreditlər 

Bank kredit nisbəti 

Dividend / Xalis gəlir 

Mənfəətin paylanması nisbəti 

Xalis mənfəət / Kapital 

Kapital gəlirliyi 

Xalis mənfəət / Orta məcmu aktivlər 

Aktiv gəlirliyi 

 

Likvidlik əmsalı  



 

Nisbət  

Ölçü 

Kredit / Əmanət 

Ə

manətlə fondlanan kredit nisbəti 



Ə

manət+digər borc mənbələri / Kapital  

Digər fondlara baxımlılıq 

Gəlir gətirici aktivlər/məcmu aktivlər 

Ümumi likvidlik 

Kreditlər / Gəlir gətirən aktivlər 

Gəlir gətirici aktivlərin dəyişkənliyi 

Hazır dəyərlər / Aktivlər  

Gerçək likvid aktivlər 

 

Maliyy_ə_hesabatlarının_t_ərtibolunma_prinsipl_əri'>Maliyy_ə_hesabatlarının_m_əqs_ədi_v_ə_t_ərtib_olunma_prinsipl_əri'>Kapital yetərlilik əmsalı  



 

Maliyyə hesabatlarının məqsədi və tərtib olunma prinsipləri 

Maliyyə hesabatlarının məqsədi - bankın maliyyə vəziyyəti, fəaliyyətinin 

nəticələri  və  maliyyə  vəziyyətində  dəyişiklikləri  əks  etdirən  məlumatların 

təqdim olunmasıdır. Maliyyə hesabatları, bank tərəfindən həyata keçirilən əmə-

liyyatların  strukturlaşdırılmış  təqdimatını,  fəaliyyətinin  nəticələrini  əks  etdirir 

və maliyyə hesabatları istifadəçilərinin düzgün iqtisadi qərarlar qəbul etməsinə 

şə

rait yaradır.  



Maliyyə hesabatlarının tərtibolunma prinsipləri 

Hesablama  metodu.  Maliyyə  hesabatları  hesablama  metodu  ilə  tərtib 



Nisbə

Ölçü 

Kapital / Aktiv  

Qaldırac (leverec) 

Kapital / Kreditlər 

Qaldırac və borc strukturundakı meyil 

Kapital / Əmanət 

Sərmayə strukturu 

Borc mənbələri / Kapital 

Qaldırac  



 

 

371



olunmalıdır. Hesablama metoduna müvafiq olaraq, əməliyyat və hadisələr baş 

verdiyi zaman (pul vəsaitlərinin və ya onun ekvivalentinin daxil olması və ya 

ödənilmə  dərəcəsi  üzrə  yox)  tanınır  və  aid  olduqları  dövrün  maliyyə  hesa-

batlarına  daxil  edilir.  Hesablama  metoduna  əsasən  tərtib  olunmuş  maliyyə 

hesabatları,  istifadəçiləri  ödəmələrlə  və  pul  vəsaitlərinin  alınması  ilə  bağlı, 

nəinki əvvəlki əməliyyatlar haqqında, həmçinin gələcək ödəmələr və alınması 

gözlənilən  pul  vəsaitlərini  əks  etdirən  vəsaitlər  haqqında  məlumatlarla  təmin 

edir.  Beləliklə,  hesablama  metodu  ilə  tərtib  olunmuş  maliyyə  hesabatları 

istifadəçilər üçün iqtisadi qərarların qəbul edilməsində kifayət qədər vacib olan 

keçmiş  əməliyyatlar  və  həmçinin  gələcək  hadisələr  barədə  məlumatla  təmin 

edir. 

Fəaliyyətin  fasiləsizliyi.  Maliyyə  hesabatları  bankın  hazırda  fəaliyyət 



göstərməsini və gələcəkdə də fəaliyyətini davam etdirməsini nəzərə alaraq, fəa-

liyyətin fasiləsizlik prinsipinə əsasən tərtib edilməlidir. Yəni, bu prinsipə əsasən 

nəzərdə tutulur ki, bankın fəaliyyətini ixtisara salmaq və ya ləğv etmək məramı 

və ehtiyacı yoxdur. Əgər belə məram və ya ehtiyac olarsa, maliyyə hesabatları 

başqa əsasla hazırlanmalıdır və tətbiq olunan əsas açıqlanmalıdır. 

Maliyyə hesabatlarının keyfiyyət xüsusiyyətləri 

Şə

ffaflıq (aydınlıq). Maliyyə hesabatlarında təqdim olunan məlumatların 



ə

sas keyfiyyət göstəricisi onun istifadəçilər üçün aydın olmasıdır. Bu prinsipə 

ə

sasən  tərtib  olunmuş  maliyyə  hesabatları,  istifadəçilərdə  bankın  maliyyə 



vəziyyəti,  aparılan  əməliyyatların  nəticələri,  pul  vəsaitlərinin  hərəkəti  barədə 

düzgün və qərəzsiz təsəvvür yaradır. 

Münasiblik.  Məlumatların  faydalı  olması  üçün  onun  iqtisadi  qərarlar 

qəbul  edən  istifadəçilər  üçün  münasibliyi  zəruridir.  Məlumatlar  istifadəçilərə 

keçmiş,  indiki  və  gələcək  dövrlər  üzrə  hadisələri  qiymətləndirərək  iqtisadi 

qərarlar qəbul edilməsinə təsir göstərdikdə, habelə keçmiş qiymətləndirilmələri 

təsdiq etdikdə və ya aradan qaldırılmasına təsir etdikdə, münasib hesab olunur. 

Ə

həmiyyətlilik.  Məlumatların  münasibliyinə  onun  xarakteri  və  əhəmiy-



yətliliyi  böyük  təsir  göstərir.  Bu  prinsipə  əsasən  hər  bir  əhəmiyyətli  maddə 

maliyyə  hesabatlarında  ayrı-ayrılıqda  əks  olunmalıdır.  Əhəmiyyətli  olmayan 

məbləğlər analoji xarakterli məbləğlərlə birləşdirilməli və ayrıca təqdim olun-

mamalıdır.  

Etibarlılıq.  Məlumatların  əhəmiyyətli  olması  üçün  etibarlı  olması  vacib 

şə

rtdir.  Məlumatlar  mühüm  səhv  və  qeyri-obyektivlikdən  azad  olduqda  və 



istifadəçilər üçün inandırıcı olduqda, etibarlı hesab olunur. 

Düzgün  təqdimat.  Maliyyə  hesabatlarında  məlumatların  etibarlı  olması 

üçün əməliyyat və hadisələr düzgün təqdim olunmalıdır.  

Mahiyyətin  formadan  üstünlüyü.  Əməliyyat  və  hadisələrin  düzgün  əks 

etdirilməsi üçün, əməliyyat və hadisələr, onların təkcə hüquqi forması ilə deyil, 

həmçinin mahiyyəti və iqtisadi reallığı nəzərə alınmaqla təqdim olunmalıdır.  

Neytrallıq.  Etibarlılığı  təmin  etmək  məqsədi  ilə  maliyyə  hesabatlarında 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə