Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə177/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   173   174   175   176   177   178   179   180   ...   230

 

 

372



olan  məlumatlar  neytral  və  obyektiv  olmalıdır.  Əgər  məlumatın  və  ya  onun 

təqdimat formasının seçilməsi, nəzərdə tutulmuş məqsədlərin əldə olunmasına 

və  qərarların  qəbul  edilməsinə  təsir  göstərmirsə,  maliyyə  hesabatları  neytral 

hesab edilir. 

Ehtiyatlılıq. Ehtiyatlılıq, aktivlərin dəyərinin və ya gəlirlərin məbləğinin 

artırılmasına,  passivlərin  dəyərinin  və  ya  xərclərin  məbləğinin  aşağı  salınma-

sına  yol verməmək məqsədilə, qeyri-müəyyənlik şəraitində qiymətləndirmələr 

üçün  zəruri  olan  qərarların  qəbulu  zamanı  ehtiyatla  hərəkət  etmək  deməkdir. 

Lakin ehtiyatlılıq prinsipinə riayət edilməsi gizli (artıq) ehtiyatların yaradılması, 

ə

saslı surətdə aktivləri (gəlirləri) azaltmaq və ya öhdəlikləri (xərcləri) artırmağı 



tələb  etmir.  Çünki  bu  halda  maliyyə  hesabatları  neytral  olmaz  və  nəticədə 

etibarlılıq keyfiyyətinə cavab verməz. 

Tamlıq. Etibarlılığı təmin etmək məqsədilə maliyyə hesabatlarındakı mə-

lumatlar tam olmalıdır və bankın maliyyə vəziyyətini və maliyyə nəticəsini tam 

şə

kildə  əks  etdirməlidir.  Buraxılmış hər hansı bir  məlumat, bütövlükdə məlu-



matların yanlış olmasına gətirib çıxarar və nəticədə onu münasiblik baxımından 

etibarsız və qeyri-mükəmməl edə bilər. 

Müqayisəlilik.  Məlumatlar  istifadəçilərə  müxtəlif  dövrlərə  aid  maliyyə 

vəziyyətindəki meyilləri və fəaliyyət nəticələrini qiymətləndirmək üçün müqa-

yisəli  şəkildə  təqdim  edilməlidir.  stifadəçilər  həmçinin  müxtəlif  bankların 

maliyyə vəziyyətlərini, fəaliyyətinin nəticələrini və maliyyə vəziyyətindəki də-

yişiklikləri  qiymətləndirmək  üçün  müqayisə  etmək  imkanına  malik  olma-

lıdırlar. 

Keyfiyyət  xüsusiyyəti  kimi  müqayisəliliyin  vacib  şərtini,  istifadəçilərin 

maliyyə hesabatlarının hazırlanmasında istifadə olunan uçot siyasəti, uçot siya-

sətində aparılan istənilən dəyişikliklər və bu dəyişikliklərin nəticələri haqqında 

məlumatlandırılmasını təşkil edir.  

Məlumatların  münasibliyinin  və  etibarlılığının  məhdudlaşdırılması 

vaxtlı-vaxtlılıq.  Məlumatın  təqdimatında  əsassız  gecikdirilmə  baş  verərsə, 

həmin məlumat əhəmiyyətini itirə bilər. Məlumatların vaxtlı-vaxtında təqdim 

olunması  üçün  bəzən  əməliyyatların  və  digər  hadisələrin  bütün  aspektlərini 

araşdırmadan  təqdim  olunması  zəruri  olur.  Bu  da  etibarlılıq  səviyyəsini  aşağı 

salır.  Əksinə,  əgər  hesabatlar  bütün  aspektləri  araşdırılmaq  üçün  saxlanılırsa, 

məlumatlar  kifayət  qədər  etibarlı  olur,  lakin  istifadəçilər  üçün  az  faydalı  ola 

bilər,  çünki  istifadəçilərin iqtisadi  qərarlar qəbul  etməsi  gecikdirilə bilər. Mü-

nasiblik  və  etibarlılıq  arasında  tarazlığın  əldə  olunması  istifadəçilərin  iqtisadi 

qərarlar qəbul etmək tələbatının ən yaxşı təmin olunmasıdır. Bu səbəbdən hər 

hansı  bir  hadisənin  qarşısını  almaq  məqsədilə  və  ya  düzgün  iqtisadi  qərarlar 

qəbul edilməsi üçün məlumatlar vaxtlı-vaxtında təqdim olunmalıdır. 

Səmərə  və  məsrəflər  arasında  tarazlıq.  Səmərə  və  məsrəflər  arasında 

tarazlıq  –  keyfiyyət  xüsusiyyəti  yox,  prinsipial  məhdudiyyətdir.  Bu  prinsipə 

ə

sasən  məlumatlardan  əldə  ediləcək  səmərə  onun  alınmasına  çəkilən  məsrəf-




 

 

373



lərdən artıq olmalıdır.  

Dəqiq  və  obyektiv  təqdimat.  Maliyyə  hesabatları  bankın  maliyyə 

vəziyyəti,  fəaliyyətinin  nəticələri  və  maliyyə  vəziyyətində  dəyişikliklər  haq-

qında dəqiq və obyektiv məlumatları təqdim etməlidir. 

Maliyyə  hesabatlarının  elementləri.  Maliyyə  hesabatları  əməliyyatların 

və digər hadisələrin nəticələrini onların iqtisadi xüsusiyyətlərinə uyğun olaraq 

müəyyən  kateqoriyalarda  birləşdirərək  əks  etdirməlidir.  Bu  kateqoriyalar  ma-

liyyə  hesabatlarının  elementləri  adlanır.  Mühasibat  balansında  maliyyə  vəziy-

yətinin  qiymətləndirilməsi ilə bilavasitə  əlaqəli olan elementlər  -  aktivlər, öh-

dəliklər və kapital hesab edilir. Mənfəət və zərər haqqında hesabatda fəaliyyətin 

nəticələrinin qiymətləndirilməsi ilə bilavasitə əlaqəli olan elementlər - gəlirlər 

və xərclər hesab edilir. 

Mühasibat  balansında  və  mənfəət  və  zərər  haqqında  hesabatda  bu  ele-

mentlər  təsnifləşdirilir.  Təsnifləşdirmənin  aparılmasında  məqsəd  istifadəçilərə 

iqtisadi qərarlar qəbul etmək üçün daha əlverişli şəraitin yaradılmasıdır. 

Maliyyə hesabatı elementlərinin qiymətləndirilməsi. Qiymətləndirilmə – 

maliyyə  hesabatının  elementlərinin  tanınmalı  olduğu,  mühasibat  balansına  və 

mənfəət və zərər haqqında hesabata daxil olunmalı pul məbləğlərinin müəyyən 

edilməsi  prosesidir.  Maliyyə  hesabatlarında  bir  sıra  müxtəlif  qiymətləndirmə 

metodlarından istifadə olunur. Bu metodlar aşağıdakılardan ibarətdir: 

1. Alqının faktiki dəyəri. Aktivlər onlara görə ödənilmiş pul vəsaitlərinin 

və ya onların ekvivalentlərinin məbləğləri üzrə və ya aktivlərin alınması zamanı 

təklif  olunan  ədalətli  dəyərlə  tanınır.  Öhdəliklər,  borc  üzrə  öhdəliyin  əvəzinə 

alınan  mədaxil  məbləği  üzrə  və  ya  bəzi  hallarda  ödənilməsi  gözlənilən  pul 

vəsaitlərinin  və  ya  onların  ekvivalentlərinin  məbləğləri  üzrə  tanınır.  Məsələn, 

gəlir vergisi. 

2. Bərpa  olunma  dəyəri.  Aktivlər,  bu  aktivin  və  ya  ekvivalent  aktivin 

mövcud alınması şərtində, ödənilməli olan pul vəsaitlərinin və ya onların ekvi-

valentlərinin məbləği üzrə əks olunur. Öhdəliklər bu öhdəliyi mövcud ödənil-

məsi şərtində, tələb olunan pul vəsaitlərinin və ya onların ekvivalentlərinin dis-

kont olunmamış məbləğləri üzrə əks olunur.  

3. Mümkün  satış  qiyməti  (ödəmə).  Aktivlər  mövcud  normal  şəraitdə 

satışdan əldə oluna bilən pul vəsaitlərinin və ya onların ekvivalentlərinin məb-

ləğləri  üzrə  əks olunur.  Öhdəliklər  isə onların ödənilməsi dəyərləri üzrə,  yəni 

normal  şəraitdə  öhdəliklərin  ödənilməsi  üçün  çəkilməsi  nəzərdə  tutulan  pul 

vəsaitlərinin və ya onların ekvivalentlərinin diskont olunmamış məbləğləri üzrə 

ə

ks olunur.  



4. Diskont  olunmuş  dəyər.  Aktivlər,  normal  şəraitdə  bu  aktiv  vasitəsilə 

yaranması  ehtimal  olunan  pul  vəsaitlərinin  gələcək  xalis  daxilolmalarının 

diskont  olunmuş  dəyəri  üzrə  əks  olunur.  Öhdəliklər,  normal  şəraitdə  öhdəlik-

lərin ödənilməsi üçün tələb olunması ehtimal olunan pul vəsaitlərinin gələcək 

xalis ödənişlərinin diskont olunmuş dəyəri üzrə əks olunur.  



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə