Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə178/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   174   175   176   177   178   179   180   181   ...   230

 

 

374



Banklar tərəfindən ən çox istifadə olunan əsas ölçü - faktiki dəyər ölçüsü-

dür. Adətən faktiki dəyər digər qiymətləndirmə metodları ilə qarşılıqlı olunaraq 

istifadə  olunur.  Məsələn,  ehtiyatlar  adətən  maya  dəyərindən  aşağı  və  satışın 

mümkün xalis satış qiyməti üzrə hesaba alınır, bazar qiymətli kağızları onların 

bazar  dəyəri  üzrə,  pensiya  üzrə  öhdəliklər  onların  diskont  olunmuş  məbləği 

üzrə tanınır.  



 

11.4. Maliyyə kapitalının saxlanması konsepsiyası 

 və mənfəətin  müəyyən olunması 

 

Maliyyə  kapitalının  saxlanması  konsepsiyasına  görə,  ilin  sonunda  xalis 



aktivlərin  məbləğindən  bütün  ayırmalar  və  dövr  ərzində  mülkiyyətçilərin 

ödəmələri çıxıldıqdan sonra qalan məbləğin, ilin əvvəlində olan xalis aktivlərin 

məbləğindən  artıq  olan  hissəsi  əldə  edilmiş  mənfəət  hesab  olunur.  Maliyyə 

kapitalının saxlanması nominal pul vahidləri və ya daimi alıcılıq qabiliyyəti va-

hidi ilə ölçülür. Kapitalın saxlanması konsepsiyası bankın saxlamaq istədiyi ka-

pitalın  necə  müəyyən  olunmasını  nəzərdən  keçirir.  Kapitalın  saxlanması 

konsepsiyası kapital konsepsiyaları ilə mənfəət konsepsiyaları arasında əlaqəni 

müəyyən edir, mənfəətin ölçülməsi istiqamətini göstərir. Bu konsepsiya bankın 

mənfəətindən kapitala və kapitaldan qaytarılması arasında fərqin müəyyənləş-

dirilməsi  üçün  əsasdır.  Nəticə  etibarilə,  mənfəət  –  xərclərin  (o  cümlədən,  ka-

pitalın saxlanması üçün zəruri olan təshihlərin məbləği) gəlirlərdən çıxıldıqdan 

sonra yerdə qalan qalıq məbləğidir. Əgər xərclər gəlirdən artıqdırsa, fərq zərər 

kimi tanınır. 

Bank mənfəəti – kommersiya bankının maliyyə nəticəsinin fəaliyyətidir, 

yəni  gəlirlərin  xərcləri  üstələməsidir.  Kommersiya  banklarının  mənfəətlərinin 

təhlili aşağıdakı istiqamətdə aparılır:  

1. Bankın cari dönəmdə mənfəətinin səviyyəsi;  

2. Xalis mənfəətin təhlili;  

3.  Bank  fəaliyyətinin  əsas  istiqamətlərini  və  bank  əməliyyatlarının 

növləri üzrə əldə olunan mənfəətin təhlili.  

Bank  fəaliyyətinin  ən  səmərəli  göstəricisi  rentabelliкdir.  Bankın  renta-

bellik  səviyyəsi  rentabellik  əmsalı  ilə  ölçülür.  Bank  rentabelliyinin  ümumi 

göstəricisi bankın ümumi mənfəətliliyini və ya 1 manat gəlirə düşən mənfəətin 

payını müəyyən etməyə imkan verir. 

 

 

11.5. Maliyyə hesabatlarının tərikibi 



 

Maliyyə hesabatlarının tam dəstinə aşağıdakılar daxildir: 

1.  mühasibat balansı; 

2.  mənfəət və zərər haqqında hesabat; 

3.  kapitalın strukturunda dəyişikliklər haqqında hesabat; 



 

 

375



4.  pul vəsaitlərinin hərəkəti haqqında hesabat; 

5.  uçot siyasəti və izahat qeydləri. 

Bank maliyyə hesabatlarından başqa, fəaliyyətinin maliyyə nəticələrinin 

ə

sas xarakterini, maliyyə vəziyyətini və qarşılaşdığı əsas qeyri-müəyyənlikləri 



ə

ks etdirən rəhbərliyin maliyyə şərhlərini təqdim edə bilər.  

Mühasibat  balansı.  Hər  bir  bank  mühasibat  balansında  aparılan  əməliy-

yatların xarakterinə əsaslanaraq, qısamüddətli və uzunmüddətli aktivləri və öh-

dəlikləri ayrı-ayrılıqda təsnifləşdirərək əks etdirməlidir.  

Qısamüddətli  aktivlər.  Aktivlər  aşağıdakı  hallarda  qısamüddətli  aktiv 

kimi təsnifləşdirilməlidir:  

1. aktiv  satılmaq  üçün  saxlanıldıqda  və  ya  bankın  əməliyyat  prosesinin 

normal şəraitində istifadə edilmək üçün nəzərdə tutulduqda; 

2. aktiv  əsas  etibarı  ilə  kommersiya  məqsədləri  üçün  və  ya  qısa  vaxt 

müddətində  saxlanıldıqda  və  hesabat  tarixindən  etibarən  on  iki  ay  ərzində 

realizə edilməsi nəzərdə tutulduqda; 

3. aktiv istifadəsi üzrə heç bir məhdudiyyət olmayan pul vəsaitləri və ya 

onların ekvivalenti hesab edildikdə.  

Bütün digər aktivlər uzunmüddətli aktivlər kimi təsnifləşdirilməlidir.  

Qısamüddətli  öhdəliklər.  Öhdəliklər  aşağıdakı  hallarda  qısamüddətli 

öhdəliklər kimi təsnifləşdirilməlidir: 

1. öhdəliyin  bankın  əməliyyat  prosesinin  normal  şəraitində  ödənilməsi 

nəzərdə tutulduqda; 

2. öhdəlik  hesabat  tarixindən  etibarən  on  iki  ay  ərzində  ödənilməli 

olduqda. 

Bütün digər öhdəliklər uzunmüddətli öhdəliklər kimi təsnifləşdirilməlidir.  

Bank, faizlərin ödənilməsi də daxil olmaqla uzunmüddətli öhdəliklərini, 

hətta  onlar  hesabat  tarixindən  etibarən  on  iki  ay  ərzində  ödənilməli  olduqda 

belə, aşağıdakı şərtlərdə, uzunmüddətli öhdəliklər kimi təsnifləşdirilməlidir: 

1.  öhdəliyin ilkin müddəti on iki aydan artıq dövr təşkil etmişdirsə; 

2.  öhdəliyin  uzunmüddətli  əsasda  yenidən  maliyyələşdirilməsi  nəzərdə 

tutulduqda; 

3.  bu  niyyətlər  yenidən  maliyyələşdirmə  müqaviləsi  ilə  və  ya  maliyyə 

hesabatlarının təsdiq olunmasına qədər ödəniş cədvəlinin dəyişilməsi haqqında 

müqavilə ilə təsdiq olunduqda. 

Qısamüddətli öhdəliklərdən çıxarılan hər hansı bir öhdəliyin məbləği mü-

hasibat balansına edilən qeydlərdə (bu təqdimatı əsaslandıran məlumatlarla bir-

likdə) açıqlanmalıdır. 

Mühasibat  balansında  təqdim  edilməli  olan  məlumatlar.  Bank  aktiv  və 

öhdəlikləri likvidlik səviyyəsini əks etdirən ardıcıllıqla və onların xarakteri üzrə 

qruplaşdıraraq  mühasibat  balansında  əks  etdirməlidir.  Mühasibat  balansına 

aşağıdakı aktiv və passiv maddələr daxil edilməlidir: 



 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə