Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə179/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   175   176   177   178   179   180   181   182   ...   230

 

 

376



Aktivlə

• 

nağd pul və digər ödəniş vasitələri; 



• 

qızıl və digər qiymətli metallar; 

• 

Mərkəzi Bankdakı hesablar; 



• 

maliyyə sektoruna verilmiş kreditlər və avanslar; 

• 

müştərilərə verilmiş kreditlər və avanslar; 



• 

qiymətli investisiya kağızları; 

• 

qeyri-maddi aktivlər; 



• 

ə

sas vəsaitlər; 



• 

digər aktivlər. 

 

 

Öhdəliklə



• 

Mərkəzi Bank qarşısında öhdəliklər; 

• 

maliyyə sektoru qarşısında öhdəliklər; 



• 

müştərilər qarşısında öhdəliklər; 

• 

borc götürülmüş digər vəsaitlər; 



• 

digər öhdəliklər. 

 

 Kapital  



• 

nizamnamə kapitalı; 

• 

ehtiyatlar; 



• 

bölüşdürülməmiş mənfəət. 

Bank mühasibat balansında maliyyə aktivləri və öhdəliklərinin hər bir sinfi 

üçün ədalətli dəyəri açıqlamalıdır. Əlavə maddələr, başlıqlar və aralıq məbləğlər 

tələb olunduqda və ya bankın maliyyə vəziyyətinin dəqiq təqdimatı üçün əhəmiy-

yətli olduqda, mühasibat balansında əks etdirilməlidir. Aktiv və öhdəliklər digər 

uçot Qaydalarında tələb olunan hallar istisna olmaqla, əvəzləşdirilməməlidir.  

Müsahibat balansında və ya ona dair qeydlərdə təqdim edilməli olan 

məlumatlar.  Bank  mühasibat  balansında  və  ya  ona  dair  qeydlərdə  təqdim 

edilmiş hər bir maddənin təsnifatını açıqlamalıdır. Mühasibat balansının hər bir 

maddəsi  öz  xüsusiyyətinə  və  baş  bankın,  əlaqəli  törəmə  müəssisənin,  asso-

siasiya  edilmiş  müəssisənin  və  digər  əlaqəli  tərəflərin  kreditor  və  debitor 

borclarının  məbləğləri  təsnifat  üzrə  maddələrə  bölünməlidir.  Bank  mühasibat 

balansında və ya qeydlərdə aşağıdakı məlumatları açıqlamalıdır: 

a)  səhmdar kapitalın hər bir sinfi üçün: 

• buraxılışına icazə verilmiş səhmlərin sayını; 

• buraxılmış  və  tam  ödənilmiş,  həmçinin  buraxılmış,  lakin  tam  ödənil-

məmiş səhmlərin sayını; 

• səhmin nominal dəyəri haqqında məlumatı; 

• dövriyyədə  olan  səhmlərin  sayının  ilin  əvvəlinə  və  sonuna  müqayi-

səsini; 



 

 

377



• müvafiq  siniflə  əlaqədar  hüquqları,  imtiyazları  və  məhdudiyyətləri, 

həmçinin dividendlərin bölüşdürülməsi və kapitalın ödənilməsi üzrə məhdudiy-

yətləri; 

• bankın  özünə  və  ya  törəmə,  yaxud  assosiasiya  edilmiş  müəssisələrə 

məxsus olan səhmləri; 

• şərtlər və məbləğ də daxil edilməklə opsion və ya satış sazişləri üzrə bu-

raxılış üçün nəzərdə tutulmuş səhmləri; 

b)  sahibkarların kapitalı dairəsində hər bir ehtiyatın xarakterini və məq-

sədini; 

c)  dividendlər təqdim edildikdə, lakin rəsmi şəkildə ödəniş üçün təsdiq 

edilmədikdə öhdəliyə daxil edilən (və ya daxil edilməyən) məbləği;  

ç) imtiyazlı kumulyativ səhmlər üzrə hər hansı tanınmamış dividendlərin 

məbləğini.  

Mənfəət və zərər haqqında hesabat. Bank gəlir və xərcləri xarakterinə 

görə  qruplaşdıraraq,  əsas  gəlir  və  xərc  növlərini  açıqlayan  mənfəət  və  zərər 

haqqında  hesabat  təqdim  etməlidir.  Mənfəət  və  zərər  haqqında  hesabata  aşa-

ğ

ıdakı gəlir və xərc maddələri daxil edilməlidir: 



• faiz gəlirləri;  

• faiz xərcləri; 

• aktivlər üzrə ehtimal olunan zərər üçün ehtiyatlar; 

• qızıl və digər qiymətli metalların yenidən qiymətləndirilməsi üzrə xalis 

gəlirlər; 

• qiymətli kağızların yenidən qiymətləndirilməsi üzrə xalis gəlirlər; 

• valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə xalis gəlirlər; 

• xarici valyuta ilə dilinq əməliyyatları üzrə xalis gəlirlər; 

• haqq və komissiya gəlirləri; 

• haqq və komissiya xərcləri; 

• digər əməliyyat gəlirləri; 

• işçilərə sərf olunan xərclər; 

• qeyri-maddi aktivlər və əsas vəsaitlər üzrə köhnəlmə xərcləri; 

• əsas vəsaitlər üzrə təmir və saxlanma xərcləri; 

• inzibati xərclər; 

• digər xərclər; 

• mənfəət vergisi üzrə xərc. 

Bank əməliyyatları nəticəsində yaranan hər bir əsas gəlir və xərc növləri 

istifadəçilər  tərəfindən  bankın  işinin  səmərəliliyinin  qiymətləndirilə  bilməsi 

üçün ayrı-ayrılıqda açıqlanmalıdır. Bank mənfəət və zərər haqqında hesabatda, 

yaxud  ona  edilən  qeydlərdə  gəlir  və  xərclərin  təsnifləşdirilməsindən  istifadə 

edərək  təhlilini  təqdim  etməlidir.  Gəlir  və  xərc  maddələri  yalnız  aşağıdakı 

hallarda əvəzləşdirilə bilər: 

• digər uçot Qaydaları ilə tələb olunduqda; 




 

 

378



• eyni və ya analoji əməliyyat və hadisələrdən yaranan mənfəət (zərər) və 

müşayiətedici xərclər əhəmiyyətli olmadıqda. Bu halda bu məbləğlər birləşdi-

rilir və əhəmiyyətlilik prinsipinə uyğun əks olunur. 

Kapitalın  strukturunda  dəyişikliklər  haqqında  hesabat.  Bankın  ma-

liyyə hesabatlarında kapitalın strukturundakı dəyişikliklər haqqında məlumatlar 

ayrıca  bir  forma  şəklində  təqdim  edilməlidir.  Bu  hesabatda  bankın  kapitalını 

təşkil  edən  maddələr  üzrə  məlumatlar  ayrı-ayrılıqda  təsnifləşdirilərək  hesabat 

dövrünün  əvvəlinə,  hesabat  dövrü  ərzində  və  hesabat  dövrünün  sonuna  olan 

göstəriciləri əks etdirilməlidir.  

 

11.6. Maliyyə hesabatlarının istifadəçilərə təqdim edilməsi 

 

 Hər bir bank maliyyə hesabatlarının və qanunla nəzərdə tutulmuş digər 

məlumatların qanunvericilikdə nəzərdə tutulmuş qaydada istifadəçilərə açıqlan-

masını təmin  etməlidir (Banklarda korporativ idarəetmə standartlarının tətbiqi 

Qaydaları 15-1). Məlumatların istifadəçilərə təqdim edilməsi beynəlxalq təcrü-

bəyə  uyğun  olaraq  korporativ  idarəetmə  standartlarının  tətbiqi  çərçivəsində 

bankın fəaliyyəti ilə bağlı əlavə olaraq açıqlanması tələb olunan məlumatların 

tərkibi və istifadəçilərə təqdim edilməsi qaydası müəyyən edilir.  

Məlumatların  açıqlanmasının  əsas  məqsədi  məlumat  istifadəçilərini 

iqtisadi qərarlar qəbul edərkən maliyyə  vəziyyəti ilə bağlı apardıqları qiymət-

ləndirmənin nəticələrinə və qərarların qəbul edilməsinə təsir göstərə bilən, bu-

nunla da müxtəlif bankları səmərəli müqayisə etməyə imkan verən informasiya 

ilə təmin etməkdir.  

Qanunla  qorunan  məlumatlar  istisna  olmaqla,  hər  bir  bank  öz  istəyi  ilə 

fəaliyyəti barədə əhəmiyyətli hesab etdiyi digər məlumatları da açıqlaya bilər.  

Məlumatlar mötəbərlik, anlaşıqlılıq, operativlik, əhəmiyyətlilik, aktuallıq, 

müqayisəlilik prinsiplərinə uyğun olmalı, açıqlanarkən şəffaflıq və kommersiya 

maraqlarının qorunması arasında tarazlıq saxlanılmalıdır. 

Məlumatların  açıqlanması  qaydası  və  dövriliyi,  məlumatların  tərkibi  və 

istafadəçilərə çatdırılması qaydası, habelə bu proseslərin daxili nəzarətlə əhatə 

olunması  mexanizmi  bu  Qaydaların  tələbləri  nəzərə  alınmaqla,  bankın  Mü-

ş

ahidə Şurası tərəfindən təsdiq edilmiş daxili qaydalarla müəyyən edilməlidir.  



Banklar tərəfindən aşağıdakı qrup məlumatlar açıqlanmalıdır:  

1. bank və onun fəaliyyəti barədə ümumi məlumat; 

2. bank kapitalının strukturu və adekvatlığı barədə məlumat; 

3. bank risklərinin idarə edilməsi barədə məlumat. 

Bank və onun fəaliyyəti barədə aşağıdakı məlumatlar açıqlanmalıdır: 

1. bankın inkişaf strategiyası; 

2. bankın qarşısında duran məqsəd və hədəflər; 

3.  banka  verilmiş  reytinqlər  barədə  məlumat:  reytinq  agentliyinin  adı, 

reytinqin verilməsi tarixi, bankın cari və əvvəlki reytinqi; 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə