Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə180/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   176   177   178   179   180   181   182   183   ...   230

 

 

379



4. bankın Müşahidə Şurası,  darə Heyəti və Audit Komitəsinin sədri və 

üzvlərinin adı, soyadı, telefon nömrəsi, elektron poçt ünvanı, onların təhsili və 

ixtisası barədə məlumat; 

 5.  bankın  son  maliyyə  ili  üzrə  auditini  həyata  keçirən  kənar  auditor 

haqqında məlumat, onun seçilməsi qaydası və meyarları;  

6.  bankın  korporativ  idarəetmə  sistemi  haqqında  məlumat  (bankın  təş-

kilati  strukturu,  idarəetmə  orqanlarının  səlahiyyəti,  daxili  audit  və  onun  sə-

lahiyyətləri, maliyyə idarəetməsi, hesabatlıq və daxili nəzarət prosesləri);  

7.  bankın  kapitalında  mühüm  iştirak  payına  malik  olan  səhmdarların 

siyahısı və onların iştirak payları;  

8.  minoritar  səhmdarların  (bankda  qərarların  qəbul  edilməsinə  birbaşa 

təsir  göstərə  bilməyən  xırda  səhmdarlar)  sayı  və  bankın  kapitalında  onların 

ümumi payı;  

9. banka aidiyyəti olan şəxslərlə və aidiyyəti şəxs adından hərəkət edən 

şə

xslərlə  (hüquqi  və  fiziki  şəxslər)  bağlanmış  əqdlərinin  məbləği  və  bu 



məbləğin bankın məcmu kapitalına olan nisbəti; 

10. bankın dividend siyasəti; 

11. bank holdinqə daxildirsə, onun daxil olduğu holdinqin və həmin hol-

dinqə  daxil  olan  digər  təşkilatların  adları  və  holdinqin  kapitalında  paylarının 

məbləği; 

12. bank törəmə təşkilatdırsa, onun baş təşkilatının adı, bu təşkilatın digər 

törəmə və iştirak payı olan təşkilatlarının adları, onların kapitalında olan payı-

nın məbləği və xüsusi çəkisi; 

13. bankın törəmə təşkilatları barədə məlumat (adı, hüquqi statusu, fəa-

liyyət istiqamətləri) və iştirak payı olan digər təşkilatların adları və hər birində 

bankın payının məbləği və xüsusu çəkisi.  

Kapitalın strukturu  və adekvatlığı  barədə  aşağıdakı məlumatlar  açıqlan-

malıdır: 

1. məcmu kapitalın məbləği; 

2.  bankın  birinci  və  ikincidərəcəli  kapitalının  məbləği  və  onun  ele-

mentləri;  

3. bankın məcmu kapitalından tutulmalar; 

4. risk dərəcəsi üzrə ölçülmüş aktivlərin həcmi; 

5.  məcmu  və  birincidərəcəli  kapitalın  adekvatlığı  üzrə  Mərkəzi  Bank 

tərəfindən müəyyən edilmiş tələblər və bankın faktiki göstəriciləri. 

Bankın məruz qaldığı hər bir əhəmiyyətli riskin idarə edilməsi üzrə məq-

səd və siyasətini əks etdirən aşağıdakı məlumat açıqlanmalıdır: 

1. strategiya və proseslər; 

2. risklərin idarə edilməsini həyata keçirən strukturlar və onların səlahiy-

yətləri; 

3. hesabatlıq sistemləri; 

4. risklərin ölçülməsi sistemləri və metodları; 



 

 

380



5.  riskin  azaldılması  üzrə  siyasət  və  alətlərin  effektivliyinə  nəzarət 

prosesləri. 

Bankın  məruz  qaldığı  kredit  riski  barədə  aşağıdakı  məlumatlar  açıqlan-

malıdır: 

1. vaxtı keçmiş kreditlərin məbləği və kredit portfelində xüsusi çəkisi; 

2. qeyri-standart  kreditlərin  cəmi və  hər  bir kateqoriya üzrə məbləği və 

kredit portfelində xüsusi çəkisi (vaxtı keçmiş və qeyri-standart kreditlər barədə 

məlumat açıqlanarkən Mərkəzi Bankın “Aktivlərin təsnifləşdirilməsi və müm-

kün  zərərlərin  ödənilməsi  üçün  ehtiyatların  yaradılması  Qaydaları”nda  həmin 

kreditlərə verilmiş anlayışlar da göstərilməlidir); 

3. kreditlər üzrə yaradılmış adi və məqsədli ehtiyatların məbləği və kredit 

portfelinə nisbəti; 

4. balansdankənar öhdəliklərin cəmi və növləri üzrə məbləği; 

5. kreditlərin, o cümlədən vaxti keçmiş kreditlərin regionlar üzrə coğrafi 

bölgüsü; 

6. kreditlərin, o cümlədən vaxtı keçmiş kreditlərin iqtisadi sektorlar üzrə 

bölgüsü; 

7. iri kredit borclarının məbləği və məcmu kapitala nisbəti. 

Bankın  məruz  qaldığı  bazar  riski  barədə  aşağıdakı  məlumatlar  açıqlan-

malıdır: 

1. faiz dərəcəsi riski; 

2. xarici valyuta riski , o cümlədən açıq valyuta mövqeyi; 

3. maliyyə bazarlarında baş verə biləcək şoklara (məzənnə, faiz və kredit 

riskləri)  qarşı  bankın  dayanıqlığı  üzrə  keçirilmiş  stress-testləşdirmədə  tətbiq 

olunan ssenarilər və onların nəticələri barədə məlumat.  

Bankın məruz qaldığı likvidlik riski barədə aşağıdakı məlumatlar açıqlan-

malıdır: 

1.  hər  bir  valyuta  üzrə  aktivlərin  və  öhdəliklərin  ödəniş  müddətlərinin 

bölgüsü barədə məlumat; 

2. likvidlik riskinin idarə edilməsi metodları.  

Hər bir bank məlumatları istifadəçilərə təqdim etmək üçün  nternet infor-

masiya  ehtiyatlarını  yaratmalı  və  kütləvi  informasiya  vasitələrində  nternet 

saytının ünvanı barədə elan yerləşdirməlidir. 

Açıqlanan  məlumatlar  bankın  nternet  saytında,  əhatə  və  təsir  dairəsi 

geniş  olan  kütləvi  informasiya  vasitələrində  yerləşdirilməli,  habelə  məlumat 

istifadəçilərinin  sorğularına  əsasən  heç  bir  xərc  tələb  olunmadan  bilavasitə 

onların özlərinə təqdim edilməlidir. 

Açıqlanan məlumatlar bankın  darə Heyətinin sədri və baş mühasibi tərə-

findən imzalanır.  

Hər bir bank yerləşdiyi binada (filialda, şöbədə) müştərilərə xidmət gös-

tərilən və onlara aydın görünən yerlərdə məlumatların açıqlanması barədə yazılı 

formada  elan  yerləşdirməlidir.  Bu  elanda  açıqlanan  məlumatlarla  bağlı 




 

 

381



sorğuların  cavablandırılmasına  məsul  şəxs  barədə  də  informasiya  verilməlidir 

(onun adı, soyadı, telefon nömrəsi, elektron poçt ünvanı). 

Məlumatlar aşağıdakı müddətlərdə açıqlanmalıdır:  

1. bank və onun fəaliyyəti barədə ümumi məlumat, habelə məruz qaldığı 

risklər  barədə  məlumat  -  ildə  bir  dəfədən  gec  olmayaraq,  bu  məlumatlarda 

mühüm dəyişikliklər baş verdikdə - yarım ildə bir dəfədən gec olmayaraq; 

2. bank kapitalının strukturu və adekvatlığı barədə məlumatlar – rübdə bir 

dəfədən gec olmayaraq, növbəti rübün birinci ayı ərzində. 



 

11.7. Pul vəsaitlərinin hərəkəti 

 

Bazar  iqtisadiyyatı  zamanı  pul  vəsaitlərinin  və  onların  ekvivalentlərinin 



ə

həmiyyəti üç səbəb ilə müəyyən edilir: hərəkətsizlik (müəssisənin cari fəaliy-

yətinin  maliyyə  təminatının  zəruriliyi);  ehtiyatlılıq  (gözlənilməz  ödənişlərin 

yerinə yetirilməsi); spekulyativlik (əvvəlcədən nəzərdə tutulmamış, lakin sərfəli 

hesab edilən layihədə iştirak etmək imkanı);  

Pul vəsaitlərinin səmərəli şəkildə idarə edilməsi sistemi dörd iri blokdan 

ibarətdir: 

1.  maliyyə dövrünün hesablanması;  

2.  pul vəsaitlərinin hərəkətinin təhlil edilməsi;  

3.  pul axınlarının proqnozlaşdırılması;  

4.  pul vəsaitlərinin optimal səviyyəsinin müəyyən edilməsi. 

   Pul  vəsaitlərinin  hərəkətinin  təhlili  cari,  investisiya  və  maliyyə 

fəaliyyəti  nəticəsində  pul  axınının  saldosunu  müəyyən  etməyə  imkan  verir. 

Onun köməyilə fəaliyyətin hansı növlərinin daxil olan pul vəsaitlərinin və aza-

lan pul vəsaitlərinin əsas həcmini əmələ gətirməsi barədə təsəvvür əldə etmək 

olar. Təhlildə daha çox pul hesablarının debeti (pul vəsaitlərinin axını) və pul 

hesablarının  krediti  (pul  vəsaitlərinin  çoxalması)  ilə  əlaqədar  bütün  əməliy-

yatların  identifikasiyasını  nəzərdə  tutan  “birbaşa”  metodu  yayılmışdır.  Mü-

hasibat  uçotu  sistemində  müvafiq  sövdələşmələrin  identifikasiyası  fəaliyyətin 

vacib növləri (cari, investisiya və maliyyə) üzrə pul vəsaitlərinin azalmasının və 

çoxalmasının qruplaşmasını təmin edir.  

  Pul  axınlarının  proqnozlaşdırılması.  Bu  blok  mənaca  onunla  müəyyən 

edilir  ki,  maliyyə  xarakterli  bir  çox  qərarlar,  məsələn,  investisiya  və  divi-

dentlərin ödənilməsi vaxtında yığılmalı olan iri məbləğdə pul vəsaitlərinin eyni 

vaxtda azalmasını nadir hallarda tələb etmir. Pul axınlarının proqnozlşdırılması 

biznes  planlaşmasının  mütləq  atributu  və  ümumiyyətlə,  potensial  və  (və  ya) 

strateji investorlar ilə qarşılıqlı əlaqələrdir.  

  Pul  axınlarının  proqnozlaşdırılması  metodikası  üzrə  prosedurların 

standart ardıcıllığı belədir: daxil olan pul vəsaitlərinin yarım dövrlər üzrə proq-

nozlaşdırılması;  pul  vəsaitlərinin  yarım  dövrlər  üzrə  azalmasının  proqnoz-

laşdırılması;  xalis  pul  axınının  (həddindən  artıq  çoxluq  /çatışmazlıq)  yarım 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə